Şagirdin yerdəyişməsinə hansı hallarda imtina verilir? – AÇIQLAMA
Elm və Təhsil
437
12:18, Bu gün

Şagirdin yerdəyişməsinə hansı hallarda imtina verilir? – AÇIQLAMA

Şagirdlərin elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi xarici dil uyğunsuzluğudur.
 
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.
 
O bildirib ki, digər əsas səbəb yaşayış ünvanı ilə bağlıdır. Belə ki, bəzən məlumatlar düzgün yüklənmir və ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur.
 
O əlavə edib ki, əgər şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı olaraq imtina verilir:
 
“Lakin məktəb ucqar ərazidə yerləşirsə və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə təsdiqlənə bilər”.
Link kopyalandı!
Son xəbərlər