“Atəşkəs imzalananda 12 min kv.km-lik ərazimiz işğal altında idi...”-Tariximizə fərqli baxış...
Oxunub: 2255
03 Jul 2024 | 21:05
“Atəşkəs imzalananda 12 min kv.km-lik ərazimiz işğal altında idi...”-Tariximizə fərqli baxış...
“R.Köçəryan 1998-ci ilin martında prezident seçildi və bununla Ermənistanda “Qarabağ klanı”nın erası başladı. R.Köçəryan bütün kompromis variantları rədd edərək, maksimalist mövqe tutdu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması variantını qəti şəkildə rədd etdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:

İkinci Azərbaycan-Ermənistan müharibəsi: başlanması, gedişi və ilkin nəticələri...- XXXXVII mövzu

 
(Əvvəli burada:)

Kəlbəcərin itirilməsindən sonra ölkədə siyasi böhran dərinləşdi. Bəzi siyasi partiyalar hakimiyyətə qarşı sərt mübarizəyə keçdi, polkovnik Surət Hüseynovun rəhbərliyi ilə hərbi müxalifət ortaya çıxdı. Nəticədə 1993-cü ilin iyununda hakimiyyət dəyişikliyi baş verdi, Ordunun müqavimət gücü tam zəiflədi. Yeni hakimiyyət vaxtın azlığına görə Ordunu yenidən qura, müqaviməti təşkil edə bilmədi. Ermənistanın işğalçı ordusu vəziyyətdən istifadə edərək Ağdam (23 iyul), Füzuli və Cəbrayıl (23 avqust), Qubadlı (31 avqust), Zəngilan (29 oktyabr) rayonlarını işğal etdi. Rayonların işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası əvvəlki 822 saylı qətnamənin davamı olaraq, 853, 874, 884 saylı qətnamələrini qəbul etdi. Bu qətnamələrin hadisələrin gedişinə heç bir təsiri olmadı...
Azərbaycanın yeni seçilmiş prezidenti Heydər Əliyev Ordunu möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirdi, noyabrın 2-də prezidentin çağırışı ilə könüllülərin qəbuluna başlanıldı, 4 hərbi çağırış reallaşdırıldı. 1993-cü il dekabrın 15-də Azərbaycan Ordusu beş əməliyyat istiqamətində-Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Kəlbəcər istiqamətlərində əks-hücuma keçdi. İki ay davam edən əməliyyatın gedişində bütün istiqamətlər üzrə müəyyən nəticələr əldə olundu, ciddi uğur isə Füzuli istiqamətində qazanıldı, rayonun 22 yaşayış məntəqəsi işğaldan azad  edildi [10]. Ordumuz 1994-cü ilin fevralında Kəlbəcər istiqamətində uğurlu əməliyyat həyata keçirdi, 10-dan artıq kəndi azad edərək, Kəlbəcər şəhərinə yaxınlaşdı. Lakin hava şəraiti ilə əlaqədar uğuru davam etdirmək mümkün olmadı, hərbi hissələrimiz ciddi itkilər verərək geri çəkilməli oldu [4, s.271]. Düşmən aprel ayında Tərtər istiqamətində yeni hücum cəhdi etdi, ağır döyüşlərdən sonra işğalçı qüvvələrin qarşısı alındı.
 
1994-cü il mayın əvvəlində Azərbaycan və Ermənistan nümayəndələri Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə danışıqlara başladı. “Bişkek protokolu” adlandırılan sənəd qəbul edildi. Bu sənədi orada Ermənistan parlamentinin sədri Babken Araksyan, “DQR parlamentinin sədri” Karen Baburyan imzaladı. Dağlıq Qarabağ ermənilərinin nümayəndəsinin imza atmasına etiraz olaraq Azərbaycan tərəfi sənədi imzalamaqdan imtina etdi. Rusiyalı vasitəçi Vladimir Kazimirov sənədi Bakıya gətirdi. Azərbaycan rəhbərliyinin tələbi ilə mayın 8-də sənədə parlament sədri Rəsul Quliyevlə birlikdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Nizami Bəhmənov da imza atdı. Bu sənədin şərtlərinə uyğun olaraq mayın 12-dən atəşkəs elan olundu [7].
Azərbaycan atəşkəsə dair sənədi imzalamaqla erməni işğalının nəticələrini müvəqqəti olaraq tanımalı oldu. Azərbaycanın 360 km-lik sərhəddi Ermənistan tərəfindən pozulmuşdu. İşğal nəticəsində Dağlıq Qarabağın 57 yaşayış məntəqəsində yaşayan 50 minədək azərbaycanlı öz yurdlarından çıxarıldı. Dağlıq Qarabağın ətrafında 7 rayon işğal edildi. Ermənistan, Dağlıq Qarabağ, onun ətrafındakı rayonlardan 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi [8, s.84]. Atəşkəs sazişi imzalanarkən Naxçıvanın Kərki, Qazax rayonunun 7 kəndi də daxil olmaqla Azərbaycanın 12 min kv. kilometr ərazisi işğal altında idi. Ekspertlərin hesablamalarına görə, həmin vaxt üçün Azərbaycanın həlak olanlarla itkiləri 11 min nəfər, ermənilərin ölənləri isə 6 min nəfər təşkil edirdi [11, s.324-326]. BMT-nin 1994-cü ildəki hesabatında həmin vaxta qədər Azərbaycana dəyən zərərin 53,4 milyard ABŞ dolları səviyyəsində olduğu qeyd edilib [19].
 
Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycan Qarabağın işğaldan azad olunması uğrunda mübarizəni diplomatik müstəviyə keçirdi. Danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirildi. Müəyyən dəyişikliklərdən sonra bu vaxt Minsk qrupunun tərkibi Azərbaycan, Ermənistan, ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland, Portuqaliya, Finlandiyadan ibarət idi [2]. Minsk qrupunun 1992-1993-cü illərdə ilk sədri İtaliyadan Mario Raffaelli, 1994-cü ildə isə İsveçdən Yan Eliasson oldu. 1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Bu vəzifəni əvvəlcə Finlandiya ilə Rusiya, 1995-1996-cı illərdə isə İsveç və Rusiya nümayəndələri tutdu. 1997-ci il 1 yanvardan isə yeni üç həmsədrlik formatına keçid etdilər, ABŞ, Rusiya, Fransanın həmsədrliyi başlandı [2]. Təxminən eyni zamanda münaqişə üzrə ATƏT sədrinin şəxsi nümayəndəsi postu təsis edildi, həmin vaxtdan fasiləsiz olaraq bu vəzifəni polşalı diplomat Anjey Kaspşik tutdu [1]...
 
ATƏT-in Mİnsk qrupu həmsədrləri 1997-ci ildə münaqişənin həlli üçün “paket variant” və “mərhələli variant” deyilən təkliflərlə çıxış etdilər. Hər iki variant Dağlıq Qarabağın ətrafındakı rayonların bir hissəsinin azad olunması ilə Xankəndi üçün yüksək statusun müəyyən edilməsini nəzərdə tuturdu [14, s.60]. Bu şərtlər Ermənistanın maraqlarına cavab verirdi. O vaxtkı prezident Levon Ter-Petrosyan şərtləri məqbul hesab etdi, sonra daha ağır şərtlərin ola biləcəyinə dair xəbərdarlıqla çıxış etdi. Lakin Qarabağda və Ermənistandakı ermənilər onun mövqeyini “xəyanət” kimi dəyərləndirdi [13]. Robert Köçəryanın qruplaşması vəziyyətdən istifadə edərək, 1998-ci ilin fevralında L.Ter-Petrosyanın istefasına nail oldu. R.Köçəryan 1998-ci ilin martında prezident seçildi və bununla Ermənistanda “Qarabağ klanı”nın erası başladı. R.Köçəryan bütün kompromis variantları rədd edərək, maksimalist mövqe tutdu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması variantını qəti şəkildə rədd etdi. Əslində, Ermənistan rəhbərliyinin barışmaz mövqeyi Azərbaycana sərf edirdi. Təklif olunan variantlar Azərbaycan üçün ərazi itkisinin rəsmiləşdirilməsinə gətirə bilərdi. Digər tərəfdən isə, Azərbaycan bu vəziyyətdən Ermənistanı beynəlxalq birliyin nəzərində barışmaz tərəf kimi təqdim etmək üçün istifadə edirdi. Azərbaycan prezidenti H.Əliyev bu şəraitdə bacarıqla manevr edirdi, Ordu quruculuğu və digər məsələlər üçün vaxt qazanmağa çalışırdı. Minsk qrupu həmsədrləri bir daha ermənilərin əsassız iddialarını nəzərə alaraq, 1998-ci ilin noyabrında  “ümumi dövlət” adlı yeni təklif paketi ilə çıxış etdi. Bu variant Dağlıq Qarabağdakı qondarma rejimə, faktiki olaraq “dövlət” statusunun verilməsini nəzərdə tuturdu. Ona görə də, Azərbaycan tərəfindən birmənalı şəkildə rədd edildi [25]... 
1999-cu ildə ABŞ münaqişənin nizama salınması üçün cəhdlər etdi. ABŞ dövlət katibinin müavini Stroub Telbot Azərbaycana və Ermənistana səfərlər etdi, kompromis variant təklif etdi. Ermənistan rəhbərliyi bu təşəbbüsün də reallaşmasına imkan vermədi. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində terror aktı törədildi, parlamentin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan və digərləri gülləboran edilərək öldürüldü [5]. Bununla, ABŞ-ın ərazi mübadiləsini nəzərdə tutan və dövlət departamentinin keçmiş əməkdaşı Pol Qoblun təklifinə görə “Qobl planı” adlandırılan variantı baş tutmadı. P.Qoblun hələ 1992-ci ildə təklif etdiyi varianta görə, ərazi mübadiləsinin həyata keçirilməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək “Laçın dəhlizinin” əvəzinə Azərbaycana Meğri rayonu ərazisindən Naxçıvanla birləşmək üçün dəhlizin verilməsi nəzərdə tutulurdu [17]. Atəşkəsin ilkin dövrü XX əsrin sonuna qədər davam etdi və bu dövr ərzində aparılan danışıqlar heç bir nəticə vermədi.
 
Ədəbiyyat:
 
1. Anjey Kaspşik 23-cü dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin edilib.- report.az/qarabag/anjey-kaspsik-23-cu-defe-atet-sedrinin-sexsi-numayendesi-teyin-edilib/.
 
2. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər.- lib.aliyevheritage. org/ az/5874742.html.
 
3. Azərbaycanın dönüşü.- novator.az/2019/10/04/az-rbaycanin-donusu/.
 
4. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild. Bakı, “Elm”, 2008.
 
5. Qarabağ danışıqlarına görə güllələnmiş Karen Dəmirçyanın oğlu Bakıya gəlir. 2014-cü il, 23 iyun.- modern.az/az/news/59628.
 
6. Qarabağ tarixi. sumlib.az/ Qarabağ Tarixi/11.pdf.
 
7. Qarabağ tarixinin səlnaməsi (1994-cü il).- web.archive.org/web/ 20121217054943/http: //azerbaycanli.org/az/page 646.html.
 
8. Nağı A. Qarabağ müharibəsi. Qısa tarix. Bakı, “Namiq Həbibov”, 2015.
 
9. Rzalı R. Qaradağlı faciəsi.- “Azərbaycan” qəzeti, 2011, 17 fevral, s. 6.
 
10. Sultanov Z. “Horadiz əməliyyatı”: azad olunan doğma torpaq. “Xalq qəzeti”, 2015, 6 yanvar, s.5.
 
11. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. “İlay MMC”, Bakı, 2008.
 
12. Armenian aggression-Qazax.- qazax.net.
 
13. “By Giving Karabakh Lands to Azerbaijan, Conflict Would Have Ended in 97, Says Ter-Petrosian”. Asbarez. 19 April 2011.
 
14. Cohen, Ariel (ed). Eurasia in Balance: US and the Regional Power Shift. Aldershot, England: Ashgate. 2005.
 
15. Cornell Svante E. Small nations and great powers: a study of ethnopolitical conflict in the Caucasus. Routledge, 2001. 
 
16. Cornell Svante E. The Nagorno-Karabakh Conflict.Report N 46, departament of East European Studies, Uppsala University, 1999. 
 
17. Goble P. “How The “Goble Plan” Was Born”. RFE/RL. Caucasus Report 3, no.23, 8.06.2000.
 
18. Gullen R., A .Reprter at large, “ROOTS”. THE NEW York, aprel 15, 1991.
 
19. Human Rights Watch/Helsinki.Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh.- New York.Washington. Los Angeles. London/ Brussel, 1994.-C.6.-archive.org/ details/azerbaiyansevenyoohuma/ page/6mode/2up.
 
20. Muradzade N. “Can economic cooperation contribute to sustainable peace in Karabakh?”, moderndiplomacy.eu. Modern Diplomacy Journal. 27 noyabr 2020. Moderndiplomacy.eu/2020/11/27/can-economic- cooperation-contribute-to-sustainable-peace-in-karabakh/.
 
21. Nagorno-Karabakh: Remembering the victims of Khojaly.- web.archive. org/web/20220925181411/ //www.bbc.com/news/world-europe-17179904.
 
22. Uhlig M.A.The Karabakh War World Policy Journal №4, 1993, s.47-52.
 
23. Агдабанская трагедия.- 1905.az/ru/агдабанская-трагедия.
 
24. “Бакинскими армянами пожертвовали ради сохранения власти КПСС”:азербайджанский эксперт о годовщине чернего января.-UA REGNUM, 22.01.2007.-old.memo.ru/hr /hotpoints/caucas1/msg /2007/01/ m80784.htm.
 
25. Бекарян К. Европейские инициативы в карабахском конфликте.- web.archive.org/web/ 20160602204451/http: //uames.orgua/php/art.php?id=76.
 
26. “Воздушная война в Карабахе”. Журнал «АвиаМастер», N6/2000q.
 
27. В Прокуратуре Союза ССР (ТАСС). Голос Армении (Коммунист) N68(16347), 22 марта, 1998г.-press.karabakh.info.
 
28. Дашдамиров А. Карабахский конфликт в контексте перестройки.// Вестник аналитики, №3 (21), 2005.  
 
29. Казимиров В. Кто искал силового решения в Карабахе?- web.archive.org/ web/20120111231033/ htpp://www.arev.ru/var19.php.
 
30. Мемориал. Хроника конфликта.-old.memo.ru/hr/hotpoints/karabah/ getashen/chapter1.htm.
 
31. Начало конфликта.-supremecourt.az/ru/static/vilw/10 .
 
32. Правозашитный центр общество “Мемориал”.-web.archive.org/ web/20050109000816///www.memo.ru/hr/hotpoints/karabah/Getashen/index.htm.
 
33. Рохлин Л. «Спецоперация или коммерческая афера?».-журн. «Независимое военное обозрение», №13, 1997 г.
 
34. Сумгаитский палачь Григорян найден. vestikavkaza.ru/articles/ Sumgaitskiy-palach-Griqoryan-nayden.-29.11.2013.
 
35. Том де Ваал. Глава 4.1988-1989гг. Кризис в Армении. Русская служба Би-би-си (8 июля 2005).-newsbbc.co.uk/hi/russia/in-depth/newsid-4658000/4658961.stm.
 
36. Том де Ваал. Черный сад. Глава I, февраль 1988 года.- news.bbs.сo.uk/ ni/russian/ in-depth/ newsid-4640000 /4640183.stm.
 
 
Oxşar xəbərlər
17:08, Bu gün
Putin ad gününü necə keçirəcək?
17:07, Bu gün
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
16:57, Bu gün
Dumana görə yollarda görünüş MƏHDUDLAŞACAQ
16:50, Bu gün
Günün ən xoşbəxt BÜRCÜ
16:47, Bu gün
"Lukaşenkonun istənilən varisi onu 100 faiz həbsə atacaq" - Belarus müxalifətçisi
16:44, Bu gün
Uzun illər gəncliyin qorunmasına kömək edəcək meyvə
16:35, Bu gün
İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı
16:25, Bu gün
Hansı bibər daha yaxşıdır - sarı, yaşıl və ya qırmızı?
16:11, Bu gün
Bu böcək 50 il yaşayır
16:03, Bu gün
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
15:56, Bu gün
7-13 oktyabrda... - Müdafiə Nazirliyindən xəbərdarlıq
15:46, Bu gün
"İrana sərt cavab veriləcək, Makron isə rüsvay olacaq"-Netanyahu
15:31, Bu gün
Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı
15:18, Bu gün
Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq
15:08, Bu gün
İsmayıl Qaani ilə bağlı SENSASİON İDDİA – Öldürülüb?
15:00, Bu gün
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...
14:49, Bu gün
Bu şəxslər valideynlik hüququndan məhrum edilir - QANUN
14:36, Bu gün
Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
14:24, Bu gün
Elektrikli avtomobillərlə bağlı dəyişiklik – Yanvarın 1-dən…
14:18, Bu gün
Vətəndaşların dərmanları pulsuz almaları üçün apteklər nə etməlidirlər? - VİDEO
14:14, Bu gün
İsrail Ordusu İranın ballistik raket hücumuna cavab hazırlayır: “AĞIR OLACAQ…”
13:54, Bu gün
Donetsk vilayətində Rusiyanın gözəgörünməz "Oxotnik" PUA-sı məhv edilib
13:46, Bu gün
Tanınmış aparıcı "ARB"dən getdi - FOTO
13:20, Bu gün
"Müharibə suverenliyimizlə, ərazilərimizlə heç bir alver edilmədən sona yetməlidir" - Zelenski
13:15, Bu gün
"Bayden Putinin nüvə silahını tətbiq edə biləcəyindən əndişələnir" -  Uesli Klark
13:07, Bu gün
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
12:54, Bu gün
Nigeriyada ştat əhalisi daşqın səbəbindən təxliyə edilib
12:38, Bu gün
Sabah 28 dərəcə isti olacaq
12:28, Bu gün
"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb
12:17, Bu gün
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
12:12, Bu gün
Uqledarda Rusiyanın artilleriya qurğuları Ukraynanınkından 10 dəfə çox olub...
12:04, Bu gün
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
11:55, Bu gün
Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası
11:44, Bu gün
Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski
11:32, Bu gün
İran bu ölkə ilə sərhədi BAĞLADI
11:24, Bu gün
Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika
11:18, Bu gün
Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
11:06, Bu gün
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
10:56, Bu gün
İran ordusu döyüşə hazır vəziyyətə gətirildi – Oktyabrın 9-dək…
10:49, Bu gün
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
10:40, Bu gün
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
10:34, Bu gün
Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir
10:25, Bu gün
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
10:20, Bu gün
"Bəxt üzüyü"nün çəkildiyi həyət 33 il sonra - VİDEO
10:15, Bu gün
ŞOK İDDİA: "Mossad" "Hizbullahı" "ölüm düyməsi"ni başmağa belə VADAR EDİB
10:03, Bu gün
"İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin?"
09:55, Bu gün
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." 
09:46, Bu gün
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
09:38, Bu gün
Türkiyə mühüm xəbəri ELAN ETDİ: BAŞLANDI - VİDEO
09:30, Bu gün
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
09:21, Bu gün
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
09:16, Bu gün
Taksi sürücüləri üçün ÖNƏMLİ GÜN 
09:08, Bu gün
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
09:03, Bu gün
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
08:57, Bu gün
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
08:44, Bu gün
Tramp: "Bütün dünya ABŞ-a gülür"
08:35, Bu gün
Almaniyadan Ukrayna üçün QORXULU PROQNOZ - Bu qış nə baş verə bilər?
08:02, Bu gün
ABŞ-dan BMT-yə həqarət: Konqresmenlər bu dəfə beynəlxalq təşkilatı “yalançı çıxardı”
00:19, Bu gün
Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - Muxtar respublika rəhbərliyi... - AÇIQLAMA
05 Oct 2024 | 23:00
Meymunçiçəyinə qarşı ilk peyvəndləmə başlayır - ÜST bu ölkədə HƏRƏKƏTƏ KEÇDİ
05 Oct 2024 | 22:50
"Bu yaşda 3 uşaq anası ölməz" - Dünyasını dəyişən bacısından yazdı
05 Oct 2024 | 22:44
Harrisin "ASAN CƏDVƏLİ" - Demokratlar nədən narazıdırlar?
05 Oct 2024 | 22:36
Çia toxumunun faydaları
05 Oct 2024 | 22:28
Makrondan çağırış: İsrailə silah tədarükünü...
05 Oct 2024 | 22:20
İsrail ordusu bu tarixdə İrana zərbə vura bilər
05 Oct 2024 | 22:08
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
05 Oct 2024 | 22:00
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirildi - FOTO
05 Oct 2024 | 21:50
"Nəsrullahın varisi aradan götürülüb" - ərəb KİV-ləri
05 Oct 2024 | 21:41
İsrail çağırış etdi – BMT qüvvələri geri çəkilmədi
05 Oct 2024 | 21:35
İsrailin hərbi zavoduna raket zərbəsi endirildi
05 Oct 2024 | 21:28
İsrailin istənilən hücumuna cavabımız olacaq - İran
05 Oct 2024 | 21:20
Aynur Dadaşova tanınmaz halda - FOTO
05 Oct 2024 | 21:13
İsrailə qarşı bunu edən yeganə dövlətik - Ərdoğan
05 Oct 2024 | 21:08
Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir
05 Oct 2024 | 21:00
Avropada da mənzillər bahalaşır - Ən çox qiymət artımı olan ÖLKƏLƏR
05 Oct 2024 | 20:55
Çinin haker qrupundan ABŞ-nin telefon dinləmə sistemlərinə hücum - Təfərrüatlar
05 Oct 2024 | 20:48
“X” Braziliya 5 milyon dollar cərimə ödəyib - Səbəb
05 Oct 2024 | 20:40
Azərbaycanı, Yaponiyanı və ABŞ-ı birləşdirən heyrətamiz detal - UÇAN İNSAN
05 Oct 2024 | 20:33
Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var
05 Oct 2024 | 20:25
İrana hücum ehtimalı: ABŞ generalı İsrailə gəldi - FOTO
05 Oct 2024 | 20:17
Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!
05 Oct 2024 | 20:12
Bu, Fransanın mövqeyinin nə qədər zəif olduğunu göstərir
05 Oct 2024 | 20:05
Yollarımızın yeni, zolaqlı problemi
05 Oct 2024 | 19:58
Flaqman smartfonlar KƏSKİN BAHALAŞACAQ - TARİX AÇIQLANDI
05 Oct 2024 | 19:50
Ürəyi qorumaq üçün nə etməliyik?
05 Oct 2024 | 19:43
İsrail qırıcıları "Hizbullah"ın qərargahına dəqiq zərbələr endirdi
05 Oct 2024 | 19:35
Məşhur müğənninin kürəkəni SAXLANILDI - FOTO
05 Oct 2024 | 19:30
Suriya BRİKS-ə qoşulmaq üçün müraciət edib?
05 Oct 2024 | 19:23
Aİ bu avtomobillərə cərimə tətbiq edəcək
05 Oct 2024 | 19:15
Uğursuz insanların 10 vərdişi
05 Oct 2024 | 19:08
Ucarda ağır qəza CAN ALDI
05 Oct 2024 | 19:00
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
05 Oct 2024 | 18:50
Yuxuda dalaşmaq nə mənaya gəlir?
05 Oct 2024 | 18:43
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
05 Oct 2024 | 18:35
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
05 Oct 2024 | 18:25
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
05 Oct 2024 | 18:20
Beyruta hücum: İsmayıl Qaani yaralandı
05 Oct 2024 | 18:15
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
05 Oct 2024 | 18:10
Azərbaycanın dünya çempionatında 2-ci medalı
GÜNLÜK
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
05 Oct 2024 | 17:38
Doğulduğumuz ay xarakterimizə təsir edir?
05 Oct 2024 | 18:43
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
05 Oct 2024 | 17:47
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
05 Oct 2024 | 17:30
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
05 Oct 2024 | 17:20
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
05 Oct 2024 | 18:25
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
05 Oct 2024 | 18:35
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
HƏFTƏLİK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
05 Oct 2024 | 18:01
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
05 Oct 2024 | 17:46
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
05 Oct 2024 | 18:30
Nar niyə “təbii aptek” sayılır?
05 Oct 2024 | 17:38
Doğulduğumuz ay xarakterimizə təsir edir?
05 Oct 2024 | 18:43
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
05 Oct 2024 | 17:47
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
05 Oct 2024 | 17:30
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
05 Oct 2024 | 17:20
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
05 Oct 2024 | 18:25
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
05 Oct 2024 | 18:35
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb