1768
12 Jul 2024 | 18:18

"Qarabağda Qələbəyə gedən yol bu döyüşlərlə başladı...”- Tarix

“Qarabağ Azadlıq Təşkilatının (QAT) təxminən 100 nəfərdən ibarət bir qrup üzvü cəbhə bölgəsindəki Horadiz qəsəbəsində toplaşdı, cəbhə istiqamətində yürüş edərək körpələri qətlə yetirən Ermənistanın cavabının verilməsini, Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını tələb etdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
İkinci Azərbaycan-Ermənistan müharibəsinin başa çatdırılması.... -XXXXIX mövzu
 
(Əvvəli burada:)
 
Ermənistan cəmiyyətində həm bu məğlubiyyətin, həm sosial problemlərin, həm də bəzi xarici amillərin təsiri altında parçalanma baş verdi, hakimiyyət uğrunda sərt mübarizə başladı. Nəticədə, əsasən Qərblə bağlı olan Nikol Paşinyan və onun tərəfdarları 2018-ci ilin mayında çevriliş yolu ilə hakimiyyətə gəldi [54]. 
 
Ermənistanın yeni rəhbərliyi konstruktiv danışıqlar əvəzinə Azərbaycana qarşı sərt təzyiq mövqeyindən çıxış etdi, danışıqlara Dağlıq Qarabağdakı qondarma rejimin də cəlb olunması tələbini irəli sürdü. Azərbaycan bu tələbi dərhal rədd etdi [65]. 2019-cu il ərzində Ermənistan rəhbərliyi tez-tez Qarabağa səfərlər edir, Azərbaycan tərəfini qıcıqlandıran hərəkətlər edir, açıqlamalar verirdi. Həmin ilin mart ayında Ermənistan müdafiə naziri David Tonoyan ABŞ-da səfərdə olarkən, Azərbaycanı yeni müharibə ilə hədələdi, “yeni müharibə-yeni ərazilər” şüarını səsləndirdi, əlavə torpaqların işğalı iddiasını ortaya qoydu [78]. Bundan bir qədər sonra, avqustda N.Paşinyan Xankəndində mitinqdə çıxış edərkən “Qarabağ (Arsak) Ermənistandı. Və nöqtə” şüarını səsləndirdi [62]. Prezident İlham Əliyev uyğun məqamı tutaraq, 2019-cu ilin oktyabrında Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq forumunda çıxış edərkən Paşinyanın cavabını sərrast ifadə ilə verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi” [21]...
Azərbaycan cəmiyyətində müharibə tələbi getdikcə daha kəskin şəkildə qoyulurdu. 2017-ci ilin iyulunda Füzuli rayonu Alıxanlı kəndində düşmənin atdığı mərmi ilə 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi cəmiyyətdə geniş narazılığa, etiraz aksiyalarına səbəb oldu [16]. Hiddətlənmiş xalq aksiyalar keçirir, balaca Zəhranın qisasının alınmasını, müharibənin başlanmasını tələb edirdi. Qarabağ Azadlıq Təşkilatının (QAT) təxminən 100 nəfərdən ibarət bir qrup üzvü cəbhə bölgəsindəki Horadiz qəsəbəsində toplaşdı, cəbhə istiqamətində yürüş edərək körpələri qətlə yetirən Ermənistanın cavabının verilməsini, Qarabağın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını tələb etdi [20] Yenə də Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə 2018-ci ilin sentyabrında bütün ictimai, siyasi qurumlar, o cümlədən aparıcı müxalifət partiyaları, hakim Yeni Azərbaycan Partiyasının da qatıldığı birgə Qarabağ mitinqi keçirildi. Minlərlə insanın iştirak etdiyi izdihamlı mitinqdə “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Antiterror əməliyyatları başlanılsın!”, “Ümid sənədir Azərbaycan əsgəri!” və digər şüarlar, tələblər irəli sürüldü [6].
 
Qələbəyə gedən yol 2020-ci  ilin iyulunda Tovuz döyüşləri ilə başladı. Qarşıdurma 2020-ci il iyulun 12-də Ermənistan tərəfinin Azərbaycanın Tovuz şəhəri yaxınlığındakı Qaraqaya yüksəkliyində döyüş mövqeyini ələ keçirmək cəhdi ilə başladı [77]. Dörd gün davam edən döyüşlərdə düşmənin hücum cəhdlərinin qarşısı alındı və geri çəkilməyə məcbur edildi. Ağır döyüşlərin gedişində Azərbaycan tərəfindən 12 hərbçi, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, əsgərlər Vüqar Sadıqov, Xəyyam Daşdəmirov və digərləri həlak oldu [35]. Prezident İlham Əliyevin fərmanı ilə Polad Həşimov və İlqar Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, digər döyüşçülər orden və medallarla təltif edildi [79]. Erməni tərəfi itkiləri ilə bağlı dəqiq məlumat vermədi. Azərbaycan müdafiə nazirliyinn hesablamalarına görə , düşmən 100-ə yaxın itki vermişdi [19]. Tovuz döyüşləri Azərbaycanda və ölkədən xaricdə kütləvi dəstək aksiyaları ilə müşayət olundu [39]. Çoxlu sayda insan səfərbərlik xidmətinə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün cəbhəyə getməyə hazır olduğunu bildirdi, bir neçə gün ərzində  ərizə verənlərin sayı 50 min nəfəri keçdi [64 ].
 
Xarici dövlətlərdən Türkiyə, Moldova, Pakistan, Ukrayna, həmçinin Qoşulmama hərəkatı, GUAM ölkələri Azərbaycanın mövqeyini müdafiə etdi. Türkiyə hökuməti və prezidenti “müharibə başlayarsa Azərbaycanı dəstəkləyəcəyini” bildirdi [92]. Ermənistanı isə yunan Kipri [66] və bir neçə ABŞ konqresmeni müdafiə etdi [75]. Həmin günlərdə, Azərbaycan və Ermənistan ərazisində keçirilən hərbi təlimlər də təsadüfi deyildi. İyulun sonunda Ermənistanın Rusiya ilə birgə hərbi təlimləri başladı [60]. Bundan az sonra Azərbaycanla Türkiyənin Azərbaycanda birgə silsilə təlimləri başladı [53]. Sentyabrın 21-25-də Ermənistanın Alagöz poliqonunda Rusiya ilə birgə təlimləri davam etdirildi [55]. Aydın idi ki, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat hazırlayır. Prezident İlham Əliyev bu təhlükəni bildiyindən sentyabrın 25-də BMT Baş Assambleyasının videokonfrans formatında keçirilən 75-ci sessiyasında çıxış edərkən, dünya birliyinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərə, həmçinin son aylarda Ermənistana min tondan artıq hərbi avadanlığın daşınması ilə bağlı fakta cəlb etdi [31].
 
İkinci Azərbaycan-Ermənistan müharibəsinin yekun mərhələsi olaraq, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya “Dəmir Yumruq” əməliyyatı adlandırılan hərbi qarşıdurma 2020-ci il sentyabrın 27-də başlandı. Həmin gün saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq hücuma keçdi [15]. Azərbaycan Silahlı Qüvvələri erməni təxribatının qarşısını almaq üçün dərhal əks-hücum əməliyyatlarına başladı və ölkə ərazisində hərbi vəziyyət elan olundu [14].
Müharibənin ilk günündə Ermənistan tərəfi yaşayış məntəqələrini ağır silahlardan atəşə tutdu, bir sıra yerlərdə dağıntılar oldu, Naftalan rayonu Qaşaltı kənd sakini Elbrus Qurbanov 4 ailə üzvü ilə birlikdə düşmənin top atəşi nəticəsində həlak oldu [8]. Lakin ermənilər Azərbaycan Ordusunun qarşısını ala bilmədilər, Ordumuz ilk gündə ciddi taktiki nəticələrə nail oldu [7]. Azərbaycan Ordusu sonrakı günlərdə də uğurlarını davam etdirdi, bir sıra yaşayış məntəqələrini, o cümlədən ermənilərin Madagiz adlandırdıqları Suqovuşan qəsəbəsi (03 oktyabr) [25], Cəbrayıl şəhəri (04 oktyabr) [67], Hadrut qəsəbəsi (09 oktyabr) [18], Füzuli şəhəri (17 oktyabr) [72], Zəngilan şəhəri (20 oktyabr) [87], Qubadlı şəhəri (25 oktyabr) [68], Şuşa şəhəri (08 noyabr) [59] və digər yaşayış məntəqələri işğaldan azad edildi.
 
(Davamı var)

Ədəbiyyat:

1. “Aprel döyüşlərində ermənilərin 30-dək tankı, 320 döyüşçüsü məhv edilib.- archive.ph/20160513131942/ http:www.anspress.com/siyaset/13-05-2016/ aprel-doyuslerinde-ermenilerin-30-dek-tanki-320-doyuscusu-mehv-edildi.

2. Aprel Zəfərinin ildönümü.- //cebhe.info/aprel-zeferinin-ildonumudur-azad -olunmus-eraziler-54692.

3. Avqust döyüşləri, 2014-cü il.- baki-xeber.com/sosial/105928.html.

4. “Azərbaycanda Zəfər Günü təsis edilib.- Sərəncam”- azertag.az/ xeber/Azerbaycan_ Respublikasinda_Zefer_Gununun_tesis_edilmesi _haqqinda_ Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1657265.

5. Azərbaycan-Fransa münasibətləri.- lib.aliyevheritage.org/az/5654040. html.

6. Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib.-amerikanın səsi.org/siyaset/4592507.html.

7. “Bu ərazilər azad edildi.”- qafqazinfo.az/news/detail/bu-eraziler-azad-edildi-299603.

8. “Ermənilərin atdığı atəş nəticəsində...- qafqazinfo.az/news/detail/ ermenilerin-atdigi-ates-neticesinde-bir-ailenin-5-uzvu-helak-olub-resmi-299643.

9. Ermənistan Azərbaycana 500 milyard dollar civarında...- oxu.az/politics/ 677847.

10. Ermənistanın dinc sakinlərə qarşı ...-azerbaijan-news.az/az/posts/detail/ ermenistenin-dinc-ehaliye-qarsi-cezasiz-qalan-terror-emelleri-1663879689.

11. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub.- web.archive.org/web/20160404112844/ //www.mod. gov.az/index2.php? content=news%2F20160402_melumat _cebhe.

12. “Ermenistan teslimmi oldu... – cnnturk.com/dunya/ermenistan-teslim-mi-oldu-pasinyan-acikladi-karabag-azerbaycan-son-durum.

13. “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu”. Bakı, Azərbaycan Milli Kitabxanası, 2017.

14. “Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.”- azertag.az/xeber/1596729.

15.“Hikmət Hacıyev: Ermənistan yaşayış məntəqələrini, mülki əhalini...- azertag.az/xeber/1596133.

16. 2 yaşlı Zəhranın ölümü...- news.milli.az/ crime/560300.html.

17. İlham Əliyev: “Qeyri-neft sektorunda artım var”.- “Azərbaycan” qəzeti, 16.07.2016, s. 1.

18. “İşğaldan azad olunan...- mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-kend-ve-qesebelerimiz-28583.html.

19. Kərim Vəliyev: düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu texnikası və mühüm obyektləri məhv edilib.-azertağ.az/xeber/Kerim_Veliyev_Dusmenin _100_e_qeder_ canlı_quvvesi_choxlu_texnikasi_ve_muhum_obyektləri_mehv edilib-1536267.

20. QAT-ın Füzuli rayonunada Qarabağ yürüşü.08/07/2017.- //www.youtube.com/watch?v=70MwLeDYEQ0.

21. Qarabağ Azərbaycandır.- aztv.az/index.php/az/news/1752/president-ilham-eliyev-qarabag-azerbaycandir-ve-nida-isaresi-markvideomark.

22. Qarabağ müharibəsi.- files.preslib.az/projects/shusha/ebooks/garabag-müharibəsi-tarix.pdf,s.79.

23. Qarabağ münaqişəsi-30.- hafta.az/qarabag-munaqisesi-30-213462-xeber.html.

24. Qazilərin, şəhid ailələrinin sayı... -modern.az/aktual/352857/muharibe-istirakcilerinin-sayi/.

25. “Madagiz də azad edildi.”- qafqazinfo.az/news/detail/madagiz-de-azad-edildi-sad-xeberi-ali-bas-komandan -elan-etdi-300448.

26. Mübariz İbrahimov kimdir?- archive.ph/20220529114044/ //www.yeniakit.com.tr/biyografi/ mubariz-ibrahimov.

27. Müdafiə naziri: “Aprel döyüşlərində Ordumuz müdafiə xəttini 18 dəqiqəyə yardı.- ordu.az/news/148771/mudafie-naziri-aprel-doyuslerinde-ordumuz -mudafie-xettini-18-deqiqeye-yardi.

28. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.

29. 13 hərbi qulluqçumuzun Şəhid olduğu Avqust döyüşləri.- adalet.az/ w221707.

30. “Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.- azertag.az/xeber/Prezident_İlham_Aliyev_ Azerbaycanda _Anim_ Gununun_tesis_edilmesi_haqqinda_Serencam_imzalayib-1656227.

31. “Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videformatda çıxış edib.”- azertag.az/xeber/Prezident_İlham_ Aliyev_BMT_Bas_Assambleyasinin_75_ci_sessiyasinin_umumi_debatlarinda_videoformatda_cixis_edib_VİDEO-1594345.

32. Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi təbrik etdi.- prezident.az/ en/articles/view/45757.

33. Rus “sülhməramlıların”  sayı süni şəklidə artırılır.-qaynarinfo.az/az/rus-sulhmeramlilarin-sayi-suni-sekilde-artirilir-azerbaycan-ne-etmelidir/.

34. Şuşanın azad olunması müharibəni bitirdi.- aztoday.az/news/166412. html.

35. Vətən sizinlə qürur duyur .- azvision.az/nevs/226697/-veten-sizinle-qurur-duyur!-tovuz-sehidlərinin-qehremanliq-yolu-fotolar-.html.

36. Antal J. 7 Seconds to Die: A Military Analysis of the Second Nagorno-Karabakh War and the Future of Warfighting.- Oxford. Havertown PA: Casemate, 2022, s.37.- amazon.com/Seconds-Die-Military-Nagorno-Karabakh-Wartighting-ebook/dp/B09VVJ9PGK?ref_=ast_author_dp&asin= B09VVJ9PGK&revision/ D=&form…

37. “Armenia and Azerbaijan: Preventing War”. International Crisis Group, 2011.

38. Armenia and Azerbaidjan`s Nagorno-Karabakh peace deal is quite the surprise.- vox.com/2020/11/10/21558428/Armenia-azerbaijan-war-nagorno-karabakh-russia-turkey.

39. Azerbaijan protesters demand war after Armenia clashes.-bbc.com/ news/world-europe-53415693.

40. Bryza M. Azrmenia and Azerbaijan should seize chance for peace. Atlantic Council (31 oktyabr 2020).- atlanticcouncil.org/blogs/news-atlanticist/ armenia-and-azerbaijan-should-seize-chance-for-peace/.

41. Death Toll in Karabakh Fighting Continues To Rise.- eurasianet.org/ death-toll-in-karabakh-fighting-continues-to-rise.

42. Erickson E. J. The 44-Day War in Nagorno-Karabakh. Turkish Drone Success or Operational Art?//Army University Press,- 2021, Avqust, s.11.- armyupress.army.mil/Portals/7/military-review/img/Online-Exclusive/2021/ erickson-the-44-day-war.pdf.

43. Karasıoğlu, İsa Kağan. “İranian Encounters in Azerbaijan: The Case of Nardaran”. Columbia University Press, 2016, s.108.- academiccommons. columbia.edu/doi/ 10.7916/D8NP24R3.

44. Laurence B. “The Nagorny Karabakh Conflict Defaulting to War. PDF. The Royal Institute of International Affairs.- chathamhouse.org/sites/files/ chathamhouse/publications/research/NK%20paper%2024082016%20WEB.pdf.

45. Military-occupation-of-Azerbaijan-by-Armenia.- rulac.org/brows/conflicts/ military-occupation-of-azerbaijan-by-armenia.

46. “Official in Armenia reports on 1600 missing... -//www. panarmenian.net/eng/news/290552/Official_in_Armenia_reports_on_166_missing_troops_says_number_is_dropping.

47. Ourdan P.R. Haut-Karabakh: la bataille de Chouchi, cle du conflit dans la region, fait rage. Le Monde (7 noyabr 2020).- //www.lemonde.fr/ international/2020/11/07/la-bataille-de-chouchi-cle-du-conflit-au-haut-karabakh-fait-rage_6058893_3210.html.

48. Pakistan always stands by Azerbaijan, says high-ranking official.- azernews.az/nation/94685.html.

49. Spencer J., Ghoorhoo H. The Battle of Shusha City and Missed Lessons of the 2020 Nagorno-Karabakh War. Modern War Institute, (14 iyul 2021)- mwi.usma.edu/the-battle-of-shusha-city-and-the-missed-lessons-of-the-2020-nagorno-karabakh-war/.

50. Statement by the OSCE Minsk Group Co-Chair countries.- web. archive.org/web/20100805050821/ http:www.osce.org/item/ 44971.html.

51. The Fight For Nagorno-Karabakh: Documenting Losses On The Sides Of Armenia and Azerbaijan.- oryxspioenkop.com/2020/09/ the-fight-for-nagorno-karabakh-html.

52. Tomas de Vaal. “Remakinq the Naqorno Karabakh Place Process”.- web.archive.org/web/20220405091725/ //carnegicendowment.org/ 2010/08/01/ remakinq- nagorno- karabakh- peace- process- pub- 41367.

53. Turkey-Azerbayjan  military drilles intimidate Armenia, President Aliyev says.-dailysabah.com/ politics/ diplomacy/turkey-azerbaijan-military-drills-intimidate-armenia-president-aliyev-says.

54. Vonberg, Judith. “Armenian opposition leader Nikol Pashinyan elected prime minister.- edition.cnn.com/2018/05/08/europe/armenia-new-prime-minister-nikol-pashin yan-intl/index.html.

55. Waring: Russia`s Kavkaz-2020 military- exercise//İnstitute for the Study of War, 27.09.2020.- understandingwar.org/ backgrounder/warning-russia`s-kavkaz-2020-military-exercise.

56. Абасов А., Хачатрян А. Карабахский конфликт, варианты решения: идеи и реальность. Москва, «Междун. отнашения».

57. Азербайджан оценил потери Армении осеню в Карабахе…- interfax.ru/world/777881.

58. «Азербайджанская армия уничтожила 12 армянских солдат и ранила 15, потеряв 4 военнослужащих».- news.day.az/politics/110358.html.

59. Алиев: Азербайджанская Армия взяла под контроль город Шуша в Карабахе.- //ria.ru/20201108/karabakh-1583602972.html.

60. Армения и Россия проводат в Закавказье учения… -eadaily.com/ru/news/2020/07/23/armeniya-i-рossiya-provodyat-v-zakavkaze-ucheniya-obedinyonnoy-sistemy-pvo.

61. Артак Бегларян оставляет службу…- //euro-ombudsman.org/ ombudsmen_activities/artak-beglaryan-ostavlyaet-sluzhbu-zashitnika-prav-cheloveka-v-artsahe.

62. Арцак-это Армения.- ru.armeniasputnik.am/20190805/ Artsakh-eto-Armeniya-i-vse-Pashinyan-vystupil-v-Stepanakerte-19946257.html.

63. Баку на минном поле международного права.- web.archive.org/web /20100701185252/ //www.regnum.ru/news/1284811.html.

64. Больше 50 тысяч азербайджанцев выразили желание отправиться на фронт.-az.sputniknews.ru/20200721/azerbaijan-dobrovolcy-boi-424493112.html.

65. Брюссельская идиллия. Азербайджан и Армения возобновили диалог на саммите НАТО// Газета «Комерсанть», №121 от 12.07.2018.- kommersant.ru/doc/3683194.

66. Власти Кипра выразили поддержку Армении… - ru.armeniasputnik. am/20200715/ Vlasti -Kipra-Vyrazili-podderzhku-Armenii-obsuzhadetsya-destruktivnaya-rol-Turtsii- 2376337.html.

67. ВС Азербайджана взяли под контроль город Джебраил- Алиев.- regnum.ru/news/3081058.html.

68. ВС Азербайджана подошли к южным воротам Армении…- ru.armeniasputnik.am/20201026/VS-Azerbaydzana-podoshli-k-yuzhnym-vratam-Armenii-Syuniku-v-MO-prestavili-itogi-dnya-25076393.html.

69. Группировку российских миротворцев в Карабахе возглавил генерал Мурадов.- vestikavkaza.ru/ news/gruppirovku-rossijskih-mirotvorcev-v-karabahe-vozglavil-general-muradov.html.

70. ЕСПЧ отклонил иск Армении по делу Рамиля Сафарова.-trend.az/ azerbaijan/politics/3296121.html.

71. Заявление Президента Азербайджанской Республики, Премьер-министра Республики Армения и Президента Российской Федерации.- kremlin.ru/events/president/news/64384.

72. Ильхам Алиев обратился к народу.- president.az/ru/articles/view/ 43334.

73. Как спецназ ВС Азербайджана освобождал Шушу от оккупации. Новости «Москва-Баку» с Анной Немолякиной 9 ноября.- //moscow-baku.ru/news/society/tema_novosti_moskva_baku_s_ annoy_nemolyakinoy _9_ noyabrya/.

74. “Карабахские партизаны» должны быть освобождены.1-news.az/ news/20070814105033571-Karabakhskie -partizany-dolzhny-byt-osvobozhdeny.

75. Конгресмены США осудили Азербайджан и выразили поддержку Армении.- infoteka 24.ru/2020/07/14/66733/.

76. Кузнец Д. Армяне проигрывают решающее сражение в Карабахе: азербайджанские войска вошли в Шушу, самый центр непризнанной республики. Армянское население покидает Карабах. Meduza (6 noyabr 2020).- meduza.io/feature/2020/11/06/v-karabahe-reshayschee-srazhenie-azerbaydzhanskie-voyska-prorvalis-k-shushe-samomu-tsentru-nepriznannoy-respubliki-u-armyan-est-shansy-na-pobedu.

77. Лавров С. Пандемия ускорила мыслительные процессы в Евросоюзе.- https:www.trud.ru/article/20-08-2020/1393051_sergey_ lavrov_ pandemiya_ uskorila_myslitelnye_protsessy_v_evrosoyuze.html.

78. Министр обороны Армении предупреждает: «Новая война-новые территории».- regnum.ru/news/2602031.html.

79. Минуло два года с Товузских боев.-report.az/armiya/minulo-dva-goda-s-tovuzskih-boev/.

80. Названо число гражданских жертв войны и ее последствий.-az.sputniknews.ru/20201214/voennye-prestupleniya-poterpevshie-425721940.html

81. На росийско-азербайджанской встрече…- rus.azatutyun.am/a/ 32166410.html.

82. Новый исход. Армяне бегут из Карабаха, сжигая свои дома.- bbc.com/Russian/features-54930278; rosbalt.ru/world/2020/11/13/1872795.html.

83. Подразделения Азербайджанской Армии вошли в Агдамский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-agdamskij-rajon-33855.html.

84. Подразделения Азербайджанской Армии вошли в Кельбаджарский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-kelbadzharskij-rajon-33878.html.

85. Подразделения Азербайджанской Армии вошли в Лачинский район.- mod.gov.az/ru/news/podrazdeleniya-azerbajdzhanskoj-armii-vosli-v-lachinskij-rajon-video-33923.html.

86. Представитель ВС Армении сообщил число раненых в ходе войны.- armeniatoday.news/armed-forces-ru/263501/.

87. Президент Ильхам Алиев: освобождены от оккупации город Зангилан…- mod.gov.az/ru/news/president-ilham-aliev-osvobozhdeny-ot-okkupacii-gorod-zangilan-i-sel-rajona-18-sel-fizulinskogo-dzhebrailskogo-i-hodzh-33132.html.

88. Протестуюущие в Ереване ворвались в парламент и заняли трибуну.- //ria.ru/20201110/armeniya-1583854254.html.

89. Резолюции и решения, принятые Генеральной Ассамблеей на шестьдесят второй сессии. Том III, s.3-5.- un.org/ru/ga/62/docs/62_545-557.pdf.

90. Состоялась церемония открытия Турецко-Российского совместного мониторингового центра.- mod.gov.az/ru/ news/sostoyalas-ceremoniya-otkrytiya-turesko-rossijskogo-sovmestnogo-monitoringovogo-centra-video-34669.html.

91. Четырехдневная война.- rbc.ru/politics/05/04/2016/5703d5019a7947 74f8ec6 570.

92. Эрдоган чересчур осмелел и обвинил Армению в эскалации, пообещав Баку «всю поддержку».- ru.armeniasputnik.am/20200714/Erdoqan-chereschur-osmelel-i-obvinil-Armeniyi-v-eskalatsii-poobeschav_Baku-vsyu-podderzhku-23730299.html.

 

Link kopyalandı!
Son xəbərlər