Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
Elm və Təhsil
Oxunub: 331
15:37, Bu gün
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
Təhsil müəssisəsi, yoxsa, sadəcə tranplin?
 
Hazırda 11 illik təhsil bazasından kolleclərə qəbul olunan şəxslərin təhsil müəssisələrinə portal qeydiyyatı davam edir. 9 sentyabrdan başlanan proses 17 sentyabrda  başa çatacaq. İlk dəfə olaraq məhz bu il kolleclərə qəbul olunan gənclərin həqiqətən də çox sevindiklərini, bunu ali təhsil müəssisəsinə qəbul olurmuş kimi dəyərləndirmələrinin şəxsi təcrübəmdə çox şahidi oldum. Səbəb isə bir idi: onlar həqiqətən də kollecdən sonra universitetə asanlıqla qəbul olunacaqlarını düşünür və oranı məqsəd yox, vasitə kimi qəbullanıblar. Təbii ki, burada prosedur və şərtlər heç də düşündükləri kimi asan deyil. Bu haqda az sonra danışacağıq. Hələlik isə bir neçə əsas suala (əslində, suallar həddindən artıq çoxdur) cavab axtaraq:  
 
Kolleclər bir təhsil müəssisəsi olaraq bizə həqiqətənmi nələrisə qazandırır?  Subbakalavr diplomunun keçərliliyi, əmək bazarındakı tələbatlılıq meyarı necədir? Həmçinin, kolleclər bütün ixtisaslar üzrə faydalı kadr hazırlamaq gücündədirlərmi? 
 
Bu il tam orta təhsil  (11 illik ) bazasından kolleclərə qəbul olunmaq üçün 19 mindən çox şəxs müraciət edib və onlardan 12 mindən çoxu tələbə adını qazanıb. Bu, kolleclərə maraq baxımından son illərin ən yüksək göstəricisidir. Müqayisə üçün deyək ki, 11 illik təhsil bazasından kolleclərə qəbul üçün müraciət edənlər  ümumi orta təhsil (9 illik ) bazası ilə orta ixtisas təhsil almaq istəyənlərdən bir neçə dəfə  çoxdur. 
 
Rəqəmlər başqa cür danışsa da, reallıq bizə tamam fərqli məsələləri pıçıldayır. Ən böyük reallıq isə budur: kolleclər bir təhsil qurumu olaraq cəmiyyət tərəfindən az qala, formal müəssisələr hesab edilir. Təbii ki, burada istisnalar da var və bunların da əhəmiyyətli hissəsi tibb əsaslı ixtisasların payına düşür. Buna da az sonra ətraflı toxunacağıq. 
 
Hələlik bir məsələni aydınlaşdıraq: kollec bir təhsil müəssisəsi olaraq tam etibarlılıq qazanmadığı halda ona olan axının səbəbi nədir?
 
Bir neçə il bundan əvvəl “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Qanun qüvvəyə minəndən sonra kolleclərə ciddi axın başladı. Çünki bu qanun kolleclərdən məzun olanlara imtahansız ali təhsil müəssisələrinə qəbul imkanı vermiş oldu. Amma təbii ki, hamısına deyil, ortama balı, təhsil göstəricisi yaxşı olanlar 2-3 illik tədris həyatları ərazində topladıqları nisbi bal göstəricisi ilə tələbə adını qazanmaq imkanı əldə etdi. Məhz bu qanun kolleclərimiz üçün bir növ süni nəfəs aparatı rolunu oynaya bildi. Artıq kolleclərə qəbul olunmaq istəyən hər 10 şəxsdən 9-nun cavabı eynidir: oradan da universitetə gedəcəyəm.... 
 
Amma.... Əmmalar isə çoxdu...
 
Birinci əmma.. Hələ ötən il mediada yayılan rəsmi sitat kolleclərlə bağlı reallığı,  kollec-universitet, subbakalavr-bakalavr əlaqələsinin gerçək mənzərəsini üzə çıxardı:
 
“Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyir, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar”.
 
Hazırda orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilir, amma bu, gənclərin həmin təhsil pilləsinə olan maraqlarından irəli gəlmir, ali məktəbə imtahansız daxil olmaq üçün kolleclərdən trampilin kimi istifadə məqsədi daşıyır. Bunu çəkinmədən demək olar”.
 
DİM rəsmisi tərəfindən səsləndirilən sitatlar əslində kolleclərlə bağlı gerçəkliyi çılpaqlığı ilə əks etdirir. Biz təbii ki, hazırda kolleclərdə təhsil alan on minlərlə gəncin hər birinin haqqına girə, hamısını formal surətdə təhsil alan şəxs kimi göstərə bilmərik. Bu, onların təhsili üçün əlindən gələni əsirgəməyən valideynlər, eləcə də kolleclərdə illərini qurban verən müəllimlərə qarşı haqsızlıq olar. Amma çox təəssüf ki, reallıq öz yerində qalır. Kollec bir mexanizm kimi özünü cəmiyyət, təhsil sistemi üçün yararlı etmək, faydalı kadr bazasını ərsəyə gətirmək üçün heç bir iş görmür. Bəli, anladıq ki, məlum yenilikdən sonra kolleclərə maraq və tələbat xeyli artdı. Bu, amil orada illik təhsil haqqılarının və keçid ballarının yüksək səviyyədə artımına səbəb oldu. Amma bu həqiqətənmi kollecin öz nüfuzu hesabına olan inkişafdır? Cavab isə hər birimizə məlumdur: Kollec bir təhsil müəssisəsi kimi faydalılıq dərəcəsi artdığına görə deyil,  universitet üçün  asan (?) tramplin rolunu oynayan bir vasitə olduğuna görə dəyərləndirildi və bu qarşıdakı illərdə də çox güman belə qalacaq. 
 
İkinci əmma... Bir çox universitetlərdə müəyyən ixtisaslar üzrə  subbakalavr səviyyəsindən bakalavr səviyyəsinə imtahansız qəbul olunma şansını qazanan şəxslərin təhsil göstəriciləridir. Yuxarıdakı qeyddən də məlum olduğu kimi, bir çox universitetlərdə kollecdən gələnlər qəbul yolu ilə universitetə qəbul olunanlardan tədris göstəricilərinə görə xeyli geri qalırlar. Nəzərə alaq ki, həmin kollec məzunları oxuduqları orta ixtisas təhsili müəssisələrində özlərinin ÜÖMG göstəricilərinə görə, yəni orta nisbi bala görə digərlərini qabaqlayan,  bir sözlə intellekt və ixtisasa bələdçilik anlamında qrup yoldaşlarını qabaqlayan şəxslərdirlər. Belə olan halda onların məhz uyğun ixtisas əsasında oxuduqları universitetlərdə təhsil göstəriciləri niyə zəifdir? Hətta iş o yerə çatıb ki, bəzi universitetlər qəbul prosesində subbakalavr qəbulundan imtina etmək istəyir... 
 
Başqa bir sual: əgər kollecdəki yüksək göstərici hesabına universitetə imtahansız qəbul olunan şəxs burada belə zəif nəticə və neqativ təəssüratla xarakterizə olunursa, o zaman onun üstün olduğu digər kollec məzunlarının intellektual aqibəti və ixtisasa bələdlik əmsalı nə qədərdir? 
 
Əlavə bir sual da: Yüksək təhsil göstəricisi ilə kolleci başa vuran və onun sayəsində universitetə imtahansız qəbul alan tələbə bu nəticəni həqiqətənmi hər zaman öz bilik və bacarığı hesabına əldə edib?  Tutaq ki, məhz belədir (biz bunu yalnız arzulaya və alqışlaya bilərik), deyək ki, kollec məzunu məhz öz bilik və bacarığına əsasən, heç bir qeyri-loyal prosesdə iştirak etmədən bu göstəricini əldə edib. O zaman bəs niyə, onun universitetdəki hazırki durumu 11 illik parta arxasından gələn tələbənin mövqeyindən zəif olmalıdır?
 
“İstəyirsən, texnikuma girim sənin üçün”
 
Valideynim şəxsən o zaman texnikum adlandırılan, hazırda kollec kimi fəaliyyət göstərən orta ixtisas təhsili müəssisəsini bitirib. Özü də birinin əvəzinə ikisini... Vaxtilə texnikum adlandırılan orta ixtisas təhsil müəssisələri özünün əmək bazarındakı keçərliliyinə görə yaxşı mənada çox fərqlənirdi.
 
Çox təəssüf ki, sonradan universitetlərə qəbulun xeyli sadələşdirilməsi, az qala-150-180 balla belə ali təhsil müəssisələrinə qəbul olunma imkanları kolleclərin fəaliyyətini və faydalılığını xeyli formallaşdırdı. Bir çox ixtisaslar kollec bazasından çıxarılaraq yalnız universitetlərin sərəncamına verildi. Buna misal olaraq pedaqoji əsaslı ixtisasları misal göstərmək olar. Əvvəllər başda ADPU-nun bazasındakı Pedaqoji Kollec olmaqla (bir vaxtların məşhur Sabir adına texnikumu), istər paytaxt, istərsə də bölgələrdəki bir çox kolleclərdə pedaqoji ixtisaslar var idi ki, universitetə qəbul ola bilməyənlər hər hansı fənn müəllimliyini məhz orta ixtisas təhsil müəssisələrində alırdılar. Onların arasında bugün də orta məktəblərdə uğurlu tədris aparan müəllimlər heç də az deyil. Bəzi hallarda MİQ müsabiqəsində xeyli yüksək bal toplayanların arasında kollec məzunları da olub. Amma sonradan bircə texnologiya müəllimliyi saxlanılmaqla bütün fənn müəllimliyi, pedaqoji tədris ixtisasları yalnız bakalavr səviyyəsi üçün əlçatan oldu. Kolleclərin ümidinə isə inklüziv təhsil, ev və ailə təhsili, kitabxana işi, məktəbəqədər təhsil kimi ixtisaslar qalmış oldu. Bu kimi nümunələri başqa sahə və ixtisaslarla bağlı da demək olar. Nəticədə kolleclərə münasibət və müraciət xeyli dərəcədə zəifləmiş oldu. Beləcə bir zamanların məşhur deyimi, baxımlı filmlərimizin birində səsləndirilən “istəyirsən, lap texnikuma girim səninçün” devizi də artıq öz aktuallığını itirmiş oldu.  
 
Kolleclərin faydalılığını artırmaq üçün müəyyən işlər görülsə də, bunlar o qədər də yetərli olmadı. 2000-ci ildə aparılan islahatlarla sayları 60 qədər azaldıldı. Sonra onların adlarının dəyişdirilməsi prosesinə başlanıldı. Bəziləri birləşdirildi, bir çoxunda ixtisas dəyişiklikləri baş verdi. Lakin bu islahatlar da bəzi kolleclərdə tədrisin keyfiyyətini dəyişdirə bilmədi. Hazırda ölkədə 61 kollec fəaliyyət göstərir ki, onlardan 3-ü  özəldir: Bakı Biznes və Kooperasiya Kolleci, (Azərbaycan Kooperasiya Universitetinin tabeliyində),  Odlar Yurdu Universiteti nəzdindəki Odlar Yurdu Kolleci və Azərbaycan Avrasiya İnstitutu  nəzdindəki Bakı Avrasiya Kolleci.. Digər kolleclərdən 9-u Səhiyyə Nazirliyinə, 1-i Xəzər Dəniz Gəmiçiliyi, dövlət universitetlərinin nəzdində olanlar, eləcə də bölgələrdə müstəqil fəaliyyət göstərənlər isə Elm və Təhsil Nazirliyinə tabedir. 
 
Bir neçə istisna
 
Kolleclərin əmək bazarı üçün keçərliliyini və onların təhsil cameəsi üçün faydalılığını qoruyan  bir neçə istisnalar var. Onlardan biri və birincisi məhz tibb əsaslı subbakalavr ixtisaslarıdır. Bu gün istər Bakıda yerləşən 1 saylı Bakı Tibb Kolleci və  2 saylı Bakı Tibb Kolleci, istərsə də Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Quba, Masallı, Mingəçevir tibb kollecləri hər zaman olduğu kimi son illərdə də özlərinə olan maraq və tələbatlılıq baxımından digər kollec və ixtisasları xeyli qabaqlayır. Çünki bu kolleclərdə tədris olunan tibb bacısı (və  qardaşı), mamalıq işi, ortopedik stomotologiya, bir neçəsində hərbi feldşer kimi ixtisaslar əmək bazarı üçün hər zaman yüksək tələbatlılığa ilə fərqləniblər. Kollec özünün orta ixtisas təhsili müəssisəsi kimi faydalılıq və missiyasını məhz bu ixtisas və müəssisələrdə daha qabarıq əks etdirə bilib. Təsadüfi deyil ki, hər il ən yüksək plan yerləri, ən yüksək keçid balları və ən yüksək rəqabət məhz tibb əsaslı ixtisasların payına düşür. 
 
Ən vacib məqam: bugün kolleclərdə tibb əsaslı ixtisaslar üzrə oxuyanlar digərləri kimi mütləq universitetə getmək, kolleci tramplin kimi ötməyi deyil, məhz əmək bazarında işləməyi düşünürlər. Çünki onların cəmiyyətə verə biləcəyi faydalılıq üçün məhz kolleclərdə aldıqları nəzəri-praktiki  baza kifayət edir.
 
Bəs, nə etməli?
 
Kolleclərin nüfuz və faydalılığını artırmaqdan ötrü müəyyən addımların atılması çox vacibdir. Bir neçəsini nümunə üçün səsləndirək:
1.Kolleclər demək olar ki, bütün ixtisaslar üzrə nəzəridən çox praktiki meyillər üzrə fokuslanmalı və orada konseptual baza ilə yüklənmə deyil, əmək bazarının tələbi olan praktiki vərdiş və bilgilər daha çox öyrədilməlidir. Tibb kolleclərindəki tibb əsaslı ixtisasların tədrisi digər kolleclər üçün bir model olaraq seçilməlidir;
 
2.Maraqlı məsələlərdən biri də son illərdə peşə təhsili müəssisələrinin kolleclərdən daha çox maraq və tələnata sahib olmalarıdır. Çünki peşə təhsil müəssisələri birbaşa əmək bazarına lazım olan kadrı hər hansı peşə istiqamətində yalnız və yalnız praktiki bacarıq və vərdişlərlə silahlandırır və onu qətiyyən lazımsız nəzəriyyələrlə yükləmir. Məsələn, peşə tədrisi müəssisəsində kompüterlərin servisi və təmiri ixtisası konkret olaraq təmir, sazlanma prinsiplərini öyrətdiyi halda, kolleclərdəki kompüter şəbəkələri və avadanlıqları istisası əsasən nəzəri baza ilə tələbələri yükləyir. İstehsalat dünyası isə yalnız və yalnız praktiki bacarıqlara üstünlük verdiyindən qazanan tərəf peşə tədris müəssisəsinin məzunları olur. 
 
Odur ki, kolleclər də tədris formasını sırf peşə təhsil məüssisələrinin üst funksiyası şəklinə salmalı və bir növ yüksək peşə təhsili müəssisələrinin başqa variantı kimi fəaliyyət göstərməlidirlər. Bu, onların istehsalat dünyası üçün keçərliliyini daha da artırmış olacaq;
 
3.Bir çox ixtisasların yenidən kolleclərə qayıtması onlara olan maraq və münasibəti bir xeyli dəyişmiş olacaqdır. Məsələn, ADPU-nun nəzdində olan Pedaqoji Kollec, UNEC-in bazasında olan Sosial -İqtisadi Kollec, eləcə də ADNSU-nun tərkibindəki Neft-Energetika Kolleci və s. orta ixtisas müəssisələrindəki ixtisaslar onların tabe olduqları universitetdəki bir neçə ixtisasla eynilik təşkil edərsə, kolleclər öz mövqelərini daha da artırmış olar. Doğrudur, universitetlərə imtahansız qəbula imkan verən qanuna əsasən hər il subbalakavrların uyğunluq cədvəli Dövlət İmtahan Mərkəzinin xüsusi buraxılışı kimi abituriyentlərin ixtiyarlna verilir. Məhz onun sayəsində bir çox kollec ixtisaslarının universitetdəki ixtisaslarla uyğunluq göstəricisini müəyyən edib kodlaşdırma aparmaq mümkündür. Məsələn, kollecdə bank işi ixtisasını bitirən məzun subbakalavrların uyğunluq cədvəlinə əsasən maliyyə, marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat, statistika kimi bakalavr ixtisaslarını seçə bilərlər. 
 
Amma bu məsələnin təəssüfki bir tərəfidir. Digər tərəfi isə bir çox istəsasların (misal üçün pedaqoji ixtisaslar) kolleclərə də qaytarılmasıdır.
 
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Oxşar xəbərlər
19:06, Bu gün
Yeni "iPhone" almağın ən sərfəli olduğu ölkələr-SİYAHI
19:00, Bu gün
FHN Akademiyasının saytı ləğv edildi, yenisi açıldı
18:55, Bu gün
Şəriki tərəfindən aldadıldı, 100 min dollar borcunu ala bilmir... – VASİF SÜLEYMANOVDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
18:50, Bu gün
“Bəzilərinin həcisi var, mənimsə mollam?”
18:45, Bu gün
Bu məsələdə Bakıya hər cür yardıma hazırıq - Zaxarova
18:37, Bu gün
İstanbulda Azərbaycan məktəbi açılacaq
18:29, Bu gün
Uzun və xoşbəxt HƏYATIN AÇARI
18:21, Bu gün
"iPhone"nun prosessorlarını "Samsung" istehsal edir - "iPhone" haqqında maraqlı FAKTLAR
18:15, Bu gün
Yapon şirkəti 10 pişiyi işə götürdü
18:10, Bu gün
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır
18:05, Bu gün
Ağdam sakini qardaşının şəhid olduğu maşınla ata yurduna getdi: "Elə bil Nadiri canlı gördüm" - VİDEO
18:00, Bu gün
Qəhvədən imtina etmək niyə faydalıdır?
17:55, Bu gün
"Çöldə kimsə deyə bilər ki, 20 dəfə səs vermişəm" - Məzahir Pənahov
17:50, Bu gün
Qarabağ Universitetində yeni akademiya yaradılır
17:44, Bu gün
İqtisadi Şura növbəti 3 il üzrə büdcə layihələrini müzakirə etdi - FOTO
17:38, Bu gün
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək
17:37, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, mənzillərin açarları təqdim olundu - FOTO
17:30, Bu gün
ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin etdi - FOTO
17:24, Bu gün
Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayət - ŞOK DETALLAR
17:17, Bu gün
Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
17:10, Bu gün
Salyan şosesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir - VİDEO
17:04, Bu gün
Keçmiş müstəmləkələrdən Parisə "soyuq duş": Makron hökumətinin Bakı qərəzi ifşa edildi - TƏHLİL
16:58, Bu gün
"Qarabağı alsın, İlham Əliyevin əlindən öpərik deyən müsavatçılar..." - Novella Cəfəroğlu
16:52, Bu gün
Polisin zərərsizləşdirdiyi cinayətkarın dosyesində NƏLƏR VAR? - VİDEO
16:46, Bu gün
Taleh Yüzbəyov 18 minlik borcundan danışdı
16:40, Bu gün
Ağdamda 55 yaşlı kişini ilan sancdı
16:34, Bu gün
Bu məntəqələrin nəticələri ləğv edildi - YENİLƏNİB
16:27, Bu gün
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
16:20, Bu gün
Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
16:13, Bu gün
Hava XƏBƏRDARLIĞI - Bu tarixdən dolu düşəcək, sulu QAR YAĞACAQ
16:06, Bu gün
Həkim valideynlərə ÇAĞIRIŞ ETDİ - Dəstək olun! 
16:00, Bu gün
Yenicə ana olan Aysun qızına mahnı oxuyub AĞLADI - VİDEO
15:55, Bu gün
İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
15:49, Bu gün
Bakıda Ortaq Türk Əlifbası ilə bağlı razılıq əldə olunub - FOTO
15:43, Bu gün
BDU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalandı - FOTO
15:37, Bu gün
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin? - TƏHLİL
15:31, Bu gün
Avropanı Azərbaycana möhtac edən səbəblər - Bakı özünü bütün dünyaya sübut etdi - ŞƏRH
15:25, Bu gün
“Azərbaycanda təcavüz halları artacaq” - Psixoloqdan ŞOK XƏBƏRDARLIQ
15:18, Bu gün
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu
15:12, Bu gün
Ramiz Zeynalova ağır itki
15:06, Bu gün
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
15:00, Bu gün
Sumqayıt sakinlərinə ŞAD XƏBƏR: Bakıdan yeni marşrut xətti AÇILIR
14:53, Bu gün
"İsrail liderləri öz xalqına qarşı diqqətli olmalıdır" - Blinken
14:48, Bu gün
Rəqqasə Fatimə 418 minə ev aldı
14:42, Bu gün
"Qarabağ"ın hücumçusu dörd ölkədən gələn təkliflərdən İMTİNA ETDİ
14:36, Bu gün
“2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki...” - 9 aydır itkin düşən Rasimin atası danışdı   
14:29, Bu gün
DYP-dən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
14:26, Bu gün
Məşhur “krıtı” yeni simada: Qobustan həbsxanasında nələr necə dəyişir?
14:22, Bu gün
Şok olay: İki qadınla tanış oldu, onlardan elə şey tələb etdi ki... – "Ərinə və atana..."
14:16, Bu gün
İtkin düşən Rasimin ailəsi yolu açdı – Lakin valideynlərin narazılığı davam edir
14:10, Bu gün
“Bu xəstəlik 2032-ci ildən tez baş verməyəcək” - MÜHÜM AÇIQLAMA
14:03, Bu gün
Aytən Səfərova uzun aradan sonra efirə qayıdır - VİDEO
13:57, Bu gün
"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden
13:51, Bu gün
Sabah leysan yağacaq - HAVA PROQNOZU
13:45, Bu gün
Borca görə ölkədən çıxışa qadağa qoyula bilərmi? - AÇIQLAMA
13:39, Bu gün
Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO
13:33, Bu gün
Mehmet Şimşek Türkiyə iqtisadiyyatını böhrandan çıxara biləcəkmi?.. -Ekspert
13:32, Bu gün
İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI
13:26, Bu gün
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşdi
13:20, Bu gün
Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla oğlunun məzarında - VİDEO
13:16, Bu gün
Elza Zaurun verilişini aparmaq üçün 44 min manat istəyir - VİDEO
13:11, Bu gün
Azərbaycanda bələdiyyələrə məxsus torpaqlar satışa çıxarılır
13:06, Bu gün
Bu məhsullar bahalaşdı - SİYAHI
13:00, Bu gün
"Harris və Tramp arasında debatlar: tamaşaçılar kimi qalib hesab edir?" - CNN-nin sorğusu
12:55, Bu gün
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək - FOTO
12:49, Bu gün
Azərbaycanın ən BAHALI ixtisasları - Hər il 10 min manat ödənilir
12:42, Bu gün
İlkin sülh sənədində bu qeydlər olacaq - Sabiq nazir detallı danışdı
12:36, Bu gün
Kriminal aləmin üzvünü öldürən azərbaycanlı HƏBS OLUNDU
12:30, Bu gün
"Ukrayna Kremlə qarşı elə onun öz "silahından" istifadə edib" - ekspert rəyi
12:24, Bu gün
Sentyabrın 11-nin ən xoşbəxt BÜRCÜ: Sizə elə bir şans veriləcək ki...
12:18, Bu gün
Mövqelərimiz atəşə tutuldu - MN məlumat yaydı
12:14, Bu gün
“Tramp daha güclü lider təsiri bağışladı...” - Qüdrət Həsənquliyev
12:08, Bu gün
Məhkəmə-Hüquq Şurasının iclası keçirildi - MÜHÜM QƏRARLAR VERİLDİ  
12:04, Bu gün
DSX əməkdaşını öldürənlərə cəza istənildi
11:58, Bu gün
Ermənistan silah axtarışında: Qərb “hə” deyib, sırada “Asiya əjdahaları”dır
11:48, Bu gün
Sevgiyə inanmayan BÜRCLƏR - Onu vaxt itkisi sayırlar
11:48, Bu gün
Məmməd İsmayıl: Mən Yazıçılar Birliyinə tərif deyib nəsə ummaram - MÜSAHİBƏ
11:42, Bu gün
Sülh sazişi: Razılaşdırılmayan 3 bənddə nələr var?
11:40, Bu gün
Azərbaycanda devalvasiya gözlənilirmi? - TƏHLİL
11:36, Bu gün
Xəbərdarlıq: Geomaqnit qasırğası olacaq - FOTO
11:30, Bu gün
Müğənni Kərim toyda döyüldü - Saxlanılanlar var
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
11:22, Bu gün
Xocalı və Xocavənddə yanğın: əraziyə helikopterlər cəlb edildi - VİDEO
11:19, Bu gün
Azərbaycanlı müğənni Türkiyədə konsertdən QOVULDU - VİDEO
11:16, Bu gün
Tokayevin Astanada yeni sülh danışıqları təklifi
10:58, Bu gün
11-ci sinif şagirdi intihar etdi- TƏFƏRRÜAT (FOTO)
10:55, Bu gün
Elm yoxdursa, Elmlər Akademiyası nə işlə məşğuldur?
10:53, Bu gün
ŞOK araşdırma: Patogen mikroblar havada minlərlə kilometr məsafə qət edə bilər
10:48, Bu gün
Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”-FOTO+ÖZƏL
10:45, Bu gün
Hacıqabulda bir ay narkotiklərlə bağlı 15 nəfər saxlanılıb
10:39, Bu gün
Xocalı və Xocavəndə helikopterlər cəlb edildi - VİDEO
10:38, Bu gün
“Kəlbəcərlilər o günü gözləyir...”
10:23, Bu gün
Çörək bu tarixdən bahalaşacaq - AÇIQLAMA
10:18, Bu gün
Fədayədən Tacirlə bağlı AÇIQLAMA:“Biz nə vaxt dalaşıb, bir-birimizin haqqında pis danışmışıq ki, barışaq da?”-ÖZƏL+FOTO
10:15, Bu gün
Azərbaycanda bu məktəblərdə dərslər noyabrda başlayacaq
10:06, Bu gün
Bu şəxslərə birdəfəlik 300 manat veriləcək - ŞAD XƏBƏR
09:58, Bu gün
Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA
09:49, Bu gün
Azərbaycanda tələbə yataqxanalarının qiyməti - SİYAHI
09:41, Bu gün
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbəri yenidən məhkəmə qarşısında
09:32, Bu gün
Əhəmiyyəti böyük olan debat - Nələr müzakirə olundu?
GÜNLÜK
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”
HƏFTƏLİK
07 Sep 2024 | 13:19
Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
AYLIQ
10 Sep 2024 | 19:33
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI - SİYAHI
10 Sep 2024 | 19:45
“Ölüm və qan – bu, onların gəlişi üçün dəvətnamədir”
10 Sep 2024 | 20:18
“Pulemyotçu qızlar “dron ovu”nu “inhisara” götürür”
10 Sep 2024 | 22:12
Yer kürəsinə "QİYAMƏT" XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq
10 Sep 2024 | 23:28
Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - ekoloqdan TƏKLİF: “Sellofan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL
11:30, Bu gün
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
10 Sep 2024 | 20:30
ABŞ “qarışıq cinsi ekipaj” üçün nəzərdə tutulan ilk qayığını istismara hazırlayıb
10 Sep 2024 | 21:28
Bu ölkə vətəndaşlarına ÇAĞIRIŞ EDİLDİ - Rusiyaya getməyin
10 Sep 2024 | 19:28
Birce Akalay özündən 4 yaş kiçik aktyora ərə gedir? - FOTOLAR
10 Sep 2024 | 19:57
“Ukrayna-Rusiya müharibəsinin taleyi Qərbin hərbi-maliyyə dəstəyindən asılıdır”