BSU-da "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib  - FOTOLAR
Oxunub: 2004
14 Jun 2024 | 15:15
BSU-da
İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) "Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları" konfransı keçirilib. Beynəlxalq konfransda Serbiyanın, Bolqarıstanın, Albaniyanın, Şimali Makedoniyanın tanınmış alim-mütəxəssisləri, Azərbaycanın dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, COP29-un Təşkilat Komitəsinin üzvü, ADA Universitetinin, Bakı Dövlət Universitetinin (BDU),  Azərbaycan Dillər Universitetinin (ADU), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT), Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin (CQAM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun nümayəndələri iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, beynəlxalq konfransın moderatoru, BSU-nun rektoru Anar Nağıyev konfransın " Azərbaycanın yaşıl dünya gündəliyi və Balkanlar" adlanan 1-ci panelini giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor A.Nağıyev bugünkü konfransın Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə profili və statusu genişləndirilmiş BSU-nun yaradıldığı günə təsadüf etməsinin xüsusi rəmzi məna və əhəmiyyət daşıdığını  vurğulayıb. Rektor qeyd edib ki,  konfrans cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı əsasında 2024-cü ilin Azərbaycan Respublikasında elan edilmiş " Yaşıl dünya naminə həmrəylik ili " nin yüksək əhvali-ruhiyyəsi çərçivəsində BSU-nun müvafiq tədbirlər planına uyğun olaraq həyata keçirilən növbəti tədbirlərdən biridir. Konfransın əsas məqsədi Azərbaycanın “Yaşıl dünya” gündəliyi çərçivəsində Balkan ölkələrinin timsalında beynəlxalq əməkdaşlıq məsələlərinin öyrənilməsindən ibarətdir. 
 
Rektor A.Nağıyev diqqətə çatdırıb ki,  konfransın 1-ci panelinin hədəfləri yaşıl dünya naminə  xarici siyasət və əməkdaşlıq, Balkan ölkələri ilə əlaqələr, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29 və dünyanın gələcəyi, Azərbaycanın sülh çağırışı, enerji təhlükəsizliyi məsələləri, respublikamızın Balkan ölkələri ilə ənənəvi enerji və alternativ enerji məsələlərində əməkdaşlığı, Serbiya və Bolqarıstan timsalında əməkdaşlığın əhatəliliyi və əlaqələrin inkişafında parlamentlərin roludur. Rektor A.Nağıyev konfransın keçirilməsinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikası Energetika Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.
 
Çıxışında  BSU-nun fəaliyyət istiqamətləri barədə geniş məlumat verən rektor universitetdə müxtəlif slavyan xalqlarının dillərinin, mədəniyyətlərinin və ölkəşünaslığın tədris edildiyini, regionşünaslıq ixtisaslarında bir sıra regionlar üzrə, o cümlədən Balkanşünaslıq ixtisası üzrə kadrların hazırlandığını, 2024-cü ildə universitetdə Balkanşünaslıq kafedrasının yaradıldığını, Bolqarıstan, Yunanıstan və Türk araşdırma mərkəzlərinin bu istiqamətdə inkişafda rolunun artdığını, növbəti tədris illərindən serb, rumın və alban dillərinin tədrisinin planlaşdırıldığını, bütövlükdə Balkan regionunun BSU-nun  təhsil proqramlarının hədəfində dayandığını diqqətə çatdırıb. Bildirilib ki, BSU-da Balkan regionunun dilləri, ədəbiyyatı, mədəniyyətləri öyrənilir. Tərcümə və regionşünaslıq ixtisaslarında dillərin öyrənilməsi BSU-nun əsas hədəflərindən biridir. Bu il universitetdə Bolqarıstan dili və tədrisi mərkəzinin yaradılmasının 20 ili tamam olur. Balkanşünaslıq üzrə qəbul dinamikası hər il yüksək olur, doktorantura səviyyəsində elmi tədqiqatlar aparılır. Rektor vurğulayıb ki, “Birinci Balkanşünaslıq Tədqiqatları” konfransının məqsədi bu sahədə tədqiqat istiqamətlərini müəyyən etmək və bu istiqamət üzrə alim və tədqiqatçıların davamlı müzakirə platformasını təşkil etməklə yanaşı, elmi diskursu daha da genişləndirməkdir. Hədəf isə Cənubi Qafqaz və daha geniş cooğrafiyada Balkanşünaslıq tədqiqatları üzrə ən mühüm və dayanıqlı konfrans pıatformasının formalaşdırılıb müvafiq tədqiqat və nəşrlərin həyata keçirilməsidir. “Slavyanşünaslıq üzrə regionun birinci universiteti” sloqanı ilə inkişaf edən BSU regionda Balkanşünaslıq tədqiqatlarının mükəmməl mərkəzi olaraq bu mövqeyini qorumaqda israrlıdır. 
        
Çıxışının sonunda rektor A.Nağıyev Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasında enerji diplomatiyası vasitəsilə regional təhlükəsizliyin və əməkdaşlığın inkişaf etdirilməsinin mühüm yer aldığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın tarixinə Qarabağın xilaskarı kimi daxil olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizin liderliyi ilə regionda sülhün bərqərar olmasına edilən cəhdlər və regional əməkdaşlıq üçün açılan imkanlar yüksək tarixi əhəmiyyətə malikdir.
 
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri barədə danışaraq bildirib ki, ölkəmizin bu sahədə müsbət təcrübəsi var. Respubliikamızda bərpa olunan enerji ehtiyatları ilə bağlı müxtəlif layihələr uğurla həyata keçirilir. Azərbaycanın böyük potensialı dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. C.Abdullayev vurğulayıb ki, bərpa olunan enerji ehtiyatlarından istifadədə ixrac məsələlərinə xüsusi diqqət yetirilməsi iqtisadi baxımdan önəmli rol oynayır.
 
Milli Məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı çıxışında bildirib ki, BSU-nun təşkilatçılığı ilə  Balkanşünaslıq mövzusunda ilk beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Azərbaycan ilə Balkan ölkələri arasında əlaqələr bütün sahələrdə genişlənib və keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçımız İlham Əliyevin uzaqgörənliyi, yürütdüyü strateji xətt, gerçəkləşdirdiyi innovativ layihələr sayəsində Azərbaycanla Şərqi və  Mərkəzi Avropa ölkələri, eləcə də bütün  Avropa arasında ciddi əməkdaşlıq əlaqələri qurulub. Ölkəmizdə keçiriləcək COP29 sülhə, əmin-amanlığa, əməkdaşlığa, həmrəyliyə xidmət edir.
 
“Serbiya-Azərbaycan münasibətləri: təhlükəsiz, dinc və yaşıl gələcək naminə əlaqələr" mövzusunda çıxış edən Serbiyanın Strateji Araşdırmalar Forumunun rəhbəri Neven Tsvetichanin müasir dövrümüzdə sabit, təhlükəsiz dünyanın bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
 
Milli Məclisin deputatı, COP 29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım qeyd edib ki, COP29 ərəfəsində belə tədbirlərin keçirilməsi vacibdir. Çağdaş dövrümüzdə ətraf mühitin mühafizəsi müstəsna əhəmiyyət kəsb edir və qlobal çağırışlar ekologiyanın qorunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu baxımdan Azərbaycanın COP29-u keçirməsi dünya birliyi tərəfindən müsbət qiymətləndirilir. Bu böyük beynəlxalq tədbir dünyada əməkdaşlığın təşviqinə mühüm töhfələr verəcəkdir.
Öz ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan işğaldan azad edilmiş ərazilərini “Yaşıl zona” elan edib və hazırda həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır. 
 
Bolqarıstanın Plovdiv Universitetinin professoru Valentin Petrussenko “Universitet təhsili sistemində ekoloji gündəmin əhəmiyyəti” adlı çıxışında ekoloji sabitliyin qorunması sahəsində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışıb. V.Petrussenko çıxışında BSU-da Balkanşünaslıq kafedrasının yaradılmasını yüksək qiymətləndirib.
 
Cənubi Qafqaz Araşdırmalar  Mərkəzinin rəhbəri Fərhad Məmmədov texnologiyaların sürətli inkişafı nəticəsində dünyada yeni trendlərin yarandığını
və Azərbaycanın bu trendlərə qoşulduğunu qeyd edib. Nəzərə çatdırıb ki, ölkəmiz son illər qlobal məsələlərin müzakirələrinin  keçirildiyi mərkəzə çevrilib və COP29-u keçirməklə bu sahədə daha böyük təcrübə qazanacaqdır. 
 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev son illər BSU-nun xarici siyasət məsələlərin müzakirələrində fəal iştirak etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji ilə təmin edilməsində fəal iştirak edir və bu istiqamətdə mühüm addımlar atılır. C.Vəliyev ali təhsil müəssisələrində Balkan ölkələri üzrə ekspertlərin yetişdirilməsinin vacibliyini vurğulayıb.
 
Sonra konfrans “Azərbaycan ilə Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələr” adlı 2-ci paneldə işini davam etdirib. Bu paneldə müasir dövrdə Azərbaycanla Balkan ölkələri arasında ədəbi-mədəni əlaqələrin keyfiyyətçə yeni mərhələyə daxil olması, Balkanlarda Türk dilinin öyrənilməsi məsələləri və digər vacib mövzular haqqında maraqlı çıxışlar edilib, səmərəli müzakirə aparılıb və əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.
 
Qeyd edək ki, konfransda Şimali Makedoniyanın Skopye Müqəddəslər Kiril və Mefodiy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri Osman Emin, Serbiya Elmlər Akademiyasının Serb Dili İnstitutunun  Lüğətlər departamentinin direktoru Mariya Jinjiç, Albaniyanın Tirana Universitetinin Tarix-filologiya fakültəsinin Dilçilik kafedrasının lektoru Lindita Hanari, BDU-nun Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nurlana Mustafayeva və digər tanınmış alimlər də iştirak ediblər.
Oxşar xəbərlər
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
18 Jul 2024 | 23:00
"Zirə" UEFA Avropa Liqasında mübarizəni DAYANDIRDI
18 Jul 2024 | 22:52
Hücumçunun telefonundan Tramp və Bayden haqqında məlumatlar tapıldı
18 Jul 2024 | 22:48
Putin Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşdü
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 22:17
Kür çayında batmış gəncin meyiti tapılıb
18 Jul 2024 | 22:13
Mbappe: Peresi sevindirmək üçün meydanda hər şeyi edəcəyəm
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 22:00
Ağcaqanadlara qarşı vasitələr yanğına səbəb ola bilər
18 Jul 2024 | 21:54
Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq
18 Jul 2024 | 21:48
Vəkillər məhkəmədə üz-üzə gəldi - biri təqsirləndirilən, digəri xüsusi ittihamçı oldu
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO
18 Jul 2024 | 21:30
Bu oyun tərtibatçılara 11 gündə 52 milyon dollar qazandırıb
18 Jul 2024 | 21:22
Məşhur kolbasa şirkəti məhkəmə qarşısında
18 Jul 2024 | 21:16
"Uşağınızı zorla müğənni etməyin"
18 Jul 2024 | 21:12
Zəhərlənmələrin əksəriyyəti bu məhsullardan olur - VİDEO
18 Jul 2024 | 21:08
"Özüm özümü izləməkdən doymuram" - VİDEO
18 Jul 2024 | 21:00
Xanım deputat yenidən namizəd oldu
18 Jul 2024 | 20:55
İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb
18 Jul 2024 | 20:48
KİV: Bayden artıq bu həftəsonu seçkidə iştirakını dayandıra bilər
18 Jul 2024 | 20:40
Ağstafada 60 yaşlı kişini "tok" vurub ÖLDÜRDÜ
18 Jul 2024 | 20:36
Yuyula bilən tualet kağızı hazırlanır
18 Jul 2024 | 20:28
Xörək duzunda xərçəngə səbəb olan təhlükəli maddələr aşkar edildi
18 Jul 2024 | 20:20
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ - FOTO
18 Jul 2024 | 20:14
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb
18 Jul 2024 | 20:06
Polis polkovnikinin evində ƏMƏLİYYAT: nələr tapıldı?
18 Jul 2024 | 20:00
Şəmkirdə DƏHŞƏT: qadın ata evində özünü asdı
18 Jul 2024 | 19:50
Növbəti səyahət edəcəyiniz məkanı TikTok yaradıcıları ilə seçin
18 Jul 2024 | 19:42
Hər kəsin etdiyi bu yay vərdişi VARİKOZ YARADIR
18 Jul 2024 | 19:37
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
18 Jul 2024 | 19:32
Prezident İlham Əliyev: Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur
18 Jul 2024 | 19:28
Meşə yanğını səbəbindən İzmir hava limanında uçuşlar dayandırılıb
18 Jul 2024 | 19:20
Az adamın bildiyi 8 gizli “Google Chrome” xüsusiyyəti
18 Jul 2024 | 19:15
Orqanizmdə niyə dəmir yoxdur? 3 ən ümumi SƏBƏB
18 Jul 2024 | 19:11
“Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Azərbaycanın əsarət altındakı xalqlara töhfəsidir”
18 Jul 2024 | 19:07
Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb
18 Jul 2024 | 19:06
"Amerikaya gələcəyi təmsil edəcək prezident gərəkdir" - "Financial Times"
18 Jul 2024 | 19:00
Bürclərin güclü tərəfləri – Qoç əzmkarlıq, Şir…
18 Jul 2024 | 18:55
Meteohəssas insanlara HAVA XƏBƏRDARLIĞI
18 Jul 2024 | 18:54
“Ermənistanın KTMT-yə üzvlüyü ABŞ-la hərbi əməkdaşlığın dərinləşməsinə maneə deyil...” 
18 Jul 2024 | 18:51
Surxay Əliyevin həbs müddəti uzadılıb
18 Jul 2024 | 18:45
Bakıda depressiyaya düşən kişi özünü öldürdü
18 Jul 2024 | 18:35
Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək? - Kabusa çevrilmiş xəstəliklə bağlı TƏFƏRRÜAT
18 Jul 2024 | 18:25
Zaxarova: Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır
18 Jul 2024 | 18:23
Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşüb
18 Jul 2024 | 18:21
Niyə istidə qəhvə içməməlisiniz?
18 Jul 2024 | 18:17
Prezidentdən sülh danışıqları ilə bağlı suala reaksiya - VİDEO
18 Jul 2024 | 18:13
Ayrılıqdan sonra Nyu-Yorkda - FOTO
18 Jul 2024 | 18:09
Yeni hökumətin “boz kardinalı”: Pezeşkianın seçki kampaniyasının qəhrəmanı - ŞƏRH + FOTO
18 Jul 2024 | 18:08
98 yaşlı molla vəzifədə saxlanıldı
18 Jul 2024 | 18:05
Ərdoğan Trampla telefonla danışıb
18 Jul 2024 | 18:03
Beynəlxalq Azadlıq Cəbhəsinin internet saytı yaradılıb
18 Jul 2024 | 17:55
Vilayət Eyvazov Qubada vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO
18 Jul 2024 | 17:52
Sumqayıtda sahibsiz iti öldürən şəxs cərimə olunub
18 Jul 2024 | 17:49
“Bakcell”dən eksklüziv təkliflə smartfon al
18 Jul 2024 | 17:45
“İnstagram”da vətəndaşları hədələyən haker həbs edildi - FOTO/VİDEO
18 Jul 2024 | 17:40
Ali məktəb məzunlarının diplomları niyə gecikir? - VİDEO
18 Jul 2024 | 17:35
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
18 Jul 2024 | 17:32
İlham Əliyev Oksfordda Litva Prezidenti ilə görüşdü - FOTO
18 Jul 2024 | 17:30
Bakının mərkəzində işbazların qanunsuz əməlinə son qoyuldu - FOTO
18 Jul 2024 | 17:28
Prezident finlandiyalı həmkarı ilə görüşdü - FOTO
18 Jul 2024 | 17:24
Gələcəkdə aktual olacaq 10 peşə və ixtisas - ARAŞDIRMA + FOTO
18 Jul 2024 | 17:21
Hansı travmalardan qurtulmaq mümükün deyil?- psixoloq AÇIQLADI
18 Jul 2024 | 17:16
Yeni tədris ilindən BDU qida məhsullarının ekspertizası və marketinqi üzrə mütəxəssis hazırlığına başlayacaq
18 Jul 2024 | 17:10
Bakıda təhlükəli vəziyyət: "Bina baxımsızdır, qırıq şüşələr uşaqları yaralayıb"FOTO
18 Jul 2024 | 17:07
UNEC-də çinli tələbələr üçün Yay məktəbi təşkil olunub
18 Jul 2024 | 17:04
MÜTDA qeyri-qanuni yolla uşağını bağçaya yazdırmaq istəyən valideynlərə çağırış edib
18 Jul 2024 | 16:57
Hərbi xidmətə çağırılanların yekun tibbi müayinə prosesi ilə tanışlıq olub
18 Jul 2024 | 16:51
COP29 könüllüləri İçərişəhərdə ekoloji aksiya keçirdi - FOTO
18 Jul 2024 | 16:45
Əliyevlə Zelenski söhbət etdi - FOTO
18 Jul 2024 | 16:39
"Linkoln" - "Qarabağ" görüşünün hakimləri açıqlandı
18 Jul 2024 | 16:33
Yeni Ramana sakinlərinin bitməyən avtobus probleminə AYNA-dan cavab: “Daşıyıcıya tapşırıq verilib…”
18 Jul 2024 | 16:28
Kəlbəcərin zəngin çəmənlikləri...
18 Jul 2024 | 16:20
Roman Qriqorçuk "Neftçi" əməkdaşlarına qadağalar qoyub? - AÇIQLAMA + FOTO
18 Jul 2024 | 16:13
YAP nə qədər mandat almaq istəyir? - Siyavuş Novruzov açıqladı
18 Jul 2024 | 16:06
Bir-biri üçün yaradılan bürclər - Bəxtləri eyni yazılıb...
18 Jul 2024 | 15:59
"Onlar şəxsi ambisiyalarını öz xalqının maraqlarından üstün tutur" - Lavrov
18 Jul 2024 | 15:53
Trampı güllələmək istəyən şəxs kral ailəsinin üzvünə qarşı sui-qəsd hazırlayırmış - FOTO
18 Jul 2024 | 15:47
"İndi Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtıdır" - Ursula fon der Lyayen
18 Jul 2024 | 15:41
Palma yağından hazırlanan qidalar zərərlidir? - AÇIQLAMA
18 Jul 2024 | 15:36
Sərnişinlə mübahisə edən sürücü cəzalandırıldı - VİDEO
18 Jul 2024 | 15:29
İlham Əliyev Oksfordda "Enerji və əlaqə" mövzusunda dəyirmi masada iştirak edir - FOTO
18 Jul 2024 | 15:23
İlham Əliyevin iştirak etdiyi zirvə toplantısından - Maraqlı fotolar
18 Jul 2024 | 15:22
Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
18 Jul 2024 | 15:19
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manata yaxınlaşır
18 Jul 2024 | 15:17
Meşədə meyitləri tapılan sevgililərin şok məktubu üzə çıxdı - VİDEO
18 Jul 2024 | 15:09
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı
18 Jul 2024 | 15:03
İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
18 Jul 2024 | 14:57
Azərbaycanda bu tarixdən internet bahalaşır - YENİ QİYMƏT
18 Jul 2024 | 14:50
Çörçill və Ruzveltin məxfi Hamburq əməliyyatı – müharibə tarixinin ən dəhşətli hadisələrindən biri  
18 Jul 2024 | 14:44
Moskva ilə İrəvan arasında yaxınlaşma olmayacaq - Paşinyan qalmaqal istəyir - MÜSAHİBƏ
18 Jul 2024 | 14:37
Şuşada növbəti Vaqif Poeziya Günləri keçirilir - FOTO
18 Jul 2024 | 14:30
"Belə sanksiyalarla bizə yaxınlaşanları dərhal özümüzdən uzaqlaşdırırıq" - Tramp
18 Jul 2024 | 14:24
Mingəçevir su anbarında batan şəxsin meyiti tapıldı
18 Jul 2024 | 14:12
Bakıda dəhşətli cinayət: "Dedim, qızımla nə etmisiz, hamısını danış..." – ŞOK
18 Jul 2024 | 14:05
İlham Əliyev Viktor Orban ilə söhbət etdi
GÜNLÜK
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
18 Jul 2024 | 07:22
Paşinyan artıq Londondadır...- İlham Əliyevlə görüşəcəyi gözlənilir...-FOTO+VİDEO
18 Jul 2024 | 09:47
Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu
18 Jul 2024 | 09:00
Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar
18 Jul 2024 | 07:51
Bu dörd gündəlik vərdiş xərçəngə səbəb olur
18 Jul 2024 | 09:12
Kondisioneri işləməyən avtomobil sahiblərinin NƏZƏRİNƏ
18 Jul 2024 | 10:08
Azərbaycanda internetin sürəti ilə yanaşı, qiyməti də artacaq - EKSPERT DETALLARI AÇIQLADI
18 Jul 2024 | 06:58
Bayden yenidən "COVİD-19"a yoluxdu, amma xalqı üçün işləməyə davam edəcəyini söylədi... 
18 Jul 2024 | 08:04
Ekspert ilin sonunadək Ermənistanla sülh sazişinin imzalanacağını gözləmədiyini bildirdi…
18 Jul 2024 | 09:42
Rusiya əslən şuşalı Heydər Camalın köməkçisi olmuş bloqçunu axtarışa verdi -NİYƏ?..-FOTO
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
AYLIQ
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
18 Jul 2024 | 07:22
Paşinyan artıq Londondadır...- İlham Əliyevlə görüşəcəyi gözlənilir...-FOTO+VİDEO
18 Jul 2024 | 09:47
Yunan müğənnidən türk bayrağına hörmətsizlik - Konserti ləğv olundu
18 Jul 2024 | 09:00
Həkimlərin “qara siyahı”sına düşən qidalar: xərçəngə səbəb olurlar
18 Jul 2024 | 07:51
Bu dörd gündəlik vərdiş xərçəngə səbəb olur
18 Jul 2024 | 09:12
Kondisioneri işləməyən avtomobil sahiblərinin NƏZƏRİNƏ
18 Jul 2024 | 10:08
Azərbaycanda internetin sürəti ilə yanaşı, qiyməti də artacaq - EKSPERT DETALLARI AÇIQLADI
18 Jul 2024 | 06:58
Bayden yenidən "COVİD-19"a yoluxdu, amma xalqı üçün işləməyə davam edəcəyini söylədi... 
18 Jul 2024 | 08:04
Ekspert ilin sonunadək Ermənistanla sülh sazişinin imzalanacağını gözləmədiyini bildirdi…
18 Jul 2024 | 09:42
Rusiya əslən şuşalı Heydər Camalın köməkçisi olmuş bloqçunu axtarışa verdi -NİYƏ?..-FOTO