Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi bu tarixdə başlayır
Elm və Təhsil
283
13:36, Bu gün

Universitetlərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat prosesi bu tarixdə başlayır

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə 9 sentyabr saat 11:00-da start veriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, abituriyentlər (subbakalavrlar) //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
 
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 15 sentyabr saat 18:00-da yekunlaşacaq.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər