“Şəhidlər unudulmur” – İlham Əliyev 25 iyun Sərəncamı ilə bunu bir daha sübut etdi
Ekskluziv
1454
27 Jun 2026 | 21:36

“Şəhidlər unudulmur” – İlham Əliyev 25 iyun Sərəncamı ilə bunu bir daha sübut etdi

Şəhidliyin ən ali zirvə olduğu və bu zərvədə qərarlaşan şəxslərin heç vaxt unudulmadığı, xalqımız, dövlətimiz tərəfindən daim ehtiramla yad edildiyi hər kəs məlumdur. Bu da məlumdur ki, biz ərazi bütövlüyümüzə, suverenliyimizə, müstəqilliyimizə, təhlükəsizliyimizə görə ilk növbədə məhz şəhidlərə borcluyuq. Hansı ki, bu həqiqət Prezident İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirilib, ehtiramla vurğulanıb. Bu baxımdan Prezident İlham Əliyevin 25 iyun 2026-cı il tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Həmin Sərəncama görə dövlət başçısı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərini müxtəlif ordenlərlə təltif etdi ki, bu da dövlətimizin şəhidlərimizə olan sevgi və ehtiramının göstəricisidir. (https://president.az/az/articles/view/72843)

Prezidentin 25 iyun tarixli Sərəncamı sübut etdi ki, şəhidlər həqiqətən də unudulmur və onların əbədiyyətə qovuşmasının üzərindən aylar, illər ötsə də, onlar minnətdarlıq hissi ilə yad edilir, mükafatlandırılır, cəmiyyətə örnək kimi təqdim olunur. Şəhidlərimizə olan bu münasibət onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti ilə şəhidlər arasında son dərəcə güclü, qırılmaz mənəvi bağ mövcuddur. Bu bağ əbədiyyətə qovuşan şəhidlərin tarixi xidmətlərini daim xatırlatmaqla yanaşı, onların qəhrəmanlığının öyrənilməsi və təbliğini də sitimullaşdırır, gələcək nəsillərin keçmişdən ruhi-mənəvi güc almasını təmin edir. Bu mənada Prezident İlham Əliyevin 25 iyun tarixli Sərəncamı keçmişə ehtiram nümunəsi olmaqla yanaşı, həm də gələcəyə yönəlik nəcib və ibrətamiz bir addımdır.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər