Rusiyada IX sinif şagirdlərinin 60%-dən çoxu peşə təhsilini seçir.
Moderator.az xaricdə təhsil üzrə mütəxəssis Oruc Mustafayevə istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Tatyana Qolikovanın sözlərinə görə, “Ölkədə orta peşə təhsili sisteminin populyarlığı daim artır: 2023-cü ildə peşə təhsili proqramlarına daxil olan tələbələrin sayı 1,2 milyona çatıb və IX sinif şagirdlərindən 60 faizindən çoxu kolleclərdə təhsillərini davam etdirmək istədiklərini söyləyiblər”. Bununla yanaşı, universitetlər artıq abituriyent çatışmazlığı yaşayır və gələcəkdə ekspertlər hesab edirlər ki, ölkədə ali təhsilli insanların sayı azala bilər.
Tatyana Qolikova peşə təhsili məzunlarına əmək bazarında yüksək tələbatın olduğunu qeyd edib, kollec məzunlarının əmək bazarında məşğulluq səviyyəsi 80% - dən çoxdur.
Bu il 9-cu sinif məzunları arasında ən populyar ixtisaslar proqramlaşdırma (məzunların 22%-i bu profil ixtisaslarını seçib) və pedaqogika (həmçinin 22%) olub. Dronların idarə edilməsi üzrə təlimə tələbat da iki dəfə artıb (abituriyentlərin 5%-i). Hüquqşünaslığı IX sinif şagirdlərinin 8%-i, "Turizm və mehmanxana işini" isə abituriyentlərin 5%-i seçib.
2028-ci ilə qədər peşə təhsili sistemi, Rusiya prezidentinin tapşırığına uyğun olaraq, prioritet sahələrdə 1 milyondan çox gənc mütəxəssisin əmək bazarına çıxışını təmin edəcək.
Ekspertlər qeyd edirlər ki, tədricən 30:70 balansı qeydə alınacaq - rusların 30%- i ali təhsilə, 70% - i isə peşə təhsili və işçi peşələrinə sahib olacaqdır.