Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlarda dünyada yaşanan müharibələr, teror hadisələri, təbii fəlakətlərlə yanaşı insanları narahat edən mövzulardan biri də günü-gündən artan bir dinamika ilə inkişaf edən Aİ(Suni intellekt)-in dünyanı ələ keçirdərək, insanları işsiz qoyacağıdır. Bəs bu nə qədər düzgündür, həqiqətən də suni intellektin inkişafı gələcəkdə insanların işsiz qalması ilə nəticələnə bilər?
Bu mövzu ilə bağlı kompuyter mütəxəssisi Dilarə İradə Zamanova Moderator.az-a danışdı.
"Bu sualın cavabı birmənalı deyil. Belə ki, Suni intellektin sürətli inkişafı həqiqətən də bəzi sahələrə qarşı olan insan təlabatını kəskin şəkildə azalda və ya tamammilə
yoxa çıxarda bilər. Məsəl üçün tərcüməçilər, sinxron tərcüməçilər, redaktorlar, koorektorlar, dizaynerlər, montajyorlar, tur menecerləri, ssenaristlər və s kimi sahələrdə bu özünü kəskin halda göstərəcək.
Amma həkimlər, aktyorlar və s kimi ixtisaslar başda olmaqla isə fiziki işin olduğu ixtisasların tam suni intellektlə əhatə olunmayacağı gözlənilir.
Ümumilikdə suni intellektdən qorxma və ya çəkinmək yerinə onu dərinləməsinə öyrənə və həyatımıza tətbiq edəriksə, həyatımızda hər şeyin necə də asanlaşacağını görəcəyik".