Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi - FOTOLAR
Elm və Təhsil
Oxunub: 300
10:45, Bu gün
Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi - FOTOLAR

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi milli düşüncə tariximizdə yeni bir mərhələ açdı, xalqımızın elm-maarif yoluna qədəm qoymasında, onu bu istiqamətdə arxasınca aparacaq ixtisaslı kadrların formalaşmasında həlledici oldu. Bu əlamətdar hadisə bir çox elm sahələrinin, o cümlədən, Azərbaycan filologiyasının təşəkkülünə güclü təkan verdi. Bakı Dövlət Darülfünunu ilkin olaraq Tarix-filologiya fakültəsi (Tarix və lisanə fakültəsi) şəklində təşkil olunmuşdu, deməli, Filologiya fakültəsi BDU-nun yaşıdıdır.

Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.

Qeyd olunub ki, 1923-1924-cü tədris ilindən Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə, 1924-1925-ci tədris ilindən İctimai elmlər fakültəsi Pedaqoji fakültəyə çevrildi. 1925-1926-cı tədris ilinin əvvəlində Pedaqoji fakültədə Dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırıldı. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin Lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarınadək - Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirdi. 1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, Filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açıldı. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas - Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı ixtisasları üzrə aparılırdı.

BDU-nun Şərqşünaslıq, Jurnalistika, İnformasiya və sənəd menecmenti fakültələri vaxtilə Filologiya fakültəsinin tərkibindən ayrılaraq sonralar müstəqil fakültələrə çevriliblər. Müxtəlif illərdə fakültəyə professorlar Aleksandr Baqri, Məmmədağa Şirəliyev, dosentlər Həbibullah Səmədzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Cəfər Cəfərov, professor Əli Sultanlı, dosentlər Muxtar Hüseynzadə, Seyfulla Əliyev, professorlar Əlövsət Abdullayev, Ağamusa Axundov, Əkbər Ağayev, Firudin Hüseynov, Aqil Hacıyev, Nizami Cəfərov, Qara Namazov, Elbrus Əzizov, dosent Məhərrəm Vəliyev rəhbərlik ediblər. 2016-cı ildən fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Hüseyn oğlu Məmmədovdur.

Bu gün Filologiya fakültəsi təhsilalanların və professor-müəllim kontingentinin sayına və elmi-pedaqoji potensialına görə BDU-nun aparıcı fakültələrindən biridir. Fakültədə 3 səviyyə üzrə kadr hazırlığı aparılır.

Bakalavriat səviyyəsində filologiya (Azərbaycan dili və ədəbiyyatı), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (alman dili müəllimliyi), xarici dil müəllimliyi (fransız dili müəllimliyi), dil və ədəbiyyat müəllimliyi (rus dili və ədəbiyyatı müəllimliyi) ixtisaslarında kadrlar yetişdirilir.

Magistratura səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və filologiya ixtisaslarında 14 ixtisaslaşma - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslıq (ədəbiyyat nəzəriyyəsi), ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi), ədəbiyyatşünaslıq (folklorşünaslıq və mifologiya), ədəbiyyatşünaslıq (dünya ədəbiyyatı), ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı), ədəbiyyatşünaslıq (rus ədəbiyyatı üzrə), Azərbaycan dili, dilşünaslıq (ümumi dilçilik), dilşünaslıq (türkologiya), dilşünaslıq (rus dili üzrə), dilşünaslıq (alman dili üzrə), dilşünaslıq (fransız dili üzrə) kadr hazırlığı həyata keçirilir.

Doktorantura səviyyəsində həm fəlsəfə doktoru, həm də elmlər doktoru hazırlığı dil nəzəriyyəsi, Azərbaycan dili, slavyan dilləri, türk dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və təhlil, Azərbaycan ədəbiyyatı, türk xalqları ədəbiyyatı, dünya ədəbiyyatı, folklorşünaslıq ixtisasları üzrə aparılır.

Filologiya fakültəsinin əsas elmi tədqiqat istiqamətləri və prioritet məsələlərinə dilçiliyin və ədəbiyyatşünaslığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsi - nəzəri və praktik dilçilik tədqiqatlarının aparılması, qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi, ümumi dilçilik məsələləri, həmçinin şifahi və yazılı ədəbiyyat, klassik və müasir ədəbi proseslər, mühacirət ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli ədəbiyyatşünaslıqla bağlı araşdırmaların aparılması aiddir.

Fakültədə 15 kafedra və 4 elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir.

Azərbaycan dilçiliyi kafedrası (1939) nəzəri kafedra kimi dilin bütün yarusları üzrə aktual problemlərin tədqiqi, Azərbaycan dilinin fonetikası, leksikası, qrammatik quruluşu, nitq mədəniyyəti və üslubiyyatı məsələlərinin araşdırılması və tədrisi sahəsində ixtisaslaşıb.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası (1965) tədrisin təşkili ilə yanaşı, dilçi-metodist kadrların hazırlanması ilə məşğul olur. Kafedranın elmi-tədqiqat istiqaməti Azərbaycan dili və ədəbiyyatının tədrisinin tarixi, metodikası, qrammatik təhlilin nəzəri və metodik əsasları üzrə tədqiqatlarla müəyyən olunur.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının (2014) fəaliyyətində Azərbaycan dili və nitq mədəniyyətinin praktik məsələləri, nitq mədəniyyətinin formalaşdırılması, Azərbaycan dilinin üslub xüsusiyyətlərinin tətbiqi aspekti aparıcıdır.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının (1939) əsas pedaqoji və elmi istiqamətini klassik və müasir Azərbaycan ədəbiyyatının tədrisi və onun aktual problemlərinin tədqiqi təşkil edir.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası (1989) folklorun tədrisi, aktual problemləri, Azərbaycan mifologiyası, Azərbaycan folklorunun digər dillərə tərcüməsi, ozan-aşıq sənəti və s. mövzularda elmi-tədqiqat işləri ilə məşğul olur.

Dünya ədəbiyyatı kafedrasının (1939) elmi-pedaqoji profili dünya ədəbiyyatı tarixi, müqayisəli ədəbiyyat, tərcümə nəzəriyyəsi istiqamətlərində tədrisin və tədqiqatların aparılması ilə müəyyən olunur.

Türkologiya kafedrası (1969) türk dilləri, türk xalqları ədəbiyyatı, Azərbaycan dilinin tarixi və dialektologiyası, qədim və müasir türk yazılı abidələrinin dili istiqamətləri üzrə araşdırmaların aparılması ilə məşğul olan ixtisaslaşmış kadrlardan təşkil olunub.

Ümumi dilçilik kafedrasının (1920) əsas elmi-pedaqoji fəaliyyəti dilçilik tarixi, dil nəzəriyyəsi və müqayisəli dilçilik istiqamətindədir.

Filologiya fakültəsində Azərbaycan bölməsi ilə paralel rus bölməsi də fəaliyyət göstərir. Rus dilçiliyi kafedrasında (1939) rus dilinin tarixi, müasir rus dili, rus dilçiliyi tarixi, onomastika, rus dilinin tədrisi metodikası istiqamətlərində tədqiqatlar aparılır. Rus ədəbiyyatı tarixi kafedrasında (1920) rus ədəbiyyatının inkişaf mərhələləri və Azərbaycan-rus ədəbi əlaqələri əsas araşdırma istiqamətini təşkil edir.

Fakültədə xarici dillərin tədrisi də uğurla həyata keçirilir. Alman və fransız dilləri kafedrası (2001) bu dillərin tədrisi, fonetikası, leksikologiyası və qrammatikası üzrə elmi-tədqiqat işləri ilə məşğul olur. Rus dili (humanitar fakültələr üzrə) kafedrasında (1919) BDU-nun humanitar fakültələrində rus dilinin tədrisi ilə yanaşı, rus dilinin tarixi və tədrisi metodikası sahəsində tədqiqatlar aparılır. Rus dili (təbiət fakültələri üzrə) kafedrasının (1972) fəaliyyətində rus dilinin tədrisi fonunda rus dilçiliyinin nəzəri məsələləri, rus dilinin tədrisinin metodikası istiqamətləri elmi-tədqiqat planında önə çıxır. İngilis dili (təbiət fakültələri üzrə) kafedrası (1922) BDU-nun ingilis dili fənninin praktik tədrisi ilə məşğul olmaqla yanaşı, ingilis dilinin tədrisi metodikası və dillərin müqayisəli araşdırılması istiqamətlərində elmi-tədqiqat işləri ilə də məşğul olur. İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında (2011) ingilis dilinin tədrisi əsas istiqamət olsa da, dil nəzəriyyəsi və müqayisəli dilçilik aspektində elmi araşdırmalar da aparılır.

Fakültədə elmi-tədqiqat laboratoriyalarının fəaliyyətləri filologiyanın prioritet istiqamətlərinə müvafiq olaraq müəyyən edilir; Azərbaycan dilinin tətbiqi məsələləri ETL-də qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin müasir vəziyyəti fonunda tətbiqi problemlərinin araşdırılması, Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-də millətlərin qarşılıqlı inteqrasiyasında bədii tərcümənin rolu və mühacirət ədəbiyyatı nümayəndələrinin ədəbi-bədii yaradıcılığı, “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” eposunun tədqiqi tarixi və folklor məsələləri, Türkoloji araşdırmalar ETL-də türkologiyanın aktual problemləri, Avropa və Asiya ölkələrində türk dillərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.

BDU-nun müvafiq kafedralarının professor-müəllim heyəti bir əsrdən artıq dövr ərzində Azərbaycan filologiyasının inkişafına əvəzsiz töhfələr verib. Müxtəlif dönəmlərdə BDU-nun ayrı-ayrı alimlərinin ardıcıl fəaliyyətinin nəticəsi kimi respublikamızda filoloji fikrin inkişafında mühüm rol oynamış bir neçə elmi-pedaqoji məktəb – “Ümumi dilçilik və türkologiya”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dilçiliyi”, “Şifahi xalq ədəbiyyatı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “XIX əsr Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”, “Rus ədəbiyyatı və ədəbi tənqid”, “Rus dilçiliyi”, “Dünya ədəbiyyatı” akademik məktəbləri yaranıb. Bu elmi-pedaqoji məktəblər Filologiya fakültəsinin BDU-nun 105 illik fəaliyyəti boyu əldə etdiyi ən böyük nailiyyət, gələcək nəsillərə qoya biləcəyi ən zəngin irsdir. Həmin akademik məktəblərin yaradıcıları və əsas nümayəndələrinin elmi-pedaqoji fəaliyyəti onların davamçıları üçün örnək olub, neçə-neçə gənc alimin həyat yoluna işıq tutub.

BDU-da həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətlərində yaranmış akademik məktəblər sübut edir ki, Filologiya fakültəsində irs-varislik əlaqələri möhkəm təməl üzərində qurulub. Bu isə Filologiya fakültəsinin 105 illik fəaliyyəti ərzində formalaşmış elmi-pedaqoji məktəblərin mövcud ənənələrini gələcəkdə də davam etdirəcəyinə, müasir innovativ çağırışlar kontekstində təkmilləşdirəcəyinə, çağdaş dünyamızın tələblərinə cavab verən yeni-yeni ixtisaslı kadrlar və alimlər nəsli yetişdirəcəyinə və BDU-nun 105 illik yubileyini yeni uğurlarla qarşılayacağına inam yaradır.

Oxşar xəbərlər
14:08, Bu gün
Paşinyan Putinlə DANIŞDI - Razılıq əldə olundu
14:02, Bu gün
779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər - VİDEO
13:56, Bu gün
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalandı - YENİLƏNİB + FOTO
13:51, Bu gün
İranda çox sayda İŞİD terrorçusu həbs edildi - FOTO
13:46, Bu gün
Daşkənddə işgüzar dairələrin nümayəndələri ilə görüş keçirilir
13:42, Bu gün
Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü oldu - YENİLƏNİB
13:38, Bu gün
Pul tanımayan qəribə və səfil ulduz
13:32, Bu gün
PFL-in icraçı direktoru Millətlər Liqası oyununa təyinat aldı
13:27, Bu gün
“Məni sayan, yada salan olmadı, fəxri adım da yoxdur, pensiya ilə dolanıram”-45 ilin şef aşbazı-MAKEDONdan ETİRAF-FOTO+ÖZƏL
13:21, Bu gün
"Xoşbəxtlikdən ölən ilk müğənni kimi tarixə düşərəm"
13:16, Bu gün
Üzüm bağlarındakı durğunluğun səbəbi nədir? - VİDEO
13:10, Bu gün
Aysun körpəsini qızıl suyunda çimizdirdi
13:05, Bu gün
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ: BU DAVRANIŞLAR SİZİ İNTELLEKTSİZ GÖSTƏRİR 
13:00, Bu gün
Gəmilər batanda ölkə də batır...
12:57, Bu gün
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
12:52, Bu gün
39 dərəcə isti, leysan, dolu... - SABAHIN HAVASI
12:47, Bu gün
Bakıda bu mənzillər kütləvi satışa çıxarıldı - Olduqca UCUZDUR
12:41, Bu gün
“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...” - Aygün Bəylərin bacısı SİRRİ AÇDI - ÖZƏL + FOTO
12:35, Bu gün
Avqustun 23-nün ən xoşbəxt BÜRCÜ: Xüsusi bir insanla tanış olmaq şansınız var
12:30, Bu gün
İcra başçısının xanım müavini İŞDƏN ÇIXARILDI
12:24, Bu gün
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının birinci iclası keçirildi - YENİLƏNİB + FOTO
12:20, Bu gün
Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri açıqlandı
12:15, Bu gün
Avropa liqalarında həftəsonu keçiriləcək görüşlər - AFİŞA
12:10, Bu gün
Evli kişilərlə evli qadınlar arasındakı fərq: GÖRÜN ARAŞDIRMA HANSI FAKTI ORTAYA ÇIXARDI
12:09, Bu gün
Qarabağ Universitetində bütün plan yerləri doldu
12:05, Bu gün
Zaur saçlarını sarıya boyatdırdı - VİDEO
12:00, Bu gün
Qəhvə içmək üçün ideal saat hansıdır?
11:56, Bu gün
“Rusiyanın çökəcəyindən danışanlar dəqiq iqtisadi, sosial faktlar göstərməlidir...”
11:50, Bu gün
Xalq artistinin çətin anları - VİDEO
11:45, Bu gün
Geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub
11:32, Bu gün
Seçkiyə getmədən hakimiyyəti qazanmaq xəyalları... - SABİQ NAZİR YAZIR
11:26, Bu gün
Deputatlığa namizəd Günay Ağamalı Şorsuluda sahibkar Səxavət Əliyevin şəxsi təsərrüfatını ziyarət edib - FOTO/VİDEO
11:22, Bu gün
Evdə köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
11:20, Bu gün
Vəziyyət kəskinləşir – Zəngəzurla bağlı Ermənistana xəbərdarlıq edildi
11:16, Bu gün
Dünyanın ikinci ən böyük almazı bu ölkədə tapıldı: Görün çəkisi nə qədərdir
11:14, Bu gün
GEOHƏSSAS DİNAMİKA VƏ DÖVLƏTÇİLİK
11:10, Bu gün
Hər səhər bir fincan içsəniz...
11:09, Bu gün
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu - FOTO
11:05, Bu gün
Tanınmış jurnalist oğlu ilə birgə TƏLƏBƏ OLDU
11:00, Bu gün
Ordumuz "düşmən" hədəflərini “Smerç”lərlə belə vurdu - VİDEO
10:57, Bu gün
Nəsiman Yaqublu Qobuda Zəngilan-Qubadlı seçiciləri ilə görüş keçirib - FOTO
10:50, Bu gün
Telefonların sağlamlığa təsiri - GÖZLƏNİLMƏZ KƏŞF
10:45, Bu gün
Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi - FOTOLAR
10:41, Bu gün
Xidmət rəisindən azad olunan ərazilərə səfər zamanı ətrafı zibilləyənlərə bağlı AÇIQLAMA
10:35, Bu gün
Makiyajın üzdə uzunmüddətli qalması üçün bunları edin
10:32, Bu gün
Yetişmiş və şirin yemişi seçərkən bunları NƏZƏRƏ ALIN 
10:28, Bu gün
Hər gün 1 stəkan için, bədəndəki yağları əridin...
10:24, Bu gün
Bu qidalar qutuda saxlanılmamalıdır- EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALDI 
10:20, Bu gün
Ən çox bu xəstəliklərə görə Təcili Tibbi Yardım çağırılıb - 65 minə yaxın MÜRACİƏT
10:14, Bu gün
DYP valideynlərə müraciət etdi
10:09, Bu gün
Oğlu Zaur Kamalı belə sevindirdi - FOTO
10:02, Bu gün
Azərbaycanlı zəvvar Kərbəlada öldü, orada dəfn edildi - FOTO
09:56, Bu gün
Təhsil tarixinin yeni REKORDUNU təzələdilər - FOTO
09:50, Bu gün
Sağlamlığınız üçün yeməkdən əvvəl və sonra belə qidalanın
09:44, Bu gün
Amfibiya təyyarəmiz meşə yanğını ilə mübarizəyə cəlb olundu
09:37, Bu gün
Tələbə adını neçə nəfər qazandı? - REKORD
09:31, Bu gün
Valideynlərdən kim öz intellektini övladına ötürür? - Araşdırma
09:30, Bu gün
Vüsalənin Batumi tətilindən görüntülər - VİDEO
09:25, Bu gün
Xəyanətlə üzləşən qadınların etdiyi səhvlər – PSİXOLOQ AÇIQLADI
09:20, Bu gün
Avro manat qarşısında ucuzlaşdı
09:16, Bu gün
Dünyada banan ağacları tamamilə yox ola bilər
09:12, Bu gün
“Həmin gün Tehrana da bir naməlum təyyarə enib və İran rəhbərliyinə xəbərdarlıq edilib...”
09:10, Bu gün
Kamala Harris: Dünyanın ən güclü ordusunu yaradacağam
09:05, Bu gün
“Rusiyanın tikinti sektorunda və bazarlarında çalışan gənclərimizə bəzən ikinci dərəcəli  insanlar kimi yanaşırlar”
09:01, Bu gün
Onlar ali məktəblərə müsabiqədənkənar qəbul oldular
08:56, Bu gün
"Planetimizin əsas tarazlığı fəlakət həddindədir" - ARAŞDIRMA
08:50, Bu gün
Beyonsdan Donald Trampa qadağa
08:43, Bu gün
“WhatsApp”da yenilik - Artıq nömrə verməyə məcbur deyilsiz
08:41, Bu gün
Rusiya Türkiyədə də qoşun yerləşdirə bilər?..- “Ankaranı asılı saxlamaq üçün...” 
08:38, Bu gün
Qazaxıstan bu ölkə ilə müttəfiqlik sazişi imzaladı
08:32, Bu gün
İş axtaran zaman diqqət edilməli nüanslar
08:28, Bu gün
Ayaqlarınızı yuduğunuz suya SİRKƏ əlavə edin - NƏTİCƏ ŞOKA SALACAQ
08:23, Bu gün
Xərçənglərin müsbət və mənfi tərəfləri
08:18, Bu gün
Aloe Veranın DƏRİYƏ GÜCLÜ TƏSİRİ
08:13, Bu gün
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
08:06, Bu gün
Nazir: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
08:00, Bu gün
Limonun zərərli xüsusiyyətləri açıqlanıb
07:50, Bu gün
Rusiya işğal etdiyi Ukrayna ərazilərindən taxılı İrana daşıyır...
22 Aug 2024 | 23:46
Səttar Möhbalıyev istefa verdi
22 Aug 2024 | 23:00
"Zirə" "Omoniya"ya 6-0 məğlub oldu
22 Aug 2024 | 22:53
“Onun üçün çox darıxıram”
22 Aug 2024 | 22:48
Bu ölkədə təyyarə qəzası: 5 nəfər öldü
22 Aug 2024 | 22:40
İnsanları qocaldan qidalar
22 Aug 2024 | 22:34
İnfluenser  həyat yoldaşının İtaliya tətili
22 Aug 2024 | 22:26
Bu ölkədə meymunçiçəyinə yoluxmada kəskin artım
22 Aug 2024 | 22:18
Yaddaşı gücləndirir, konsentrasiyanı artırır
22 Aug 2024 | 22:10
Bu 3 SƏHV saçları tökürmüş – Hamı edir
22 Aug 2024 | 22:00
Evinin tualetində olarkən piton cinsiyyət orqanını dişlədi – FOTO
22 Aug 2024 | 21:52
İsrail Abbasın təklifini rədd etdi
22 Aug 2024 | 21:47
"Zirə" - "Omoniya" matçında hesab açıldı - CANLI/YENİLƏNİR
22 Aug 2024 | 21:40
Kürd agenti canlandıran aktrisadan açıqlama
22 Aug 2024 | 21:33
Bu göbələk olduqca faydalıdır
22 Aug 2024 | 21:28
Krımda raket təhlükəsi: körpüdə hərəkət dayandırıldı
22 Aug 2024 | 21:20
Şuşa Dövlət Qoruğundan turistlərə müraciət -VİDEO
22 Aug 2024 | 21:13
Panik atak nədir, simptomları və yaranma səbəbləri
22 Aug 2024 | 21:05
Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
22 Aug 2024 | 21:01
SON DƏQİQƏ! Ukrayna Rusiyanın ən böyük limanını partlatdı – VİDEO
22 Aug 2024 | 20:57
"Ukrayna Zaporojye AES-ə nəzarəti bərpa edə bilər, amma bir şərtlə" - EKSPERT RƏYİ
22 Aug 2024 | 20:53
Təmsilçimiz Çempionlar Liqasında darmadağınla qalib gəldi
22 Aug 2024 | 20:45
Tacir Şahmalıoğlunun Ağdamdakı evi - Video
GÜNLÜK
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 14:39
"Uşaqlarım olmasaydı, torpağı qazıb yanında yatardım" - VİDEO
22 Aug 2024 | 16:10
"...130 manat cərimə tələb olunur" - Ölkədəki internet problemi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
22 Aug 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
22 Aug 2024 | 20:16
Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 23:59-dan etibarən…
22 Aug 2024 | 17:03
Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB
22 Aug 2024 | 14:57
"Bütün maneələri təcili olaraq dəf edin və sazişə gəlin" - Bayden
22 Aug 2024 | 15:52
“Fərqli xarakterlər, zövqlər, düşüncələr olmalıdır ki…” - Qadın-kişi münasibətlərində tərəflərin istəyi nədir?
22 Aug 2024 | 15:25
“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” - FOTO
HƏFTƏLİK
17 Aug 2024 | 20:20
"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"-ÖZƏL
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
17 Aug 2024 | 13:32
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
21 Aug 2024 | 09:07
“Zəngəzur dəhlizi açılacaq!”
17 Aug 2024 | 17:12
Bu tarixdə doğulanların nəzərinə...
18 Aug 2024 | 18:37
Bu pişiklərin mənzildə saxlanması QƏTİ QADAĞANDIR 
18 Aug 2024 | 13:16
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
18 Aug 2024 | 19:30
Zəkanın aşağı olduğunu göstərən BEŞ DAVRANIŞ 
18 Aug 2024 | 17:09
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ
AYLIQ
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 14:39
"Uşaqlarım olmasaydı, torpağı qazıb yanında yatardım" - VİDEO
22 Aug 2024 | 16:10
"...130 manat cərimə tələb olunur" - Ölkədəki internet problemi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
22 Aug 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
22 Aug 2024 | 20:16
Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 23:59-dan etibarən…
22 Aug 2024 | 17:03
Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB
22 Aug 2024 | 14:57
"Bütün maneələri təcili olaraq dəf edin və sazişə gəlin" - Bayden
22 Aug 2024 | 15:52
“Fərqli xarakterlər, zövqlər, düşüncələr olmalıdır ki…” - Qadın-kişi münasibətlərində tərəflərin istəyi nədir?
22 Aug 2024 | 15:25
“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” - FOTO