Magistraturaya qəbul imtahanından iki nəfər xaric edilib
Elm və Təhsil
1982
11 Feb 2024 | 15:10

Magistraturaya qəbul imtahanından iki nəfər xaric edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.
 
DİM-dən bildirilib ki, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub.
 
Hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər