“Deyir, rusun malına dəy, puluna dəy, ancaq dilinə dəymə. Prezident İlham Əliyev bunu bilir, odur ki, rus dilinin öyrədilməsinin mahiyyətini bilir. Odur ki…”
"Azərbaycan bu saat Rusiyanın təzyiqinə sinə fəlir- bu, faktdır. Bu təzyiq hansı səviyyədədir, ona necə cavab vermək lazımdır –bu, Prezidentimizin səlahiyyətindədir. Odur ki, qaranlıq otaqda qara pişik axtarmayın. Qoyun, prezidentimiz öz işini görsün”.
“İnanirsınız, Bakıda belə “Rus evi”nin olduğunu sizin saytdan eşitmişik. Onun fəaliyyəti gözə dəyməyib. Ali məktəblərdə də onunla əlaqəli heç bir tədbir olmayıb. “Rus evi” haqqında deyilənlər isə gülüncdür. Ermənilərə xidmət edənlər bu “evi”n “gizli fəaliyyətini” şişirtməklə Rusiyanı Azərbaycana düşmən edirlər”.
Bu fikri Moderator.az-a açıqlamasında BDU-nun Rus dili kafedrasının rəhbəri, analitik Tahir Cəfərli söyləyib.
“Deyir, rusun malına dəy, puluna dəy, ancaq dilinə dəymə. Prezident İlham Əliyev bunu bilir, odur ki, rus dilinin öyrədilməsinin mahiyyətini bilir. Odur ki, bu dilin tədrisinə “yox” demir. Səbəb? Fakt odur ki, Azərbaycan elmi rusdillidir. Və Azərbaycanın ən böyük sərvəti onun yaratdığı kitabxanadır. Azərbaycanın elmi kitabxanasının isə 96 faizi rusdillidir. Rusdilli kitabxana isə dünyanın bütün elmlərini əhatə edir. Əgər bu kitabları oxuyub istifadə etsək, dünyanın ən müdrik millətinə çevriləcəyik. Azərbaycan dilində müasir elmlə bağlı kifayət qədər material yoxdur. Olanların isə 99 faizi rus dilindən tərcümələrdir…
“Rus evi” ilə bağlı hay-küy salanlar heç də ağıla batan iş görmürlər. “Rus evi”nin agentlər hazırlaması haqda yazılar xəstə təfəkkürün məhsuludur. Azərbaycan bu saat Rusiyanın təzyiqinə sinə fəlir- bu, faktdır. Bu təzyiq hansı səviyyədədir, ona necə cavab vermək lazımdır –bu, Prezidentimizin səlahiyyətindədir. Odur ki, qaranlıq otaqda qara pişik axtarmayın. Qoyun, prezidentimiz öz işini görsün”.
“Rəhbəri olduğunuz kafedra nə vaxtsa “Rus evi” ilə ədəbiyyat, mədəniyyətlə bağlı əməkdaşlıq etməyib ki?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:
“Xeyr, BDU Rus dili kafedrasının indiyədək “Rus evi” ilə heç bir əməkdaşlığı olmayıb. Kafedramızın bir məqsədi var: qısa müddət ərzində tələbələrə rus dili öyrətmək və onları rus dilli elmi kitabları oxumaları üçün imkan yaratmaqdır. Çünki Azərbaycanın elmi kitabxanası rus dilindədir. Rus dili isə hazırda ölkəmizdən müasir elmə pəncərədir”, -deyə Tahir Cəfərli vurğulayıb.
Redaksiyadan:
Açıqlamadakı fikirlər müsahibimizin öz mövqeyidir. Biz sadəcə, plüralizm, fikir azadlığı baxımından onu təqdim edirik. Bu mövqe ilə razılaşmayanların da fikirlərini təqdim etməyə hazırıq...