Azərbaycan elminə töhfə: QKU-NUN KONFRANSI SCOPUSDA
1227
17 Feb 2025 | 11:52

Azərbaycan elminə töhfə: QKU-NUN KONFRANSI SCOPUSDA

 
✅Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar hadisələrdən biri, 2024-cü ilin noyabr ayında Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" II Beynəlxalq Konfransına təqdim olunan 78 seçilmiş məqalə, Scopus kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirilmişdir. Bu, təkcə Qərbi Kaspi Universitetinin deyil, eyni zamanda Azərbaycanın akademik mühitinin qlobal elm sahəsinə inteqrasiyası və tanınması istiqamətində əhəmiyyətli bir addımdır.
✅Beynəlxalq indeksləşmə, həm də Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin və aktuallığının yüksək səviyyədə olduğunu təsdiqləyir. Konfransın nəticələri, ölkəmizin elmi institutlarının və universitetlərinin beynəlxalq akademik mühitə inteqrasiyası, həmçinin qlobal elm məkanında Azərbaycanın mövqeyinin möhkəmlənməsi baxımından mühüm bir uğurdur.
✅Bu tip beynəlxalq tədbirlərin təşkili, Azərbaycanın tədqiqatçıları üçün geniş imkanlar açmaqla yanaşı, ölkənin elmi potensialının dünya səviyyəsində tanınmasına və gələcək beynəlxalq əməkdaşlıqların qurulmasına mühüm töhfə verir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər