“Məktəbi bağlanan kəndin əhalisi də, təbii ki, yavaş-yavaş oradan köçməyə başlayır...”
Elm və Təhsil
1461
25 Dec 2024 | 19:49

“Məktəbi bağlanan kəndin əhalisi də, təbii ki, yavaş-yavaş oradan köçməyə başlayır...”

“Yerdə qalan sakinlərin övladlarını da təhsil almaq üçün qonşu kəndlərə yollasaq, o kəndlər tamamilə boşala bilər... Odur ki, ETN heç olmasa bu məsələdə verdiyimiz təklifləri nəzərə alaraq optimal həll yoluna əl atmalıdır...”
 
“Doğrudur, son zamanlarda məktəblərin rasionallaşdırılmasıyla bağlı yaranan problemlərin də bir qismi məhz bu elmi təminatın olmaması ilə bağlıdır. Çünki əgər bir az dərindən elmi araşdırmalar aparılsaydı, məlum olardı ki, son vaxtlar vurğulanan 1500 məktəbi onlayn təhsil vasitəsilə yaşatmaq, onlarda təhsili davam etdirmək mümkündür. Çünki 1500 məktəb 1500 yaşayış məntəqəsi, kənd deməkdir. Məktəbi bağlanan kəndin əhalisi də, təbii ki, yavaş-yavaş oradan köç etməyə başlayır”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti İlham Əhmədov “Bəlkə bu yaxınlarda təhsil nazirinin də etirafına görə 1500-ə yaxın məktəbin bağlanmaq təhlükəsi altında qalması  elə ötən söhbətlərimizdə qeyd etdiyiniz onilliklər boyu ümumi təhsil strategiyanın olmamasından, həmçinin təhsilin elmi təminatına yetərincə əhəmiyyət verilməməsindən irəli gəlir?” sualına cavab verərkən söyləyib.
 
“Onsuz da o kəndlər perspektivli olmadığına görə əhalisi azalıb və nəticədə onların məktəblərində şagirdlərin sayı 100 nəfərdən də az olub. Çünki vaxtilə o kəndlərdə məktəblər tikiblər. Həmin 1500 məktəbin çoxu bəlkə də son onilliklərdə tikilənlərdir. Deməli, o kəndlərdə əhali yaşayıbdı və bəlkə də 500 şagirdə malik normal məktəblər olub. İndi isə müəyyən problemlər səbəbindən əhali də azalıb. Nəticədə şagirdlər də... Amma yerdə qalan sakinlərin övladlarını da təhsil almaq üçün qonşu kəndlərə yollasaq, o kəndlər tamamilə boşala bilər... Odur ki, ETN heç olmasa bu məsələdə verdiyimiz təklifləri nəzərə alaraq optimal həll yoluna əl atmalıdır”, -deyə davamında ekspert diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər