“Tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar...- Ancaq həqiqət gec-tez üzə çıxacaq...”
Elm və Təhsil
Oxunub: 1869
02 Sep 2024 | 07:43
“Tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar...- Ancaq həqiqət gec-tez üzə çıxacaq...”
“Həyatın qəribə təzadlarındandır ki, Cümhuriyyətin devrilməsi, yadellilər tərəfindən işğalı üçün var qüvvəsi ilə çalışan, vətənimizdə sovet işğal rejiminin qurulması və möhkəmləndirilməsinə səy göstərən bəzi şəxslər, sonradan özü də repressiya dövründə xidmət etdikləri rejimin qurbanı oldular...”

“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır.
 
Beləliklə, “Ön söz”ə davam:

(Əvvəli burada:)

Digər mövzular kimi, repressiya probleminə də müstəqillik dövrünün tələblərinə, Vətənin bölünməz bütövlüyünə sədaqət, sevgi, bağlılıq ruhuna uyğun yanaşılmalıdır. Fikrimizcə, bu çox əhəmiyyətli problemə Sovet ideologiyası və konsepsiyası əsasında toxunmaq düzgün deyil.
 
Bu gün heç bir vətənpərvər insan xaricdə yaşayıb oradakı dövlət orqanlarında çalışaraq müstəqilliyimizin aradan qaldırılıb başqa bir dövlətin əyalətinə çevrilməsinə çalışanları vəsf etməz. Bunu özünə, millətinə, dövlətinə rəva bilməməklə yanaşı, cürət də etməz...
 
Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Həyatın qəribə təzadlarındandır ki, Cümhuriyyətin devrilməsi, yadellilər tərəfindən işğalı üçün var qüvvəsi ilə çalışan, vətənimizdə sovet işğal rejiminin qurulması və möhkəmləndirilməsinə səy göstərən bəzi şəxslər, sonradan özü də repressiya dövründə xidmət etdikləri rejimin qurbanı oldular. Məsələn, belə şəxslərdən biri BDU-nun ilk azərbaycanlı rektoru T.Şahbazi olmuşdur. O, özünün bütün şüurlu həyatını, bilik və bacarığını Cümhuriyyətin devrilməsinə, Vətənimizin yenidən Rusiyanın sıradan bir əyalətinə çevrilməsinə həsr etmişdir. Azərbaycan Sovet Ensiklopediyasında T.Şahbazi haqqında yazılmışdır: “...Azərbaycan Sovet yazıçısı, Sovet hakimiyyəti uğrunda mübariz11915-ci ildən Sov.İKP üzvü....1917-ci ildə “Hümmət” qəzetinin redaksiya heyətinə daxil olmuşdur.1919-cu ildə Ukrayna K(b)P MK yanında “Hümmət” müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlman şöbəsinin katibi, Şərq xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur... Yazdığı hekayələrdə istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunur... “Düşmənlər” (1932) povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir. Bakıda adına küçə var”...
Qeyd edək ki, universitetin ilk rektoru təyin edilməsi də onun elm və təhsil sahəsində böyük təcrübəsi, təhsil təşkilatçısı, milli ruhlu olması ilə bağlı olmamışdır. Birincisi, həyat yoldaşı qeyri-azərbaycanlı olan bu şəxsin ad və soyadı işğal rejiminin qeyri-azərbaycanlı rəhbərlərinə lazım idi.
 
İkincisi, bu şəxsin sovet işğal ideyalarına sədaqətli olmasına şübhə etməmişlər.
 
Üçüncüsü və ən əsası, Vətənimiz işğal edildikdən sonra sovetlər Azərbaycanda ruslaşdırma siyasəti aparmağa başlamışdı. Müstəmləkə siyasətinin digər üsulları ilə onlar idarə və müəssisələrdə çalışan azərbaycanlı rəhbər işçiləri
kütləvi surətdə işdən çıxarır, yerlərinə qeyri azərbaycanlıları təyin edirdilər. İclaslar, qurultaylar, plenumlar rusca aparılır, Azərbaycan dilinin lazımsız bir ünsiyyət vasitəsinə çevrilməsinə çalışırdılar.
 
Belə bir zamanda M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşı və digərləri xaricdə yazdıqları məqalələrində, əsərlərində, beynəlxalq təşkilatlardakı çıxışlarında sovetlərin apardığı siyasətin fəhlə və kəndlilərin istismardan azad edilməsi, insanların, millətlərin hüquq bərabərliyi haqqındakı şüarların yalnız təbliğat xarakterli söz olduğunu, əsil məqsədlərinin işğalçılıq olduğunu bildirməsi böyük əks-səda doğururdu. Sovet partiya və dövlət rəhbərləri bundan rahatsız olurdular. Bu səbəbdən Stalin Azərbaycanın kommunist rəhbərlərinə məktub yazaraq siyasi mühacirlərin bu arqumentlərini, tezislərini onların əllərindən almaq üçün göstəriş vermişdi.
 
Vətəndən uzaqlarda yaşayan Azərbaycan mühacirləri yazdıqları kitablarda, məqalələrdə, müxtəlif beynəlxalq təşkilatlardakı çıxışlarında bolşeviklərin Azərbaycanda həyata keçirdiyi siyasətin işğalçı xarakter daşıdığını konkret faktlarla sübut edirdilər. Onlar göstərirdilər ki, bolşeviklər bu siyasəti üç
istiqamətdə - siyasi, iqtisadi və mənəvi sahədə həyata keçirirlər. Mənəvi sahədə isə üç başlıca istiqamət seçilmişdi. Onlardan biri təhsil, biri dil, digəri isə din idi. Yeni rejim, həqiqətən, bütün kargüzarlıq işlərini və ali məktəblərdə dərsləri rus dilində aparır, rəhbər vəzifələrə qeyri-azərbaycanlıları təyin edirdi. Azərbaycan mühacirlərinin xaricdə - Avropa, Türkiyə və İranda bolşeviklərin işğalçılıq siyasətinin əleyhinə apardığı mübarizənin genişlənməsi və müəyyən uğurlar qazanması sovet rəhbərliyini və onun Azərbaycandakı əlaltılarını təşvişə
salır və ciddi narahat edirdi. 
 
Bu vəziyyətlə bağlı Stalinin rəhbər göstərişini nəzərə alaraq Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi (Bundan sonra AK(b)P MK. B.Əziz) bir tərəfdən ali məktəblərə tələbə qəbulu zamanı azərbaycanlılara üstünlük verilməsi, digər tərəfdən ad və soy adı azərbaycanlı olan işğalçı sovet ideologiyasına sədaqətli şəxslərin rəhbər vəzifələrə təyin edilməsi ilə əlaqədar müvafiq qərar qəbul etmişdi.
 
T. Şahbazi də məhz belə bir görüntü yaratmaq üçün əlverişli, inanılmış bir şəxs funksiyasını yerinə yetirməli oldu. 
 
Həyat yoldaşı qeyri-azərbaycanlı olan B.Həsənbəyov işğal rejiminin ilk dövrlərində cəza aparatı olan Fövqəladə Komissiyanın (Bundan sonra FK. B.Əziz) Gəncədə yaradılan orqanında çalışaraq xeyli sayda günahsız, milli ruhlu, vətəninin işğalı ilə barışmayan ziyalıların məhv edilməsində iştirak etmişdi.
 
Məlumdur ki, XI Qırmızı ordunun xüsusi şöbəsi olan FK-nın rəisi Pankratov Azərbaycan Sovet Sosialist Respublikası (Bundan sonra Azərb.SSR. B.Əziz) rəhbərlərindən heç kəslə hesablaşmırdı. Bu orqan sovet rejiminin şübhəli hesab etdiyi adamları, fəaliyyəti qadağan edilmiş partiyaların fəallarını, hətta adi üzvlərini, imkanlı şəxsləri, sahibkarları əsassız olaraq həbs edir, güllələyirdi.
 
Ümumiyyətlə, heç kəsdə şübhə olmasın ki, tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar, ancaq həqiqət gec-tez üzə çıxacaq. İnsan bir daha əmin olur ki, ilahi bir Haqq, Ədalət var. Necə deyərlər, o gec gəlsə də, güc gələr. Əlbəttə, hər hansı bir şəxsin şərlənərək həbs edilməsi, təqib və təzyiqlərə məruz qalması, qapalı məhkəmə iclasında vəkilsiz, şahidsiz, dəlil-sübutsuz günahlandırılaraq güllələnməyə məhkum edilməsi qətiyyən yolverilməz,
qəbuledilməzdir. Birmənalı olaraq deyə bilərik ki, Sovetlərin dövlət siyasətinə çevirdiyi “qırmızı terror” cinayəti nifrətə layiqdir.
 
Bütün bunlarla yanaşı, repressiya olunmuşların fəaliyyətində terror faktlarının, istintaq materiallarının müqayisəli tənqidi təhlili göstərir ki, qırmızı terrora məruz qalanların ucdantutma hamısının qəhrəmana çevrilməsi, birtərəfli qaydada onların haqqında müsbət qəhrəman obrazının yaradılması,bu ruhda bədii əsərlər yazılması, filmlər çəkilməsi ilə yanaşı, fəaliyyətlərində, xüsusilə vətənə, müstəqilliyə zidd olan çalışmaları, bu istiqamətdə yol verdikləri nöqsanlar deyilmirsə, bu, doğru deyil. Əslində bunlar sistemin yaratdığı insan
faciəsidir.
 
Problemə belə yanaşılması bir neçə cəhətdən çox vacibdir. Birincisi, bu, insanlarımızın vətənpərvərlik, dövlətə sədaqətlilik, bağlılıq ruhunda tərbiyə olunmasına mənfi təsir göstərir.
 
İkincisi, problemə belə yanaşma müstəqillik dövrünün tarixi-fəlsəfi konsepsiyasına tamamilə ziddir.
 
Üçüncüsü, müstəqilliyimizə düşmən olan “sapı özümüzdən olanları” şirnikləndirmək deməkdir.
 
İş burasındadır ki, repressiya təkcə ayrı-ayrı şəxslərə deyil, həm də kafedralara tətbiq edilmişdir. Bunların içərisində 1949-cu ildə Azərbaycan tarixi kafedrasının bağlanmasını xüsusilə qeyd etmək istərdik...
 
Onu da qeyd edək ki, sovet rejimi dövründə həmin kafedranın başı üzərindən “qara buludlar” əskik olmamışdı.
 
“Şər imperiyası”nın ideoloji dayağı olan kommunist partiyasının hakim rolu Sovet və Azərbaycan SSR Konstitusiyasından çıxarıldıqdan sonra bütün müəssisələrdə, həmçinin BDU-da partiya komitəsi ləğv olundu. Bu zaman
partiya komitəsinə rəhbərlik edən şəxsə vəzifə lazım gəldi. Təəssüf ki, manqurtların yadına ilk düşən “Vətən tarixi”, yəni “Azərbaycan tarixi” kafedrası oldu. Beləliklə, onlar heç bir elmi-metodik zərurət olmadığı halda, vəzifə üçün Vətənimiz kimi onun tarixini araşdıran və tədris edən kafedranı da ikiyə
böldülər...”
 
(Davamı var)
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
01:59, Bu gün
Hindistan HHQ-yə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb
01:58, Bu gün
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
02 Sep 2024 | 23:10
Baş ağrılarından xilas olmağa kömək edəcək məhsullar
02 Sep 2024 | 23:03
“Qarabağ” yeni futbolçu aldı
02 Sep 2024 | 22:56
ÜST: Qəzzada uşaqlar üçün ən yaxşı peyvənd sülhdür
02 Sep 2024 | 22:51
Dərin Dəniz Özülündə yanğın: ölən var
02 Sep 2024 | 22:50
Ancelina Coli sevənlərini qorxutdu
02 Sep 2024 | 22:45
“Ola bilər ki, mən qonorarı çox istəyirəm, bu onları qane etmir” - Rusiyada çəkilən əməkdar artistimiz-FOTO+ÖZƏL
02 Sep 2024 | 22:43
Eldəniz Məmmədov Xocalıda "Tikdim ki, izim qala" OXUDU - VİDEO
02 Sep 2024 | 22:35
Əsgər bir ay yeməksiz qalsa da döyüşdən SAĞ ÇIXDI
02 Sep 2024 | 22:33
Hərəkətdə olan maşının üzərində içki məclisi... - VİDEO
02 Sep 2024 | 22:25
Türkiyədə ABŞ hərbçisinə hücum edənlər saxlanıldı
02 Sep 2024 | 22:18
Azərbaycanda YENİLİK - Sərnişinlər bonuslar qazanacaqlar
02 Sep 2024 | 22:14
"Vaşinqton İsrail və HƏMAS-a yeni prinsip üzrə sövdələşmə təklif edəcək" - "The Washington Post"
02 Sep 2024 | 22:13
"NATO-nun müqavimətinə rəğmən, Ukraynanın qonşu ölkələri Rusiya raketlərini vurmalıdır" - Sikorski
02 Sep 2024 | 22:10
Paytaxtdakı toz dumanının səbəbi bu imiş - Ekspert açıqladı
02 Sep 2024 | 22:02
ABŞ Ukrayna energetikasının bərpasına 800 milyon dollar ayıracaq
02 Sep 2024 | 21:58
"Özünüzü qoruyun, dərmanı yoxdur"
02 Sep 2024 | 21:51
Gözünüzdə problem varsa bunu edin
02 Sep 2024 | 21:43
Sentyabrda ən ucuz otellərin olduğu ölkələrin adları açıqlandı
02 Sep 2024 | 21:35
Kartofu pomidorla yeməyin – SƏBƏB
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
02 Sep 2024 | 21:32
Təyyarə sərnişinləri səmada qəribə obyekt gördülər - TOPA BƏNZƏYİRDİ
02 Sep 2024 | 21:29
Belarus və Rusiya 25 illik müqaviləni təzələyir
02 Sep 2024 | 21:23
Nəzakətli oğru - Qabları yuyub, yemək bişirib və məktub yazıb...
02 Sep 2024 | 21:18
"Apple" 90 milyon "iPhone 16" istehsal edəcək - Rekord qıracaq
02 Sep 2024 | 21:08
ABŞ-da köhnə vaqonların taleyi necə olur? - OKEANDA...
02 Sep 2024 | 21:02
Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb
02 Sep 2024 | 20:57
Vladimir Putin Yaponiya üzərində qələbəni bu ölkədə QEYD EDİR 
02 Sep 2024 | 20:53
Ətdən az istifadə xəstəlik riskini azaldır
02 Sep 2024 | 20:45
Parisdə qızıl medal qazanan paralimpiyaçı: Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm
02 Sep 2024 | 20:40
Perspektivli rəqəmsal peşələr - 5 seçim
02 Sep 2024 | 20:34
XİN rəhbəri Leonid Anfimovu qəbul etdi
02 Sep 2024 | 20:34
İnsanlara heç vaxt bu sözləri DEMƏK OLMAZ 
02 Sep 2024 | 20:26
Keçmiş sevgilisinin evləndiyini öyrənib TOYA HÜCUM ETDİ - VİDEO
02 Sep 2024 | 20:20
Ruslara Finlandiyada torpaq almağa qadağa qoyula bilər
02 Sep 2024 | 20:18
Prezidentlə xanımının Kəlbəcər səfərindən - Fotolar
02 Sep 2024 | 20:16
Daşqınlar 185 nəfərin həyatına son qoydu
02 Sep 2024 | 20:06
Prezident “əla!” dedi - Video
02 Sep 2024 | 20:03
3000 armud oğurlayan şəxs həbs edildi
02 Sep 2024 | 19:57
"Bakı Metropoliteni" 891 min manatlıq metal alır
02 Sep 2024 | 19:49
Sentyabrda bu BÜRCLƏRİ unudulmaz romantik macəra gözləyir
02 Sep 2024 | 19:41
“Həyat yoldaşımın ölümündən sonra bank mənə təzyiq edir, hədə-qorxu gəlir, deyir ki..” - ŞİKAYƏT+ARAŞDIRMA
02 Sep 2024 | 19:39
“Nəsibə xanım qohumumdur, amma bu gün onu görməyib, efirdə yalandan elə danışıb adından istifadə edirlər ki..”-FOTO+ÖZƏL
02 Sep 2024 | 19:38
Bakıda “Mayot ölüm adası” adlı sənədli filmin nümayişi olub - FOTO
02 Sep 2024 | 19:32
“Durma qapı dalında, gözüm qaldı Matada” - FOTO
02 Sep 2024 | 19:27
Kəlbəcər və Zəngilanda kənd təsərrüfatı məhsulu istehsalı 2,6 dəfə artıb
02 Sep 2024 | 19:26
O, kakao və şokoladı əvəz edir
02 Sep 2024 | 19:19
“Bandotdel”in həbs etdiyi jurnalistin məhkəməsi başlayır
02 Sep 2024 | 19:18
Rusiyada daha bir general saxlanılıb
02 Sep 2024 | 19:18
Nasizm Avropaya qayıdır?
02 Sep 2024 | 19:17
Prezident Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib, Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı olub - YENİLƏNİB
02 Sep 2024 | 19:10
Çin bankları ödəniş kartlarında rus adları görən kimi…
02 Sep 2024 | 18:56
Putinin adını daşıyan casus balina ölü tapıldı
02 Sep 2024 | 18:50
Kiçik oğlunu Laçında klipinə çəkdi - VİDEO
02 Sep 2024 | 18:45
Alkoqol asılılığından necə qurtulmaq olar? - ARAŞDIRMA
02 Sep 2024 | 18:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib, seçkilərdə qələbəyə görə təbriklərini çatdırıb
02 Sep 2024 | 18:36
Əsgər odlu silahdan açılan atəş nəticəsində ölüb
02 Sep 2024 | 18:35
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb
02 Sep 2024 | 18:28
Pələng baxıcısına hücum etdi: Baxıcı ağır yaralandı
02 Sep 2024 | 18:20
Macar nazir: "Rusiya nefti olmasa, biz sağ qala bilməyəcəyik"
02 Sep 2024 | 18:16
Prezident və Birinci xanım Kəlbəcərdə İstisu Mineral su zavodunun açılışında iştirak ediblər
02 Sep 2024 | 18:13
Özəl universitetlər hansı tələbələrə təhsil haqqında güzəşt edir? - SORĞU
02 Sep 2024 | 18:10
Estoniyada cinayətkar qıtlığı yaranıb, boş həbsxanalar xarici məhbuslara icarəyə veriləcək
02 Sep 2024 | 18:09
Rusiyada güclü zəlzələ baş verib
02 Sep 2024 | 18:06
Prezident və birinci xanım Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar
02 Sep 2024 | 18:00
Allahın bizə göndərdiyi Qida MÖCÜZƏSİ
02 Sep 2024 | 17:45
“Ukrayna müharibəni çox səbirlə və hərbi elm əsasında aparır...- Qələbə gec-tez onundur...” 
02 Sep 2024 | 17:44
Telekanallarda son səkkiz ayın monitorinqi: Doqquz ciddi pozuntu faktı aşkarlanıb
02 Sep 2024 | 17:37
Azərbaycan xaricdən 305 milyon dollarlıq əczaçılıq məhsulları aldı
02 Sep 2024 | 17:31
UNEC-in ev sahibliyi ilə COP 29-la bağlı keçirilən Beynəlxalq Multidissiplinar Simpozium uğurla yekunlaşıb
02 Sep 2024 | 17:26
Bu ölkədə düşmən dronlarını vurmaq artıq “qadın işi”  və adrenalin həzzi sayılır
02 Sep 2024 | 17:24
Prezident və birinci xanım bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olublar - Yenilənib (FOTO)
02 Sep 2024 | 17:23
Paris-2024: Yay Paralimpiya Oyunlarında ilk dəfə transgender idmançı mübarizəyə qoşulub
02 Sep 2024 | 17:18
İmişlidə polisin müdaxiləsindən sonra 17 yaşlı qızın toyu təxirə salınıb
02 Sep 2024 | 17:17
Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır
02 Sep 2024 | 17:15
Valideynləri illər öncə vəfat edən gəncin meyiti toyu ərəfəsində asılmış vəziyyətdə tapıldı
02 Sep 2024 | 17:15
Prezident Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub-YENİLƏNİB
02 Sep 2024 | 17:13
Vilayət Eyvazov Yevlaxda vətəndaşları qəbul edəcək
02 Sep 2024 | 17:11
“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - Video
02 Sep 2024 | 17:06
İki rektor deputat oldu
02 Sep 2024 | 17:05
Növbəti iki gündə isti hava şəraiti hökm sürəcək
02 Sep 2024 | 17:00
Paşinyan yenə Azərbaycanla sərhədə getdi - Video
02 Sep 2024 | 16:58
Binanın pilləkəni çökdü - Rəsmi açıqlama
02 Sep 2024 | 16:56
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb
02 Sep 2024 | 16:53
Yüksək vəzifəyə təyin olundular
02 Sep 2024 | 16:50
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub - Yenilənib (FOTO)
02 Sep 2024 | 16:49
Lavrov: "Əgər İrəvan Bakı ilə birbaşa danışmaq istəyirsə, lap yaxşı"
02 Sep 2024 | 16:46
Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib (FOTO)
02 Sep 2024 | 16:19
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə su elektrik stansiyasının açılışında - Yenilənib (FOTO)
02 Sep 2024 | 15:58
İstismar müddətini bitirmiş binalar: Onlarla bağlı nə vaxt TƏDBİR GÖRÜLƏCƏK
02 Sep 2024 | 15:57
Azərbaycanda yüksək maaş alan işçilərin SAYI AÇIQLANDI
02 Sep 2024 | 15:22
Ölkədə yaşama hüququ verən sənədləri olmayan 94 əcnəbi saxlanılıb
02 Sep 2024 | 15:19
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Səid Nəcəfzadəni təbrik edib
02 Sep 2024 | 15:07
“Seçkilər azad rəqabət mühitində keçirilib” - Əli İnsanov
02 Sep 2024 | 14:52
Narinin əmisi də saxlanıldı
02 Sep 2024 | 14:48
Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub
02 Sep 2024 | 14:46
Ermənilərin tarixdən gələn terror adəti- Hökumət dəyişir, siyasət eynidir...
02 Sep 2024 | 14:44
II Qaregin Qarabağdan DANIŞDI
02 Sep 2024 | 14:42
Mehriban Əliyeva Kəlbəcərdən paylaşım etdi - VİDEO
GÜNLÜK
02 Sep 2024 | 10:42
Onları parlamentdə ilk dəfə görəcəyik - SİYAHI
02 Sep 2024 | 09:00
Bakıda bu binalar SÖKÜLƏCƏK - Əhaliyə Vacib XƏBƏRDARLIQ 
02 Sep 2024 | 09:29
Ermənistan paytaxtında "artsax"ın "xatirəsi" bir dəqiqəlik sükutla anıldı...-VİDEO
02 Sep 2024 | 11:17
Ən yüksək və ən aşağı səs faizini onlar topladı - Siyahı
02 Sep 2024 | 10:00
Bədəninizdən belə qoxu gəlirsə, bu xəstəlikdən əziyyət çəkirsiniz
02 Sep 2024 | 07:43
“Tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar...- Ancaq həqiqət gec-tez üzə çıxacaq...”
02 Sep 2024 | 10:15
Əməkdar artistdən İDDİA: "Aparıcıların əksəriyyəti savadsızdır"
02 Sep 2024 | 06:38
Polis etirazçılara qarşı qumbaralardan istifadə etdi... -Deputat yaralandı...+VİDEO
02 Sep 2024 | 14:44
II Qaregin Qarabağdan DANIŞDI
02 Sep 2024 | 08:43
“Bunlar hələ başlanğıcdır…” - Ərdoğan
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
27 Aug 2024 | 12:32
"Faydalarını biləndən sonra hər kəs dinləndirilmiş ət yeyəcək" - Qida mütəxəssisindən maraqlı TÖVSİYƏ
AYLIQ
02 Sep 2024 | 10:42
Onları parlamentdə ilk dəfə görəcəyik - SİYAHI
02 Sep 2024 | 09:00
Bakıda bu binalar SÖKÜLƏCƏK - Əhaliyə Vacib XƏBƏRDARLIQ 
02 Sep 2024 | 09:29
Ermənistan paytaxtında "artsax"ın "xatirəsi" bir dəqiqəlik sükutla anıldı...-VİDEO
02 Sep 2024 | 11:17
Ən yüksək və ən aşağı səs faizini onlar topladı - Siyahı
02 Sep 2024 | 10:00
Bədəninizdən belə qoxu gəlirsə, bu xəstəlikdən əziyyət çəkirsiniz
02 Sep 2024 | 07:43
“Tarixdən heç nəyi gizlətmək mümkün deyil, müvəqqəti maskalanmaq olar...- Ancaq həqiqət gec-tez üzə çıxacaq...”
02 Sep 2024 | 10:15
Əməkdar artistdən İDDİA: "Aparıcıların əksəriyyəti savadsızdır"
02 Sep 2024 | 06:38
Polis etirazçılara qarşı qumbaralardan istifadə etdi... -Deputat yaralandı...+VİDEO
02 Sep 2024 | 14:44
II Qaregin Qarabağdan DANIŞDI
02 Sep 2024 | 08:43
“Bunlar hələ başlanğıcdır…” - Ərdoğan