Bu gün Ankarada Türk Ocaqları Mərkəzi Qərargahının toplantı salonunda Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı konfrans kecirilib. Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə birgə keçirilən layihə 1903 - cü ildə Şuşada doğulan, 1910 -cu ildə ailəsi ilə birgə İstanbula köçən, Türkiyənin ilk qadın hüquq vəkili, içtimai xadim, dövrünün tanınan hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatı və fəaliyyətindən bəhs edir.
Qeyd edək ki, layihə çərcivəsində "Şuşadan İstanbula Sürəyya Ağaoğlu" kitabı cap olunub, Bakı Dövlət Universitetində, İlahiyyat İnstitutunda konfranslar keçirilib.
Konfransı giriş sözü ilə açan Aziz Yıldan Azərbaycan Türk Ocağının fəaliyyəti, həyata keçirdiyi layihə barədə iştirakçılara məlumat verib.
Böyük mütəfəkkir, məşhur publisist Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlunun Türkiyə Cümhuriyyətinin inkişafına yön verən qadınlardan biri olduğunu qeyd edən Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bəzi tarixi fakt və hadisələri konfrans iştirakçıların diqqətinə çatdırıb .A.Aşırlı S.Ağaoğlunu və bütövlükdə Ağaoğlular ailəsinin yetişdirdiyi şəxsiyyətləri Türkiyə və Azərbaycanın ortaq dəyərləri adlandırıb. O, bildirib ki, S.Ağaoğlu 1921 - ci ildə qızların hüquq təhsili almasının önünü açaraq böyük fədakarlıqlar göstərib. S.Ağaoölu 1928 -ci ildən müstəqil şəkildə vəkilliklə məşğul olmağa başlayıb və Türkiyə tarixində ilkə imza atıb. 1989 - cu ilə qədər öz məslək həyatından ayrılmayıb, 70 - dən cox ölkəyə səyahət edib, hüquq sahəsində bu ölkələrdə qanunların təkmilləşdirilməsinə , öz töhfələrini verib və çağdaş dünyanın tələbinə uyğun qanunvericilik aktlarının qəbuluna çalışıb.
S.Ağaoğlu Türkiyədə ilk dəfə 1949 - cu ildə kimsəsiz uşaqları bir araya gətirən "Uşaq dostları" dərnəyini yaradıb, sığınacaq mərkəzi qurub. Bu mərkəzin fəaliyyəti nətiçəsində valdeyn himayəsindən və qayğısından məhrum olan yüzlərlə uşaq normal həyata qayıdıb, cəmiyyətin yararlı üzvünə çevrilib və müxtəlif məslək sahibi olublar.
S. Ağaoğlu omrünün sonunadək Azərbaycan və Şuşa həsrəti ilə yaşayıb, doğma Qarabağ ləhçəsini heç zaman unutmayıb, bu torpaqlara yenidən dönəçəyi ilə bağlı xatirələrini yaddaşlara köçürüb.
A.Aşırlı bildirib ki, Sürəyya xanım iki dəfə Azərbaycana rəsmi səfər etsə də , təəssüf ki, doğulduğu torpaqlara, Qarabağa, Şuşaya gedə bilməyib.
Türk Ocaqları Baş Qərargah sədri, professor Mehmet Öz böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun Türk Ocaqlarının qurulmasında müstəsna xidmətlər göstərdiyini, Ağaoğlular ailəsinin Türkiyənin ictimai, siyasi, mədəni mühitində aktiv rol aldıqlarını vurğulayıb. Mehmet Öz qeyd edib ki, Türk Ocaqlarının əsas hədəf və məqsədlərindən biri milli birliyə vəsilə olan bu şəxsiyyətləri topluma yenidən tanıtmaqdır.
Toplantının sonunda A.Aşırlı konfrans iştirakçılarına "Şüşadan İstanbula Sürəyya Ağaoğlu yolu " kitabını təqdim edib.