Türkiyənin Üsküdar Universitetində “Azərbaycanın Zəfər Günü”nə həsr olunan tədbir keçirilib.Yığıncaqda təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti,eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub.Çıxışlar zamanı Universitetin rektoru,akademik Nazife Güngör bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtması dünyaya bir örnək olmalıdır. Digər çıxış edənlər də Qarabağ zəfərinin türk dünyası üçün əhəmiyyətindən danışaraq, şanlı zəfəri türk dünyasının milli qüruru və azadlıq təntənəsi kimi xarakterizə ediblər.Daha sonra incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunub,tələbələrin ifasında şeirlər səsləndirilib.