Azərbaycanlı tələbə dünyanın TOP 50-də olan Çin universitetinə qəbul olundu
Elm və Təhsil
1343
03 Sep 2025 | 14:33

Azərbaycanlı tələbə dünyanın TOP 50-də olan Çin universitetinə qəbul olundu

Beynəlxalq Təhsil Mərkəzinin tələbəsi dünyanın TOP-50 reytinq sıralamasında olan Çin universitetlərindən birinə qəbul olub.
 
Moderator.az xəbər verir ki, Aydan Məmmədli IELTS nəticəsi ilə Çinin nüfuzlu "Zhejiang University"nin Biznesin idarə olunması (Business Administration) ixtisasına qəbul olunub.
 
"QS World University Rankings" sıralamasında 49-cu yerdə qərarlaşan bu nüfuzlu universitetə qəbul olmaq həm zəhmət, həm də düzgün yönləndirmə tələb edir.
 
Aydanın bu uğuru, Beynəlxalq Təhsil Mərkəzinin peşəkar və təcrübəli komandası tərəfindən göstərilən dəstəyin nəticəsidir.
 
Qeyd edək ki, Beynəlxalq Təhsil Mərkəzinin əvvəlki tələbələri də 100% təqaüdlə Amerika, Çin, Kanada, Almaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərinə qəbul olunublar.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər