Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”
Elm və Təhsil
Oxunub: 1406
12 Aug 2024 | 11:23
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir”

Çağdaş Türkiyə ədəbiyyatının istedadlı nümayəndələrindən olan Nazmi Bayrının "Azərbaycandan Anadoluya axan Türkcə..." kitabı Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Bakıda işıq üzü görüb. Layihənin rəhbəri - nəşrin təşəbbüskarı və Ön sözün müəllifi M.Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev; kitabın rəyçisi professor Mahirə Nağıqızıdır.

Moderator.az Türk dünyasının dəyərli alimi Cavanşir Feyziyevin kitaba yazdığı ön sözü oxuculara təqdim edir:
 
 
Cavanşir Feyziyev: “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz və ədəbiyyatşünaslığımız üçün qiymətli töhfədir.”
 
Ana dili günümüzdə ümümtürk mədəniyyətinin, ədəbiyyatının fədakar təbliğatçısı, TÜRKSOY-un baş katibi Sultan Raevin qardaş Türkiyənin istedadlı qələmlərindən olan Nazmi Bayrının ortaq türkçəmiz üzərinə apardığı həssas müşahidə və araşdırmalardan doğulan bir kitabının əlyazma nüsxəsini oxuyub dəyərləndirməyim və Ön söz yazmağım üçün göndərməsi çox xoş təsadüf oldu.
 
“Azərbaycandan Anadoluya axan türkcə” kitabının izi ilə çağdaş Türk ədəbiyyatının usta yazarı Nazmi bəyin yaradıcılıq yolunu kitab-kitab vərəqlədim: 2010-cu ildən günümüzədək işıq üzü görən “Otel Atlantik”, “Uçurtmalar”, “Güz buluşmaları”, “Kırgın öykülər”, “Kırık öykülər”, “Kırılğan öykülər” və “Ürəyimdəki Adana kəsitləri” kitablarındakı həyat dadlı, mayası gerçəkliklərdən yoğrulan hekayələrlə tanış olmağım müəllifin istedadı və söz duyumu haqqında düşüncələrimi bütövləşdirdi.
 
 
Nazmi Bayrının orijinal yazı manerası, özünəməxsus üslubu, boyasız tərtəmiz türkçəsi, təbii axarda hadisələri nəqletməsi ilə nəinki kitabla oxucu arasında sədləri qaldırır, hətta qardaş ölkələrimiz arasındakı sərhəd və məkan uzaqlığı məfhumunu tamamən aradan götürərək oxucusuna həmsöhbət ola bilir.
 
Nazmi Bayrı Türkiyənin qədim mədəniyyət beşiyi olan Elazığdandır.
 
Elazığ bizlərdən ötrü həm də Almas Yıldırımı qoynuna aldığı üçün doğma, əziz yurd yeridir. O zamanlar Atatürkə yazdığı məktubunda Almas Yıldırım Vətəni üçün darıxdığını, eyvanından baxanda gördüyü gölü Xəzərə bənzətdiyini, hər baxanda o gölü gördükcə həsrətinə su sərpildiyini deyir. Məktubu oxuyan Atatürk necə təsirlənirsə, həmin gölün "Xəzər gölü" adlanması ilə bağlı fərman verir. Artıq illərdir ki, həmin gölün ətrafında hər il Almas Yıldırımın anım günündə şairin əziz xatirəsinə həsr olunmuş "Xəzər şeir axşamları" keçirilir. Bu mənada, Elazığ bizdən ötrü ikiqat doğmadır. Nazmi Bayrının əsərini oxuduqca müəllifin yol bələdçiliyi ilə doğma Elazığı, Harputu, Ulucamini, Göllübağı, əsərdə dil elementlərinin təhlilə cəlb olunduğu, Azərbaycan türkcəmizin eynisini danışan Koruk köyünü ev-ev, küçə-küçə, ilçə-ilçə, məhəllə-məhəllə gəzmiş oldum. Yayınlanmış 7 hekayə kitabı və hal-hazırda əlyazmasını oxuduğum “Azərbaycandan Anadoluya axan türkçə” araşdırma kitabının düşüncəmdə açdığı geniş üfüqdə bu qənaətə vardım ki, Nazmi Bayrı uzaq diyarlarla aramızdakı məkan sərhəddini unutduran, sözünün qanadlarında oxucusunu o əziz torpaqlara götürən usta bir qələmdir.
 
Koruk köyü Şərqi Anadolu bölgəsində Elazığın mərkəzinə 33 km uzaqlıqda yerləşən 250 evlik qədim bir kənddir. Sakinlərin kənddə məskunlaşma tarixi zaman etibarilə tarixin xeyli əvvəllərinə gedib söykənir. Şəhərə bu qədər yaxın olmasına rəğmən, həmçinin şəhərlə sıx sosial-mədəni münasibətlərinə baxmayaraq Koruk köyü öz ləhcəsinin özünəməxsus çalarlarını bugünə qədər qoruyub – saxlaya bilmişdir. Kəndlə mənəvi bağını qoruyan nəsillər hələ də öz ləhcəsini nisbətən də olsa, qoruya bilirlər. Çox təəssüflə qeyd etməliyik ki, kənddən uzaq düşənlər, şəhər mühitində doğulub – böyüyənlərin kəndlə bir mənəvi bağı olmadığı kimi doğma ləhcə ilə də bağını itirmişlər. Nazmi Bayrının “Azərbaycandan Anadoluya axan türkcə” kitabı, əslində, bizim ana türkcəmizin ortaq köklərini işlək örnəklərlə gözümüz önündə sərgiləyən bir yaddaş kitabıdır. Və Nazmi bəy Anadolu və Azərbaycan türkcələrinin oxşarlıqlarını, ləhcə, ağız, şivə bənzərliklərini, felin zamanlarından, ismin hallarından, xəbərlik şəkilçilərindən tutmuş, fonem, morfem, leksem, sintaqm səviyyəsində bütün dil elementlərinə qədər uzun müddət apardığı müşahidələrə söykənərək haqlı olaraq belə bir iddiada bulunur ki, “Anadolu’nun bir köyünden Azerbaycan’a… Ya da Azerbaycan’dan Anadolu’ya bir ses yükselir. O ses Azerbaycan Türkçesidir – o ses öz Türkçemizdir.”
 
Nazmi Bayrı geniş mütaliə dairəsi olan bir qələm adamıdır. Dünya ədəbiyyatının incilərindən sayılan çoxsaylı müəllifləri ta uşaqlıq illərindən oxuyub mənimsəməsinə rəğmən o öz doğma türkçəsini, hətta ana türkçəsinin ən kiçik ləhcə incəliklərini belə qoruyub saxlamağı özünə bir yazar olaraq borc bilir. H. Balzak, V. Hüqo, F. M. Dostoyevski, M. Qorki, M. Şoloxov, L. Tolstoy, J. Steynbek, türk ədəbiyyatından isə Orhan Kamal, Mahmut Makal, Kamal Tahir, Nazım Hikmet, Talip Apaydın, Aziz Nesin, Bekir Yıldız, Yaşar Kemal kimi müəllifləri Nazmi Bayrı hələ orta məktəbdə oxuduğu yeniyetməlik çağlarından mütaliə etməyə, elə orta məktəb illərindən də qələmini hekayə janrında sınamağa başlamışdır. İlk qələm təcrübələrini maraqlı bir bənzətmə ilə insanın doğumuna bənzədir müəllif. Birinci doğum bəlkə də çətinliklərlə üzləşsən də, zaman keçdikcə, gözünə çətin görünənlərin necə sadələşdiyini görürsən…
 
Yazıçı müsahibələrinin birində Muzaffer İzgünün bir sözünü xatırladır: “Sən yazmazsan, yazı səni tərk edər, onun için davamlı yazmalısan. Yazdıqca qələm itilənir...” deyərmiş Müzəffər İzgü. Bu minvalla, ustadının bu sözünün təsiriylə, qələmə bir ömür sədaqətlə bağlanıb Nazmi Bayrı…
 
C.Bukowskinin “Demək ki, yazar olmaq istəyirsən” adlı bir mənsur şeiri var. Yazır ki, “Hər şeyə rəğmən içindən vulkan kimi coşmursa yazmaq eşqi, o zaman yazma...Qəlbindən, qələmindən, ciyərlərindən, nəfəsindən, gözlərindən tökülmürsə sözlər, burax yazma...” Bəli, öz ruhunda, canında, cismində olan istedadını bütün varlığıyla kəşf etdiyi üçün qələmlə bir ömür yol yoldaşlığını seçib, qələmlə sirdaş olub Nazmi Bayrı…
 
Türkiyədə ötən əsrin sonunda “kitab yanğını” ili olduğu tarix kitablarından hamımıza məlumdur. Nazmi Bayrının “Uçurtmalar” kitabı məni həmin “darbe illərinə”, “tonqallarda yandırılan, torpaqlarda basdırılan, gizlədilərək yox edilərək kitablar"ın taleyi ilə bağlı düşünməyə vadar etdi. O ağrılı tarix haqqında oxuduğum ən təsirli və ümid dolu hekayə də məhz Nazmi bəyin "Uçurtmalar" hekayəsi oldu. Çünki Nazmi bəyin qəhrəmanı kitabları nə yandırmır, nə də torpaqların altında tərk etmir. Gizlədilən kitabların səhifələrindən ilk baharda uçurtmalar uçuran uşaqları təsvir etməklə Nazmi bəy göy üzünə sanki bir ovuc işıqlı ümid toxumu səpələyir.
 
Bütün səmimiyyətimlə deyə bilərəm ki, tərz və üslubu ilə Nazmi Bayrı Türk hekayəçiliyinin yeni fenomenlərindəndir. Çağdaş türk hekayəçiliyi onun qələmində həqiqətin sadə və sadə olduğu qədər də estetik ifadəsi ilə tanış oldu. Nazmi bəyin hekayələrinin ana xətti, onurğası, özəyi həyat və gerçəkliyin özüdür.
 
Nazmi Bayrı təhkiyəsində Yunus İmrə sayağı dili daxildən zənginləşdirmə bacarığı vardır. Ədəbi dilin ifadə imkanlarına söykənərək belə yüksək məharətlə söz yaratma keyfiyyəti və bacarığına görə ikinci Necati bəylə qarşılaşırıq desək, mübaliğə etmiş olmarıq.
 
Nazmi Bayrının ən önəmli özəlliyi, fitri istedadı, Allah vergisi bir nüfuz qabiliyyətidir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir. Varlıq və hadisələrin dilinə nüfuz edərək onların diliylə danışan, əslində, yazarın özüdür.
 
Nazmi Bayrının duyumu və üslubunu izah edən məqam iki dil arasında yer almasıdır. Bunu, sadəcə, öyrənməklə etmək mümkün deyil. Bu duruş və duyumda Nazmi bəyin kökü Mevlana və Yunus İmrəyə söykənən genetik bir mirasın varisi olduğu aşkardır. Bu mirasda bütün həqiqəti bizə neydin dilindən dinlədən Mevlananın, sarıçiçəkdən cəddini soruşan Yunusun, Anavarza qalası ilə dərdləşən Dadaloğlunun, ulu bir çinardan düşən yarpaqda ağacın iniltisini onunla eyni anda duyan, uzun incə bir yolun yolçusu Aşıq Veysəlin siluetləri vardır.
 
Nazmi Bayrının dili sezdirən və seyr etdirən dildir. O, əsərlərində dili xüsusi bacarıq və istedadla, sistemli şəkildə işlədə bilən nasirdir. Nazmi bəyin dilinin ən üstün özünəməxsus keyfiyyəti hekayə qəhrəmanlarının daxili səsinə qulaq asmağı bacarması və onu canlandıra bilməsidir.
 
Yazıçının əsərlərindəki dilin xüsusi semantik dəyəri var. Hadisələri oxucunun gözlərində canlandırırmış kimi təsvir etməklə Nazmi bəy oxucusunu dilin dramatizasiyasına aparır. Dramatizasiya teatr terminidir və təsvirin görümlülüyünü (vizuallığı) özündə ehtiva edir.
 
Nazmi Bayrının dili, sadəcə, səsiylə deyil, həm də, dramatik xüsusiyyətləri ilə, canlandırma, seyr və xəyal etdirmə gücü ilə yadda qalır.
 
Nəsrdən daha çox şeirə bənzəyən sətirlərdə təhkiyə edənin həssaslığı Anton Çexov sayağı Nazmi Bayrının, demək olar ki, bütün hekayələrində gördüyümüz insan həssaslığının istiliyini ötürür.
 
Nazmi Bayrı Yunus İmrənin şeirləri kimi axıcı bir dillə oxuduğumuz hadisələri gözümüzün önündə canlandırır. O, əsərlərində kəlmələri bir sıraya düzməklə, sadəcə, cümlə qurmur, həzin-həzin oxunan türkülərin ahəngində yaşantılarına şahid olduğu cəfakeş Anadolu insanının içindəki fırtınaları oxucuya hiss etdirə bilir. Elə buna görə də, biz Nazmi Bayrını oxuyarkən onun hisslərinə şərik olur, əsər boyu yazarın qəhrəmanları ilə gülür, bəzi məqamlarda isə Türk insanının çarəsizliyinə, bu insanları bir yarpaq kimi sovuran taleyə (talesizliyə!) yumruğumuzu sıxırıq.
 
Bu hekayələri bizə sevdirən ən ümdə cəhət müəllifin türk mədəniyyətinə hakim olması və Anadolu həyatını bütün incəliklərinə qədər dərindən duymasıdır.
 
Nazmi Bayrı bu əsərləri ilə təkcə solub getməkdə olan mənəvi dəyərləri deyil, həm də Türk dilini qorumağı bacaran sənətkardır.
 
Nazmi Bayrı hekayələrində ən çox diqqət çəkən məqam yazarın qəhrəmanlarını sevərək yaratmasıdır. Ədibin hekayələri həyatın təfərrüatından doğulduğu üçün o hadisələrin alt qatında incə bir yumor özünü göstərməkdədir. Və səmimi olaraq belə ifadə edə bilərik ki, yazıçının yaratdığı qəhrəmanları ilə münasibətləri çox yaxşıdır. O, qəhrəmanlarını, sadəcə, sevmir, həm də, onların hər birinə mərhəmətlə yanaşır. Bu, yazıçının barışcıl mövqeyi və barışdırıcı ruhu ilə birbaşa bağlı olan xüsusiyyətidir. İnsanları yanlışı və doğrusu ilə qəbul edə bilməsi yazıçının yüksək insani keyfiyyəti və həyatı olduğu kimi dərketmə və qəbullana bilmə özəlliyidir.
 
Nazmi Bayrı hekayələrindəki ən böyük üstünlük dili uğurla istifadə etməsindədir. Bəzi hekayələrində ədəbi dilin, bəzilərində isə xalq dilinin və folklorun təsiri duyulan yazıçının bu cür istedadlı yetişməsində ustadlar yetirən Elazığ torpağının və Koruk köyünün ayrıca payı var. Onun təsvir və təhkiyəsində uydurma bir dil deyil, dipdiri, canlı, yaşayan Türkçə ilə qarşılaşırıq.
 
Etiraf edək ki, Xalid Ziya, Məhmət Rauf, Əbdülhaq Şinasi, Tanpınardan gələn üslubi damar çağdaş türk ədəbiyyatında xeyli zəifləmişdi. Nazmi Bayrı əsərlərinin dili və üslubi özəllikləri ilə türk ədəbiyyatında uzun zamandır yaranan bu boşluğu, nəinki, doldura bilmiş, hətta hekayələrindəki orijinal məna və məzmun çalarları ilə çağdaş türk nəsrinə yeni bədii keyfiyyətlər qazandırmışdır.
 
Bu mənada, sənətkarın ədəbi-bədii yaradıcılığının yanısıra ərsəyə gətirdiyi “Azərbaycandan Anadoluya axan türkcə” kitabı ortaq ədəbi dil tariximiz, dilçiliyimiz və ədəbiyyatşünaslığımız olduqca qiymətli töhfə və dəyərli məxəzdir.
 
Cavanşir Feyziyev
Fəlsəfə doktoru
Oxşar xəbərlər
12:12, Bu gün
Uqledarda Rusiyanın artilleriya qurğuları Ukraynanınkından 10 dəfə çox olub...
12:04, Bu gün
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
11:55, Bu gün
Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası
11:44, Bu gün
Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski
11:32, Bu gün
İran bu ölkə ilə sərhədi BAĞLADI
11:24, Bu gün
Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika
11:18, Bu gün
Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
11:06, Bu gün
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
10:56, Bu gün
İran ordusu döyüşə hazır vəziyyətə gətirildi – Oktyabrın 9-dək…
10:49, Bu gün
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
10:40, Bu gün
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
10:34, Bu gün
Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir
10:25, Bu gün
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
10:20, Bu gün
"Bəxt üzüyü"nün çəkildiyi həyət 33 il sonra - VİDEO
10:15, Bu gün
ŞOK İDDİA: "Mossad" "Hizbullahı" "ölüm düyməsi"ni başmağa belə VADAR EDİB
10:03, Bu gün
"İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin?"
09:55, Bu gün
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." 
09:46, Bu gün
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
09:38, Bu gün
Türkiyə mühüm xəbəri ELAN ETDİ: BAŞLANDI - VİDEO
09:30, Bu gün
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
09:21, Bu gün
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
09:16, Bu gün
Taksi sürücüləri üçün ÖNƏMLİ GÜN 
09:08, Bu gün
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
09:03, Bu gün
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
08:57, Bu gün
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
08:44, Bu gün
Tramp: "Bütün dünya ABŞ-a gülür"
08:35, Bu gün
Almaniyadan Ukrayna üçün QORXULU PROQNOZ - Bu qış nə baş verə bilər?
08:02, Bu gün
ABŞ-dan BMT-yə həqarət: Konqresmenlər bu dəfə beynəlxalq təşkilatı “yalançı çıxardı”
00:19, Bu gün
Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - Muxtar respublika rəhbərliyi... - AÇIQLAMA
05 Oct 2024 | 23:00
Meymunçiçəyinə qarşı ilk peyvəndləmə başlayır - ÜST bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ
05 Oct 2024 | 22:50
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
05 Oct 2024 | 22:44
Harrisin "ASAN CƏDVƏLİ" - Demokratlar nədən narazıdırlar?
05 Oct 2024 | 22:36
Çia toxumunun faydaları
05 Oct 2024 | 22:28
Makrondan çağırış: İsrailə silah tədarükünü...
05 Oct 2024 | 22:20
İsrail ordusu bu tarixdə İrana zərbə vura bilər
05 Oct 2024 | 22:08
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
05 Oct 2024 | 22:00
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi - FOTO
05 Oct 2024 | 21:50
"Nəsrullahın varisi aradan götürülüb" - ərəb KİV-ləri
05 Oct 2024 | 21:41
İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi
05 Oct 2024 | 21:35
İsrailin hərbi zavoduna raket zərbəsi endirildi
05 Oct 2024 | 21:28
İsrailin istənilən hücumuna cavabımız olacaq - İran
05 Oct 2024 | 21:20
Aynur Dadaşova tanınmaz halda - FOTO
05 Oct 2024 | 21:13
İsrailə qarşı bunu edən yeganə dövlətik - Ərdoğan
05 Oct 2024 | 21:08
Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir
05 Oct 2024 | 21:00
Avropada da mənzillər bahalaşır - Ən çox qiymət artımı olan ÖLKƏLƏR
05 Oct 2024 | 20:55
Çinin haker qrupundan ABŞ-nin telefon dinləmə sistemlərinə hücum - Təfərrüatlar
05 Oct 2024 | 20:48
“X” Braziliya 5 milyon dollar cərimə ödəyib - Səbəb
05 Oct 2024 | 20:40
Azərbaycanı, Yaponiyanı və ABŞ-ı birləşdirən heyrətamiz detal - UÇAN İNSAN
05 Oct 2024 | 20:33
Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var
05 Oct 2024 | 20:25
İrana hücum ehtimalı: ABŞ generalı İsrailə gəldi - FOTO
05 Oct 2024 | 20:17
Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!
05 Oct 2024 | 20:12
Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir
05 Oct 2024 | 20:05
Yollarımızın yeni, zolaqlı problemi
05 Oct 2024 | 19:58
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
05 Oct 2024 | 19:50
Ürəyi qorumaq üçün nə etməliyik?
05 Oct 2024 | 19:43
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
05 Oct 2024 | 19:35
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
05 Oct 2024 | 19:30
Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?
05 Oct 2024 | 19:23
Aİ bu avtomobillərə cərimə tətbiq edəcək
05 Oct 2024 | 19:15
Uğursuz insanların 10 vərdişi
05 Oct 2024 | 19:08
Ucarda ağır qəza CAN ALDI
05 Oct 2024 | 19:00
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
05 Oct 2024 | 18:50
Yuxuda dalaşmaq nə mənaya gəlir?
05 Oct 2024 | 18:43
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
05 Oct 2024 | 18:35
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
05 Oct 2024 | 18:25
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
05 Oct 2024 | 18:20
Beyruta hücum: İsmayıl Qaani yaralandı
05 Oct 2024 | 18:15
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
05 Oct 2024 | 18:10
Azərbaycanın dünya çempionatında 2-ci medalı
05 Oct 2024 | 18:07
Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 17:57
"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?
05 Oct 2024 | 17:52
İranda terror aktının qarşısı alındı
05 Oct 2024 | 17:47
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 17:42
Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...
05 Oct 2024 | 17:38
Doğulduğumuz ay xarakterimizə təsir edir?
05 Oct 2024 | 17:30
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
05 Oct 2024 | 17:25
Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu
05 Oct 2024 | 17:20
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
05 Oct 2024 | 17:04
Növbəti 2 günlə bağlı SARI XƏBƏRDARLIQ
05 Oct 2024 | 16:57
Qərbdən təlimat gəldi - Yeni Zəngəzur planı ilə hərəkətə keçdilər
05 Oct 2024 | 16:51
Əcnəbi ilə ailə quran azərbaycanlı xanım: "Evlilik təklifini dayanacaqda etdi" - FOTO
05 Oct 2024 | 16:45
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü - VİDEO
05 Oct 2024 | 16:40
Uşaqlar liftdə köməksiz qaldı - VİDEO
05 Oct 2024 | 16:35
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
05 Oct 2024 | 16:29
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN
05 Oct 2024 | 16:23
Cüdoçumuz bürünc medal əldə etdi
05 Oct 2024 | 16:17
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
05 Oct 2024 | 16:12
Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı - FOTO
05 Oct 2024 | 16:07
Azərbaycan təmsilçisi gümüş medal qazandı
05 Oct 2024 | 16:02
Kənan MM xəstəxanaya düşdü - FOTO
05 Oct 2024 | 15:56
Alimlər psoriazın potensial səbəbini TAPDILAR
05 Oct 2024 | 15:50
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
05 Oct 2024 | 15:44
BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
05 Oct 2024 | 15:38
Yeddi evdən 27 min manatlıq oğurluq etdi - VİDEO
05 Oct 2024 | 15:32
Türkiyə parlamenti İsrailə görə təcili toplanır
05 Oct 2024 | 15:26
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
05 Oct 2024 | 15:20
XİN müəllimləri təbrik etdi
GÜNLÜK
05 Oct 2024 | 13:22
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
05 Oct 2024 | 12:25
Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ
05 Oct 2024 | 13:06
Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 15:09
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
05 Oct 2024 | 13:40
"İsrail İranın nüvə obyektlərinə zərbə endirməlidir" - Tramp
05 Oct 2024 | 13:16
"Livanda peycerlərin partladılması MDB ölkələrinə birbaşa təhlükədir" - Rusiya FTX direktoru
05 Oct 2024 | 15:26
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
05 Oct 2024 | 14:36
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
05 Oct 2024 | 13:10
"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq
HƏFTƏLİK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
05 Oct 2024 | 13:22
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
05 Oct 2024 | 12:25
Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ
05 Oct 2024 | 13:06
Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 15:09
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
05 Oct 2024 | 13:40
"İsrail İranın nüvə obyektlərinə zərbə endirməlidir" - Tramp
05 Oct 2024 | 13:16
"Livanda peycerlərin partladılması MDB ölkələrinə birbaşa təhlükədir" - Rusiya FTX direktoru
05 Oct 2024 | 15:26
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
05 Oct 2024 | 14:36
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
05 Oct 2024 | 13:10
"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq