Rezidenturaya qəbul imtahanları keçiriləcək
Elm və Təhsil
638
19 Mar 2025 | 13:10

Rezidenturaya qəbul imtahanları keçiriləcək

Bu il ictimai səhiyyə istiqaməti üzrə də rezidenturaya qəbul imtahanları keçiriləcək.
 
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, bu istiqamət üzrə namizədlərin rezidenturaya qəbul imtahanlarında ilk dəfə iştirak edəcəyi nəzərə alınaraq otk.az portalına DİM tərəfindən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (qəbul imtahanının 1-ci mərhələsi) modelinə uyğun yeni 7 nömrəli (N7) sınaq imtahanı yerləşdirilib. İctimai səhiyyə istiqaməti üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər istənilən vaxt sınaq imtahanında iştirak edərək biliklərini yoxlaya bilərlər.
 
İstiqamətlər üzrə baza fənlərinin proqramları arasında fərqlər olmasına baxmayaraq, digər istiqamətlər üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər də sınaq imtahanına daxil olaraq test tapşırıqlarının məzmunu və formaları ilə tanış ola bilərlər.
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər