Bizi sosial şəbəkələrdən izləyin:
“Bu il 100 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb, yekun hesabat hazırlanır”.
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II Beynəlxalq Konfransda deyib.
Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: “Yekun hesabatlar hazırlanaraq, aidiyyəti qurumlara göndərilib. Tövsiyələr verilib”.
T.Əhmədov bildirib ki, məktəbəqədər təhsil uşaqların cəmiyyətdə öz yerini tapması üçün zəmin yaradır.