Qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisə - BDU-nun Astrofizika kafedrası açıqladı
1552
14 Oct 2024 | 15:32

Qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisə - BDU-nun Astrofizika kafedrası açıqladı

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən 7 əsas astronomik hadisəni açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bunlar aşağıdakılardır:
 
1. 2027-ci il: Əsrin ikinci ən uzun Günəş tutulması
 
Əsrin ikinci ən uzun Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 dörd saniyə davam edəcək. Şimali Afrikadan daha yaxşı müşahidə olunacaq bu tutulma 2114-cü ilə qədər ən uzun tutulma olacaq.
 
2. 2029-cu il: Asteroidin uçuşu
 
13 aprel 2029-cu ildə "99942 Apofis" asteroidi Yerə yaxınlaşaraq, planetimizdən cəmi 31000 kilometr (19600 mil), Aydan on iki dəfə yaxın məsafəyə çatacaq. Bu asteroid Avropanın, Afrikanın və Asiyanın bir hissəsində təxminən iki milyard insan üçün aydın, qaranlıq səmada adi gözlə görünəcək.
 
3. 2031-ci il: "Leonid" meteor fırtınası
 
"Leonid" meteor yağışı Yer kürəsi "Tempel-Tuttle" kometinin qoyub getdiyi qalıqlardan keçdikdə baş verir. "Tempel-Tuttle" indiki 33 illik orbitində Yerə yaxınlaşdıqdan sonra planetimiz 17-18 noyabr 2031-ci il tarixlərində kometin təzə izindən keçəcək. "Tempel-Tuttle"nin son izlərində qalan çoxlu miqdarda zibil yüksək sürətlə üstümüzə yağacaq, kosmik cismin parçaları atmosferimizdə yanarkən səmada parlayacaq. Bu hadisə bütün dünyada ulduzları seyr edənlər üçün unudulmaz bir ulduz tamaşası yarada bilər.
 
4. 2040-cı il: Planetlərin düzülüşü
 
8 sentyabr 2040-cı ildə Merkuri, Venera, Mars, Yupiter, Saturn və Ayın nadir düzülüşünü görəcəyik. Bu beş planet 2 günlük Ay ilə Günəş batdıqdan dərhal sonra qərb tərəfdə, 8 dərəcəlik kiçik səma zolağında görünəcək.
 
5. 2052-ci il: Əsrin super Ayı
 
6 dekabr 2052-ci ildə Ay 356424 kilometr məsafəyə qədər yaxınlaşacaq və nəticədə həmişəkindən 14% daha böyük görünəcək. Buna oxşar hadisələr 26 yanvar 1948, 14 noyabr 2016-cı illərdə baş verib. Növbəti hadisə 25 noyabr 2034-cü ildə baş verəcək. Lakin 6 dekabr 2052-ci ildəki əsrin ən yaxın Super Ayı olacaq.
 
6. 2061-ci il: "Halley" kometi
 
Günəş ətrafında fırlanan 76 illik qısa orbital periodu ilə "Halley" kometi 29 iyul 2061-ci ildə növbəti uçuşu zamanı planetimizin qaranlıq yerlərindən asanlıqla görünəcək. O, bizim ən məşhur kosmik ziyarətçilərimizdən biridir. Kometin ilk müşahidəsi 2000 il əvvəl aparılıb.
 
7. 2065-ci il: Venera Yupiterin qarşısından keçir
 
22 noyabr 2065-ci ildə Venera Yupiterin diskini keçərkən və ya tıxayarkən Yerdən görünəcək və bu, Günəş sistemi planetinin 1818-ci ildən bəri ilk görünən tranziti olacaq.
 
Link kopyalandı!
Son xəbərlər