Azərbaycan kolleclərinin diplomları bu ölkələrdə tanınır
Elm və Təhsil
780
07:50, Bu gün

Azərbaycan kolleclərinin diplomları bu ölkələrdə tanınır

Xaricdə bəzi universitetlər Azərbaycan kolleclərinin diplomlarını tanımır. 
 
Vətəndaşlarımız Azərbaycanda kollecləri bitirəndən sonra xaricdə təhsil almaq istəsələr də bir çox universitetlər onların bitirdiyi kolleclərin diplomlarını tanımaqdan imtina edir. 
 
"UniDestin" xaricdə təhsil şirkətinin məsləhətçisi Nüşabə Xəlilova APA TV-nin "İmpuls" proqramında vətəndaşlarımızı narahat edən bu məsələyə aydınlıq gətirib.
 
Nüşabə Xəlilova deyir ki, Avropanın bir çox ölkələrinin universitetləri Azərbaycan kolleclərinin diplomlarını tanıyır: 
 
"Almaniya, Macarıstan və Polşanın bəzi universitetləri bizim kolleclərin diplomlarını tanıyır. Lakin bəzi universitetlər isə uyğunlaşdırma sənədləri istəyirlər. Təqdim olunan sənədlər uyğun olarsa razılıq verirlər". 
Link kopyalandı!
Son xəbərlər