Bizi sosial şəbəkələrdən izləyin:
"Həmin şəxs Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin heç birində çalışmır".
Moderator.az xəbər verir ki, bu barədə azyaşlı şagirdini zorladığı iddia edilən Orxan Məmmədov adlı müəllimlə bağlı Qazax-Tovuz Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, adıçəkilən şəxs fərdi fəaliyyət göstərir.
Qeyd edək ki, Şəmkir rayonunda Orxan Məmmədov adlı idman müəlliminin döyülməsi barədə sosial şəbəkələrdə video yayılıb. Azyaşlı şagirdini zorladığı deyilən müəllim ölümcül döyülüb və nəticədə o, xəstəxanaya yerləşdirilib. O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.