Bizi sosial şəbəkələrdən izləyin:
Lənkəran Dövlət Universiteti tələbələrinə semestr imtahanının gününü və saatını seçmək imkanı verir.
Bu barədə Lənkəran Dövlət Universitetinin Mətbuat Katibi Esmira İsmayılova məlumat verib.
Bildirilib ki, imtahana saatlar qalmış, hər bir tələbəyə şəxsi qaydada SMS-lər göndərilir. Burada imtahan otağının nömrəsi, tələbə ID və fənnin kodu olmaqla bütün məlumatlar göstərilir.
Əgər imtahana yarım saat qalıbsa, amma tələbə özünü yaxşı hiss etmirsə və ya vacib bir işi çıxıbsa, heç bir narahatlıq olmadan sistemə daxil olub imtahan vaxtını dəyişdirir, yenidən şəxsi məlumatları ilə bağlı bütün detallar uyğun şəkildə yenilənərək göndərilir. Yaxud həmin gün digər bir fənnin imtahanına hazırdırsa, onu əvvələ sala bilər. Bu proses imtahan sessiyası dövrünü əhatə edir. İmtahanda sual biletləri isə bir çox universitetdə olduğu kimi random üsulla seçilir.
Qeyd edək ki, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk dəfə LDU bu layihəni 2022/2023-cü tədris ilindən başlayıb və bu, sistemin əsas yaradıcısı baş proqramçı Mayis Eyniyevin sayəsində mümkün olub.