Məktəblərdə dərslərin başlama saatı dəyişdiriləcək? - Nazir açıqladı
Elm və Təhsil
737
17:01, Bu gün

Məktəblərdə dərslərin başlama saatı dəyişdiriləcək? - Nazir açıqladı

Məktəblərdə dərslərin başlama vaxtını müəllimlər və valideynlər müəyyən edə bilirlər.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
Nazir qeyd edib ki, Bakıda əsas problem valideynlərin övladlarını məktəbə qoyub getməsidir: "Əgər valideynlər qərar versələr ki, dərslər 8-də yox, 9-da başlaya bilər, bu halda sürüşdürmə edilə bilər", deyə nazir vurğulayıb.
 
Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar da qeyd olunub.
 
Bunlardan biri də dövlər orqanlarında çalışanların iş qrafiki ilə bağlıdır.
 
Belə ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
 
Link kopyalandı!
Son xəbərlər