Kolleclərdə “Müəllimlik” ixtisası ləğv edilir
Elm və Təhsil
360
11:20, Bu gün

Kolleclərdə “Müəllimlik” ixtisası ləğv edilir

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək.

Bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır", - deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Link kopyalandı!
Son xəbərlər