Azərbaycanda Lullubi, Kuti və digər sülalələrin hakimiyyəti...- Akif Nağıdan tariximizə fərqli baxış...
Oxunub: 3178
04 Mar 2024 | 16:37
Azərbaycanda Lullubi, Kuti və digər sülalələrin hakimiyyəti...- Akif Nağıdan tariximizə fərqli baxış...
Türklərin hökmranlığı davam edirdi ...
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Azərbaycan tarixi AKİF NAĞININ təqdimatında... -IV mövzu
 
Azərbaycanda Lullubi, Kuti və digər sülalələrin hakimiyyəti...
 
Azərbaycan dövlətində Aratta və ya Sukuşsirannalılar sülaləsinin süqutundan sonra hakimiyyətə Lullubilər sülaləsi gəldi. Mənbələrdə bu sülalənin hakimiyyətinin e.ə. XXIII əsrin ikinci yarısı ilə bağlı dövrünə dair məlumat qalıb. Arattalıların vaxtında olduğu kimi, bu sülalənin də dövründə ölkənin mərkəzi əyalətini Urmiya gölünün cənub sahillərindəki ərazi təşkil edirdi. Tarixi ədəbiyyatda işlədilən “Lullubi dövləti” ifadəsi yanlışdır, məsələnin mahiyyəti Azərbaycan dövlətində yeni, Lullubilər sülaləsinin hakimiyyətə gəlməsindən ibarətdir. Məsələ Arattalılar sülaləsinin rəhbərliyi ilə Azərbaycan dövlətinin əsasının qoyulması və sonradan beş min il ərzində bu dövlətdə sülalələrin bir-birini əvəz etməsi şəklində qoyulmalıdır.
 
Lullubi soyu haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində məlumat verilib. Bu adı hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində “düşmən”, “yad” mənalarını verdiyi bildirilib. Lullubi forması akkad dilində işlədilib, “bi” şəkilçisinin elam dilində cəmi göstərdiyi qeyd olunub. Lakin “bi” şəkilçisinin türk-şumer mənşəli olduğu daha doğrudur [5, s.174-175]. Digər versiyaya görə, lulu forması lu-“adam”, lulu-“adamlar” mənası ilə izah edilir. Lulu sözünün şumer-türk mənşəli olması daha məntiqlidir. Türk dillərindəki el, ulu, ulus sözləri “Lulu” ifadəsi ilə əlaqəli olmuşdur. Lulluların başqa dilə, etnosa yaxınlığı ilə bağlı hər hansı bir fakt yoxdur. Olan faktlar onların türkmənşəli olduğunu göstərir [5, s.178-180].
 
Arattalıların dövründə dövlətin ərazisi Urmiya gölünün cənubundan indiki Zəncana qədər, Lullubilərin zamanında isə Urmiya gölünün cənubundan indiki Süleymaniyə şəhərinə (Kərkük yaxınlığına) qədər əraziləri əhatə edirdi [17]. Lullubi mədəniyyət nümunələri bir çox yerlərdə tapılıb. Bağdadla Həmədan arasında Sarıpul deyilən yerdə aşkar edilən abidədə Lullubi sülaləsindən hökmdar Anubanini əks olunub, o, qalib görünüşü ilə ayağını əsirin üzərinə qoyub. Lullubilər dövrünə aid digər abidələr indiki İranın Persepol və Suz şəhərləri arasındakı ərazilərdə də tapılıb. Bu abidələrdə Şumer mədəniyyətinin təsiri hiss olunur [14]. Bu mənbələr həm dövlətin qələbələrindən, həm də əhatə etdiyi ərazilərdən xəbər verir. Lullubi sülaləsinin dövründə də Azərbaycanda lullubilərlə yanaşı, turukki, su, həmçinin ikiçayarasından vətənə qayıtmış şumer soyları birlikdə yaşayır, əhalinin əsas hissəsini təşkil edirdilər.
 
Lullubi sülaləsindən tarixdə adı çəkilən ilk hökmdar Satuni (e.ə. 2230-2200) olub. Satuni e.ə. 2220-ci illərdə Akkad dövlətinə qarşı hərbi yürüşlərə başladı, onların hökmdarı Naram-Suenlə fasiləsiz savaşlara girdi. Akkad hökmdarı Naram-Suen Urmiya gölü tərəfdən gələn bu “amansız düşmənlərə” qarşı çox çətinliklə mübarizə apardığını etiraf edirdi. Lakin sonda Satuni məğlub oldu və geri çəkilməli oldu, akkadlar müstəqilliklərini qoruyub saxlaya bildilər [12, s.120]. Sülalənin növbəti nümayəndəsi İmmaşqun (e.ə. 2200-2170) yerli hakimlərin hamısını birləşdirir və mərkəzi hakimiyyəti möhkəmləndirir. Yerli hakimləri öz hakimiyyəti altında birləşdirdiyinə, mərkəzdənqaçma meyllərini aradan qaldırdığına görə “padşahlar padşahı” adlandırılırdı [6, s.336].
 
Anubanini (e.ə. 2170-2150) hakimiyyətə gəldikdən sonra dövlətin qüdrəti bir qədər də artdı, yeni ərazilər ələ keçirildi, o cümlədən dövlətin əraziləri cənubda indiki Fars (Kəngər) körfəzinə qədər uzandı [2, s.67-68]. Anibanini siyasi və hərbi nailiyyətlərini, o dövrdə Şumer və Akkad ənənələrinə uyğun olaraq, daş plitələr üzərində həkk etdirirdi. Yuxarıda qeyd etdiyimiz kimi, belə abidələrdən biri indiki İranın Zöhab şəhəri yaxınlığında Sarıpul deyilən yerdə aşkar edilib. Həmin daş sütunun üzərində qeyd olunub: “Anubanini, qüdrətli hökmdar, lullubili hökmdar öz təsvirimi və İştar ilahəsinin təsvirini Batır dağında qoydurdum” [1]. Bu abidə Anubaninin həm qüdrətini, həm də nəzarət etdiyi əraziləri göstərir.
 
Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Lullubilər hakimiyyətdən getdikdən sonra da siyasi və hərbi amil kimi uzun müddət tarix səhnəsində qaldı, onlar e.ə. II minillikdə Assuriya mənbələrində “Lullubi ölkəsi”, “Lullubilər” və digər formalarda yad edilir [7, s.13, 14].
 
E.ə. III minillikdə Urmiya gölünün qərb və cənub-qərb sahillərindən Zaqros dağlarına qədər ərazilərdə qədim Azərbaycan soyları, kutilər (qutilər) hərbi-siyasi gücə çevrilirdi. “Kuti” sözü mixi yazılarında çox vaxt “ku” şəklində qeyd olunur, bu isə türk dilində “ağbəniz”, “ağımtıl” mənasını verir, “ti” isə cəm şəkilçisidir [2, s.82]. Bu ərazilərdə Lullubilər sülaləsinin hakimiyyəti nominal xarakter daşıyırdı. Lullubi hakimiyyəti kutilərin nisbi müstəqilliyi ilə hesablaşırdı, onlar çox vaxt əsas düşmənə, Akkad dövlətinə qarşı birlikdə, yaxud ayrı-ayrılıqda çıxış edir, döyüşürdülər. Məsələn, Akkad hökmdarı Naram-Suen təxminən e.ə. 2236-2201-ci illərdə hakimiyyətdə olub. Həmin vaxt Azərbaycan dövlətinə Lullubilərdən Satuni (e.ə. 2230-2200) rəhbərlik edirdi, kutilərin isə rəhbəri Erridupizir (Enridavazir də deyilir) (e.ə. 2225-2205) idi. Onların hər ikisi Naram-Suenə qarşı vuruşmuş, lakin qələbə əldə edə bilməmmişdilər. Naram-Suen daha çox kutilərdən də şikayət edir, onlara qarşı göndərdiyi qoşunların məhv edildiyini, “bir nəfərin də geri sağ qayıtmadığını” bildirirdi. Azərbaycanın qatı düşməni yalnız e.ə. 2201-ci ildə kutilər tərəfindən döyüşdə öldürüldü. Bu vaxt kutilərə İmta rəhbərlik edirdi [10; 7, s.9-11].
 
Kutilər bu dövrdə Akkadlara qarşı daha fəal idilər. Onlar həm düşmənin hücumlarının qarşısını alır, həm də əkshücumlar təşkil edirdilər. Bu hücumlar kuti rəhbəri Sarlaq, Jarlaqaş və digərlərinin dövründə davam etdirilirdi, nəhayət Elulumeş (e.ə. 2177-2171) e.ə. 2175-ci ildə akkadlar üzərində tam qələbə qazandı və İkiçayarasında hakimiyyətini qurdu. Kutilərin İkiçayarasında hakimiyyəti təxminən100 il davam etdi [15]. Onlar paytaxt olaraq qədim Azərbaycan torpağında Arrapha (indiki Kərkük) şəhərini seçdilər. Lullubilərin nümayəndəsi qüdrətli Anubanini e.ə. 2150-ci ildə vəfat etdikdən sonra kutilər sülaləsi İkiçayarası da daxil Azərbaycan dövlətində hakimiyyətə gəldi. Kutilər Akkad dövlətini məğlub etməklə qonşu və qohum Şumerlərin də intiqamını aldılar.
 
Burada ən vacib məqam qeyd olunmalıdır. Anibanini vəfat etdikdən sonra (e.ə. 2150-ci il) lullubi sülaləsindən başqa bir nümayəndənin adı çəkilmir. Soy olaraq e.ə. II-I minilliklərdə lullubilər yad olunur, onların hərbi-siyasi proseslərdə rolu qeyd edilir. Amma hakimiyyətdə təmsil olunmaları ilə bağlı fakta rast gəlinmir. Hakimiyyət Kutilər (qutilər) sülaləsinin simasında təmsil olunur. Bir çox kitablarda məsələnin “dolaşıq” olduğu bildirilir, lakin dolaşıqlığa aydınlıq gətirilmir, hər kəs eyni formatda dolaşıq, qarışıq informasiyaları verməkdə davam edir. İlk baxışda görünən dolaşıqlıq ondan ibarətdir ki, Lullubilərin hakimiyyətini Urmiya gölünün cənubuna, Kutilərin hakimiyyətini isə həmin gölün cənub-qərbi və qərbinə aid edirlər. Bu anlaşılmazlıq mixi yazıların ya düzgün oxunmaması, ya da təhrif olunmasından irəli gəlib. Əslində deyilən torpaqlar eyni və yaxud çox yaxın ərazilər idi. Azərbaycan dövlətçiliyinin təməli də bu vahid ərazidə qoyuldu, Arattalılardan sonra dövlətə əvvəlcə Lullubilər, sonra isə Kutilər rəhbərlik etdi. Digər tərəfdən, çox vaxt belə bir ifadə işlədilir ki, “e.ə. II minillikdə Lullubi dövləti parçalandı, “çoxlu lullubi hökmdarları” meydana çıxdı”. Əslində “Lullubi dövləti”nin parçalanmasından deyil, Azərbaycan dövlətində lullubiləri kutilərin əvəz etməsindən, yalnız kutilərin zəifləməsindən sonra parçalanma, xırda yerli hakimiyyətlərin yaranmasından bəhs edilməlidir. Bir daha qeyd edirik ki, iki ayrı-ayrı dövlət deyil, iki sülalənin bir-birini əvəz etdiyi vahid Azərbaycan dövləti mövcud olmuşdur.
 
Kuti hökmdarı Erridupizirin dövrünə (e.ə. 2225-2205) aid məlumatlarda Urmiya gölü hövzəsində “70 hökmdar”ın olmasından, onların ittifaq yaratmasından danışılır [8]. Bu məlumatı verən akkad mənbələri öz dövlətlərinə qarşı böyük qüvvələrin dayandığını diqqətə çatdırmaq məqsədi ilə təhrifə yol verirlər. Həmin vaxt 70 hökmdardan yox, vahid Azərbaycan dövlətindən danışıla bilərdi. Həmin akkad mənbələrində başqa bir maraqlı məqam da diqqəti cəlb edir. Orada Urmiya gölü ətrafındakı etnoslar Ummanmanda- “Manda ordusu” adlandırılır [8]. “Manda” sözü həmin vaxtdan min il sonra tariximizdə yer alan “Manna” adının ilkin işlənmə forması kimi qəbul oluna bilər.
 
Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olundular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında İkiçayarasında qiyam baş verdi və kutilərin İkiçayarasında hakimiyyətinə təxminən 100 il sonra, e. ə. 2104-cü ildə son qoyuldu [11]. 
 
E.ə. III minilliyin sonlarında Kutilər sülaləsinin məğlubiyyətindən sonra digər Azərbaycan soylarından kas (kassi), su, turukkilər hərbi-siyasi proseslərdə daha fəal iştirak edirlər, qismən lullubi, kutilərin də rolu mənbələrdə qeyd olunur. Bu soylar e.ə. II minillik ərzində hərdən güclənmiş, hərdən zəifləmişlər, lakin qonşu dövlətlərin Azərbaycanı zəbt etməsinə imkan verməmişlər. Şumerlərin süqutundan sonra onların əraziləri-İkiçayarasının (Mesopotamiyanın) cənubu Akkad dövlətinin nəzarətinə keçmişdi. Onlar əvvəlcə İkiçayarasının mərkəzi və şimalında yerləşirdilər, Şumerləri məğlub etdikdən sonra, demək olar ki, bütün İkiçayarasına nəzarət edirdilər. Kutiləri devirdikdən sonra akkadların hakimiyyəti uzun çəkmədi, e.ə. III minilliyin son illərində cənub-şərq qonşuları elamlılar tərəfindən onların dövlət kimi mövcudluğuna son qoyuldu. Elam dövləti (indiki İranın Xuzistan və Luristan bölgələrində mövcud olub, mərkəzi Suz şəhəri idi) uzun müddət əraziyə nəzarət edə bilmədi. E.ə. II minilliyin əvvəllərində İkiçayarasının şimal hissəsi assurların, mərkəzi və cənubu isə babillərin nəzarətinə keçdi, onların hər ikisi sami nəslindən idi.
 
Azərbaycan sülalələri bu illərdə məhz Assur və Babil dövlətləri ilə mübarizə aparır, onların müdaxilələrinə imkan vermirdi. Müəyyən dövrlərdə isə Azərbaycan soyları hər iki dövlətə qarşı əkshücumlara cəhd edirdi. Bu mənada kaslar daha fəal idi. Onlar Babili tutmağa cəhd edirdilər. E.ə. XVIII əsrdən başlayaraq bir neçə dəfə belə təşəbbüs edilmişdi. Həmin vaxt Babildə məşhur hökmdarları Hammurapi (e.ə. 1792-1750) hakimiyyətdə idi [4]. Həmin vaxt və ondan sonrakı dövrdə kaslar Babilin müqavimətini qıra bilmədi. Yalnız e.ə. 1595-ci ildə buna nail oldular. Azərbaycan kas sülaləsi Babildə hakimiyyətə gəldi və e.ə. 1155-ci ilə qədər, 500 ildən artıq dövr ərzində orada hökmran oldu. Kasların Babildə hakimiyyəti ələ almış ilk nümayəndəsi II Aqum (e.ə. 1595-1571) özünü “Kassilərin (kasların), Akkadların, Babillərin, Kutilərin hökmdarı” adlandırırdı [9, s.104]. Kas soyunun nümayəndəsinin bu təşəbbüsü kuti, kas kimi Azərbaycan sülalələrinin varislik əlaqələrini göstərirdi. Kasların Babildə hakimiyyətinə yenidən güclənən elamlılar son qoydular [5, s.73].
 
Lullubi, kuti, kassi soyları ilə eyni vaxtda regionda turukki, su soyları da fəal olmuşlar. Onlar bir müddət Urmiya gölü sahillərində lullubilərlə bir tayfa ittifaqında birləşmiş, birlikdə fəaliyyət göstərmişlər. Turukkilər Cənubi Azərbaycan ərazisində və Xəzərin cənub hissəsində yaşamışlar [2, s.67]. Kuti sülaləsinin hakimiyyətdən getməsindən sonra turukkilər daha çox Xəzər dənizinin cənubunda cəmləşdilər, özlərinin hərbi-siyasi birliklərini gücləndirdilər. Bir müddət sonra məhz həmin ərazidən Maday (Mada) sülaləsi yüksəldi.
 
Turukkilərin adı bizə Assur mixi yazılarında gəlib çatmışdır [3, s.40]. Su tayfaları əsasən Zaqros dağlarında və Urmiya gölünün cənubunda yaşamışlar. Onlar da həmişə lullubi və turukkilərlə ittifaqda olmuşlar [5, s.170].
 
E. ə. II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının müstəqil fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kuti və Lullubi sülalələrinin hakimiyyəti altında idilər. Onlar süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar [16]. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (e. ə. 1813-1783) turukkilərə qarşı hərbi yürüş təşkil etdi. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmədi. Turukkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukkilərin bir hissəsi Assurlarla sülh bağladı.
 
E.ə. II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda rəhbərlər təmsil edirdilər. Turukkilərin bir neçə, lullubilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövləti artıq parçalanmışdı, ayrı-ayrı xırda hökmdarların hakimiyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turukki, lullubi, kuti və başqa tayfaların ittifaqı mövcud idi [13, s.18-19]. E. ə. XIII əsrin sonlarında Assuriya hökmdarlarına aid mənbələrdə Azərbaycanın Kassi, Kuti, Lullubi, Subari, Mehri, Nairi ölkələrinin adları çəkilir [7, s. 12-14].
 
Beləliklə, e.ə. III minilliyin birinci yarısında əsasən Urmiya gölünün sahillərində, tarixi torpaqlarımızda ilk Azərbaycan dövlətinin təməli qoyuldu, dövləti ardıcıl olaraq Arattalı, Lullubi, Kuti sülalələri idarə etdi, təxminən min ilə qədər bir dövr ərzində vahid dövlət mövcudluğunu davam etdirdi, e.ə. III minilliyin sonu-II minilliyin əvvəllərində hakimiyyətin zəifləməsi nəticəsində mərkəzdənqaçma meylləri gücləndi, Azərbaycan ərazisində xırda hərbi-siyasi birliklər yarandı...
 
Ədəbiyyat:
 
1. Azərbaycan dövlətçilik tarixində qədim dövlətlər.- anl.az/down/meqale/ses/2012/iyul/ ses19/html.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Cəlilov F. Azər xalqı, II nəşri. Bakı, “Ağrıdağ”, 2000.
4. Əlizadə A. Qədim Babil: tarix, mədəniyyət, elm və astrologiya.- alizadeh.narod.ru/ meqaleler/10.html.
5. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
6. Kazımov Q. Seçilmiş əsərləri, I cild. Bakı, “Nurlan”, 2008.
7. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı, “Təhsil”, 2006.
8. Ömərov V. Azərbaycan dövlətçilik tarixində qədim dövlətlər.- “Səs” qəzeti, 2012, 12 iyul, s. 14.
9. Yusifov Y.B. “Qədim Şərq tarixi”. Bakı, “Bakı Universiteti”, 1993.
10. ABC19 (Weidner Chronicle)/- livius.org/sonrses/content/mesopotamian- chronicles-content/abc-19-weidner-chronicle/, sətir 54-57.
11. Алимирзоев А. Н. Из политической истории кутиев.- Вестник Дагестанского государственного университета. Серия 2. Гуманитарные науки, 2019, т. 39, вып. 1, s.14.
12. Боттеро Ж и др. Ранние цивилизации Ближнего Востока. История возникновения и развития древнейших государств на земле (Перевод с англ. А.Б.Давыдовой, С.В.Иванова, Москва, ЗАО Центрполиграф, 2016.
13. История Азербайджана (с древнейших времен до первых десятилетий XXI века). Издательство “Bakı Universiteti”. Баку, 2016.
14. Леонидов А. Луллубейство-феномен древней истории.- knizhnyj-larek.ru/news/ aleksandr-leonidov-lullubejstvo-fenomen-drevney-istorii/.
15. Минков А. Эпоха кутиев.- murzim.ru/religija/23146-epoha-kutiev.html.
16. Часть v. Прототюрки в Азербайджане.- vk.com/wall-88752091_11306.
17. Юсифов Ю.Б. Топонимия Древнего Азербайджана в клинописных источниках. Москва, 2006.
 
Oxşar xəbərlər
01:53, Bu gün
“Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa...” - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR-ÖZƏL+FOTO
01:12, Bu gün
Ukrayna Rusiyanın BU ƏRAZİLƏRİNİ vurmaq istəyir - Siyahı ABŞ-a təqdim edildi
01:11, Bu gün
Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
00:02, Bu gün
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
31 Aug 2024 | 23:49
Amerikalı reper Fatman Skoop səhnədə huşunu itirərək dünyasını dəyişib
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:58
Sərhəddə miqrantlara atəş açacağıq - Polşa
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
31 Aug 2024 | 22:50
Ət dondurulduqdan sonra faydalı xüsusiyyətlərini itirir?
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
31 Aug 2024 | 22:18
Naxçıvanın ən yaşlı seçicisinin kimliyi məlum olub - FOTO
31 Aug 2024 | 22:10
Messencerdə bu funksiya ÇÖKDÜ - "Telegram" rəsmiləri SUSURLAR
31 Aug 2024 | 22:02
Aygün Kazımova “Dalğafest”i bağladı
31 Aug 2024 | 21:54
Duz xərçəngin dərmanı ola bilər
31 Aug 2024 | 21:46
Azərbaycanda müəllim özünü internet xəttinin dirəyindən asdı
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 21:40
İki günlük körpənin xəstəxanada naməlum ölümü
31 Aug 2024 | 21:32
“Seyran” illər sonra! - İlk fotolar
31 Aug 2024 | 21:24
Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot
31 Aug 2024 | 21:16
Çin təkərləri üzərində Ermənistan hərbi avtomobili... - FOTO
31 Aug 2024 | 21:08
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 21:00
Şahzadə 3 gün toy etdi
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
31 Aug 2024 | 20:42
Qlükoza və xolesterin səviyyəsini aşağı salan məhsul
31 Aug 2024 | 20:34
Rusiyaya zərbə endirilməsini dəstəkləyirik, lakin...
31 Aug 2024 | 20:28
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə...- FOTO
31 Aug 2024 | 20:26
Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 20:10
Zeytun yağı nə vaxt zərərlidir?
31 Aug 2024 | 20:02
“Qərbli həmkarlarımızın mükəmməl beyinləri var”
31 Aug 2024 | 19:54
"Neftçi" növbəti dəfə qalib gələ bilmədi
31 Aug 2024 | 19:48
“Azərbaycan Atabəyləri”ndə kim hansı obrazı canlandıracaq? - FOTOLAR
31 Aug 2024 | 19:40
Avtobusda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi - FOTO
31 Aug 2024 | 19:32
2 minlik noxud oğurlandı: saxlanılan var
31 Aug 2024 | 19:24
Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur
31 Aug 2024 | 19:16
"Mənim "evimin Allahı" həyat yoldaşımdır" - VİDEO
31 Aug 2024 | 19:08
Döymələrin bilmədiyiniz qaranlıq tərəfləri - ÖLÜMƏ SƏBƏB OLUR
31 Aug 2024 | 19:00
Ukrayna buna görə Kurska hücum etdi - Lavrov
31 Aug 2024 | 18:53
Bütün insanları enerji itkisinə aparan 15 AMİL
31 Aug 2024 | 18:44
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik
31 Aug 2024 | 18:36
“Bu halda Tramp Putini cəzalandıracaq...”
31 Aug 2024 | 18:29
Bakıda möhtəşəm tədbir - Yaxta ilə dəniz turu təşkil olunacaq
31 Aug 2024 | 18:21
Ermənistanda AES enerji sisteminə qoşulub
31 Aug 2024 | 18:13
Vaxtında yatmaq həqiqətən sağlamlığa yaxşı təsir edirmi? - Mütəxəssislər AÇIQLADI
31 Aug 2024 | 18:05
Kişilər niyə tez ölürlər?
31 Aug 2024 | 18:04
"Qarabağ"ın Avropa Liqasındakı rəqibinin bazar dəyəri DODAQ UÇUQLATDI - ŞOK MƏBLƏĞ
31 Aug 2024 | 17:57
MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər - FOTO
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 17:44
Ermənistanda vacib hadisə təxirə salındı: Üç il sülh müqaviləsi imzalanmayacaq? - ŞƏRH
31 Aug 2024 | 17:42
“Formula1” ölkəmizə turist cəlb edə biləcəkmi? -Ekspert Açıqladı
31 Aug 2024 | 17:36
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçə təmirə bağlanır
31 Aug 2024 | 17:28
Bütün insanları enerji itkisinə aparan 15 AMİL
31 Aug 2024 | 17:20
Döyüş başa çatdı: 3 bürc, nəhayət, nəfəs alıb rahatlaşa bilər
31 Aug 2024 | 17:12
UEFA Avropa Liqası: "Qarabağ" və rəqiblərinin heyətinin dəyəri - SİYAHI
31 Aug 2024 | 17:11
Tramp hakimiyyətə gələrsə Rusiya-Ukrayna xəttində nələr BAŞ VERƏCƏK...
31 Aug 2024 | 17:05
Ekoloji mədəniyyətsizlikdən xəbər verən davranış: "İnsan sənə elə cavab verir ki, dəhşətə gəlirsən" - FOTO
31 Aug 2024 | 16:58
Çörək bu tarixdən BAHALAŞA BİLƏR
31 Aug 2024 | 16:58
Paşinyan 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı nə dedi?..
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 16:45
"Oğlumu həbs etməyə gəlmisən, çünki o, LGBT... ” - İrlandiyada olay
31 Aug 2024 | 16:38
İndiki nəslin aqressiyasının səbəbi nədir? - AÇIQLAMA + FOTO
31 Aug 2024 | 16:29
Rüşvət almaqda ittiham olunan hakim qərardan kassasiya şikayəti verib - FOTO
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 16:15
Bakının bu ərazilərində su kəsiləcək - XƏBƏRDARLIQ
31 Aug 2024 | 16:07
Aygün Kazımova sevgidən danışdı - VİDEO
31 Aug 2024 | 15:59
Ayrıldıqdan sonra ilk dəfə oğlu ilə PAYLAŞIM ETDİ - VIDEO
31 Aug 2024 | 15:52
Bakıda maşın piyadanı VURDU
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 15:38
Teatr tariximizdə ilk: "İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
31 Aug 2024 | 15:36
Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi" - VİDEO
31 Aug 2024 | 15:28
Yaponiyalı animasiya rəssamı Asiya Nobel Mükafatının qalibi oldu
31 Aug 2024 | 15:25
Binəqədidə mənzildən meyit AŞKARLANDI
31 Aug 2024 | 15:20
Seçki günü “ASAN xidmət” işləməyəcək
31 Aug 2024 | 15:15
Bit dərmanından zəhərlənən uşaqlardan biri qonaq gəlibmiş - VİDEO
31 Aug 2024 | 15:08
Yeni DOST, reabilitasiya, peşə hazırlığı mərkəzləri yaradılacaq
31 Aug 2024 | 15:00
Ana və qızını öldürüb meyitləri parçaladı
31 Aug 2024 | 14:54
Paris-2024: İkinci sınağına çıxan paraüzgüçümüz Könül Süleymanova mübarizəni dayandırdı
31 Aug 2024 | 14:50
ŞOK! Azərbaycanda satılan məktəbli formaları xərçəng yaradır?
31 Aug 2024 | 14:43
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
31 Aug 2024 | 14:36
İrəvan Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırdır
31 Aug 2024 | 14:29
İlkin nəticələr səsvermə günü gecə açıqlanacaq - MSK sədri
31 Aug 2024 | 14:22
Evdə köməksiz qalan azyaşlılar xilas edildi
31 Aug 2024 | 14:15
Almaniyada soydaşımız medalla təltif olunub - FOTOLAR
31 Aug 2024 | 14:08
Seçki günü 2500-ə yaxın məntəqədə exit-poll keçiriləcək
31 Aug 2024 | 14:03
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...” 
31 Aug 2024 | 14:01
Xankəndidə yaşayan ermənilər necə səs verəcək? - MSK sədri açıqladı
31 Aug 2024 | 13:56
Sabiq nazir müavini vəfat etdi - FOTO
31 Aug 2024 | 13:50
Məzahir Pənahov seçicilərin sayını AÇIQLADI
31 Aug 2024 | 13:43
Tanınmış şairin səhhəti yenidən ağırlaşdı - FOTO
31 Aug 2024 | 13:38
Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum oldu
31 Aug 2024 | 13:32
Narkotik çəkən evakuator sürücüsü həbs olundu - FOTO
31 Aug 2024 | 13:26
Xankəndi, Xocavənd və Xocalı ərazisində silah-sursat tapıldı - FOTO
31 Aug 2024 | 13:13
"Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazıram" – Paşinyan
31 Aug 2024 | 13:06
"Seçkilərlə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, planlı həyata keçirilib" - MSK sədri
GÜNLÜK
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
31 Aug 2024 | 09:52
Güclü pul axını: Payızda varlanacaq üç BÜRCLƏR
31 Aug 2024 | 10:10
Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ
31 Aug 2024 | 08:35
Bu separatçı lider doğum gününü Bakıda qeyd etdi...- Yəqin, artıq Bəxtiyar oldu?..
31 Aug 2024 | 11:53
"Yaraşıqlı kişi görəndə ərimə göstərirdim" - Aktrisa ərini rüsvay etdi
31 Aug 2024 | 07:23
“F-16-ların Ukraynaya “yeganə xeyri” bundan ibarətdir ki...”
31 Aug 2024 | 14:03
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...” 
31 Aug 2024 | 07:40
“Kim güclüdürsə, şərtləri də o diktə edəcək”
31 Aug 2024 | 11:43
BDU-nun 5 rektoru, 100-dən çox müəllimi, 40-a yaxın tələbəsi repressiya qurbanı olub...
31 Aug 2024 | 10:48
Futbolda ŞOK: qapı aşıb qapıçını öldürdü - HADİSƏ ANI - VİDEO
HƏFTƏLİK
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
AYLIQ
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
31 Aug 2024 | 09:52
Güclü pul axını: Payızda varlanacaq üç BÜRCLƏR
31 Aug 2024 | 10:10
Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ
31 Aug 2024 | 08:35
Bu separatçı lider doğum gününü Bakıda qeyd etdi...- Yəqin, artıq Bəxtiyar oldu?..
31 Aug 2024 | 11:53
"Yaraşıqlı kişi görəndə ərimə göstərirdim" - Aktrisa ərini rüsvay etdi
31 Aug 2024 | 07:23
“F-16-ların Ukraynaya “yeganə xeyri” bundan ibarətdir ki...”
31 Aug 2024 | 14:03
"Ermənistan ordusu heç vaxt o yüksəklikləri geri qaytara bilməz...” 
31 Aug 2024 | 07:40
“Kim güclüdürsə, şərtləri də o diktə edəcək”
31 Aug 2024 | 11:43
BDU-nun 5 rektoru, 100-dən çox müəllimi, 40-a yaxın tələbəsi repressiya qurbanı olub...
31 Aug 2024 | 10:48
Futbolda ŞOK: qapı aşıb qapıçını öldürdü - HADİSƏ ANI - VİDEO