Nəriman Həsənzadə yenidən xəstəxanaya yerləşdirildi: “Ümid edirik ki, yaxşı olar” - ÖZƏL
Ekskluziv
2441
26 Jun 2026 | 13:06

Nəriman Həsənzadə yenidən xəstəxanaya yerləşdirildi: “Ümid edirik ki, yaxşı olar” - ÖZƏL

“Nəriman müəllim müalicə almaq üçün xəstəxanaya yerləşdirilib. Hələ ki, yaradıcılıqla məşğul olub, makina arxasına oturub nəsə yaza bilmir. Ümid edirik, inşallah ki, tezliklə sağalar və yaradıcılığı ilə oxucularını sevindirər”.
 
Bunu Moderator.az-a açıqlamasında Xalq şairinin köməkçisi Arif Mehmandost bildirib.
 
O daha sonra əlavə edib:
 
“Nəriman müəllimin elə əvvəldən böyrəyi problemli olub. Anadangəlmə Nəriman müəllimdə bir böyrəkdir. O da bəzən çətin işləyir, sonradan düzəlib öz funksiyasına qayıdır. Dua edək ki, hər şey yaxşı olsun. Hazırda özünü normal hiss edir. Amma müalicəsi hələ ki, davam edəcək”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər