Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
Elm və Təhsil
4753
07 May 2024 | 17:10

Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi

Moderator.az xəbər verir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti  nəticəsində Azərbaycan Elminin gələcəyi naminə respublikamızda olmayan ixtisaslar üzrə keçmiş SSRİ respublikalarının (xüsusi ilə Rusiya, Ukrayna, Moldova və s.)  qabaqcıl elm və tədris müəssisələrində təşkil edilmiş məqsədli aspirantura və doktoranturalarda təhsil alaraq elmlər namizədi, elmlər doktoru elmi dərəcə və diplomları ilə Azərbaycana qayıdan çoxsaylı alimlər sırasında olan, Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, Qazaxstan Respublikasında Çin və Qazaxstan şirkətləri tətəfindən təşkil edilən “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru Rahim Abas oğlu Daşdiyevin rəhbərliyi altında 2012-2023-cü illər ərzində aparılan tədqiqat nəticəsində bir qrup Azərbaycan, Çin (“Sinopek” şirkəti) və Qazaxstanın alim və qabaqcıl mütəxəssislərinin iştirakı ilə nəzəri və  tətbiqi nanokolloid kimyası bazasında digər mühüm elmi yeniliklərlə yanaşı çətin parçalanan su-neft emulsiyaları və çətin parçalanan su-neft suspenziyalarında nanodispers vəziyyətdə olan su üçün maddənin yeni kristallik-maye hibrid aqreqat halı ilə bağlı elmi kəşf Almaniyada Avropa Təbiət Elmləri Akademiyasının kəşflər üzrə Beynəlxalq Ekspertiza Şurasının 05.10.2023-cü il tarixli qərarı ilə qeydiyyatdan keçmişdir.
 
Bu elmi kəşflə bağlı ATEA prezidenti tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə rəsmi məlumat ünvanlandırılmışdır. Həmin elmi eəşf üzrə məqalə Amerikada dərc edilmişdir. Professor Rahim Daşdiyevin həm də Quran ayələri üzrə 2 elmi kəşf müəllifi olaraq, verdiyi açıqlamalara görə Özünün “Ol” qanunu və Qeyb Elmi ilə bütün kainata və onun tərkib hissələrinə xüsusi nizam və tarazlıq verən Allah bütün sulardan fərqli olaraq, Zəm-Zəm suyuna  maye-kristal və kristallik-maye (elmdə ilk dəfə olaraq R.A.Daşdiyev və başqaları tərəfindən diqqətə gətirilmişdir) hibrid aqreqat hallarının temperaturdan asılı olaraq müəyyən nisbətdə qarışığından ibarət xüsusi keyfiyyət zənginliyi vermişdir.
 
Müəllifə görə suyun donma temperaturuna yaxın qiymətlərdə maye-kristal və kristallik-maye hibrid aqreqat hallarında kütlə nisbətində kristallik-maye hibrid aqreqat halı dominantlıq təşkil edir. Məhz bu səbəbdən dünya səviyyəsində tanınmış yapon alimi Masaru Emoto tərəfindən ilk dəfə olaraq, Zəm-Zəm suyu üçün bütün digər sulardan fərqli özünəməxsusluğa, simmetriyaya və gözəlliyə malik kristal görüntüləri aşkar edilmişdir. Məlumatın başlanğıcında bu görüntülərdən 2-si nümayiş etdirilmişdir.
 
Professor Masaru Emoto tədqiqat nəticələrinə görə su maddəsi, xüsusi ilə Zəm-Zəm suyu yaddaş qabiliyyətinə malikdir. Səbəbi isə professor R.A.Daşdiyev həmmüəllifi olduğu Elmi Kəşfə əsaslanaraq, hidrogen rabitəsi baxımından maksimal zəngin olmaqla yanaşı, zəngin nanoheterogen quruluşa malik suyun kristallik-maye hibrid aqreqat halı ilə əlaqələndirir. Professor  Masaru Emoto suyun xüsusi ilə Zəm-Zəm suyunun kənar pozitiv təsirlərə və xüsusi ilə Quran oxunması və azan səslərinə yüksək həssaslığı da (bu variantlarda Professor  Masaru Emotonun aşkar etdiyi su kristalları daha da gözəl olması ilə seçilir) professor R.A.Daşdiyevə görə məhz suyun  kristallik-maye hibrid aqreqat halı ilə əlaqələndirilə bilər və onun fikrincə təbii ki, bu ilkin məlumatdır və daha geniş məlumatlar isə prioritet istiqamətin aparıcı dünya alimləri tərəfindən gələcək tədqiqat nəticələri əsasında verilə bilər. Professor R.A.Daşdiyevin fikrincə maye kristalların, elmə, texnologiyalara, məişətə geniş tətbiq edildiyi müasir erada  kristallik-maye hibrid aqreqat halının da çoxsahəli maraqlara səbəb olması mümkündür.
 
 
Link kopyalandı!
Son xəbərlər