Eynulla Mədətlinin "Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan - Türkiyə birliyinin fəlsəfəsi" monoqrafiyası ilə dialoq
Elm və Təhsil
Oxunub: 2771
10 Jun 2024 | 20:41
Eynulla Mədətlinin

Heydər Əliyev: “Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı gündən-günə möhkəmləndirək və yüksəklərə qaldıraq”. 

Mübaliğəsiz qeyd etmək olar ki, xalqları, millətləri, cəmiyyət və dövlətləri böyük ideyalar, böyük ideologiyalar və böyük şəxsiyyətlər, dühalar yaradırlar.  Bu dahilər dövlət və xalqı tarixin yaratdığı çətin anlardan, keşməkeşli situasiyalardan, böhranlardan, ziqzaqlardan keçirərək böyük üfüqlərə çatdırır, onun təməl prinsiplərini müəyyən edir və gələcəyinin formalaşmasında müstəsna rol oynayırlar.  Bu baxımdan  tarix daima təkrar-təkrar tədqiq olunması və yazılması, interpretasiyası zəruri olan bir sivilizasion prosesdir. Əsl həqiqətdə, bu prosesi insanın öz yaratdığı dəyərlərlə, təsisat və reallıqlarla dialoqu da adlandırmaq olar.  Ancaq aqillər demişkən, ola bilər ki, bu proses yalnız dialoq kimi deyil, həm də tarixin cəmiyyət, insanın, sivilizasiya taleyində,  həyatında həm də qarşılıqlı ünsiyyəti,  – kimin üçünsə monoloqu kimi də qiymətləndirilə bilər.  

Aydındır ki, tarixin obyektiv  dərk olunması asan məsələ deyildir.  Yəni söhbət ondan gedir ki, istər fərd olaraq insanlar, istərsə də cəmiyyət və xalqlar  öz həyat və fəaliyyətlərində daima ideala doğru can atırlar və demək olar ki, bu yolda qarşılaşdıqları istənilən situasiyalarda hər bir identiklik və ya təsisat özünün daha düzgün yolda, ideya və ideologiya uğrunda mübarizədə  olduqlarını düşünür və haqlı sayırlar. Ola bilər ki, həyatın, siyasətin, ideologiya və dəyərlərin də mənası bundadır: bəşəri, milli, əxlaqi və insani dəyərlər uğrunda mübarizə!  Vaxtilə, Alman filosofu Kant hesab edirdi ki, həyatı mənalı edən şey insanın, deməli, həm də cəmiyyətin yetişmək istədiyi və can atdığı idealdır. Ancaq ədəbiyyatdan da, real insani təcrübədən də elmi təfəkkürə məlumdur ki, ideala çatmaq, onu tarixin yaratdığı monolit həqiqət kimi dərk etmək, onunla təmənnasız dialoqda olmaq  elə də asan məsələ deyildir. Bu baxımdan, ona görə də, tarixin həqiqi faktların əsasında düzgün yazılması, obyektiv tədqiqi, millətin, dövlət və dövlətçilik tarixinin ən zəruri şərtlərindəndir.   Müşahidələr göstərir ki, tarix və tarixin memarları cəmiyyəti, fərd və identikliyi fiziki anlamda əbədi xoşbəxt edə bilməsə də, mənəvi baxımdan əbədi  səadətə tam qovuşdura, ona dünyada  necə yaşamağı, necə fəaliyyət göstərməyi, necə olmağı, necə “ölməyi” öyrədə bilər. Təsadüfi deyildir ki, müasir ekzistensialist filosof Martin Haydegger izah edirdi ki, böyük olmaq böyüklükdən – böyük düşünməkdən başlanır. Böyük olmaq, böyük düşünmək, oddan keçərək katarsis olunmaq isə şübhəsiz müdriklik sənətidir ki, daima böyük şəxsiyyətlər, böyük dühalar ona – bu sənətə doğru can atırlar.  Nəzəri fikir tarixinə müraciət etdikdə görürük ki, istər Şərqdə, istərsə də Qərbdə tarixən  böyük dühaları, şəxsiyyətləri, strateqləri filosoflar, personalist nəzəriyyəçilər Tanrıların yer üzünə hədiyyəsi hesab etmişlər.  Məhz Ulu öndər Heydər Əliyev də bu baxımdan  müasir tariximizin mehvərini yaradan onu tarixin yaratdığı monoloji ziqzaqlarda, labirintlərdə itməyə, səmt küləklərinin gətirdiyi tale gəmisi kimi okeanların dərinliklərinə qərq olmağa qoymayan tarix və tanrının XX əsr dünyasına, insanına bəxş etdiyi misilsiz əbədiyaşar siyasi xadimlərindən biridir. 

Dahi şəxsiyyətlərin istər cəmiyyət həyatında, istərsə də dövlətçilik və tarix baxımdan fəaliyyətlərinin araşdırılması – ictimai-siyasi fikir tarixində əhəmiyyəti həmişə vacib hesab olunmuşdur. XX əsr Azərbaycan tarixinə nəzər saldıqda xalqın və dövlətin, cəmiyyət və ölkənin inkişaf kursunun   Heydər Əliyev dühasının  siyasəti və dövlətçilik irsinin dialoqu kontekstində  araşdırılması, onun elmi-fəlsəfi, siyasi aspektlərinin həm ölkə daxilində, həm də xarici ölkələrdə təbliği və öyrənilməsi qədər son dərəcə aktual olan  ikinci bir hadisəni təsəvvür etmək çətindir. Bu fenomenin mahiyyəti ondadır ki, o tarixi yaradır, ona yön verir, onun paradiqmalarını müəyyən etməklə gələcək nəsillərə əvəzsiz bir irs qoyur. Geniş auditoriya və intellektual oxucunun diqqətinə çatdırılan bəhs olunan  monoqrafiyanı da son dərəcə əvəzsiz edən budur: Heydər Əliyevin bəşər tarixində, Azərbaycan və region xalqlarının həyatında fəaliyyət və irsinin kiçik bir hissəsini də olsa tədqiqata cəlb etmək, onun fəlsəfəsi və ziyasından insanlara təmənnasız hədiyyə etmək!

2023-cü ildə “Heydər Əliyev” ili çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri  Eynulla Mədətlinin imzası ilə “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan –Türkiyə birliyinin fəlsəfəsi” adlı  çox sanballı elmi-fəlsəfi və müasir dövlətçiliyimiz baxımından aktual olan monoqrafiya işıq üzü görmüşdür. Elmi-siyasi-ideoloji kontekstdə  qələmə alınmış əsərlə tanışlıq bir daha təsdiq edir ki, həmin çətin illərdə ölkəmizə rəhbərlik etmiş nəhəng  siyasi xadim Ulu öndər  Heydər Əliyevin dühası, siyasi irsi, dövlətçilik fəlsəfəsi həqiqətən də, daima dönə-dönə elmi-nəzəri, ictimai-siyasi anlamda araşdırılmaq üçün əvəzsiz bir milli xəzinədir. Bu xəzinənin hansı istiqamətinə, hansı mərhələsinə müraciət edirsən et, mütləq bu nəhəng milli irsin ziyası fonunda sanballı bir xəzinə meydana çıxacaqdır.  Bu, həm də onunla bağlıdır ki, dahilərin qoyduğu iz, təyin etdiyi strategiya, siyasi-ideoloji xətt, dövlətçilik meyarı tükənməzdir, daima, dönə-dönə araşdırılmağa layiqdir. Tədqiqatın ikinci ən vacib özəlliyi ondadır ki, müəllifin əsərinin ümumi xarakteristikası oxucuda  fundamental bir fikri formalaşdırır: Heydər Əliyev siyasi irsi və onun şəxsi keyfiyyətləri sübut edir ki, o, nəinki Cənubi Qafqaz və Türk dünyasi liderləri sırasında, o cümlədən XX əsr dünya siyasi şəxsiyyətləri sırasında öndə dayanan siyasi xadimlər içərisində ən öncüllərdən biri olmuşdur.   Əsərin üçüncü vacib məziyyətlərindən biri aşağıdakı kimidir: müəllifin elmi-fəlsəfi təhlili  oxucuda bir daha əminlik yaradır ki, Ulu öndər  Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının dünya miqyasında ərsəyə gətirdiyi  yeganə  misilsiz liderdir, onu tariximizdə heç bir siyasi xadimlə müqayisə etmədən  Ümummilli lider statusuna qəbul etməklə azərbaycan xalqı  özünün ən düzgün qərarını vermişdir.  Başqa sözlə desək, əsərdən aydın şəkildə hasil etmək olur ki, həqiqətən də, dövlət, xalq, millət, Azərbaycan sevgisi,  dövlətçilik maraqlarının təminatı qüdrətli və strategi komandanın formalaşması, regionun digər xalqları ilə qonşuluq  prinsiplərində sülh və təhlükəsizlik, strategiyada sekulyar və demokratik əsaslar, dilimizin qorunması, mədəniyyət, tarix və dinimizə sayğı, cəmiyyəti daima irəli səsləyən modern inkişaf kursu bilavasitə Heydər Əliyev məktəbinin başlıca istiqamətini təşkil etmişdir.

Məsələnin digər özəlliyi ondadır ki, bu sanballı monoqrafiyanın müəllifi həm də uzun müddət Heydər Əliyev məktəbinin, fəaliyyətinin, idarəetməsi və aurasının ətrafında, əhatəsində  olmuş və Heydər Əliyev  akademiyasının meyarlarından bəhrələnmişdir.  Bu mükafat və tale qismətinin özəlliyi müəllifə şəksiz üstünlüklər verir ki, bu da əsərin yazılmasını maraqlı və fundamental etməklə yanaşı, monoqrafiyanı daha da oxunaqlı və canlı edir. Başqa formada desək, əsərin hansı bölümü, fəsil və altbaşlıqları ilə təməsda olursan ol, aydın şəkildə hiss olunur ki, müəllif əsərin yazılmasını qarşısına məqsəd qoyarkən onun yalnız siyasi, fəlsəfi, ideoloji və tarixi tərəflərini deyil, həm də mənəvi, milli, insani, ruhi tərəflərini qabartmağı, göstərməyi  əsas məqsəd kimi qarşıya qoymuş və şübhəsiz buna nail olmuşdur.  Bu onunla bağlıdır ki, böyük şəxsiyyətlər, liderlər, sərkərdələr yalnız tarixin yaratdığı dahilər, “apollonlar”,  memarlar deyillər, onların da hissləri, duyğuları, sevgiləri vardır. Ona görə də müəllifin  yazdığı bu əsəri yalnız iki dövlətin uğurlu dostluğu və qardaşlığı, yaxud siyasət və ideologiya kontekstində mənalandırmaq  deyil, həm də insanların, xalq və millətlərin taleyinə hopmuş həyat hekayəsi kimi oxumaq fikirmizcə, daha doğru olardı.  Başqa sözlə desək, əsərlə tanışlıq zamanı  həm müəllifin taleyində, həm də monoqrafiyanın bütövlükdə məzmununda  bilavasitə, Ulu Öndər Heydər Əliyev nəzərlərinin, məktəbinin, dühasının ziyası, nur və siyasi xəttinin hənirtisi  ən yüksək şəkildə hiss olunur. Bu baxımdan ictimai-siyasi mühitdə öz elmi imzası və fəaliyyətiylə tanınan, həmçinin  uzun illər xarici dövlətlərdə ölkəmizi yüksək səviyyədə Fövqəladə və Səlahiyyətli Səfir kimi təmsil edən, gənclik illərində Ulu Öndərin dövlətçilik təcrübəsindən, siyasi irsinin nəzəri və praktik əsaslarından  bəhrələnmək qisməti olan müəllifin  Heydər Əliyevin siyasi irsindən sanballı bir  əsər ortaya qoyması qətiyyən təsadüfi sayıla bilməz – Heydər Əliyev məktəbi əbədi bir xəzinədir və müəllif də buradan öz biliyi, səriştəsi, qisməti qədər bəhrələnmişdir. Bu da əsərin digər bir uğurudur.   

Məhz bu səbəbdən də, azərbaycançılıq fəlsəfəsi və  Azərbaycan-Türkiyə münasibətlərində Ulu öndər Heydər Əliyev  məktəbinin elmi-fəlsəfi əsaslarından müəllifin bəhs etməsi  elmi mühit üçün həm bir stimul, həm də bir yenilik olmaqla əsərin  fundamentallığını daha da artırmış olur. Monoqrafiya XX əsrin siyasi nəhənglərindən biri olan, Azərbaycan dövlətçilik tarixində misilsiz xidmətlər ilə tariximizin yeni mehvərini qoyan, onu dünyada demokratik, bəşəri əsaslarla  tanıdan Ulu Öndərin siyasi irsi kontekstində Azərbaycan - Türkiyə münasibətlərinin, birliyinin, “Bir millət iki dövlət” formulunun müasir dinamikası, inkişaf perspektivləri və regionda yaratdığı strateji təhlükəsizlik məsələlərinə həsr olunmuşdur.  Müəllifin elmi mühit və geniş oxucu kütləsinin diqqətinə təqdim etdiyi əsərdə ilk əvvəl nəzəri olaraq siyasi irsin elmi-fəlsəfi mahiyyəti, onun tarixi rolu, xalqın, dövlətin, cəmiyyətin həyatında oynadığı  əhəmiyyətin vacibliyini çox ətraflı təqdim edir. Müstəqilliyimizin ilk illərində baş verən çətinliklərdən, həmin dövrdə yaranan müxtəlif ziddiyyətlərdən qurtulmaqda Heydər Əliyev dühasının böyüklüyünə, miqyasına vurğu edərək müəlllif liderin siyasi təcrübəsinin əvəzsizliyindən, dövlətçilik təcrübəsinin zənginliyindən, tarixdə xalqların taleyində liderlərin, rəhbər və sərkərdələrin oynadığı vacib əhəmiyyətdən bəhs edərək əsərin girişində fundamental bir tezisi qeyd edir:  

“Tarix sübut edir ki, siyasi irs əsasən xalqların yetişdirib tarix səhnəsinə çıxardığı rəhbərlərin, sərkərdələrin, görkəmli şəxsiyyətlərin geniş miqyaslı ictimai-siyasi fəaliyyəti ilə formalaşır.  Bu siyasi liderlərin şəxsi məziyyətləri, milli-mənəvi keyfiyyətləri fonunda milli iradə formalaşır, milli inkişaf yolu  müəyyənləşir, milli dövlətçilik bərqərar olur, beləliklə də zəngin və əbədi milli irs yaranır. Yəni xalqın önündə gedən siyasi liderin, onun inandığı güvəndiyi rəhbərin, xalqın varlığı  və müqəddəratı üçün məsuliyyət daşıyan sərkərdənin şəxsi keyfiyyətləri həm də, dövlətlərin, xalqların taleyini müəyyənləşdirən vacib amildir”.

Bu vacib tezislə müəllif təsdiq edir ki, xalqın, cəmiyyətin, dövlətin siyasi irsi yalnız öz-özünə tarixi axın və ya sadə bir düzxətli  inkişafla deyil, məhz burada şəxsiyyətin bilavasitə, dinamik fəaliyyəti, xarizması milli ideya kontekstində fundamental strategiyası nəticəsində yaranır. Müəllif  tarixi ekskursun və tarixi prosesdə şəxsiyyət amilinin  zəruriliyini  əsərin birinci fəslində   akademik İsa Həbibbəyliyə istinadan belə bir fikri  müdafiə edir. “Sovet hakimiyyəti dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik siyasətinə görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyini əldə etmiş postsovet ölkələri ilə müqayisədə bir neçə addım irəlidə olmuşdur”.  Müəllif  həmçinin əsərin birinci fəslində məntiqi olaraq Heydər Əliyev siyasi irsinin elmi-fəlsəfi mahiyyəti, o cümlədən, Azərbaycançılıq ideyası və ideologiyası, Ulu öndərin siyasi irsinin özəl xüsusiyyətləri, milli dövlətçilik və milli məfkurənin anlamı, mahiyyəti barədə ətraflı bəhs etmişdir. Eyni zamanda bu fəsildə Ulu öndərin Azərbaycana qayıdışı, onun böyük çətinliklərə baxmayaraq yenidən xalqın təkidiylə siyasi fəaliyyətə başlaması, dövlətçiliyi ən müxtəlif səviyyəli təhlükələrdən xilas etməsi, Heydər Əliyev fenomeninin Naxçıvan erası, onun xilaskarlıq missiyası haqqında  ətraflı bəhs olunmuşdur.  Müəllif əsərin ideyası və metodoloji qoyuluşundan çıxış edərək həmin dövrdə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının düşdüyü çətin böhrandan, iqtisadi-siyasi ziddiyyətlərdən çıxarılması səylərindən, bu istiqamətdə Türkiyə Cümhuriyyəti ilə əlaqə və münasibətlərinin qurulmasından, “Ümid körpüsü”nün təməllərinin nəzəri və praktiki əhəmiyyətindən bəhs etmişdir.  Əsərin birinci fəsli “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” adlanır. Müəllif məntiqi olaraq bu fəsildə elmi nəzəri araşdırmanın xüsusiyyətlərindən çıxış edərək Ulu öndərin siyasi irsinin özəllikləri, Azərbaycanın milli məkfurəsinin və milli dövlətçilik fəlsəfəsinin formalaşmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna əhəmiyyətindən, onun Azərbaycana qayıdışından, böyük siyasi xadimin siyasi irsinin substansiv və funksional aspektlərini araşdırmağı qarşıya məqsəd qoymuşdur. Əsərlə tanışlıq göstərir ki, Ulu öndərin Azərbaycana qayıdışının Naxçıvan mərhələsi Azərbaycanın suverenliyinin təmin edilməsi sahəsində onun xilaskar missiyasının həyata keçirilməsi həmin dövrdə Naxçıvan MR-in iqtisadi, siyasi böhrandan çıxarılması sahəsində Türkiyə ilə təmasların və gələcək strateji  əməkdaşlığı müəyyən olunması  yalnız Heydər Əliyev dühasına məxsus olan bir strategiya ola bilərdi.  Əsərin ikinci fəsli “Heydər Əliyevin siyasi irsi və qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlər” adlanır ki, bu fəsildə müəllif maraqlı, sanballı şəkildə  müasir gerçəklikləri araşdırma obyektinə çevirmişdir.  Ulu öndər Heydər Əliyevin “Bir millət - iki dövlət” konsepsiyasının tarixi-siyasi aspektinin Naxçıvan mərhələsini, onun Türkiyə Cümhuriyyətinə səfərlərini, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın nəzəri və təcrübi aspektlərini bu fəsildə izah edən müəllif  həmçinin,  burada Heydər Əliyevin “Bir millət iki dövlət” düsturunu – Azərbaycan-Türkiyə birliyinin strategiya və fəlsəfəsinin nəzəri aspektlərini oxucunun diqqətinə çatdırır, onun tarix baxımından fundamentallığını göstərir.

Əsəri maraqlı və oxunaqlı edən məziyyətlərdən biri budur ki, müəllifin qələmə aldığı bu fundamental monoqrafiya yalnız tədqiqat xarakteri daşımır, o həm də özündə elmi publisist və fəlsəfi xüsusiyyətləri ilə oxucunu heyrətləndirə bilir.  

Üçüncü fəsildə müəllif Ulu öndərin siyasi irsində dövlətçilik ənənələri və mədəniyyət fəlsəfəsini araşdırma obyektinə çevirir. Burada E.Mədətli özünün tarix bilgisindən çıxış edərək məhz tarixin fəlsəfəsinə fəlsəfi aspektdən yanaşaraq Ulu öndər Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət və varislik məsələsinin tarixi baxımdan əhəmiyyətini göstərir. Bu fəsildə həmçinin Heydər Əliyev və mədəniyyət siyasətində milli-mənəvi dəyərlər, İslam həmrəyliyi təcrübəsi və milli xüsusiyyətlər, Ulu öndərin irsində Azərbaycanın xalq mədəniyyətinə münasibətinin fəlsəfəsi, Dahi lider Heydər Əliyev şəxsiyyətinin miqyası və onun sərhədləri aşan cazibəsi araşdırma predmetinə çevrilərək oxuculara təqdim olunur. Məsələn, müəllif yazır: “Muxtar Respublikanın üzləşdiyi bütün subyektiv və obyektiv xarakterli çətinliklərə baxmayaraq Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi ilə elə ilk gündən müstəqil Azərbaycan dövlətçiliyinin quruculuğuna başlandı. O zaman üçün ən ümdə aparıcı vəzifə Muxtar Respublikanı işğalçı Ermənistanın getdikcə genişlənən təcavüzündən qorumaq idi.” Həqiqətən də, biz etiraf etməliyik ki, Azərbaycan dövlətçilik tarixində ötən əsrin 90-cı illərdəki qədər keşməkeşli bir zamanı təsəvvür etmək çətindir. Sonrakı tarixi təcrübə sübut etdi ki, 1991-1993-cü illərdə Heydər Əliyevin Naxçıvan MR-in Ali Məclisinə rəhbərliyi məhz Naxçıvanın o dövrdə qurtuluşuna çevrilmişdir. 

Heydər Əliyev siyasətinin miqyasını təbii ki, bir əsərlə ümumiləşdirmək¸ geniş auditoriyalara çatdırmaq mümkün deyildir. Təhsil, səhiyyə, sosial strategiya, sülh və təhlükəsizlik, ölkənin xaosdan çıxarılması, dayanıqlı və davamlı inkişaf kursuna yönəltmək bütün bunlar həmin dövr üçün elə də asan deyildi. Müəllif haqlı olaraq əsərdə qeyd edir: “dünya xalqlarının inkişaf və tərəqqisində təhsilin və elmin əvəzsiz rolunu vurğulayan Heydər Əliyev qeyd etdi ki, “bir şeyi bilmək lazımdır ki, əgər hər hansı bir xalq inkişaf etmək istəyirsə, o, gərək bəşər mədəniyyətinə, bəşər elminə yiyələnsin. Mən 20 il bundan öncə də, indi də çox arzusunda olmuşam ki, Azərbaycanlı balaları Türkiyədə, İranda, Rusiyada, Almaniyada, Ərəbistanda, İtaliyada, İngiltərədə, Amerikada, Fransada və hətta Hindistanda, Çində belə təhsil alsınlar. Çünki, öz içimizdə olan biliklər özümüzdədir və bunu heç kəs bizim əlimizdən ala bilməz. Ancaq dünyanın cürbəcür ölkələrindəki təhsil sistemlərindən istifadə edərək, böyük elmi nailiyyətlərə müvəffəq olaraq xalqı daha da irəliyə aparmaq olar.”

Müəllifin böyük sevgi və peşəkarlıqla qələmə aldığı əsəri maraqlı edən əsas xüsusiyyətlərdən biri də odur ki, monoqrafiya yalnız siyasi, ideoloji, fəlsəfi və s. xüsusiyyətlərin interpretasiyası ilə məhdudlaşmır. Burada müəllif   Ulu öndər Heydər Əliyevin bir növ milli identikliyə, dilimizə, dinimizə, mənəvi dəyərlərimizə ekstensial və ontoloji anlamda dərin münasibəti ilə üz-üzə qalır, canlı şəkildə elə bil ki, onunla danışır, onun daxili aləmi ilə təmasda olur, Dahi Liderin milli xüsusiyyətlərə, milli irsə, milli kimliyə nə qədər önəm verdiyinə əyani şahid olur. Müəllif Ulu öndərin canlı dialoquna istinad edərək yazır: “Heydər Əliyev incə mənayüklü yumora malik idi. Bəzən bu kinayə və məzəmmət qarışıq ifadə kimi səslənirdi, yeri gələndə bundan məharətlə istifadə edirdi, hətta rəsmi görüşlərdə də bəzən belə kinayəli yumordan istifadə edirdi. Ata sözlərindən, zərbi-məsəllərdən yerində istifadə edirdi, özünün işlətdiyi ifadələrin bir çoxu da ata sözünə, zərbi-məsələ çevrilirdi. Məsələn deyirdi: Öz ana dilində danışa bilməyən adam şikəstdir.”. Bu onu göstərirdi ki, Ulu öndər öz xalqını, ana dilini, milli dövlətçiliyini öz varlığından əziz tutur, onu vətəndaş mövcudluğunun mehvəri hesab edirdi.  

Sonda əziz intellektual oxuculara yalnız əsəri oxumalarını tövsiyə  edə bilərik. Bu zaman onlar Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsinin fundamentallığı, onun gələcəyə hesablanmış strategiyası ilə yanaşı,  oxucunun burada Ulu öndərin insani keyfiyyətlərinin, bəşəri xüsusiyyətlərinin, həssas qəlbinin bilavasitə sadəliyi və son dərəcə nəhəngliyi ilə rastlaşacaqlarına və heyrətlənəcəklərinə əminliklə söz verə bilərik. Ona görə də bir daha əminliklə qeyd edə bilərik: dahilər ölmürlər onlar yalnız bu dünyanı fiziki anlamda tərk edirlər, onların yaratdıqları dəyərlər, təsisatlar, dünya irsinə verdikləri xəzinələr daima insanlığa, dünyada sülh və əmin-amanlığın, humanizm və vəhdətin yaranmasını şərtləndirərək bəşəri irsə xidmət edir.   Bu baxımdan Azərbaycan - Türkiyə əlaqələri də Ulu Öndərin qeyd etdiyi kimi “Bir millət iki dövlət” olaraq,   həmişə sevincləri də, kədərləri də, xoş günləri də bir olacaqdır.  Tarixi tendensiya göstərir ki, onların bu münasibəti nəinki region xalqları üçün, eyni zamanda sülh və həmrəyliyi dəstəkləyən dünya ölkələri üçün  bir örnək və paradiqma kimi daima nümunə olacaq, xalqlar, dövlətlər, cəmiyyət və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq akademiyası kimi öyrəniləcəkdir. 

Hazırda heç kəsə sir deyil ki, Cənubi Qafqazda yeni bir reallıq yaranmışdır və bu reallığın yaranması əslində yeni əməkdaşlıqlar və sülhün əldə edilməsi üçün yeni imkanlar yaratmışdır. Bu işdə Türkiyə-Azərbaycan birliyi və əməkdaşlığı regional sülh üçün əvəzsiz bir bəşəri nümunədir. Ali Baş Komandan Prezident İlham Əliyevin qeyd etdiyi kimi  “...Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik”.

Şölət Zeynalov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun,
“Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin 
aparıcı elmi işçisi, f.ü.f.d, dosent.

Oxşar xəbərlər
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
13:41, Bu gün
Bu giləmeyvənin suyu orqanizmi 17 növ xərçəngdən qoruyur
13:36, Bu gün
Qələbəyə aparan yeganə yol – 27 sentyabr 
13:30, Bu gün
"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi
13:25, Bu gün
21 yaşlı qız faciəli şəkildə öldü: Toyu olacaqdı
13:20, Bu gün
“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 
13:14, Bu gün
“Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarıldı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
13:03, Bu gün
Hikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım etdi - VİDEO
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
"Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir"
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
GÜNLÜK
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib