12:59
31°C
Bakı
Müraciətlərin qəbulu 2026-cı il iyulun 13-də saat 10:00-da başlayıb və iyulun 19-da saat 18:00-dək davam edəcək. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək "şəxsi kabinet" yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.
Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər", - deyə məlumatda qeyd edilib.