“Azərbaycan cəbhənin hər iki tərəfində vuruşaraq tarixinin ən təzadlı dövrlərindən birini yaşadı...”
Elm və Təhsil
Oxunub: 2246
14 Jun 2024 | 21:05
“Azərbaycan cəbhənin hər iki tərəfində vuruşaraq tarixinin ən təzadlı dövrlərindən birini yaşadı...”
Minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. Azərbaycandan müharibəyə 640 min adam səfərbər olundu, onlardan 350 min nəfər geriyə qayıtmadı. Həmin vaxt Azərbaycanın əhalisi 3.4 milyon nəfər idi. Müharibənin gedişində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı...”
 
“Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr yaradılması haqqında əmr vermişdi. 1942-ci ilin yayında azərbaycanlılardan ibarət “Bozqurd”, “Aslan” , “Dönməz”, “Vətən”, “Qafqaz” və digər hərbi dəstələr Qafqaz cəbhələrində döyüşlərdə iştirak etmişdilər...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Şimali Azərbaycan II Dünya müharibəsi illərində. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı...- XXXXIII yazı
 
 XX əsrin 30-cu illərinin sonu üçün dünyada siyasi vəziyyət çox mürəkkəb və ziddiyyətli hal almışdı. Qərbdə Almaniya və İtaliya, Şərqdə isə militarist Yaponiya müharibə ocaqları yaratdılar. ABŞ, İngiltərə, Fransa isə yeni müharibə ilə dünya hökmranlıqlarını möhkəmləndirmək, həmçinin Almaniya və Yaponiyanın əli ilə “SSRİ təhlükəsi”ni aradan qaldıqmaq istəyirdi. SSRİ isə kapitalist dünyasının ziddiyyətlərindən istifadə edərək bu müharibədə yeni ərazilər zəbt etmək istəyirdi. Birinci Dünya müharibəsində məğlub olan Almaniya faşist ideyalarını rəhbər tutaraq, Paris sülh müqaviləsinin nəticələrini ləğv etmək, yeni ərazilər ələ keçirmək məqsədi ilə təcavüzkarlıq fəaliyyətini genişləndirdi. Yaponiya Şərqdə hegemonluq etmək iddiası ilə hərəkətə keçdi.
 
Təklənməkdən ehtiyat edən sovet rəhbərliyi 1939-cu ilin əvvəllərindən İngiltərə və Fransa hökumətlərinin təkliflərinə cavab olaraq təcavüzkara qarşı birgə hərəkət etmək barədə danışıqlara başladı [21]. Danışıqlar çox ləng, uğursuz və həvəssiz gedirdi. Bu şəraitdə faşist Almaniyası manevr edərək SSRİ ilə müvəqqəti razılığa gəlməyi qərara aldı. 1939-cu il avqustun 23-də Moskvada SSRİ ilə Almaniya arasında on il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Hər iki tərəfin sənədi imzalamış xarici işlər nazirlərinin soyadı ilə “Ribbentrop-Molotov paktı” adlandırılan müqaviləyə məxfi əlavə protokolda Şərqi Avropa, o cümlədən Baltikyanı dövlətlərin, Polşanın təsir dairələrinə bölünməsinə dair razılıq əldə olunmuşdu [15, s.513-545]. 
 
İkinci Dünya müharibəsi Hitler Almaniyasının 1 sentyabr 1939-cu ildə Polşa üzərinə hücumu ilə başladı, 2 sentyabr 1945-ci ilə qədər davam etdi. Müharibə bir tərəfdən İngiltərə, Fransa, ABŞ, SSRİ və başqalarının, digər tərəfdən Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrin daxil olduğu iki hərbi-siyasi blok arasında baş verdi. Müharibəyə o dövrdə mövcyd olan 74 dövlətin 61-i cəlb olunmuşdu. Bu müharibədə təxminən 55 milyon insan, o cümlədən 25 milyon hərbçi, 30 milyona yaxın mülki əhali həlak oldu. Müharibədə SSRİ 27 milyon, Polşa 6 milyon, ABŞ 405 min, İngiltərə 375 min, Fransa 600 min nəfər adam itirdi [19]. Almaniyanın itkiləri ilə bağlı müxtəlif fikirlər var, əksəriyyət bu ölkənin 6 milyon nəfər itki verdiyini qeyd edir [18, s.273].
 
Azərbaycanın da daxil olduğu Sovet imperiyası müharibəyə 1941-ci ildə, Almaniyanın hərbi təcavüzündən sonra qatıldı. Dünya ağalığı niyətində olan faşist Almaniyası 1939-cu il müqaviləsini pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi [23]. Faşistlərin fikrincə, SSRİ-nin aradan götürülməsi dünya ağalığına gedən yolun geniş açılması demək idi. Almaniyanın “Barbarossa” planına (Alman kralı I Fridrix (1152-1190) Barbarossanın (italyanca “sarı saqqal”) adından götürülüb) görə SSRİ bir neçə ay ərzində məhv edilməli, Uraldan Şərqə doğru kiçicik rus dövləti saxlanılmalı idi [27, s.10]...
 
Müharibənin ilk günündən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə birlikdə alman faşist işğalına qarşı mübarizəyə başladı. Almaniya Bakı neftinə xüsusi əhəmiyyət verir, Qafqaz cəbhəsində əsas hədəf olaraq Azərbaycanı seçmişdi. Kənd təsərrüfatında hərbi əhəmiyyətli, yeni texniki bitkilər becərilməsinə başlandı. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və müəssisələri yanacaqla təmin edirdilər. Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlanıldı. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft verdilər [16]. Dənizdə, quruda və havada düşmən üzərində sovet ordusunun üstünlük qazanmasında Bakı neftçilərinin böyük payı olmuşdur. 
Minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. Azərbaycandan müharibəyə 640 min adam səfərbər olundu, onlardan 350 min nəfər geriyə qayıtmadı [26, s.15]. Həmin vaxt Azərbaycanın əhalisi 3.4 milyon nəfər idi [16].Müharibənin gedişində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını aldı [24, s.6]. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ildə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında şücaət göstərərək Sovet İttifaqı qəhrəmanı adını alan ilk azərbaycanlı oldu, Moskva yaxınlığındakı döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov fərqləndi, Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad döyüşlərində düşmənin 6 təyyarəsini vurdu [17]. Azərbaycanlılardan ibarət milli diviziyalar yaradıldı. Onlardan 77, 402, 416, 293-cü diviziyalar daha çox tanınırdı. Bu diviziyalar müharibənin sonuna qədər rəşadətlə vuruşdular [20, s.253].
 
Almaniyanın Azərbaycanla bağlı xüsusi fikirləri var idi. Faşistlər Bakı neftinə sahib olmaqla yanaşı, Azərbaycanın cənubunu və şimalını imperiyanın əyalətinə çevirmək niyyətində idilər. Bəzi məlumatlara görə, Sovet rəhbərliyinin də azərbaycanlılarla bağlı məkrli planları var idi. Stalin Azərbaycan əhalisinin, lazım gələrsə, Orta Asiya və Qazaxıstana köçürülməsini istisna etmirdi. 1942-ci ilin yayında faşistlər «Edelveys» (Avropanın dağ çiçəklərindən birinin adı) planı üzrə Qafqaza hücuma başladılar. Bakı üçün ciddi təhlükə yarandı. Düşmənin hücumları dəf edildi [9, s.409].
 
Sovet Ordusunun Şimali Qafqaz əməliyyatlarında Azərbaycan diviziyalarında döyüşən əsgərlər qəhrəmanlıq göstərirdilər. Tuapşe uğrunda döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini öldürdü və öz həyatı bahasına komandirini xilas etdi [17, s.50,52]. İdris Süleymanov, Baloğlan Abbasov, Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görüldülər. 1944-cü il iyunun 29 –30 -da H.Aslanovun komandanlıq etdiyi 35-ci qvardiya tank briqadası Berezina çayını keçib Pleşeni şəhərini azad etdi. Bu əməliyyata görə o, ikinci dəfə Sovet İttifaqı Qərəmanı adı ilə təltif edildi. Bu barədə fərman ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi [28].
Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatında da iştirak edirdilər. 1942-ci ilin yayında Polşadakı faşist əsir düşərgələrində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata azərbaycanlı zabitlər Nadir Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. 1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan azərbaycanlı Əhmədiyyə Cəbrayılov – «Axmed Mişel», Xarqo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəlidə getmək hüququ verən hərbi medalla təltif olunmuşdu. 1942-ci ilin avqustunda ağır yaralanaraq əsir düşən Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulmuş və «Mixaylo» ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat-təxribat qurupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabit və əsgərin məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. Ona ölümündən xeyli sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Əli Babayev İtaliyadakı partizan hərəkatında iştirak etmiş, Haribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtaliyanın yüksək mükafatına layiq görülmüşdü [17, s.50,52].
 
Müharibə illərində nəinki faşizmə, habelə sovetizmə qarşı da müqavimət hərəkatı fəaliyyət göstərmişdi. Belə meyillər daxildə qaçaqçılıq hərəkatında [7, s.243-245] və xaricdə sovet rejiminə qarşı silahlı mübarizə aparan legionların yaradılmasında təzahür etmişdi [17, s.287-295]. Bu işdə xaricdəki siyasi mühacirlərin də mühüm rolu olmuşdu. Müharibənin ilk günlərində faşistlərə əsir düşən mayor Əbdürrəhman Fətəlibəyli Düdənginski tərəfindən antisovet milli hərbi legionların yaradılması təklifi verilmişdi. 1941-ci ilin payızında Almaniyaya dəvət olunmuş M.Ə. Rəsulzadə ilə də azərbaycanlılardan xüsusi legionlar yaradılması müzakirə edilmişdi [13]. 
Hitler 1941-ci il dekabrın 22-də Qafqaz müsəlmanlarından xüsusi hərbi hissələr yaradılması haqqında əmr vermişdi. 1942-ci ilin yayında azərbaycanlılardan ibarət “Bozqurd”, “Aslan” , “Dönməz”, “Vətən”, “Qafqaz” və digər hərbi dəstələr Qafqaz cəbhələrində döyüşlərdə iştirak etmişdilər. Mühacirlərin fəaliyyətini idarə etmək məqsədi ilə Berlində 1934-cü ildə “Azərbaycan İstiqlal Komitəsi”, 1943-cü ildə isə “Azərbaycan Milli Mərkəzi” yaradıldı [6; 7, s.290-292].
 
Almaniyanın vasitəsilə Azərbaycanın müstəqilliyinə nail olmaq niyyətində olan M.Ə.Rəsulzadə faşist rəhbərləri ilə söhbət zamanı bunun mümkün olmadığını başa düşdükdən sonra Almaniyanı tərk etdi. Bundan sonra proseslərə əsasən Ə.Fətəlibəyli Düdənginski rəhbərlik etdi, 1943-cü ilin payızında Berlində “Mühacir Azərbaycan hökuməti” və parlamentini yaratdılar, lakin konkret nəticə əldə olunmadı [13].
 
1945-ci il mayın 8-də Almaniya qeyd-şərtsiz təslim oldu. Sentyabrın 2-də Yaponiyanın təslim olması ilə isə İkinci Dünya müharibəsi başa çatdı. Bəşər tarixinin ən dəhşətli müharibəsi başa çatdı. Dünyada yeni münasibətlər sistemi formalaşdı. Dünya daha konkret şəkildə iki düşərgəyə- sosialist və kapitalist cəbhələrinə bölündü, üçüncü dünya dövlətləri deyilən qütb də formalaşdı. Azərbaycan xalqı cəbhənin hər iki tərəfində təmsil olunaraq, vuruşaraq, tarixinin ən təzadlı dövrlərindən birini yaşadı. Azərbaycan üçün müharibə həm də bir sınaq oldu. Xalqımız döyüş qabiliyyətini, həmçinin müstəqillik ideyalarına, müstəqil dövlətçilik ənənələrinə sadiq qaldığını nümayiş etdirdi...
 
(Davamı var)
 
Ədəbiyyat:
 
1. Ağasıyev İ.K., Səlimov Ş.D. Azərbaycan tarixi. Dərslik. Bakı, “Elm”, 2017.
 
2. Bayramzadə S. 21 Azər hərəkatı və Azərbaycan Milli Hökuməti.- science.gov.az/az/news/open/23159.
 
3. Cənubi Azərbaycanda ana dilində təhsilin tarixi 1945-ci ilə gedib çıxır.- baki-xeber.com/siyaset/149558.html.
 
4. Çeşmazər M.M. Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranması və fəaliyyəti. Bakı, “Elm”, 1986.
 
5. Çingizoğlu Ə. Rza şahın tacgüzarlığı.- reyting.az/muellifler/enver-cingizoglu/63383-rza-ahn-tacguzarl.html.
 
6. Əhmədov D. Berlində Nuri paşa ilə birgə qəbul edilən qərar.- teleqraf.com, 27 yanvar 2022.- teleqraf.com/news/toplum/315175.html.
 
7. Əmrahov M. XX əsrdə Azərbaycanda milli azadlıq hərəkatı. Ali məktəblər üçün dərslik. Bakı, ADPU-nun nəşriyyatı, 2009.
 
8. Hacıyeva Y. 1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi. 7 noyabr 2017.- xalqcebhesi.az/news/ southazerbaijan/23849.html.
 
9.  Qəniyev H. Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
10. Məmmədov İ. Azərbaycan tarixi. Bakı, “Adiloğlu”, 2005.
 
11. Mustafayev V. Cənubi Azərbaycan. Milli şüur (20-ci əsrin birinci yarısında), s. 63-67, 77-78.- achiq.info/yazi%204/vidadi%20butov% 20dl.pdf.
 
12. Nuriyeva İ. Azərbaycan tarixi: ən qədim dövrlərdən zəmanəmizədək. Texniki Ali məktəblər üçün dərslik. Bakı, “Elm və Təhsil”, 2019.
 
13. Yaqublu N., M.Ə.Rəsulzadənin Almaniyadakı fəaliyyəti.- “Yeni Müsavat” qəzeti, 2014, 02 fevral, s. 12.
 
14. Hess G.R. The Iranian Crisis of 1945-46 and the Cold War. Political Science Quarterly, Vol. 89, №1 (March, 1974) (1).- azargoshnasp.net/recent_ history/ atoor/theiraniancrisis194546.pdf.
 
15. Shirer L.W. Pise and Fail of the Third Reich: A History of Nazi Germany. Simon and Schuster, 1990.
 
16. Азербайджан в годы Великой Отечественной войны.- a-r.az/ru/ article/15002.
 
17. Алиева С., Аскер А. Азербайджанцы в годы второй мировой войны.- cyberleninka.ru/article/n/azerbaydzhantsy-v-gody-vtoroy-mirovoy-voyny/ viewer.
 
18. Великая Отечественная война. Юбилейный статистический сборник. Москва, «Росстат», 2020.
 
19. Вторая мировая война 1939-1945. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/military_science/text/2335018.
 
20. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва, «Флинта», 2010.
 
21. Мельтюхов М.И. Упущенный шанс Сталина. Советский Союз и борьба за Европу: 1939-1941. Москва, «Вече», 2000, глава «Политический кризис 1939 г.»- militera.lib.ru/research/meltyukov/02.html.
 
22. Мохаммед Реза Пехлеви. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/world_ history/text/2234954.
 
23. Началась Великая Отечественная война.- prlib.ru/history.619331.
 
24.Попков М.Д. Дружба и братство народов СССР- один из источников Великой Победы// Военно-исторический журнал, 1985, №3.
 
25. Реза-шах Пехлеви. Энциклопедия Кругосвет.- krugosvet.ru/enc/ istoriya/REZA-SHAH-PEHLEVI/html.
 
26. Тюркские народы: энциклопедический справочник/ Гл.ред. Б.Г.Аяган. Алматы, ЗАО «Казак энциклопедиясы», 2004.
 
27. Хавкин Б.Л. История «Барбароссы»// «Историк», 2021, №6 (78).
 
28. Халилов Дж. Генерал Ази Асланов-зеркало азербайджанского патриотизма.- Газета «Вышка», 2020, 7 февраля, s.8.
 
Oxşar xəbərlər
07:14, Bu gün
Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar - Hadisə baş verən ərazidən GÖRÜNTÜLƏR
07:06, Bu gün
Pakistanda ölüm cəzasına məhkum edilənlərdən ŞOK ADDIM 
06:50, Bu gün
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır
06:36, Bu gün
Psixoloji TEST: Sevgilinizlə  nə vaxt görüşəcəyinizi təyin edəcək
06:25, Bu gün
Tarix boyu dünyada nə qədər insan yaşayıb? - AÇIQLANDI
00:19, Bu gün
"Xərçəngin dərmanı çoxdan icad edilə bilərdi, buna əczaçılıq şirkətləri mane olur" - ukraynalı-alman cərrahı
00:15, Bu gün
Kadırov qardaşı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib
00:13, Bu gün
Boliviya Argentinadakı səfirini geri çağırıb
00:12, Bu gün
Qarın ağrısı ilə həkimə getdi - Qarnından 11 kilo şiş çıxdı
00:11, Bu gün
Həkim arağın insan üçün ölümcül dozasını açıqlayıb
01 Jul 2024 | 23:34
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama
01 Jul 2024 | 23:34
İraqda İsveç vətəndaşı ölüm cəzasına məhkum edilib
01 Jul 2024 | 23:12
AVRO-2024: Portuqaliya Sloveniyanı sınağa çəkir
01 Jul 2024 | 22:55
"Air France" Paris Olimpiadası ilə bağlı itkilərin miqdarını AÇIQLADI
01 Jul 2024 | 22:32
Gədəbəyə dolu yağıb, təsərrüfatlara ziyan dəyib
01 Jul 2024 | 22:19
Sabah Biləsuvarda ilk dəfə müəllimlərin işə qəbulu imtahanları keçiriləcək
01 Jul 2024 | 22:12
Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
01 Jul 2024 | 21:46
Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var
01 Jul 2024 | 21:37
“Bu səbəblərdən də parlament seçkilərini Qərbin tələb etdiyi demokratik prinsiplərə arxalanıb keçirməliyik...”-Analitik
01 Jul 2024 | 21:21
Daha bir ölkədə niqab QADAĞAN OLUNUR
01 Jul 2024 | 21:18
Blinken: Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün...
01 Jul 2024 | 21:15
Mamontların nəsli niyə tükənib? - Araşdırma
01 Jul 2024 | 21:13
AVRO-2024: Fransa - Belçika görüşündə ikinci hissə başlayıb - YENİLƏNİB 
01 Jul 2024 | 21:08
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
01 Jul 2024 | 21:03
Almaniyanın silah nəhəngi daha bir çoxmilyardlıq sifariş aldı
01 Jul 2024 | 21:02
İyul ayında bu bürcləri “pul yağışı” gözləyir - AYIN ƏN ŞANSLILARI
01 Jul 2024 | 20:59
Konstitusiya dəyişikliyi: Ermənistan buna gedəcəkmi?
01 Jul 2024 | 20:49
Tarix boyu dünyada nə qədər insan yaşayıb?
01 Jul 2024 | 20:34
3 PKK terrorçusu təslim olub
01 Jul 2024 | 20:28
"Milli Birlik" qarşısında böyük demokratik və respublikaçı birlik nümayiş etdirmək zamanı yetişib..."
01 Jul 2024 | 20:26
Seulun mərkəzində avtomobil piyadalara çırpıldı: Çox sayda ölən var
01 Jul 2024 | 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR
01 Jul 2024 | 20:08
Balotelli sərxoş oldu, küçədə elə bir hala düşdü ki...
01 Jul 2024 | 20:06
Dünyanın ən güclü telefonu – Rəsmi buraxılış olmayıb
01 Jul 2024 | 20:04
AVRO-2024: Fransa Belçikaya qarşı
01 Jul 2024 | 19:55
SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə edib
01 Jul 2024 | 19:51
Qazaxıstanın 4 şəhərində terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır
01 Jul 2024 | 19:50
Antalya hava limanında uçuşlarda gecikmələr yarandı: qarşıdakı 10 gün...
01 Jul 2024 | 19:48
Arıqlamaq üçün yayda bu DONDURMALARI YEYİN
01 Jul 2024 | 19:41
Bu sadə vərdişlər ömrü uzadır
01 Jul 2024 | 19:38
FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb
01 Jul 2024 | 19:38
İsrail 55 fələstinlini azad edib
01 Jul 2024 | 19:03
Sabah Bakının 4 rayonunda qaz olmayacaq
01 Jul 2024 | 18:58
Türkiyənin Üsküdar Universitetinin rektoru Mətbuat Şurasında olub
01 Jul 2024 | 18:50
ATƏT PA-nın İpək Yolu Qrupu orta dəhlizi və yaşıl enerjiyə keçidi müzakirə etdi - FOTO
01 Jul 2024 | 18:45
Cəlilabadda yağış qədim məzarı üzə çıxardı
01 Jul 2024 | 18:40
Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
01 Jul 2024 | 18:35
Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb
01 Jul 2024 | 18:30
"COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq" - Vüqar Rəhimzadə
01 Jul 2024 | 18:28
DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ
01 Jul 2024 | 18:25
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
01 Jul 2024 | 18:22
"Görməmiş olmaq lazımdır" - Nüşabə Ələsgərli
01 Jul 2024 | 18:20
Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb - FOTO
01 Jul 2024 | 18:18
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
01 Jul 2024 | 18:18
“Ermənistan bütün siyasi və hərbi qərarlarını Rusiya ilə razılaşdırır və bu ölkədən hərtərəfli dəstək alırdı...”-Tariximizə fərqli baxış
01 Jul 2024 | 18:12
İcra Hakimiyyəti Sumqayıt Bulvarının təmir işlərini qalmaqallı şirkətə həvalə edib
01 Jul 2024 | 18:07
AZAL Füzuliyə təyyarə biletlərinin satışına BAŞLADI
01 Jul 2024 | 18:03
COP29-un prezidenti Klaver Qatete ilə görüşdü - FOTO
01 Jul 2024 | 17:59
Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlandı
01 Jul 2024 | 17:55
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən çıxarıldı
01 Jul 2024 | 17:50
İlham Əliyev Filippin səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 17:46
Kamran Əliyev iki prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ - FOTO
01 Jul 2024 | 17:44
"Bu hüquq Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir"
01 Jul 2024 | 17:42
İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI
01 Jul 2024 | 17:40
Prezidentdən sülh müqaviləsi ilə bağlı MÜHÜM AÇIQLAMA
01 Jul 2024 | 17:37
Prezident Kanada səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 17:34
"Qarabağ" Kadidən əlini üzdümü? - SON DURUM
01 Jul 2024 | 17:30
UNEC-in “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb - FOTOLAR
01 Jul 2024 | 17:26
Ötən ay 549 mina zərərsizləşdirilib
01 Jul 2024 | 17:22
DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı
01 Jul 2024 | 17:18
"Macarıstan Avropa Parlamentində rusiyayönümlü koalisiya yaradır" - "Bloomberg"
01 Jul 2024 | 17:16
Parlament və Atatürk prospektlərində aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
01 Jul 2024 | 17:14
Doğma çay “Azerçay” şirkətlərin tanıtım sərgisinə tərəfdaşlıq etdi
01 Jul 2024 | 17:12
Muxtar Babayev Efiopiyanın inkişaf naziri ilə görüşdü - FOTO
01 Jul 2024 | 17:08
Nar-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinə direktor təyin olunub
01 Jul 2024 | 17:04
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul etdi - FOTO
01 Jul 2024 | 17:00
ABŞ və SSRİ rəhbərlərinin oxşarlığı - təngənəfəs Çernenko və huşsuz Bayden - ŞƏRH
01 Jul 2024 | 16:57
Masallıda keçmiş məhkumda narkotik aşkarlandı
01 Jul 2024 | 16:54
İSF-nin 2024-cü il büdcəsinə dəyişikliklər təsdiqləndi
01 Jul 2024 | 16:51
Dilşad Musa: “Qadın özü xoşbəxt olarsa, iş yeri, ətrafı, ailəsi, dostları xoşbəxt olar” - MÜSAHİBƏ
01 Jul 2024 | 16:48
DSMF-nin 2024-cü il büdcəsinə dəyişikliklər təsdiqləndi
01 Jul 2024 | 16:45
Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
01 Jul 2024 | 16:42
"Bu bəlanın adı Cəmil Həsənlidir" - Cavanşir Feyziyev
01 Jul 2024 | 16:38
Azərbaycanlı avarçəkənlər "Vyana Reqatası"nda 5 medal qazanıblar - FOTO
01 Jul 2024 | 16:34
“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib
01 Jul 2024 | 16:30
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
01 Jul 2024 | 16:25
Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan növbəti komandalar bəlli olacaq
01 Jul 2024 | 16:20
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür - FOTO
01 Jul 2024 | 16:17
“3 ildən, 5 ildən bir ailə qururam” – Müğənnidən ŞOK AÇIQLAMA
01 Jul 2024 | 16:15
KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək
01 Jul 2024 | 16:12
"Nar" komandası "Breyn Rinq" yarışının qalibi oldu - FOTO
01 Jul 2024 | 16:10
Bakıda küçəyə Azərbaycanın Milli Qəhrəmanının adı verildi - FOTO
01 Jul 2024 | 16:08
SON DƏQİQƏ! Delimitasiya prosesi ilə bağlı YENİ DURUM AÇIQLANDI- RƏSMİ
01 Jul 2024 | 16:05
Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin edildi
01 Jul 2024 | 16:00
Ucarda ağır yol qəzası: Ölən var
01 Jul 2024 | 15:55
MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır
01 Jul 2024 | 15:50
"ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq "Çarli" səviyyəli təhlükə tətbiq edilib" - CNN
01 Jul 2024 | 15:45
Günay bunun üçün dəniz kənarında dekor qurdu - FOTOLAR
01 Jul 2024 | 15:40
Cəlil Nəzərov azadlığını qorusa da, istirahət mərkəzini itirdi - FOTO
01 Jul 2024 | 15:35
TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin vaxtı açıqlandı
GÜNLÜK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
01 Jul 2024 | 07:54
ABŞ-də stadionun oturacaqları unitazlarla əvəzləndi
01 Jul 2024 | 08:04
Rayonlara sərnişin daşımada YENİ QAYDA
01 Jul 2024 | 10:30
İcarə haqlarının ləğvi və xarici pasportlar üçün YENİ RÜSUM- 1 İYULDAN...
01 Jul 2024 | 08:19
Təyyarədə uçuş zamanı BU 3 ŞEYİ GEYİNMƏYİN 
01 Jul 2024 | 09:13
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri belə oldu- YENİ QİYMƏTLƏR TƏSDİQLƏNDİ
01 Jul 2024 | 08:49
"WhatsApp" bəzi telefonlarda işləməyəcək - SİYAHI
01 Jul 2024 | 09:23
Xalası qızı, bibisi oğluyla evlənənlər daha xoşbəxtdir, nəinki... - Aqşin Yenisey
01 Jul 2024 | 09:46
Azərbaycanda qadınların pensiya yaşı artdı - Bu gündən...
01 Jul 2024 | 13:16
Kəsilmiş qarpızı xarab olmaması üçün BELƏ SAXLAYIN - MƏTBƏX SİRRİ
HƏFTƏLİK
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
AYLIQ
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
01 Jul 2024 | 07:54
ABŞ-də stadionun oturacaqları unitazlarla əvəzləndi
01 Jul 2024 | 08:04
Rayonlara sərnişin daşımada YENİ QAYDA
01 Jul 2024 | 10:30
İcarə haqlarının ləğvi və xarici pasportlar üçün YENİ RÜSUM- 1 İYULDAN...
01 Jul 2024 | 08:19
Təyyarədə uçuş zamanı BU 3 ŞEYİ GEYİNMƏYİN 
01 Jul 2024 | 09:13
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri belə oldu- YENİ QİYMƏTLƏR TƏSDİQLƏNDİ
01 Jul 2024 | 08:49
"WhatsApp" bəzi telefonlarda işləməyəcək - SİYAHI
01 Jul 2024 | 09:23
Xalası qızı, bibisi oğluyla evlənənlər daha xoşbəxtdir, nəinki... - Aqşin Yenisey
01 Jul 2024 | 09:46
Azərbaycanda qadınların pensiya yaşı artdı - Bu gündən...
01 Jul 2024 | 13:16
Kəsilmiş qarpızı xarab olmaması üçün BELƏ SAXLAYIN - MƏTBƏX SİRRİ