“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
Elm və Təhsil
Oxunub: 297
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
“1999-cu ildən başlayaraq hər il iyulun əvvəlində, minlərlə insan yürüşlə Bəzz (Babək) qalasına çıxır, orada milli-mədəni hüquqlarla bağlı tələblər irəli sürülür, müxtəlif tədbirlər keçilirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarından sonuncusunu oxucuların müzakirəsinə buraxır:
Müasir dövrdə Cənubi Azərbaycana ictimai-siyasi proseslər...- XXXXXII mövzu
 
(Əvvəli burada: )
 
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılması, onun rəhbəri Əbülfəz Elçibəyin və tərəfdarlarının Güney Azərbaycanın azadlığı ideyasını təbliğ etməsi, 1992-1993-cü illər AXC-Müsavat hakimiyyəti dövründə bu təbliğatın dövlət siyasətinə çevrilməsi Cənubi Azərbaycanda milli hərəkatı gücləndirdi... 
 
Heydər Əliyev 1960-cı illərdən Cənubi Azərbaycan məsələsinə həssas yanaşırdı, ikinci dəfə hakimiyyətə qayıdandan sonra da xüsusi fikir verir, diqqətdə saxlayırdı. O, 1994-cü ilin fevralında İngiltərəyə səfəri zamanı cənublularla Londonda görüşündə Güney Azərbaycan məsələsinə münasibət bildirmişdi: “Zaman gələcək, bölünmüş Vahid yenidən bütövləşəcəkdir” [1, s. 90]. Bu dövrdən başlayaraq azərbaycanlıların haqları uğrunda mübarizə onların İranda sayını ön plana keçirdi. Sayın çox olması və bunun dünya tərəfindən qəbulu hərəkatın genişlənməsinə əlavə stimul verirdi. İranın rəsmi statistikası azərbaycanlıların sayını həddindən artıq az göstərir, 10 milyon nəfərdən, ümumi əhalinin 15-16 faizindən artıq olmadığı bildirilir [23]. Reallıq isə tamamilə başqadır. BMT-nin etnik azlıqlara dair 2002-ci il hesabatında İranın ümumi əhalisinin 45.1%-nin azərbaycanlılardan ibarət olduğu qeyd edilir. Bu, 66.4 milyondan 30 milyon nəfərin azərbaycanlı olduğu demək idi [19, s. 82]. Beynəlxalq Dilçilik Mərkəzinin “Etnologiya” adlı nəşrinin 2005-ci il buraxılışında azərbaycanlıların sayı 23.5 milyon, farsların sayı isə 22 milyon göstərilmişdir [13, s. 67]. İranın 31 əyalətindən, demək olar ki, hər birində azərbaycanlılar yaşayır. Son məlumatlara görə onların ən çoxu, 4.1 milyonu Tehran vilayətində yaşayır. [32]. Azərbaycan və Türkiyə mənbələrinin əksəriyyəti hesab edir ki, İranda əhalinin 37%-ni təşkil etməklə, 30 milyon azərbaycanlı yaşayır [33].
 
1989-cu il dekabrın əvvəllərindən başlayaraq Sovet-İran sərhədinin hər iki tərəfində azərbaycanlılar toplaşır, “Cənubi və Şimali Azərbaycanın Vəhdəti” ruhunda çağırışlar edirdilər [19, s. 104]. Həmin il dekabrın 31-də isə Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü, İranla bütün sərhəd boyunca gediş-gəliş başladı. Tezliklə Cənubi Azərbaycanda yeni siyasi və ictimai təşkilatlar meydana gəldi. 1990-cı ildə Təbrizdə Eldar Qaradağlının rəhbərliyi ilə Azərbaycan Qurtuluş Təşkilatı (AQT) yaradıldı. Təşkilat Cənubi Azərbaycanın azadlığını əsas məsələ kimi qoyurdu. Təxminən eyni vaxtda Güney Azərbaycan Fədailər Təşkilatı meydana gəldi, təşkilat özünü 21 Azər Hərəkatının varisi elan edərək, Azərbaycan Milli dövlətinin təşkili uğrunda mübarizə aparırdı. 1993-cü ildə Vahid Müstəqil Azərbaycan Cəbhəsi açıq fəaliyyətə başladı, Məhəmməd Kazım Şəriətmədarinin 1979-cu ildə yaratdığı Müsəlman Xalq Partiyasının davamçıları olduqlarını elan etdi. Onlar Güney Azərbaycanın öz dövlətini yaratması, sonra isə 2 Azərbaycanın birləşməsi mövqeyindən çıxış edirdilər [19, s. 106, 110, 111]. Eyni vaxtda yaradılmış Güney Azərbaycan Demokrat Firqəsi İranın ərazi bütövlüyünü müdafiə edir, Azərbaycana geniş muxtariyyat verilməsi tələbini qoyur, Azərbaycan dilinin Azərbaycanda dövlət dili elan olunmasını təklif edirdi [16, s. 29].
 
Təşkilatlar fəaliyyətlərinin əlaqələndirilməsi, ortaq tələblərin, vahid platformanın formalaşdırılması məqsədilə birləşməyə başladılar. 1994-cü ildə dörd siyasi qurum (Güney Azərbaycan Fədailər Təşkilatı, Azərbaycan Qurtuluş Təşkilatı, Güney Azərbaycan Demokrat Firqəsi və Güney Azərbaycan Xalq Cəbhəsi) birləşərək Güney Azərbaycan Milli İstiqlal Cəbhəsini (GAMİC) yaratdı. Yeni qurum milli qüvvələrin birləşməsi baxımından əhəmiyyətli olmaqla, Cənubi Azərbaycanın müstəqilliyi məqsədini qoyurdu [19, s. 112-113].
 
Bakıda da İrandan gəlmiş azərbaycanlılar siyasi təşkilatlarını yaratdılar. Bu təşkilatlardan ən nüfuzlularından biri Piruz Dilənçinin 1991-ci ildə yaratdığı Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı (CAMAH) oldu. Təşkilat iki hissədən ibarət məqsəd qoyurdu. İlk olaraq muxtariyyət,  əgər alınmazsa, hərbu yolla müstəqillik əldə etmək vəzifələri irəli sürülürdü [16, s. 25]. 1990-cı illərin ikinci yarısında Əbülfəz Elçibəyin təşəbbüsü ilə Bütöv Azərbaycan Birliyi (BAB), Böyük Rəsuloğlunun rəhbərliyi ilə Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsi də təxminən eyni məqsədlə yaradıldı [19, s. 115].
Təbrizdə 1995-ci ildə professor Mahmudəli Çöhrəqanlının rəhbərliyi ilə yaradılan Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) ciddi hadisəyə çevrildi. Bu təşkilat da iki mərhələli proqramla çıxış etdi. Birinci mərhələdə İranın federativ dövlətə çevrilməsi, bu, baş tutmasa, müstəqil dövlətin yaradılması nəzərdə tutulurdu [16, s. 26].
 
1990-cı illərin sonundan kütləvi aksiyalara start verildi. Bunların içərisində “Babək qalasına yürüş” xüsusi yer tuturdu. 1999-cu ildən başlayaraq hər il iyulun əvvəlində, minlərlə insan yürüşlə Bəzz (Babək) qalasına çıxır, orada milli-mədəni hüquqlarla bağlı tələblər irəli sürülür, müxtəlif tədbirlər keçirilirdi. Bu aksiya GAMOH-un və digər qurumların təşkilatçılığı ilə Azərbaycanın xalq qəhrəmanı, dövlət xadimi, sərkərdəsi Babəkin doğum günü ilə bağlı həyata keçirilirdi. 2002-ci ildəki izdihamlı yürüşdən sonra Tehran hakimiyyəti məhdudlaşdırıcı tədbirlər gördü, qadağalar qoydu. Yürüşlər nisbətən azsaylı olsa da son zamanlara qədər davam etdirilirdi [7]. Yeni əsrin ilk illərində Günəş partiyası, “21 Azər” təşkilatı, Azərbaycan Milli Cəbhəsi, Güney Azərbaycan Milli İstiqlal partiyası, Azərbaycan Federal Demokratik Hərəkatı, Azərbaycan Milli Əncüməni və digər qurumlar yaradıldı. Bu və əvvəlki təşkilatlar siyasi mübarizədə özünəməxsus rol oynasalar da, birləşərək və ya əlaqələndirilərək vahid gücə çevrilə bilmədilər.
 
Cənubi Azərbaycanlıların diaspor təşkilatlarının formalaşması da mühüm amilə çevrildi. Bu prosesin əsas iştirakçıları İslam inqilabından sonra ölkəni tərk edənlər, həmçinin tələbələr oldu. Cənublular “Azərbaycan” adı ilə ilk diaspor təşkilatlarını- “Azərbaycan ziyalılar cəmiyyəti”ni 1977-ci ildə Qərbi Berlində yaratmışdılar [2]. Həmin vaxtdan başlayaraq yaranan təşkilatlar mətbu orqanlar nəşr edir, dil, mədəniyyət, siyasi proseslərlə bağlı müzakirələr keçirir, tədbirlər təşkil edirdilər. Bakıdakı 1988-ci il meydan hərəkatı, Qarabağla əlaqəli hadisələr diaspor təşkilatlarına da təsir etdi. Londonda “Azərbaycanlılar Komitəsi”(1988), Kanadanın Monreal şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” (1988), İsveçin Malmö şəhərində “Azərbyacan kultur ocağı”(1989), Vaşinqtonda “Azərbaycan Mədəniyyət ocağı” (1989), İsveçdə “Azərbaycan Kültür Cəmiyyəti” (1990), ABŞ-ın Los-Anceles şəhərində “Azərbaycan Kültür Cəmiyyəti” (1993), bütövlükdə az vaxt ərzində, əsasən cənubluların iştirakı ilə 120-dən çox bu cür qurumlar yaradıldı [19, s. 213-215]. Bu təşkilatların yaradılması getdikcə kütləvi xarakter aldı. Bu prosesdə ən böyük hadisə Dünya Azərbaycanlıları Konqresinin (DAK) meydana gəlməsi oldu. 1997-ci ilin iyununda əsasən Cənubi Azərbaycandan olan ictimai xadimlər, elm, təhsil, mədəniyyət adamları ABŞ-ın Los-Anceles şəhərində bir toplantı keçirdilər və özlərini Dünya Azərbaycanlıları Konqresi (DAK) adlandırdılar. Qurum Cənubi Azərbaycanalıların hüquqlarının müdafiəsi, dil, mədəniyyət və digər milli dəyərlərin qorunması və təbliği vəzifələrini müəyyənləşdirdi. DAK-ın rəhbərliyinə Ziya Əşrəfi, Əli Nəzmi, Ceyhun Mollazadə və digərləri seçildi [11]. DAK-ın ardından İsveçdə iki ciddi təşkilat yaradıldı. Hər iki təşkilat -Azərbaycan Türk Dərnəkləri Birliyi və İsveç Azərbaycan Federasiyası (AFİ) 1998-ci ildə yaradıldı. AFİ İsveçdə fəlaiyyət göstərən təşkilatların əksəriyyətini özündə birləşdirdi [19, s. 221]. 2003-cü ildə İsveçdə yaradılan Azərbacan Milli Cəbhəsi də özünəməxsus yer tutdu və Cənubi Azərbyacan milli dövlətinin qurulması məqsədini qoydu [16, s. 27]. DAK-a ümidlər çox idi, lakin artıq 2002-ci ildə Haaqada keçirilən qurultaydan sonra fikir ayrılıqları yarandı və 2005-ci ildə təşkilat iki yerə bölündü. İki DAK-dan birinə Cavad Deraxti, digərinə isə Məhəmmədrza Xeşti rəhbərlik edirdi. 2010-cu ildən qurumun bir qanadı əsasən fəaliyyətsizləşdi, digərinə isə Sabir Rüstəmxanlı və Firidun Pərvizniya həmsədr seçildilər [5]. Parçalanma nəticəsində DAK-ın fəaliyyəti xeyli zəiflədi. Bu günə qədər birləşmə istiqamətində bir neçə cəhd nəticə verməmişdir.
Mahmudəli Çöhrəqanlı 2000-ci ildə İranda həbs edildikdən sonra GAMOH-un fəaliyyəti zəiflədi. O, 2001-ci ildə həbsdən çıxandan sonra, 2002-ci ilin əvvəlində xaricə getdi, ABŞ-da GAMOH-un fəaliyyətini davam etdirdi, Avropanın bir sıra ölkələrində təmsilçiliklərini yaratdı. Tezliklə GAMOH əsas təşkilatlardan birinə çevrildi. M.Çöhrəqanlı Avropa və Amerikada bir sıra rəsmi görüşlər keçirdi, Cənubi Azərbaycan məsələsini gündəmə gətirdi. Bunun nəticəsi olaraq Avropa Şurası, ABŞ dövlət departamenti, BMT-nin sənədlərində ilk dəfə Cənubi Azərbaycan məsələsinə xüsusi yer ayrıldı. BMT İnsan Haqları Komissiyasının 2002-ci ildəki 50-ci sessiyasında bildirildi ki, “İran Azərbaycan dilinə sayğısızlıq göstərir, Azərbaycan mədəniyyətinin assimilyasiyası baş verir” [19, s. 245-246]. Həmin vaxtlardan M.Çöhrəqanlının fikirlərində ziddiyyətli məqamlar yer alır. O, gah iki Azərbaycanın birləşməsi ideyasını irəli sürür, gah da İranın demokratikləşməsi, Azərbaycana geniş muxtariyyətin verilməsinə tərəfdar olduğunu bildirir. DAK-ın rəhbərlərindən Əhməd Obalı isə “milli müqəddəratın təyin olunması” hüququnu ön plana çəkir. Əhməd Obalının rəhbərliyi ilə 2005-ci ildə ABŞ-ın Çikaqo şəhərində “GünAz TV” telekanalı yayımlarına başladı [6].
 
(Davamı var)

 

Ədəbiyyat:

1. Bayramzadə Z. Türkmənçay. “Kimlik” dərgisi, № 8, dekabr, 2012, s. 90.

2. Cəfərov F. Nikbinliyə əsas var. “Azadlıq” qəzeti, 1 oktyabr, 1997-ci il, s.5.

3. Cənubi Azərbaycanda müasir incəsənət və mədəniyyət. (11.03.2021).- varyox.az/analizator/cenubi-azerbaycanda-müasir-incesenet/.

4. Cənubi Azərbaycan mədəniyyəti.-muhaz.org/azerbaycan-tarixi-v2.-html? page =269.

5. DAK-ın Azərbaycan diasporunun inkişafında rolu.- “Olaylar” qəzeti, 14-16 aprel 2012, s. 15.

6. GünAz TV haqqında.- web.archive.org/web/20190424072506/ //www.gunaz.tv/ az/ haqqimizda.htm.

7. Güneyli soydaşlarımızın Bəzz qalasına ənənəvi yürüşünün qarşısı alınıb, 08.07.2023.- aznews.tv/guneyli-soydaslarimizin-bəzz-qalasina-ənənəvi-yurusunun -qarsisi-alinib/.

8. İran İslam Cümhuriyyətinin əsas qanunu. Bakı, “Qızıl Şərq”, 1993.

9. İsmayılova E. M. Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr tarixindən.- Lənkəran Dövlət Universiteti. Elmi Xəbərlər/Humanitar elmlər seriyası, I/2021, s. 27.- isu.edu.az/new/imgg/humanitar-2021/HUMANITAR_ new_26_32/pdf.

10. Kalafati, Kəskin A. İranlılıq paradiqmasının çöküş prosesi və Güney Azərbaycan milli hərəkatının yüksəlişi.- Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, 2010.- //elibrary.bsu.az/books_460/№_191.pdf.

11. Kazımoğlu K. Dirçəliş məqamı. “Azadlıq” qəzeti, 4 iyul 1997-ci il, s. 5.

12. Mədəniyyət// Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH). //gamoh.org/m%c9%99d%c9%99niyy%c9%99t.

13. Məhəmmədi M. Güney Azərbaycan məsələləri. Bakı, “Bakı Çap Evi”, 2012.

14. Məmmədli P. Cənubi Azərbaycan mətbuatı tarixi (XIX-XX-XXI yüzilliklər). Bakı, “Elm”, 2009.

15. Məmmədova P. Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri (1978-1979-cu illər İran inqilabından sonrakı dövr). Avtoreferat. Bakı, 2022, s. 9-aak.gov.az/upload/dissertasion/filologiya-elml_ri/++az+-compressed. pdf.

16. Mustafayev V.K. Cənubi Azərbaycanlıların milli hərəkatı. “Bakı-Təbriz” dərgisi, № 8, 2007.

17. Səhənd. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, s. 5.- anl.az/el/s/s_se.pdf.

18. “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə keçirilib.- yeniazerbaycan.com/xeberlenti_e77681_az.html.

19. Hacıyeva Y. İran İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər). Bakı, “Adiloğlu”, 2017.

20. İranian Azerbaijan and the Cartoon Cockroach Controversy// Geocurrents.- //www.geogurrents.info/geopolitics/iranian-azerbaijan-and-the-cartoon-cockroach-controversy.

21. Kasravi Ahmad ııı As Historian/Encyclopedia İranica. // iranicaonline.org /articles/kasravi-ahmad-iii.

22. Lorentz J.H. Historical Dictionary of Iran. Second Edition. The Scarecrow Press, Inc., Lanham, 2007.

23. Middle East: İran.- web.archive.org/web/20120203093100/ //www. cia.gov/library/publications/ the-world-factbook/geos/ir.html.

24. Rafi M. Universal İdeology in the Great War: Germany`s Role in the Formation of Iranian Nationalism//Teleoscope.- 17.03.2015// //www. telospress.com/universal-ideology-in-the-great-war-germanys-role-in-the-formation-of-iranian-nationalism/.

25. Агазаде М.М. Проблема статуса азербайджанских тюрков в Иране.- researchgate.net/publication/344554048_Problema_statusa_azerbajdzanskih_turokov_v_Irane.

26. Азербайджан-Иран: новая проблема.-katehon.com/ru/article/ azerbaydzhan-iran-novaya-problema.

27. Вырос товарооборот Ирана с Азербайджаном.////caliber.az/ ru/post/ 103851/.

28. Гаджиев Н. Иран и Азербайджан: конфликт интересов неизбежен, даже после свержения муллократии.-zerkalo.az/iran-vs-azerbaydzhan-konflikt-interesov-neizbezhen-dazhe-posle-sverzheniya-mullokratii/.

29. Гасанова М. Зачем Тегерану потребовался азербайджанский язык//Regnum.-28.08.2019.https.//regnum-ru.turbopages.org/regnum.ru/s/news/ 2701570.html.

30. Кириченко В.П. Иранский Азербайджан: прошлое и настоящее.- Журнал «Россия и мусульманский мир», № 1, 2023, s. 95.- cyberleninka.ru/ article/n/iranskiy-azerbaydzhan-proshloe-i-nastoyaschee/viewer.

31. Пархомчук Я.К. Иранский Азербайджан в XXI веке. С.-Петербург, 2017, s. 23.- //dispace.spbu.ru/bitstream/11701/14799/1/Soderzhanie_-_kopiya. docx.

32. Сажин В. Иран-Азербайджан: Азербайджанский вопрос. 16.09.2022.- interaffairs.ru/news/show/37023.

33. Сажин В. Иранский Азербайджан-история и политика. //Международная жизнь.- 26.10.2021.- //interaffairs.ru/news/show/32232.

34. Трубецкой В.В. Особенности национальной ситуации в Исламской Республике Иран. Национальный вопрос в странах Востока. Москва, «Наука», 1982.

 

 

Oxşar xəbərlər
20:18, Bu gün
Paris-2024: Azərbaycanın 3x3 basketbol millisi günün ikinci matçında qalib gəlib
20:17, Bu gün
2 dəqiqəyə 2 qol - "Qarabağ"-"Araz-Naxçıvan" matçı (Yenilənir)
20:15, Bu gün
Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver...
20:11, Bu gün
Paris-2024: Azərbaycan boksçusu mübarizəni dayandırıb
20:03, Bu gün
Bu restoranda nöqsanlar aşkarlandı
19:56, Bu gün
Telefonunuzu bu yerlərdə şarj etməyin - TƏHLÜKƏLİDİR
19:49, Bu gün
Paris-2024: Şvyontek bürünclə kifayətlənib
19:42, Bu gün
Bakıda spirtli içkidən xilas ola bilməyən kişi özünü öldürdü
19:36, Bu gün
Moldovada çoxmillətli hərbi təlimlər keçiriləcək
19:30, Bu gün
İdman etmədən arıqlamağın FƏSADLARI
19:24, Bu gün
Paris-2024: Kokauri 7-ci olub - FOTO - VİDEO
19:18, Bu gün
Azərbaycanda vəhşi heyvan kənd sakinlərini qorxuya saldı - VİDEO
19:12, Bu gün
“Fransadan da üzrxahlıq gözləyirik” - Ayxan Hacızadə
19:06, Bu gün
Nəvəsi Alim Qasımovun arxiv FOTOsunu paylaşdı
19:00, Bu gün
Turist izdihamının olmadığı rahat AVROPANIN KÖHNƏ ŞƏHƏRLƏRİ
18:54, Bu gün
Azərbaycanda gənc müğənni faciəvi şəkildə öldü - VİDEO - FOTO
18:49, Bu gün
"Ağ ölüm”lə mübarizə - FOTO
18:48, Bu gün
Süni intellekt həyatımızda nələri dəyişəcək? -EKSPERT AÇIQLADI
18:42, Bu gün
Türkiyədə meşə yanğınına müdaxilə edən helikopter suya düşüb
18:36, Bu gün
İçərişəhər Qoruğunun İdarə Heyətinin sədri deputatlığa namizəd oldu
18:24, Bu gün
Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti başa çatdı
18:18, Bu gün
Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var
18:14, Bu gün
“Naxçıvan Muxtar Respublikasının ərazisində sərhəd dirəkləri söküldü...”
18:14, Bu gün
Türkan Şoray xalqımızı belə təbrik etdi- VİDEO 
18:10, Bu gün
Əsgərlikdən gəldi, müəllimindən qisas almaq istədi: "Mənə niyə 3 yazdın?
18:05, Bu gün
Vidadi İsayev Bərdənin Mirzalıbəyli kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
18:00, Bu gün
Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI - VİDEO
17:58, Bu gün
Həbsdə olan qardaşına narkotik keçirmək istədi
17:54, Bu gün
Nədən Almaniya kansleri rusiyalı killeri təhvil verib?
17:50, Bu gün
Artilleriya bölmələri ilə taktiki-xüsusi təlim keçirilir - VİDEO
17:49, Bu gün
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
17:45, Bu gün
"Ermənistan delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir" - Ombudsman
17:41, Bu gün
Təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
17:36, Bu gün
Sumqayıt yolunda iki avtobus toqquşdu: bir ölü, 18 yaralı - YENİLƏNİB + FOTO/VİDEO
17:32, Bu gün
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
17:26, Bu gün
Spiker və vitse-spiker kimlər olacaq: Bu şəxslərin üzərində dayanılır...
17:19, Bu gün
Bayrağımız Dövlət Bayrağı Meydanında yenidən qaldırıldı - VİDEO
17:13, Bu gün
"Avropa İttifaqı Trampın Ağ Evə dönüşünə hazırlaşır" - "Financial Times"
17:07, Bu gün
Mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
17:02, Bu gün
Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
