“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
Elm və Təhsil
Oxunub: 279
17:45, Bu gün
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
"1992-ci il oktyabrın 9-da Bakıda ilk hərbi parad keçirildi. Hərbi paradın keçirilməsi ölkədə hərbi vətənpərvərlik ruhunun yüksəlişinə ciddi təsir göstərdi…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
Azərbaycanın xarici siyasəti və hərbi gücü (2000-2024-cü illər)...-   XXXXXI mövzu
 
(Əvvəli burada: )
 
Azərbaycan BMT, Qoşulmama Hərəkatı, MDB, ATƏT, NATO-nun sülh tərəfdaşlığı, Dünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq qurumların üzvüdür. Azərbaycan 2016-cı ildə BMT ilə tərəfdaşlıq haqqında müqavilə imzaladı və bu sənəd əsasında əməkdaşlığı davam etdirir [63]. Azərbaycan Avropa ittifaqı ilə Şərq Tərəfdaşlığı (Azərbaycan, Ermənistan, Moldova, Belarus, Gürcüstan, Ukraynanı əhatə edir) Proqramı (2009-cu ildən fəaliyyət göstərir) [4] və digər proqramlar çərçivəsində əməkdaşlıq edir. Azərbaycan üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (10 dekabr 1991), ATƏT (30 yanvar 1992), Avropa Şurası (25 yanvar 2001), Qoşulmama Hərəkatı (25 may 2011) kimi qurumlarla səmərəli əməkdaşlıq edir. Bu təşkilatlardan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə son dövrdə problem yaşandı. Qurum 2024-cü il yanvarın sonunda erməni lobbisinin təsiri ilə qərəzli mövqe tutdu və Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan bir illiyə məhrum edilməsinə dair qətnamə qəbul etdi. Buna cavab olaraq Azərbaycan AŞPA-dakı nümayəndələrini geri çağırdı.
Azərbaycanın həyatında Türk Dövlətləri Təşkilatı xüsusi rol oynayır. Qurum 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri tərəfindən Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə yaradıldı [49]. Qurumun ümumi katibliyi İstanbulda, Parlament Assambleyası Bakıda, Türk Akademiyası Astanada yerləşir. Özbəkistan 2019-cu ildə TDT-nin tam hüquqlu üzvü oldu. Macarıstan, Türkmənistan, Şimali Kipr Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir [46]. İstanbul toplantısında (2021-ci il) qurum Türk Dövlətləri Təşkilatı (TDT) adlandırıldı [47]. TDT-nin Səmərqənddə 2022-ci ilin noyabrında keçirilən Zirvə toplantısında “Türk dünyası 2040-cı il görüntüsü” adlı sənəd qəbul olundu, türk dövlətlərinin yaxın perspektiv üçün birgə inkişaf istiqamətləri göstərildi [47]. 2023-cü ilin martında Ankarada təşkilatın Fövqəladə Zirvə toplantısı keçirildi, 2023-cü ilin fevral zəlzələsindən zərər çəkmiş Türkiyəyə yardım və digər məsələlər müzakirə olundu, uyğun qərarlar qəbul edildi [3]. 2023-cü il noyabrın 3-də Astanada TDT-nin “Türk Əsri” çağırışı altında 10-cu Zirvə toplantısı keçirildi, növbəti dövr üçün vəzifələr müəyyən edildi [48]. 2024-cü il iyulun əvvəlində Şuşada qurumun Zirvə toplantısı keçirildi, Turan birliyi və digər məsələlərlə bağlı dünyaya mühüm mesajlar verildi. Qurum “Biz birlikdə daha güclüyük” şüarını rəhbər tutur…
 
Azərbaycanın hərbi gücü yeni əsrin əvvəllərindən yüksələn xətlə inkişaf edirdi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 95-100 min nəfər civarında saxlanılır, ehtiyatda olan hərbçilər isə 330 min nəfər təşkil edir [59; 52]. 2023-cü il üçün müdafiə xərcləri 5.3 mlrd manat (3.1 mlrd dollar) müəyyən edilib, bu, əvvəlki illə müqayisədə 4.6% artım deməkdir [71].
 
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra yeni tipli hərbi quruculuq işlərinə başlanıldı. Ali Sovet (parlament) 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Silahlı Qüvvələrin yaradılması haqqında qanun və qərar qəbul etdi. İlk vaxtlar könüllü ərazi özünümüdafiə batalyonları (taborlar) yaradıldı, sonra tədricən nizami ordu birləşmələrinə keçid edildi. 1992-ci il oktyabrın 9-da Bakıda ilk hərbi parad keçirildi [13]. Hərbi paradın keçirilməsi ölkədə hərbi vətənpərvərlik ruhunun yüksəlişinə ciddi təsir göstərdi. Həmin vaxtdan 9 oktyabr bir müddət Ordu Günü kimi qeyd olunurdu. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk hərbi hissənin yaradıldığı tarixə uyğun olaraq 26 iyun Ordu Günü elan edildi [14]. Bu vaxta qədər 2008, 2011, 2013, 2018-ci illərdə hərbi paradlar keçirilib. 2020-ci il dekabrın 10-da isə Bakıda Azadlıq meydanında İkinci Azərbaycan-Ermənistan müharibəsində qələbənin şərəfinə Zəfər Paradı keçirildi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə yanaşı Türkiyəli əsgər və zabitlər də iştirak edirdi [37]. 2023-cü il noyabrın 8-də, Böyük Zəfərin üçüncü ildönümündə Xankəndi şəhərində Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə möhtəşəm hərbi parad keçirildi [42].
Azərbaycan Ordusu “Global Firepower” portalının hazırladığı dünya ordularının 2023-cü il reytinq cədvəlinə görə, Cənubi Qafqazda 1-ci, keçmiş SSRİ məkanında isə Rusiya və Ukraynadan sonra 3-cü yerdədir. Bu cədvəldə Azərbaycan 57-ci, Gürcüstan 85-ci, Ermənistan 94-cü, ABŞ 1-ci, Rusiya 2-ci, Çin 3-cü, Türkiyə 11-ci, İran 17-ci yerlərdə qərarlaşıb [69]. Sənəddə həmçinin göstərilir ki, Azərbaycan Ordusunun arsenalında 312 təyyarə və helikopter, 920 tank, 24 min zirehli maşın, 486 artilleriya və 323 reaktiv qurğu, dəniz donanmasında 49 hərbi gəmi var [6].
 
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən, həmçinin yardımçı statusunda olan Daxili Qoşunlar, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətindən ibarətdir. [16].
 
Quru qoşunları təxminən 85 min nəfər şəxsi heyət [52], 6 korpus, müxtəlif hərbi birləşmələr və bilavasitə Müdafiə nazirliyinə tabe olan briqadalardan ibarətdir [32]. Kadrları əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb və digər hərbi təhsil ocaqlarında hazırlanır [32]. Hərbi Hava Qüvvələri 1992-ci il fevralın 14-də təsis edilib [24]. Azərbaycan Hərbi Dəniz Qüvvələri 1992-ci il aprelin 7-də yaradıldı [18]. 2015-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbi və Ali Hərbi Dənizçilik Məktəbi ləğv edildi və onlar fakultə statusunda Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil edildilər [1]. 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb Hərbi litseyə çevrildi [19]. Yüksək səviyyəli zabitlərin yetişdirilməsi üçün 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı [60]. Prezident, Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə 2022-ci ilin mayında Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması, hərbi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradıldı [5]. İkinci Qarabağ (Vətən) müharibəsinin gedişində xüsusi təyinatlı hərbi birləşmələr ciddi rol oynadı. Müharibədən sonra bu istiqamətdə yeni addımlar atıldı. Prezident İlham Əliyevin tapşırığı ilə 2021-ci ilin sonlarında yeni xüsusi təyinatlı dəstələr - Komandolar yaradıldı [34]…
Azərbaycan ölkə daxilində silah istehsalına xüsusi əhəmiyyət verir. Müstəqilliyin ilk illərində xarici ölkələrdən silah alınırdı. Yeni əsrin əvvəllərində vəziyyət bir qədər dəyişdi. 2005-ci ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi yaradıldı [35]. Hazırda ölkəmizdə 1000-dən artıq adda hərbi məhsul istehsal olunur, həmçinin PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş maşınlarının modernləşdirilməsi və kütləvi istehsalının təşkili ilə bağlı işlər davam etdirilir [36].
 
Azərbaycan hərbi sahədə Türkiyə, Pakistan, Rusiya, ABŞ, İsrail, İran və digər ölkələrlə əməkdaşlıq edir. Bu sahədə Türkiyə ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İki ölkə arasında hərbi əməkdaşlığa dair ilk müqavilə 1992-ci ilin yanvarında imzalandı [66]. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu və münasibətlər davam etdirildi. 1996-cı ildə isə Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında “Hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair saziş” imzalandı [92]. 
 
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən , hərbi sahədə əməkdaşlığa dair ən mükəmməl sənəd 2021-ci il 15 iyunda imzalanmış “Şuşa Bəyannaməsi” oldu. Prezident İlham Əliyev İkinci Qarabağ (Vətən) müharibəsindən sonra Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf edəcəyini elan etdi [11]. Azərbaycan NATO standartlarına üstünlük verməklə , bu xətti uğurla davam etdirir. Bu məqsədə nail olmaq üçün çoxlu sayda birgə hərbi təlimlər keçirilir və digər tədbirlər reallaşdırılır…
 
Azərbaycan Ordusu qələbədən sonra daha da gücləndi, Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə aldı. Azərbaycan Ordusunun bölmələri 2021-ci ilin mayında Şərqi Zəngəzurda erməni təxribatına cavab olaraq Laçın rayonu ərazisindəki Qaragöl istiqamətində mövqelərini möhkəmləndirdi, hərbi əməliyyat nəticəsində 3.5 kilometr strateji əhəmiyyətli sahəni nəzarətə götürdü [7]. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlıları qalır və təxribatlar törədirdilər. Azərbaycan tərəfi daim bu təxribatların qarşısnı almaq və yeni təxribatların baş verməməsi üçün qeyri-qanuni silahlı dəstələri təhlükəli mövqelərdən vurub çıxartmaqla məşğul olurdu. Azərbaycan hərbi birləşmələri qanunsuz erməni silahlı dəstələrinin təxribatlarının qarşısını alaraq, 2022-ci ilin martında “Fərrux əməliyyatı”nı həyata keçirib, Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, Daşbaşı yüksəkliyi və Sağsağan dağı silsiləsini azad etdi, bununla Ağdam şəhəri və rayonun 9 kəndi qanunsuz erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxarıldı, Xankəndi-Ağdərə yoluna Azərbaycan tərəfinin vizual nəzarəti bərpa edildi, həmçinin Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yarandı [23]. 2022-ci ilin avqustunda Azərbaycan Ordusu “Qisas” antiterror əməliyyatı həyata keçirərək qanunsuz erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsindəki Qırxqız yüksəkliyini ələ keçirmək cəhdinin qarşısnı aldı və Qırxqız, Sarıbaba və digər yüksəklikləri nəzarətə götürdü [10]. Ermənistan silahlı qüvvələri az sonra, 2022-ci ilin sentyabrında yenidən təxribat törətdi, Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Azərbaycan Ordusu düşmənə sərt cavab verdi, sentyabrın 12-14-də ağır döyüşlər getdi, erməni hərbi bölmələri geri çəkilməli oldu, düşmənin 53 mövqeyi , 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü [12]. İkinci Qarabağ (Vətən) müharibəsindən sonra ən irimiqyaslı döyüşdə hər iki tərəfdən ciddi itkilər oldu. Rəsmi məlumatlara görə, erməni tərəfindən 204 nəfər ölən və itkin düşən oldu  [62]. Azərbaycan tərəfində 80 nəfər hərbi qulluqçu həlak oldu [97]. Qanunsuz erməni silahlı dəstələri növbəti dəfə 2023-cü ilin iyununda Ağdam rayonu Qalayçılar kəndi istiqamətində təxribat törətdi, nəticədə Azərbaycan Ordusunun 1 əsgəri yaralandı. Hərbi birləşmələrimiz Ağdərə və Xocavənd istiqamətində düşmənə layiqli cavab verdi, 5 düşmən əsgəri məhv edildi [9].
 
2023-cü il sentyabrın 18-19-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları yenidən təxribatlar törətdi, nəticədə Ağdam, Kəlbəcər, Şuşa və Xocavənd istiqamətlərində polis əməkdaşları da daxil olmaqla 9 nəfər həlak oldu [26; 21]. Azərbaycan Ordusu və Daxili qoşunları təxribatlara cavab olaraq sentyabrın 19-dan 20-ə qədər, 23 saat ərzində lokal antiterror əməliyyatı həyata keçirdi, Azərbaycanın bütün ərazilərində, o cümlədən Xankəndi, Xocalı, Əsgəran, Ağdərədə “suverenliyi tam bərpa olundu” [40]. Antiterror əməliyyatının gedişində Azərbaycan Silahlı Qüvvələrinin 204 hərbi qulluqçusu həlak oldu [39]. Ermənilərin itkiləri ilə bağlı qeyri-rəsmi məlumatlara görə, 200-dən artıq silahlı öldürülüb [22].
 
 
Sentyabrın son həftəsi ərzində ermənilər sürətlə Qarabağı tərk edərək Ermənistana getdilər. Gedənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur. Qarabağda qalan ermənilərin sayının çox az olduğu bildirilib. Prezident İlham Əliyev oktyabrın 15-də proseslərin əsas yekun mərhələlərindən biri kimi Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrində təntənəli şəkildə Azərbaycan bayrağını ucaltdı. Azərbaycan bəzi digər məsələlərin nizama salınması istiqamətində fəaliyyətini davam etdirdi. 2024-cü ilin fevralında Berlində Azərbaycan, Almaniya, Ermənistan xarici işlər nazirlərinin, may ayında isə Almatıda Azərbaycan, Qazaxıstan, Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və ikitərəfli görüşləri keçirildi. Vasitəçisiz danışıqlar məqsədi ilə keçirilən bu görüşlərdə bəzi razılaşmalar əldə olundu. Bu proseslərin nəticəsi olaraq, 2024-cü ilin aprel-may ayları ərzində Qazax rayonunun 4 kəndi, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. May ayında həmin kəndlər istiqamətində sərhədin 12 kilometrlik hissəsi delimitasiya və demarkasiya edildi. Bununla delimitasiya prosesinə start verildi. Rusiya regionda vəziyyətin dəyişməsi, Azərbaycanın lider rolunun güclənməsi və digər amilləri nəzərə alaraq vaxtından əvvəl, aprel ayında sülhməramlı qüvvələrini Azərbaycandan çıxarmağa başladı, proses iyun ayında başa çatdı. Aprelin sonunda vaxtilə Türkiyə və Rusiyanın iştirakı ilə yaradılmış Birgə Monitorinq Mərkəzinin də fəaliyyəti dayandırıldı.
Beləliklə, Azərbaycan diplomatiya və hərbi güc amillərini bacarıqla uzlaşdıraraq, ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi, düşmən üzərində tam qələbəyə nail oldu, şərəfli dövlətçilik tarixini davam etdirdi…
 
Ədəbiyyat:
 
 1. Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri ləğv olundu.- poliqon.az/ ali-herbi-teyyarecilik-ve-denizcilik-mektebleri-legv-olundu/.
 
2. ABŞ-ın ikili standartlar siyasəti.- “İki sahil” qəzeti, 2010, 13 aprel, s. 12.
 
3. Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib.- oxu.az/politics/ 707820.
 
4. Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı…- azertag.az/xeber/Aİ_nin_quot_Serq_ terefdasligi_quot_Proqrami_uzre_seferi_Cenubi_Qafqazdaki_veziyyet_barede_melumatlandirilib-2491250.
 
5. Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb.- report.az/herbi-xeberler/ azerbaycanda-milli-mudafie-universiteti-yaradilib/.
 
6. Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəliləyib.- azvision.az/ news/316447/news.html.
 
7. Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir.-web.archive.org/ web/20220523032222/ //www.bbc.com/azeri/azerbaijan-57083506; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin məlumatı.-mfa.gov.az/aznews/no16521-azerbaycan-respublikasi-xarici-işler-nazirliyi-metbuat-xidmeti-idaresinin -melumati.
 
8. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv...- azerbag.az/xeber/ Azerbaycanin_Avropa_Surasina_tamhuquqlu_uzv_qebul_olunmasindan_16_il_kechir-1029568.
 
9. Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirdi.-konkret.az/azerbaycan-ordusu-qisas-emeliyyati- keçirdi/.
 
10. Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.-web.archive.org/ web/ 20220803162243///mod.gov.az/az/news/azerbaycan-ordusu-qisas-emeliyyati-keçirib-video-41224.html.
 
11. Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir.-azvision.az/ news/ 329976/news.html.
 
12. Azərbaycan Ordusunun nəzarətə götürdüyü yüksəkliklərin sayı açıqlandı.-tribunainfo.az/azerbaycan-ordusunun-nezarete- goturdu-yuksekliklerin -sayi-açiqlandi/.
 
13. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək.-  ordu.az/az/news/129816/azerbaycanda-herbi-parad-kecirilecek.
 
14. Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü haqqında.- e-qanun.az/framework/3682.
 
15. Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamə imzaladı.- bbc.com/azeri/azerbaijan-60474535.
 
16. Azərbaycan Silahlı Qüvvələri günüdür.- web.archive.org/web/ 20220325090035/  //www.amerikaninsesi.org/a/Ordu/3915821.html.
 
17. Azərbaycan və NATO Parlament Assambleyası.- nato-pfp.mfa.gov. az/az/30/ azerbaycan-ve-nato-parlament-assambleyasi.
 
18. Bu gün Hərbi Dəniz Donanma Günüdür.- web.archive.org/web/ 20211025103432/ //www.goal.az/project/news/44725.
 
19. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Litsey.- web. archive.org/ web/20230122194422/ //mod.gov.az/az/cemsid-naxcivanski-ve-heyder-eliyev-adina-herbi-lisey-200/.
 
20. Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib.- 525.az/news/ 223983-cozef-bayden-prezident-ilham-əliyevi-təbrik-edib.
 
21. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun birgə məlumatı.- “Azərbaycan” qəzeti, 2023, 20 sentyabr, s.1.
 
22. Düşmənin itkiləri barədə...- bakupost.az/dusmenin-itkileri-barede-yeni-melumatlar-200-olu-400-yarali.
 
23. Fərrux yüksəkliyinin azad olunması...-web.archive.org/web/ 20220331194625/ //teleqraf.com/news/toplum/3211514.html.
 
24. Hərbi Hava Qüvvələri.- web.archive.org/web/20220812170134/ //mod.gov.az/az/herbi-hava-quvveleri-260/.
 
25. Xarici siyasət.- azerbaijans.com/content_1595_az.html.
 
26. Xocavənddə 4 polisin ölümü: terrorçular saxlanıldı.- axar.az/news/ gundem/ 787744.html.
 
27. İkitərəfli münasibətlər.- kiev.mfa.gov.az/az/content/3/ikiterefli-munasibetler.
 
28. İlham Əliyev Daşkənddə İran prezidenti ilə görüşüb.- report.az/xarici-siyaset/daskendde-prezident-ilham-eliyevin-iran-prezidenti-seyid-ibrahim-reisi-ile-gorusu-olub/.
 
29. İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”.- report.az/analitika/israil-ve-azerbaycan-mehriban-munasibetler-ve-gelecek-perspektivler/29.05.2023.
 
30. “Keşiçidağ”da Gürcüstan vətəndaşları insident törədib.- web.archive.org/ web.20210928163656/ //virtualaz.org/aktual/144369.
 
31. Qranadada “4-lü” bəyanat: Bakıya qarşı 3 maddə.- axar.az/news/ gundem/ 792328.html.
 
32. Quru qoşunları.- web.archive.org/web/20220812170132/ //mod. gov.az/az/quru-qosunlari-686/.
 
33. Michel Ch. : Zorakılıq və sərt ritorika sülh naminə dayandırılmalıdır.- bbc.com/azeri/articles/cxwgmn43gmko.
 
34. Müdafiə naziri yeni yaradılan Komando hərbi hissəsində olub.- web.archive. org/web/20211226132846/ //mod.gov.az/az/news/mudafie-naziri-yeni-yaradilan-komando-herbi-hissesinde-olub-video-38050.html.
 
35. Müdafiə Sənayesi Nazirliyinin yaradılması. mdi.gov.az/az/nazirliyin-yaradilmasi-26.
 
36. Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 17 il ötür.- poliqon.az/ mudafie-senayesi-nazirliyinin-yaranmasindan-17-il-otur/.
 
37. Müstəqil Azərbaycanda hərbi paradlar.- adalet.az/w226161.
 
38. Ombudsman nümayəndələri Söyüdlü kəndinin həbsdə olan sakinləri ilə görüşüb.- amerikaninsesi.org/a/7149569.html.
 
39. 19-20.09.2023-cü il tarixində keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı.- mod.gov.az/images/pdf/ 258a06305532057 04e85cdd7aa41a038.pdf.
 
40. Prezident İlham Əliyevin xalqa müraciəti.- prezident.az/az/articles/ view/61113.
 
41. Rəsmi Bakıdan Rusiya XİN-in bəyanatına sərt cavab. 15.07.2023.- sputnik.az/ 20230715/resmi-baki-rusiya-xin-in-beyanatini-serh-edib-456842386. html.
 
42. 8 noyabr Zəfər Günü: Xankəndidə hərbi parad keçirilib.- bbc.com/azeri/ articles/c724zlr90n10.
 
43. Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaması...- azertag.az/xeber/Nazir_Seudiyye_Arebistaninin_Ermenistanla_diplomatik_ elaqeler_qurmamasini_yuksek_qiymetlendiririk-2414774.
 
44. Şuşa Bəyannaməsinin tam mətni.- report.az/xarici-siyaset/susa-beyannamesinin-tam-metni/.
 
45. Tarixi Ki-Uest görüşünün 20 ili...- pia.az/amp/?id=396828.
 
46. Türk Dövlətləri Təşkilatı (TDT), 14.06.2023.- minenergy.gov.az/az/ beynelxalq-teskilatlarla-elaqeler/turkdilli-dovletlerin-emekdasliq-surasi.
 
47. Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti.- trt.net.tr/azerbaycan/ proqram/2022/11/18/türk-dovl-tl-ri-t-skilati-sammitinin-h-miyy-ti-1907597.
 
48. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü.- amerikaninsesi.org/a/ 7340098.html.
 
49. Türk dünyasının çatı quruluşu…- qha.com.tr/haber/arsivi/turk-dunyasinin-cati-kurulusu-turk-kenesi-10-yilinda-93438.
 
50. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri...- prezident.az/az/articles/view/60232; İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü...- prezident.az/az/articles/ view/60277.
 
51. Armenia-Azerbaijan clashes kill at least 16, undermine regional stability (27.09.2020).- reuters.com/article/us-armenia-azerbaijan/armenia-azerbaijan-clashes-kill-at-least-16-undermine-regional-stability-idUSKBN2606E.
 
52. Azerbaijan Military Personel.- globalsecurity.org/ military/world/ azerbaijan/ personnel.htm.
 
53. Azerbaijan-South Africa Bilateral Relations.- web.archive.org/web/ 20201031092208/ //pretoria.mfa.gov.az/files/Bilaterial_Relations_ Azerbaijan-SA.pdf.
 
54. Cornell S. E. The Nagorno-Karabakh Conflict.- Uppsala University: Department of East European Studies, 1999, s. 41.- web.archive.org/ web/20210905153354/ //is.muni.cz/ el/fss/jaro2019/POL587/um/Cornell_ The_Nagorno-Karabakh_ Conflict.pdf.
 
55. EU Statement on opening of the Baku-Tbilisi-Kars railway.- eeas.europa.eu/ node/34825_en.
 
56. Haut-Karabagh: comment L`Azerbaidjan a change la donne.- web.archive.org/ 20160419231940/ //www.lopinion.fr/blog/secret-defence/ haut-karabagh-comment-l-azerbaidjan-a-change-donne-101092.
 
57. Republic of Azerbaijan ministry of foreign affairs.- web.archive.org/web /201 91018132330/ //www.mfa.gov.az/?language=en&options=content&id =546.
 
58. Shootout contineus on Armenia-Azerbaijan contact-line since morning, death tool rises.- web.archive.org/web/20120209051935/ //en.apa.az/news. php?id=45150.
 
59. The Military Balance 2022/İnternational İnstitute for Strategic Studies.- Abingdon: Taylor & Francis, 2022.- s.504.
 
60. The War College of the Armed Forces.- web.archive.org/ web/ 20220817121752/ //mod.gov.az/en/war-college-of-the-armed-forces-435/.
 
61. Turk Says Russia is Tangled in Caucasus War.- The New York Times, 15.04.1993.- web.archive.org/web/20160303165416///www.nytimes.com/ 1993/04/15/world/turk-says-russia-is-tangled-in-caucasus-war.html?scp=1&sq= Kelbacar&st=cse.
 
62. Ukraine War, Energy İssues Muddle Azerbaijan-Armenia Pease Efforts.-voanews.com/a/ukraine-war-energy-issues-muddle-azerbaijan-armenia-pease-efforts/6749926.html.
 
63. UNAPF.- web.archive.org/web/20190510085540/ //unazerbaijan. org/en/what-we-do/unapf/.
 
64. Азербайджан и Армения обсудили в Вашингтоне мир и Лачин.- vedomosti.ru/politics/articles/2023/05/01/973315-azerbaidzhan-armeniya-obsudili-mir.
 
65. Азербайджан и Грузия открывают новые экономические перспективы в интересах региона.- trend.az/Azerbaijan/politics/3732147.html.
 
66. Азербайджан и НАТО (обзор взаимоотношений с 1992 по 2006 год).- web.archive.org/web/20120423001452/ //analitika.az/browse.php?sec _id=23.
 
67. Азербайджан назвал законным решением установку КПП в Лачинском коридоре.- rbc.ru/politics/23/04/2023/644587d09a794792d12c59f5.
 
68. Азербайджан открывает посольство в Израиле.- www.gov.il/ru/ departments/news/fm-cohen-meets-azerbaijan-fm-bayramov.
 
69. Азербайджанская армия входит в топ-30 в мире по количеству танков, РСЗО и САУ.- interfax.az/view/884135.
 
70. Азербайджанские миротворцы, выведенные из Афганистана, вернулись в Баку.- interfax.az/view/843531.
 
71. Азербайджан увеличит расходы на оборону в 2023 году почти на 5%.- rbc.ru/politics/16/09/2022/6323872c9a79471aa9c22fc7.
 
72. Алиев, Пашинян, Макрон, Мишель и Шольц проводят встречу в Кишиневе.- tass.ru/mezhdunarodnaya-panorama/17906017.
 
73. Армения и Азербайджан подтвердили приверженность целостности территорий.- regnum.ru/news/3717666.
 
74. Брюссельская встреча…- az.sputniknews.ru/20230515/brysselskaya-vstrecha-pochemu-net-konkretnykh-dokumentov-mezhdu-baku-i-erevanom-454874213. html.
 
75. В Москве завершилась встреча лидеров России, Азербайджана и Армении.- riamo.ru/article/643472/v-moskve-zavershilas-vstrecha-liderov-rossii-azerbajdzhana-i-armenii.
 
76. Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Армении Сержа Саргсяна при посредничестве Дмитрия Медведева.- 2 ноября 2008 года.- web.archive.org/web/20211028144931///kremlin.ru/events/ president/news/1960.
 
77. В ходе Карабахской войны… web.archive.org/web/20120614231853/ //ru.salamnews.org/ru/ news/read/50006/predstavitel-ayatoll-xamenei-v-xode-karabaxskoy-voyni-mi-avtokolonnami-postavlyali-azerbaydjanu-voorujenie.
 
78. Генч С. Отнашения между ГУАМ и Турцией.- Центральная Азия и Кавказ (журналь), 2008, №3-4 (57-58), s. 191.- web.archive.org/web/ 20220204184559/ //cyberleninka.ru/article/n/ otnosheniya -mezhdu-guam-i-turtsiey/pdf.
 
79. Замминистра обороны сообшил о гибели генерала Азербайджанской армии.- web.archive.org/web/ 20200714214731/ //az.sputniknews.ru/ karabakh/20200714/424431786/ general-armija-azerbaan-pogib.html.
 
80. Зубков К. Азербайджан угрожает Армении.- РБК daily, 28.11.2007.- archive.is/IP5D.
 
81. История урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года.- tass.ru/info/17845181.
 
82. Конец войны в Карабахе.- web.archive.org/web/20201113002755/ // www.bbc.com/russian/news-54869066.
 
83. Краткий экскурс в американо-азербайджанские отнашения…- azertag.az/ru/xeber/Kratkii_ekskurs_v_amerikano_azerbaidzhasnkie_ otnosheniya _i_razmyshleniya_o_budushchem-819685.
 
84. Кто же все-таки признал Карабах?- kavkaz-uzel.eu/articles/282171.
 
85. Министерство обороны Азербайджана: «Мы призываем вас не тражировать ложние информации противника».- mod.gov.az/ru/ news/ ministerstvo-oborony-azerbajdzhana-my-prizyvaem-vas-ne-tirazhirovat-lozhnye-informacii-protivnika-31537.html.
 
86. Hаша страна не признает Армению в качестве государства.- regnum.ru/ news/704563? forprint.
 
87. Нефтепровод Баку-Тбилиси-Джейхан им. Гейдара Алиева. Справка.- web.archive.org/web/20180809060937///ria.ru/economy/ 20090417/ 168381928.html.
 
88. Новиков А.И. Отнашения Израиля со странами бывшего СССР.- web.archive.org/web/ 20090525045238/ //www.iimes.ru/rus/stat/2005/25-01-05.html.
 
89. Один человек погиб при нападении…- rbc.ru/politics/27/01/ 2023/ 63d3700c9a79477d2df3734a.
 
90. Одна нация-три страны: о сотрудничесиве Турции, Азербайджана и Пакистана.- eadaily.com/ru/news/2021/07/08/odna-naciya-tri-strany-o-sotrudnichestve-turcii-azerbaydzhana-i-pakistana.
 
91. Официальный визит Президента Азербайджанской Республики Гейдара Алиева в США (27 июля-06 августа 1997 года).- lib.alijevheritage. org/ru/6555664.html.
 
92. Парубочая Е.Ф.Сотрудничество Турции и Азербайджана в военной сфере на рубеже xx-xxı веков.- Вестн. Волгогр.гос.ун-та. Сер.4, Ист.2015, N-6(36), s.25.
 
93. Переговоры Путина, Алиева и Пашиняна завершились.- russian.rt.com/ ussr/news/932438-peregovory-putin-aliev-pashinyan.
 
94. Подразделения ВС Азербайджана уничтожили 20 армянских военнослужащих.- az.sputniknews.ru/20200716/ Podrazdeleniya-VS-Azerbaydzhana-unichtozhili-20-armyanskikh-voennosluzhaschikh-424455203. html.
 
95. Путин, Алиев и Пашинян приняли заявление о Карабахе.- rbc.ru/ politics/11/01/2021/5ffc676f9a794718f2cOe3c6.
 
96.  Сергей Лавров: Пандемия ускорила мыслительные процессы в Евросаюзе.- archive.ph/20201207124916/ //www.trud.ru/article/20-08-2020/1393051_ sergey_lavrov_pandemija_ uskorila_myslitelnye_protsessy_v_ evrosojuze.html.
 
97. Скончался азербайджанский военнослужащий… -az.sputniknews.ru/ 20220917/skonçalsya-azerbaydzhanskiiy-voennosluzhaschiy-pri-presechenii-provokatsii-vs-armenii-446189770.html.
 
98. Состоялась совместная встреча лидеров Азербайджана, ЕС и Армении.- report.az/ru/vneshnyaya-politika/v-belgii-nachalas-vstrcha-liderov-azerbajdzhana-armenii-i-soveta-es/.
 
99. Чернявский С. Россия и Азербайджан: особенности и основные направления межгосударственного сотрудничества в постсовецкий период.- Central Asia and Caucasus.- web.archive.org/web/20181027202247/ htttp://www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/03.shtml.
 
100. Экспортные трубoпроводы.- window2baku.com/oil7.htm.
 
 
Oxşar xəbərlər
20:08, Bu gün
"Ağadadaş Ağayev üzr istəməlidir!" - Bakı sakinlərindən "balta insidentinə" sərt REAKSİYA - VİDEO
20:05, Bu gün
Hidayətin finaldakı rəqibi fransızdır
20:01, Bu gün
Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı
19:57, Bu gün
Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
19:52, Bu gün
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası
19:48, Bu gün
ƏHD Partiyasının 4 namizədi qeydə alınıb
19:38, Bu gün
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
19:33, Bu gün
Paris-2024: Hidayət Heydərov FİNALDA
19:28, Bu gün
Məzahir Pənahov vəzifədən gedir
19:23, Bu gün
Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu
19:18, Bu gün
Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı
19:16, Bu gün
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
19:14, Bu gün
Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”
19:11, Bu gün
"Ukraynada səfərbərlik vüsət alır, Rusiya qışadək dominantlığını itirəcək" - "The Telegraph"
19:08, Bu gün
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
19:03, Bu gün
Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI
19:00, Bu gün
Türk turistlər Yunanıstana axın edir
18:56, Bu gün
11 avtobus marşrutu müsabiqəyə çıxarılır
18:50, Bu gün
Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib
18:45, Bu gün
Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin
18:38, Bu gün
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
18:37, Bu gün
Azərbaycanlı tələbənin  ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu
18:32, Bu gün
“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO
18:26, Bu gün
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
18:23, Bu gün
Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO
18:19, Bu gün
BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir
18:15, Bu gün
Yatanda kabus görüb özünü güllələdi
18:12, Bu gün
"Tramp istənilən məsələ üzrə müzakirəyə açıq olduğunu bəyan edib" - Zelenski
18:08, Bu gün
Fransanın Olimpiya ayıbı və ya problemlər olimpiadası
18:03, Bu gün
Tortu soyuducuda neçə gün saxlamaq olar?
18:02, Bu gün
“Koroğlu” metrostansiyası ətrafında mübadilə mərkəzi yaradılıb
17:57, Bu gün
Bu küçədə aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
17:54, Bu gün
TikTokda yeni funksiya TEST EDİLİR
17:52, Bu gün
Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
17:48, Bu gün
Təhsil haqlarının artırılması plan yerlərinə necə təsir edəcək?
17:46, Bu gün
"Putin Qərb əleyhinə koalisiya yaratmağa cəhd edib" - ISW
17:45, Bu gün
“Ağır döyüşlər getdi, 8 strateji əhəmiyyətli yüksəklik nəzarətə götürüldü…”
17:35, Bu gün
Tanınmış aparıcıya ağır itki - FOTO
17:30, Bu gün
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
17:25, Bu gün
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”
17:17, Bu gün
Gərginlik pik həddə – Yaxın saatlarda növbəti hücum ola bilər 
17:15, Bu gün
Sabah bu rayonlarda qaz olmayacaq
17:10, Bu gün
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
17:06, Bu gün
Qarabağ Universitetinə prorektorlar təyin olundu - DOSYE
17:03, Bu gün
“Xaricdə bu kvadrokopterdən pizza daşımaq üçün istifadə edilir, Ermənistanda isə...”
16:58, Bu gün
Rusiyalıların 67%-i şəkəri ən təhlükəli məhsul hesab edir
16:50, Bu gün
Ölkəmizdə ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu fəaliyyətə başladı
16:44, Bu gün
Sərnişin qatarı yük maşını ilə toqquşdu: 320 nəfərə yaxın insan... - FOTO/VİDEO
16:42, Bu gün
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
16:39, Bu gün
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
16:30, Bu gün
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
16:28, Bu gün
Hər işdən qovulanda təzminat alaraq 100 milyon avro qazanıb
16:24, Bu gün
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
16:20, Bu gün
İstidə soyuq su içmək məsləhət deyil- Dietoloq
16:10, Bu gün
Hərbçimiz intihar etdi
16:05, Bu gün
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
15:49, Bu gün
Kişi bayraqdarımız da Paris-2024-lə vidalaşdı
15:44, Bu gün
Əhaliyə 30-31 iyulla bağlı XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
15:34, Bu gün
“Baku Electronics” vergidən belə yayınır – Şikayət
15:28, Bu gün
Maaşlar bu qədər artacaq – DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
15:19, Bu gün
38 yaşlı Ledi Qaqa ilk dəfə evlənir
15:11, Bu gün
Üç prokuror təqaüdə göndərildi – FOTO
15:10, Bu gün
Əslində bu balığı heç yemək olmaz, biz isə…
15:07, Bu gün
"Neftçi"nin bazası sökülür Komanda və rəhbərlik ayrı-ayrı yerə köçür - FOTOLAR
14:55, Bu gün
“İsrailə qarşı belə siyasəti nəinki Türkiyə, Azərbaycan üçün də düzgün hesab etmirəm...”
14:49, Bu gün
Növbəti iki gündə güclü geomaqnit qasırğası gözlənilir
14:32, Bu gün
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
14:26, Bu gün
İcbari tibbi sığorta ilə daha çox müayinə olunacağıq - XƏRCLƏRİ ARTIRILDI 
14:19, Bu gün
Azərbaycanda 5 nəfər toyda zəhərləndi
14:04, Bu gün
Günün xoşbəxt bürcü hansıdır?
13:55, Bu gün
Şəkidə çay DAŞDI - Qudula kəndi ilə əlaqə kəsilib - FOTO
13:45, Bu gün
9 yaşlı qızlar qrup şəklində zorlanır - Məşhur nəşr SƏNƏDLƏRİ YAYDI
13:30, Bu gün
Qızla günlük evdə görüşən varlı kişinin acı aqibəti - FOTO
13:23, Bu gün
İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO
13:18, Bu gün
Erməni yük maşınları yenə sərhəddə gözləyir
13:06, Bu gün
Mineral pəhriz: ARIQLAMAĞA KÖMƏK EDƏN SU
12:54, Bu gün
45 dəqiqəlik "ölən" kişi gördüklərini DANIŞDI
12:49, Bu gün
Bu vətəndaşlara pay torpaqları veriləcək? - RƏSMİ
12:43, Bu gün
Baba və nənələrdən nəvələr üçün aliment alına bilər? – CAVAB
12:36, Bu gün
Bakıda avtobusda DAVA - VİDEO
12:27, Bu gün
Rusiyanın son iki ayda gündəlik itkisi - Şok rəqəm
12:22, Bu gün
ABB kartlarının təhlükəsizliyinə nəzarət etmir
12:17, Bu gün
Müəmma: xəsarət yox, zorakılıq yox, ortada üç bacının cəsədi var - Polis və FHN araşdırır
12:12, Bu gün
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
12:08, Bu gün
Əli Əsədov qərar imzaladı
12:02, Bu gün
Qızların bu peşələrə marağı artıb - RƏSMİ 
11:57, Bu gün
Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq
11:54, Bu gün
Almaniya Türkiyəyə döyüş təyyarəsi satışını əngəllədi
11:45, Bu gün
Peşə təhsili müəssisələrinə qəbul başladı
11:36, Bu gün
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
11:23, Bu gün
50 yaşdan sonra öldürən içki bəlli oldu
11:19, Bu gün
“Modinin Zelenski ilə görüşü mümkün ABŞ sanksiyalarını neytrallaşdırmaq cəhdidir...”
11:14, Bu gün
Əri tərəfindən öldürülən qadının son istəyi nə olub?- VİDEO
11:07, Bu gün
33-cü Yay Olimpiya oyunlarında Fransanın anti-Azəbaycan mövqeyi...
10:53, Bu gün
XALQ ŞAİRİ ÜSYAN ETDİ: “Efirlər hərəmxanaya dönüb, qızın sinəsinə pul basıb, ziyalıları...”
10:38, Bu gün
ŞİKAYƏT: “3 nömrəli poliklinikadan şəkər dərmanlarımı ala bilmirəm, deyirlər ki, TƏBİB belə göstəriş verib”
10:34, Bu gün
Meyvə-tərəvəzin qiyməti kəskin bahalaşdı: Səbəb nədir?
10:29, Bu gün
Sürücülərin xəbərsiz olduğu avtobus zolaqları: Hansı hallarda istifadə etmək olar? (VİDEO)
10:12, Bu gün
“Yay yağışı bərəkət yox, fəlakətdir, bu sahələrə mənfi təsir göstərəcək”-EKOLOQDAN XƏBƏRDARLIQ
10:04, Bu gün
Tiramisunun yaradıcısı vəfat etdi
GÜNLÜK
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
09:32, Bu gün
Yeməkdən imtina edən 3 bacının cəsədi tapıldı