BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlandı
Elm və Təhsil
456
18:03, Bu gün

BDU-nun “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlandı

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
 
BDU-dan Moderator.az-a bildirilib ki, müsabiqə komissiyasının qərarına əsasən, BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi Lalə Qəhrəmanlı ən yüksək nəticə göstərərək təbiət, dəqiq və texnika elmləri üzrə “İlin gənc alimi” seçilib, diplom və pul mükafatı ilə təltif olunub.
 
Universitetin yüksək elmi nəticələri ilə seçilən daha dörd əməkdaşına - Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Məhəmməd Bağırov, Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının elmi işçisi Gülnar Atakişiyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekan müavini Daşqın Məhəmmədli və doktorant Nigar Seyidliyə təşəkkürnamə və pul mükafatı verilib.
 
BDU artıq beş ildir ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər, il ərzində aktiv fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
 
Link kopyalandı!
Son xəbərlər