16:57, Bu gün
"O, daxili işlər orqanlarına o qədər meydan vermişdi ki, kimi istəsələr, həbsə atırdılar..."
16:57, Bu gün
Bu giləmeyvənin girdiyi evdə infarkt keçirən olmur
16:50, Bu gün
Astroloqlar avqust ayı ilə bağlı BÜRCLƏRƏ elə proqnozlar verdilər ki...
16:44, Bu gün
Şamxal Həsənov vəzifəsindən azad olundu
16:38, Bu gün
İrana vurulan şillə - VİDEO
16:32, Bu gün
Armen Ciqarxanyanın oğlu ABŞ-də güllələndi - FOTO
16:25, Bu gün
Qəzada aşan avtobusun sürücüsü danışdı - VİDEO
16:18, Bu gün
Zərifə Əliyeva küçəsində hərəkət məhdudlaşdırılacaq
16:12, Bu gün
İcmadan ABŞ-yə etiraz: Ayrı-seçkiliyə son qoyun!
16:05, Bu gün
Gimnastımız Paris-2024-lə vidalaşdı - YENİLƏNİB
16:00, Bu gün
Bu küçələrdə təmir işləri davam etdirilir - VİDEO
15:54, Bu gün
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan ÜZR İSTƏDİ - FOTO
15:48, Bu gün
900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
15:46, Bu gün
ATMU ali təhsil müəssisələrinin sərgisində
15:45, Bu gün
Qazaxın geri qaytarılan kəndində mina partladı - İki nəfərin ayağı amputasiya olundu - YENİLƏNİB
15:42, Bu gün
Qərblə Rusiyanın siyasi məhbus mübadiləsi – “casus”lar hələ də dissident sayılır - TƏHLİL
15:37, Bu gün
Vahid Əhmədovdan yüksək əxlaq və siyasi mədəniyyət nümunəsi
15:37, Bu gün
Bakı-Sumqayıt yolundakı qəzada zərər çəkmiş şəxslərə sığorta ödənişi veriləcək
15:32, Bu gün
İsmayıl Haniyə DƏFN OLUNUR
15:27, Bu gün
İranın qürurunu xilas etmək üçün əməliyyat keçiriləcək - Hücum planı dəyişdi
15:20, Bu gün
Gimnaziyanın direktorunu döyən "Drakon" azadlığa buraxıldı
15:13, Bu gün
"Bu yaşıma qədər üzümə estetik etdirməmişəm"
15:07, Bu gün
Seçim başlayır: Hansı universitetə üstünlük verməli?.. - Ekspert məsləhəti
15:01, Bu gün
Türkiyənin İsrail səfirliyində bayraq endirildi - Foto
14:58, Bu gün
Əli cibində atəş açan o idmançı Azərbaycan mediasına DANIŞDI
14:53, Bu gün
Şeron Stounun Bodrumdan paylaşdığı foto müzakirələrə səbəb oldu - FOTO
14:46, Bu gün
Kirayə evlər BAHALAŞACAQ – Bu TARİXDƏN
14:35, Bu gün
“Bir çaynik çayı 32 manata verirlər, belə olmaz!” - Deputatdan ETİRAZ
14:30, Bu gün
Röya Ayxanın evliliyinə kimlər mane oldu?.. - FOTO/VİDEO
14:23, Bu gün
Gənc maşında sevgilisi ilə cinsi əlaqədə oldu, bunu görən qonşu oğlan... – TƏFƏRRÜAT
14:16, Bu gün
“Yoldaşım filmdə çəkilməyə qoymurdu, ayrılan kimi...” - 75 yaşlı aktrisa ilə ÖZƏL MÜSAHİBƏ
14:09, Bu gün
Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradıldı
14:03, Bu gün
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
13:57, Bu gün
Masazırda qanunsuz tikili söküldü - VİDEO
13:50, Bu gün
KOBSKA son 6 ayda məhsuldar fəaliyyəti ilə diqqət mərkəzində olub - MÜSAHİBƏ
13:48, Bu gün
İlham Əliyev fərman imzaladı
13:44, Bu gün
Ermənistanın Türkiyə ilə sərhəd qayğısı - İrəvanın çarəsiz manevrləri – TƏHLİL + FOTO
13:37, Bu gün
“Təhminə” “Zaur”-un ad gününü belə təbrik etdi: “O mənim...”
13:36, Bu gün
İmtahanda yüksək bal toplayan məzun: “Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
13:30, Bu gün
XİN Zelim Kotsoyevi TƏBRİK ETDİ - FOTO
13:24, Bu gün
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi
13:18, Bu gün
Naxçıvanın Kərki kəndinin işğalıyla bağlı Sərkisyanın müraciəti üzə çıxdı...
13:16, Bu gün
Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
13:11, Bu gün
Paris-2024: Cüdoçumuz 1/4 finalda - YENİLƏNİB
13:06, Bu gün
Xalq artisti özünə qoyduğu QADAĞALARDAN DANIŞDI: "3-4 təklif gəlib, amma..." - ÖZƏL+FOTO
12:59, Bu gün
Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
12:55, Bu gün
Sabah hava necə olacaq? - PROQNOZ
12:50, Bu gün
Maqnit qasırğası yenidən Yeri bürüyəcək
12:44, Bu gün
Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artırıldı - FOTO
12:38, Bu gün
Müəllimi baltalayaraq qətlə yetirən şəxs: "Mən meşədə olanda arvadıma sataşdı..."
12:32, Bu gün
Gənclər festivalı "Yay Fest"in 3-cü həftəsi necə yadda qaldı? - FOTO
12:17, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
12:11, Bu gün
“Ciyərlərim çürüyüb, yuxuya həsrətəm” – Xalq artisti, "komsomol Cəlal" dərmanlardan şikayətləndi
12:05, Bu gün
Hakan Fidan HƏMAS-ın yeni lideri ilə görüşdü
12:01, Bu gün
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
11:59, Bu gün
Rusiyanı gözləyən strateji dalan...
11:58, Bu gün
İmtahanda yüksək bal toplayan məzun:“Bu günün işini sabaha saxlamadım” – FOTOLAR
11:53, Bu gün
“Qarabağ” – “Ludoqorets” matçının biletləri satışa çıxarıldı
11:52, Bu gün
Zəlzələ Ermənistanla Gürcüstanı silkələdi
11:48, Bu gün
“Dedim öləcəm, amma görüşlərimdən qalib ayrılacam” - VİDEO
GÜNLÜK
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:02
“Bu, güclü dövlətdən gələn ciddi bir təhdid deyil, bu, sadəcə milçək vızıltısıdır”
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 21:30
"Sabah" - "Makkabi" oyununda 3-cü qol - YENİLƏNİR - VİDEO
01 Aug 2024 | 21:16
Qarın piylərini əridən tərəvəz
HƏFTƏLİK
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
29 Jul 2024 | 15:44
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 11:34
"Vətəni haqda pis düşünən insan..." - “Qaynana” filminin AFƏTİ ilə ÖZƏL MÜSAHİBƏ - FOTOLAR
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
AYLIQ
01 Aug 2024 | 22:10
Dünyaya KİŞİ  kimi gəlib, amma yarışda QADIN kimi  iştrak edib - FOTO - VİDEO 
01 Aug 2024 | 21:36
Bakıda moped sürücüsü öz ölümünü qeydə aldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01 Aug 2024 | 23:24
Adam bıçaqlayan deputatlığa namizəd HƏBS EDİLDİ
01 Aug 2024 | 22:38
Acqarına qoz yeməyin sağlamlığa faydaları
01 Aug 2024 | 21:03
Bakıda seksual manyak peyda oldu - FOTO
08:40, Bu gün
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
01 Aug 2024 | 22:02
“Bu, güclü dövlətdən gələn ciddi bir təhdid deyil, bu, sadəcə milçək vızıltısıdır”
01 Aug 2024 | 22:44
Türkiyədə bir günlük matəm elan edilib
01 Aug 2024 | 21:30
"Sabah" - "Makkabi" oyununda 3-cü qol - YENİLƏNİR - VİDEO
01 Aug 2024 | 21:16
Qarın piylərini əridən tərəvəz