Əsasən, orta və yaşlı nəsil insanlarda yaddaşdan şiklayətlənmələrə tez-tez rast gəlirik. Onlardan bəziləri, yaddaşlarının gəncliklərində daha güclü olduğunu xoş xatirə kimi xatırlayır, indi hallarından isə məmnun olmaqdıqlarını bildirirlər.
Alimlərin hər zaman möcüzə adlandırdıqları insan beyninin isə sirri, gizlinləri bitmir ki, bitmir. Məsələn, beynin unikallığını göstərən faktlardan biri də onun hafizə funksiyasının heç də deyildiyi kimi, yaşa dolduqca qətiyyən zəifləməməsidir.
Moderator.az insan beyini və yaddaşının bilinməyən tərəfləri ilə bağlı yazını təqdim edir:
Yaddaşın zəifləməsi yaşdan yox, konkret olaraq fərddən asılıdır. Qan dövranı tez-tez pozulan, oksigen çatışmazlığı yaşayan, psixoloji depressiyaya düşən adamlarda beyin hüceyrələri ölür və yerinə yenisi gəlmir. Amma hər yaşlıda bu təbii ki, baş vermir. Tərkibində qlükoza olan qan hüceyrələrini qoruyub saxlayan yaşlı avtomatik olaraq öz yaddaşını, hafizəsini də qoruyub saxlaya bilir.
Bütün insanlar gənclik cavanlıq yaşlarında baş verənləri daha yaxşı xatırlayır. Bunların hamısı qan dövranının o yaşda daha yaxşı və sağlam dövr etməsindən asılıdır.
Beynimizdə istədiyimiz hər bir cümlə, hər bir fikir təhlili fəaliyyət sayılır. Beyin işlədiyi zaman qüvvətlənir, çalışmayanda isə zəifləyir. Məntiqimizi nə qədər işlətsək bir o qədər qərar vermə gücümüz də artar. Yaddaş idmanla gücləndirilir (söhbət beyin idmanından gedir)
İnsana əziyyət verən düşüncələr əslində onun dərrakəsini daha da genişləndirir. Daha çox düşüncə, daha çox informasiya qəbul etmək və həmin informasiyanı analiz etmək deməkdir. Bundan əlavə düşüncə məşqləri yaddaşı da genişləndirir.
Yarımbaşlıqdan elə bilməyin ki, şeir yazıram, ya da kiməsə oçerk həsr edirəm. (onsuz da bunları bacarmıram). Burada yalnız beyindəki informasiyaların necə saxlandığını və onların insanı necə izlədiyindən danışacağıq.
Beyinin xatirələri necə saxladığını bu gün də tam olaraq açıqlanmayıb. Yaddaş insanın sirli qabiliyyətlərindən biridir. Bəzi elm adamlarına görə hafizənin hər bir parçası yüzlərlə, minlərlə hüceyrədən meydana gəlir. Bir-birinə nazik uclarla bağlı ilməklər var ki, bu ilməklərdə elektrik cərəyanı dövr etməkdədir. Digər elm adamlarına görə xatirə hüceyrəyə işləməkdə və ya kəndirdəki düyünlər kimi bir hüceyrələr zənciri təşkil etməkdədir. Elmi olaraq hiss etdiyimiz mənzərələrin 30-60 dəqiqə arası beynimizə qeyd olunmadan qaldığını qəti olaraq bilirik. Bu səbəbdən başından sərt bir zərbə alan insan, zərbədən 15-20 dəqiqə əvvəlini xatırlamaya bilir.
Orta hesabla bir insan ömrü boyunca beyninin 15 trilyon ayrı-ayrı xəbər aldığı hesablanmışdır. Yaddaşda saxlananların sayı , beyinin hüceyrə sayından qat-qat çoxdur. Aparılan bir təcrübədə beyinin yadda saxlama tutumunun bir katrilyon (milyon dəfə milyard) məlumat alacaq imkana malik olduğu hesablanmışdır. İnsanın zehni qabiliyyətinin 10-15 faizini istifadə etdiyi buna baxmayaraq yaddaşda trilyonlarla ayrı-ayrı xəbər saxlanıldığı düşünülsə, yaddaşımızın gücü və həcminin insan idrakından qat-qat artıq olduğu məlum olacaqdır.
İnsan beyini içində bir xardal dənəsi kiçikliyində bir yerə yerləşdirilən yaddaş mərkəzinə baxırıq. Görürük ki, belə böyük bir kitab ancaq kitabxana ilə müqayisə oluna bilər ki, bütün həyat macəraları ora yazılır.
Az qala hər gün eşitdiyimiz və dediyimiz sözlərdən biri də “beyinim yorulub”, “beyin yorğulluğu” keçirirəm kimi sözlərdir. İnsan beyini həssas olduğu qədər də dözümlü və uzunmüddət fəaliyyət göstərən bir mexanizmdir. Beyinin düşüncə, hafizə və şüur fəaliyyətlərini əhatə edən hissəsində 10-12 milyon hüceyrə vardır. Hər hüceyrə bir birinə elektrokimyəvi xəbər daşıyan incə uclarla bağlıdır. Düşüncə ilə hafizənin bu elektrik axımlarının yolçuluğu ilə çox yaxın əlaqəsi var. Alimlər və nevroloqlar “beyin yorğunluğu”, “zehin doluluğu” anlayışlarını qəbul etmirlər. Çünki bu heç mümkün də deyil. Zehni iş zamanı yalnız və yalnız insanın gözləri, boyun fəqərələri, kürəkləri və onurğası ağrıya və yorula bilər. Onların ümumi nasazlığı nəticəsində yaranan fiziki gərginliyi beyin yorğunluğu kimi anlayırıq. Amma beyin insan anadan olub ağlayan andan dünyasını dəyişib ağladan ana qədər heç vaxt fəaliyyətdən dayanmır və yorğunluq keçirmir. Burada təbii ki söhbət beynin özündən gedir. Amma onunla əlaqəli olan üzvlər gərgin fəaliyyətdən sonra fiziki travmalara məruz qalır ki, bu da beyinə istər-istəməz təsir edir.