Məlum olduğu kimi, Fransa XİN-nin Fransa Milli Assambleyasının üzvlərinin ona ünvanladığı suallara cavabları 23 iyun tarixində adıçəkilən dövlətin parlamentinin rəsmi internet səhifəsində yayımlanıb. XİN-nin cavablarında “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” və s. kimi ifadələr yer alıb ki, bütün bu ifadələr Fransanın ölkəmizə qarşı qərəzli mövqedən imtina etmədiyini göstərir.

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, məlum bəyanatların meydana gəlmə səbəblərinə aydınlıq gətirib:
“Fransadakı erməni diasporu müharibə arzusundadır. Onlar Fransadakı siyasi korrupsiyadan istifadə edərək bu cür bəyanatların səslənməsinə nail olurlar.
Fransadakı erməni diasporuna Ermənistanın yeni faciələri lazımdır. Lazımdır ona görə ki, onlar bundan istifadə edərək yenidən pul toplaya, öz fəaliyyətlərini davam etdirə bilsinlər. Baş verənlərin mahiyyəti bundan ibarətdir”.
Seymur ƏLİYEV