Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
Elm və Təhsil
Oxunub: 408
19:03, Bu gün
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
Təlim və tərbiyə qohumluğu
 
XXI əsrin sürətli  texnoloji inkişafı, süni intellekt, İT elementlərini çağdaş dünya təhsilinin ayrılmaz tərkib hissəsinə çevirdi. Hazırda dünyanın bir çox ölkələrində pedaqoji işin təşkili prosesində, eləcə də dərsdənkənar məsələlərdə İT texnologiyası dominant tətbiqlərdən hesab edilir.
 
Moderator.az bildirir ki, ölkəmizdə də son illər təhsil adına atılan layihələrdən bir çoxu İT əsaslıdır. “Rəqəmsal bacarıqlar”, “STEAM-Azərbaycan”, “Virtual məktəb” və s. kimi layihələri buna misal göstərmək olar. 
Lakin bununla yanaşı, texnoloji inkişafın bir çox neqativ tərəfləri də təhsildən yan keçmədi. Texnoloji inkişaf dünyanı modelləşdirməklə yanaşı, ağıllı cihazlarla çatımlılıq dərəcəsini xeyli artırmış oldu. Artıq ağıllı telefonlara sahib olan hər şagirdin informasiya külliyatına, bir çox leqal və qeyri-leqal mənbələrə çatım şansları vardır. Bu əlçatanlılığın məktəbə daşınması təhsilin ana qayəsi, əsas missiyasına xeyli sarsıdıcı zərbələr vurmuş oldu. Neqativliyin telefonlara çəkilərək sosial şəbəkələrdə yayılması və sürətlə tirajlanması bu kimi halları ümumi qanunauyğunluq hadisəsi kimi cəmiyyətin şüuraltına hopdurma ehtimalı təhsilimizin gələcəyi üçün böyük təhlükə səbəbi olacaqdır. Bu səbəbdən də məktəbyaşlı şəxslərin  sosial şəbəkələrdən  düzgün istifadə qaydaları müəyyənləşdirilməli,  problem istiqamətində əməli fəaliyyətə keçilməlidir. Lakin bundan daha əvvəl və daha vacib hal isə orta məktəblərdə milli təhsil modeli ilə yanaşı, həm də Milli tərbiyə sisteminin tətbiqi və inkişaf etdirilməsidir. 
Milli tərbiyə sistemini əsas götürərək təhsilalanlarda azərbaycançılıq hissinin formalaşdırılması şəxsiyyət yetişdirilməsi ilə sıx bağlı olduğuna görə təbii ki,  bilavasitə pedaqoji mahiyyət daşıyır. Təlim prosesində təhsilalanlara onun mahiyyətini açıqlayarkən, müəllim mütləq hüquqi bilik və məlumatlardan istifadə etməlidir. Həmçinin, azərbaycançılıq hissinin formalaşdırılması üçün hər bir fənnin tədrisi prosesində bu məsələyə xüsusi yer verməli və böyüməkdə olan nəsillərin milli tərbiyə məsələsinin nə qədər əhəmiyyətli olduğunu dərindən dərk etmələrinə nail olmalıdır.
 
Təhsilalanların milli ruhda tərbiyəsi onlarda  həm də azərbaycançılıq hissinin formalaşmasına imkanlar yaradır.
 
Bu baxımdan, aşağıdakı məsələlərə xüsusi diqqət yetirmək vacibdir:
 
-Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq hüquq normalarına  tabe olmaq;
-Ölkənin konstitusiya qanunlarında göstərilən konstitusion borcunu dərk etmək və onlara riayət etmək;
-Azərbaycanın tarixini bilmək və ölkənin mənafeyini qorumaq;
-Ölkənin milli-mənəvi dəyərlərindən irəli gələn məsələləri yerinə yetirmək;
-Vətəndaş qarşısında təsbit olunan bütün qayda-qanun və borclara əməl etmək;
-Hərbi mükəlləfiyyətli  vətəndaşların (təhsilalanların) hərbi borcunu yerinə yetirmək, ölkənin sərhədlərinin qorunması, torpaqlarının bölünməzliyinin müdafiəsinə hazır olmaq;
-Düşmənlərin haqsızlığına qarşı susmamaq və əsl həqiqəti dünyaya çatdırmaq.
-Ailə və mülkiyyət məsələlərindən irəli gələn vəzifələri yerinə yetirmək;
-Öz vəzifə və hüquqlarını dərk etmək, onlara düzgün əməl etmək;
-Milli-dini zəmində cəmiyyətdə ayrı-seçkiliyə yol verməmək;
-Vətəni tanımaq və sevmək; yaşadığı ölkənin maddi (yeraltı, yerüstü sərvətlərini) və mənəvi (görkəmli şəxsiyyətlərini tanımaq, onların ideya və fikirlərini öyrənmək, qoyub getdikləri irsi qorumaq) dəyərlərini bilmək və onları qorumaq;
-Xalqının milli-mənəvi dəyərlərini, adət- ənənələrini bilmək və ona əməl edərək qoruyub saxlamaq;
-Ölkənin təbiətinə və təbii sərvətlərinə qoruyucu münasibət bəsləmək,  təbiətinin mühafizəsində, ekoloji tarazlığın qorunmasında fəal olmaq.
-Xalqına düzgün xidmət etməklə cəmiyyət qarşısında borcunu vermək;
-Əmək məsuliyyəti daşımaq.
 
Keçirilməsi zəruri olan fənn
 
XXI əsrdə texnologiyanın sürətli inkişafı həyatın müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir etdiyi kimi, formal təhsildən də yan keçməyib. Bu gün təhsil baxımından əldə olunan nailiyyətlərin praktikada tətbiqi arasında zaman uyğunsuzluğu mövcuddur və sənaye bir çox hallarda bu uyğunsuzluğu həzm edə bilmir. Formal təhsil çərçivəsində əldə olunan bilik və bacarıqların müəyyən zaman kəsiyindən sonra tətbiqi imkanları məhdudlaşır və ya əldə olunan bilik artıq arxaikləşir. Bu baxımdan daha qısa müddətə əldə olunan, xüsusilə peşəyönümlü ixtisaslar daha cəlbedici olur. İnsanlar həm zaman, həm də maliyyə baxımından daha az məsrəfli intensiv kurslara üstünlük verir.
 
 Bu kontekstdə  XXI əsrdə verilən təhsil  daha çevik olmalı, xüsusilə əldə olunan bilik və bacarığın tətbiqi imkanlarını şərtləndirən bir vasitə olmalıdır.
İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. İndiki mərhələdə isə ən vacib iş media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır.
 
Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.
 
Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. 
 
XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. 
 
Sınanmış metodlar
 
Bugün dünyanın bir çox ölkələrində təhsilalanların tədris keyfiyyətini, onların şəxsiyyətyönümlü formalaşama effektivliyini artırmaq üçün iki detala xüsusi diqqət yetirilir: 1)təhsilalanların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi və ona nəzarətin gücləndirilməsi; 2)Təhsil prosesində milli dəyərlərin tətbiqi. 
Birinci bəndə misal olaraq deyə bilərik ki, artıq dünya təcrübəsində gəncləri yad təsirlərdən, psixoloji zərbələrdən xilas etmək üçün sosial şəbəkələrlə bağlı zəruri addımlar atılır. 
ABŞ-nin  bir neçə ştatında Sosial Media Tənzimləmə Qanununa əsasən 18 yaşına çatmayanların sosial media hesabı açması üçün valideynin razılığı tələb olunur. Axşam saat 22:30-dan səhər 06:30-a qədər yaşı 18-dən aşağı olanların sosial mediaya daxil olmasına icazə verilmir. Valideynlərə və qəyyumlara övladlarının hesablarına və sosial mediadakı yazışmalarına daxil olmaq imkanı da verilir. Eyni zamanda, şirkətlərdən valideynlərə və qəyyumlara uşaqların sosial mediadan istifadəsinə vaxt məhdudiyyəti qoymağa imkan verən alətlər təklif etmələri tələb edilir. 
Uşaqların izləyiciləri və ya dost siyahısında olmayanlardan birbaşa mesajlar qadağan edilir.
 
Böyük Britaniyada da onlayn təhlükəsizlik haqqında qanun layihəsi 2023-cü ilin sonlarında qüvvəyə minib. Bu layihə yetkinlik yaşına çatmayanların onlayn platformalardan istifadə edərkən təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Fransada isə kiberzorakılıq, sosial media asılılığı və sosial platformalarda zərərli məzmuna məruz qalma ilə bağlı problemləri həll etməyə çalışan qanun layihəsi artıq təsdiqlənib. 2023-cü ilin iyununda Fransa Senatında qəbul edilən qanun layihəsi valideynlərin övladının 15 yaşdan kiçik olduğu təqdirdə sosial mediaya çıxışına icazə verməməsini tələb edir. Platformalardan uşaqların onlara sərf etdiyi vaxtı məhdudlaşdıran alətlər təqdim etmələri tələb olunur.
Bunlar çoxsaylı nümunələrdən yalnız bir neçəsidir. Cəmiyyətimizdə gələcək kadr bazamız hesab edilən gəncliyin milli ideyalar ətrafında inkişaf etdirilməsi üçün  sosial şəbəkələrlə bağlı göstərilən nümunələr çərçivəsində addımlar atılması çox zəruridir.
 
Şagirdləri yad təsirlərdən qorumağın, onların böyük dəyərlər fonunda formalaşmasının ən vacib üsullarından biri də hər xalqın özünəməxsus olan milli dəyərlərin məktəblərdə tətbiqidir. 
 
Yaponiyada ibtidai təhsilin əsas məqsədi regional və milli adət ənənələrin şagirdlərə öyrədilməsi, riyaziyyat, ana dili, musiqi, ədəbiyyat kimi elmlərin tədris edilməsidir. Azyaşlı yapon şagird müxtəlif elmləri öyrənməzdən qabaq öncə aid olduğu ölkənin milli dəyərlərini mənimsəyir. Ümumiyyətlə, bu xətt yapon təhsilinin əsas qayəsidir. 
 
Bu yapon mədəniyyəti, adətləri və hətta genetikası ilə bağlıdır. Lakin əsas diqqəti çəkən yaponların təhsil sistemidir.
 
Sırf bu səbəbdən də yapon təhsili çalışqanlıq, şəxsin özünü sorğu-sual etməsi, nizamlı şəkildə oxumağın vacibliyi prinsipi üzərində qurulub.
Şagirdlərin təhsil həyatının böyük bir hissəsi əxlaqi keyfiyyətlərin öyrənilməsi və özünü inkişafa həsr olunub. Məktəbin dərs sistemi yapon cəmiyyətinin və mədəniyyətinin öyrənilməsinə yönəldilib. 
Bütün bunlarla yanaşı, mütləq deməliyik ki, yapon tələbələrin akademik göstəriciləri beynəlxalq standartlardan üstündür. Sistemin əsas xarakteri məktəblərin sayının çox olması və dərslərə davamiyyətin məcburiliyidir. Özəl məktəblər də eyni sistem üzərində qurulub.
 
Koreyada  ibtidai  təhsil  dövlət  tərəfindən  ödənişsiz  şəkildə  verilir  və  6 il  davam  edir. İbtidai  təhsilin  ilk  iki  ilində  şagirdlərə  Koreya  dili, riyaziyyat  və  həyat  bilgisi  kimi  fənlər  tədris  edilir. Üçüncü  sinifdən  etibarən  isə  həftədə  bir  və  ya  iki  saat  ingilis  dili, elmi  məlumatlar, sosial  məlumatlar və  musiqi  kimi  fənlər  keçirilir.
Amma bütün bunlardan əvvəl xüsusi olaraq əxlaq  normaları  da ayrıca  fənn kimi tədris edilir. Koreya məktəbləri tədrisin tərbiyə sistemi ilə sintezinə xüsusi önəm verən və bunun faydalılığını görən müəssisələrdirlər.
 
Finlandiya təhsil sistemində əsas məsələ şagirdləri həyata hazırlamaqdır ki, bu prosesdə əxlaq normaları, milli və bəşəri dəyərlər üstünlük təşkil edir. Fin təhsilində  əsas istiqamətlərindən biri də konkret fənn əvəzinə hadisələri öyrənməkdir. Dərs yerinə şagirdlər 6 həftə ərzində bir mövzunu müxtəlif cəhətlərdən öyrənirlər. Məsələn, miqrant mövzusu coğrafiya, mədəniyyət nöqteyi-nəzərdən öyrədilir. Uşaqlar özləri suallar fikirləşib onları cavablandırırlar. Bu istiqamətdəki dərslərdə milli və bəşəri dəyərlər əsas rol oynayır. 
Ümumiyyətlə, fin təhsilində dəyərlərin təlqini lap uşaq yaşlardan başlayır. 
Buradakı ailə qrup bağçaları bir növ maraq klubuna bənzəyir: valideynlər övladları ilə birlikdə gildən heykəl düzəldir, rəsm çəkir, nağıl oxuyur, oyun oynayırlar. Bu bağçalarda məşğələlər pulsuzdur. Məşğələlərin əcnəbi dildə keçirildiyi məktəbəqədər müəssisələr də fəaliyyət göstərir. 
Bağçalar qarşısında qoyulan əsas tələb öyrənmədə müxtəlifliyi təmin etmək və əlverişli mühit yaratmaqdır. Finlandiya məktəbəqədər təhsilinin vahid proqramı yoxdur, ancaq bu prinsiplərə əsaslanır:  sevgi,hörmət
həm uşaqlara, həm də onların tərbiyəçilərinə verilən fəaliyyət azadlığı. 
 
İsveç təhsili son illərin ən inkişaf etmiş təhsil modellərindən hesab edilir.  Burada multikultural dəyərlərə də xüsusi diqqət yetirilir. Sami dillərində (Sami dil ailəsinə Ərəb, İvrit, Aramey, Suriya (Aysor) və Tunis dilləri, Həbəş-zənci dilləri və ölü dil sayılan akkad dili daxildir) danışan milli azlıqların təhsil almasına imkan yaratmaq məqsədilə Sami məktəblər fəaliyyət göstərir. Sami məktəblərdə icbari təhsilin ilk altı ilini əhatə edən Sami təmayüllü təhsil verilir.
 
Avstraliya təhsil sistemində də əxlaq normaları, tərbiyəvi dəyərlər üstünlük təşkil edir və bu məktəbəqədərdən başlayır.  Tərbiyəçilərin yaxşı bacarıqları və uşaqlara qarşı xüsusi münasibəti qeyd olunmalıdır: onlar uşağın düzgün tərbiyə olunmamasına, yaxud nəyisə bacarmamasına görə valideynlərə şikayət etmirlər. Nəyisə bacarmaq UŞAĞIN BORCU DEYİL. Tərbiyəçilər normal uşaq davranışına, yəni paltarının ciblərinə qum və ya çınqıl yığmağa, yerdə sürünməyə, boya ilə albomu deyil, özünü rəngləməyə və s. mane olmurlar. Onlar valideynlərlə əl-ələ verib tərbiyə prosesinə töfhə verirlər. 
 
Dostcasına münasibət avstraliyalıların milli xüsusiyyətidir və bu onların təhsilində, xüsusən də uşaq bağçalarında xüsusilə nəzərə çarpır. Avstraliya uşaq bağçasında hamı gülərüzlə qarşlanır. İstər uşaqlarla, istərsə də valideynlərlə ünsiyyətdə laqeydlik, soyuqluq və təkəbbür yolverilməzdir. 
 
 
Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı
 
Oxşar xəbərlər
22:18, Bu gün
Avto"Tesla" 2 milyona yaxın avtomobili GERİ ÇAĞIRIR - Ciddi problem aşkarlandı
22:10, Bu gün
Kabab üçün hansı ət seçmək lazımdır
22:00, Bu gün
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
22:00, Bu gün
"Qarabağ" “Linkoln”i məğlub etdi
21:55, Bu gün
Elçin Əmirbəyov: "Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq"
21:55, Bu gün
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
21:50, Bu gün
Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb
21:45, Bu gün
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
21:37, Bu gün
“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”
21:25, Bu gün
Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO
21:18, Bu gün
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir
21:02, Bu gün
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
20:56, Bu gün
Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı
20:48, Bu gün
Bu 3 bürc "ÖLÜMSÜZDÜR"
20:40, Bu gün
300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri
20:31, Bu gün
Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb
20:23, Bu gün
“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
20:15, Bu gün
Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
20:11, Bu gün
Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
20:03, Bu gün
Bakıda qadın sirkə turşusu içib öldü
19:55, Bu gün
40 saat  okeanda qalan cütlük xilas olundu
19:38, Bu gün
Yayda telefonunuzdan EHTİYATLI OLUN
19:30, Bu gün
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
19:23, Bu gün
Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir
19:15, Bu gün
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
19:03, Bu gün
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
18:55, Bu gün
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
18:50, Bu gün
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
18:45, Bu gün
Fürsəti əldən vermişik - Marukyan
18:38, Bu gün
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
18:32, Bu gün
Alimlər yaddaşı yaxşılaşdıran burun spreyi hazırlayıblar
18:28, Bu gün
“Google” sürücüsüz taksilərə əlavə 5 milyard dollar sərmayə qoyacaq
18:22, Bu gün
Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq
18:14, Bu gün
“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR
18:08, Bu gün
1 stəkanı ilə bədəndə infeksiya qalmır
18:00, Bu gün
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
17:50, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
17:45, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
17:40, Bu gün
Rusiya Ədliyyə Nazirliyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
17:34, Bu gün
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
17:28, Bu gün
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
17:22, Bu gün
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
17:17, Bu gün
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
17:11, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
17:05, Bu gün
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
17:00, Bu gün
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
16:55, Bu gün
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
16:49, Bu gün
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
16:43, Bu gün
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
16:38, Bu gün
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
16:32, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlandı
16:26, Bu gün
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
16:19, Bu gün
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
16:12, Bu gün
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
16:06, Bu gün
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
15:59, Bu gün
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
15:56, Bu gün
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
15:51, Bu gün
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
15:46, Bu gün
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
15:39, Bu gün
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
15:33, Bu gün
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
15:28, Bu gün
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
15:22, Bu gün
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
15:16, Bu gün
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
15:11, Bu gün
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
15:06, Bu gün
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
15:00, Bu gün
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
14:54, Bu gün
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
14:47, Bu gün
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
14:41, Bu gün
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
14:34, Bu gün
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
14:28, Bu gün
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
14:22, Bu gün
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
14:16, Bu gün
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
14:14, Bu gün
Millət vəkili, yoxsa zillət vəkili?..
14:10, Bu gün
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
14:07, Bu gün
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
14:01, Bu gün
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
13:56, Bu gün
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
13:50, Bu gün
Əli Əsədov İrana getdi - FOTO
13:46, Bu gün
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
13:42, Bu gün
Qalibdən ilk paylaşım - FOTO
13:39, Bu gün
"Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə..."
13:33, Bu gün
"Makron İranın yeni prezidenti qarşısında beş tələb irəli sürüb" - "Reuters"
13:28, Bu gün
Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”
13:24, Bu gün
Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib
13:18, Bu gün
Azərbaycanda Torpaq Məcəlləsi DƏYİŞDİ
13:13, Bu gün
Qusarda ata oğlunu güllələdi - YENİLƏNİB
13:08, Bu gün
Sabah 35 dərəcə isti olacaq
13:03, Bu gün
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
12:58, Bu gün
Peşəkar Futbol Liqasının yeni himni hazırlandı - VİDEO
12:53, Bu gün
Ermənistan ilk dəfə bu ölkəyə səfir təyin etdi - FOTO
12:47, Bu gün
Aqil Abbas geri çəkildi? - Özü açıqladı
12:40, Bu gün
Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsində mübarizəni dayandırdı - FOTO
12:27, Bu gün
Gövhər Rzayevanın qoluna mil taxılıb
12:21, Bu gün
Rasim Balayev: "Şortik geyinmək istəyərəm, amma..." - VİDEO
12:15, Bu gün
Dişlərini yumayan kişilərə XƏBƏRDARLIQ: Arvada bu qədər cərimə ödəyəcəksiniz
12:10, Bu gün
Hidayət Heydərovdan Elnur Məmmədli ilə bağlı paylaşım – VİDEO
12:05, Bu gün
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
12:00, Bu gün
Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR
GÜNLÜK
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
06:25, Bu gün
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
29 Jul 2024 | 23:00
Qocalmağı necə dayandıraq?
29 Jul 2024 | 23:25
"Bu müharibədən yalnız Qərbin hərb baronları uduş əldə edib" - Ərdoğan
29 Jul 2024 | 22:41
“Türkiyə əvvəlki mövqeyindən geri çəkilməməlidir”
29 Jul 2024 | 23:32
"Bu dairəni dağıtmaq lazımdır": Moskva İsrailə siqnallar göndərir
29 Jul 2024 | 22:48
“Dəmir Adam” geri qayıdır – VİDEO
29 Jul 2024 | 23:27
Venesuelada prezident seçkilərinin qalibi bəlli olub
06:25, Bu gün
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR