UNEC-də yeni rubrika: “Tələbə və məzunlar yazır”
1752
20 Nov 2024 | 12:00

UNEC-də yeni rubrika: “Tələbə və məzunlar yazır”

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təşəbbüsə imza ataraq, tələbə və məzunları üçün unec.edu.az saytının xəbər bölməsində (UNECNews) xüsusi rubrika açıb.

Bu barədə Moderator.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni rubrika tələbə və məzunlara müxtəlif sahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlı və aktual mövzularla bağlı yazılarını geniş auditoriya ilə paylaşmaq imkanı yaradır.

Tələbə və məzunlar yazılarını [email protected] e-ünvanına göndərə bilərlər. Təqdim edilən yazılar aktuallığına və məzmununa görə dəyərləndirilərək, oxucuların diqqətinə çatdırılacaq. Aktual və maraqlı mövzularda yazılarını, məşğul olduqları sahə ilə bağlı ekspert rəylərini, geniş auditoriyaya çatdırmaq istəyən tələbə və məzunları bu fürsəti dəyərləndirməyə dəvət edirik.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər