“Rusiya Çinin vassalı deyil, amma müstəqil dövlət də deyil...”- MÜSAHİBƏ
2911
18 Jun 2026 | 11:21

“Rusiya Çinin vassalı deyil, amma müstəqil dövlət də deyil...”- MÜSAHİBƏ

“Rusiya heç vaxt Çinin iqtisadi və yaxud siyasi vassalına çevrilə bilməz. Əvvəla, buna ABŞ imkan verməz, digər tərəfdən, Rusiyanın Hərbi sənaye kompleksi o dərəcədə güclənib ki...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün növbəti söhbətimizdə Rusiya-Çin, ABŞ-Çin, ABŞ-Avropa münasibətləri ilə bağlı maraqlı məqamlara toxunduq.
 
-Tahir müəllim, bir neçə gün öncə Amerikalı analitiklərin nüfuzlu "The Hill" nəşri üçün "Putin bir imperiya istəyirdi - əvəzində Çinin vassalı oldu..." başlıqlı ətraflı icmalı(burada:) yayıldı.  Materialda analitiklərin “Rusiya iqtisadiyyatını və bütöv regionları sürətlə Pekinə təslim edir... Ukraynaya qarşı tammiqyaslı təcavüz Kremli strateji müstəqillikdən məhrum etdi və Ruyanı bir güllə də atmadan Pekinin iqtisadi vassalına çevirdi?.. Çin Uzaq Şərqdəki torpaqları sakitcə işğal etdi” kimi fikirlər ifadə edilir. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı. Rusiya doğrudanmı Çinin vassalıdır? 
 
-Bilirsiz, bəzən dünyada gedən proseslərə səthi yanaşdığımızdan hətta ayağımızın altında nə baş verdiyini də aydın dərk etmirik. Əvvəla, bu günə qədər  belə düşünürük ki, Rusiya  müstəqil bir dövlətdir və istədiyi siyasəti həyata keçirir. Həqiqət isə tamam başqadır. Odur ki, bir daha həqiqət bildiyim bəzi məqamları bir daha dəyərli oxucularınızın diqqətinə çatdırım...
 
Biz anlamalıyıq ki, Rusiyanın ilk prezidenti B.Yeltsini hakimiyyətə gətirən ABŞ-ın xüsusi orqanları oldu və faktiki olaraq SSRİ-dən qalmış iqtisadiyyatını dağıtmaqla yanaşı, bu və digər yüksək dövlət qulluqçularını elə ABŞ-ın xüsusi orqanları təyin edirdilər. Hətta Vladimir Putinə hakimiyyəti Yeltsindən ötürmə prosesini də onlar idarə ediblər və bu günə qədər Putinin ətrafında olan nazirlərin çoxunun övladları ABŞ-da və Avropa ölkələrində rahat yaşayır, oxuyur və yaxud bizneslə məşğul olurlar...
Odur ki, Ukraynada və dünyada baş verən hadisələrə ABŞ-ın geo-siyasi müstəvisindən və dövlətinin iqtisadi maraqlarından yanaşmaq lazımdır, “filan qəzet bunu yazdı, bunu dedi” xəbərlərinə inanmaq  gülüncdür...
 
- Bəs bu cür yanaşma ilə Rusiya-Çin münasibətlərini necə görürsüz?
 
-ABŞ-ın iki qüdrətli rəqibi var: Avropa İttifaqı və Çin.  Aİ SSRİ dağılandan sonra Rusiyanı xammal bazasına çevirmişdi və onun tərəfindən hərbi təcavüz gözləmirdi. Aİ-Rusiya birliyi dağıdılmasaydı, ABŞ çökəcəkdi. Odur ki, ABŞ xüsusi orqanları tərəfindən Yanukoviçin pul çemadanını daşıyan Poroşenkonun əliylə 2014-cü ildə Ukraynada dövlət çevrilişi edildi. Və nəticədə bütün Avropanı gözü qarşısında Rusiya Krımı zəbt etdi...  Bəs buna ABŞ niyə izn verdi? Çünki Krımın zəbti ilə Aİ-ni təşvişə saldılar. Aİ Rusiyadan çəkinməyə və nəticədə ABŞ-dan silah almağa başladı... 
 
O da maraqlıdır ki, 2022-ci ildə Rusiya qoşunları Kiyevin 5-10 km idilər. Nə oldu ki, ruslar dabana  tüpürüb, Donbasa qaçdılar. Aydındır ki, Putinə əmr ABŞ-dan gəlmişdi. Ukrayna –Rusiya müharibəsi Aİ-ni dağıtmaq üçün ABŞ-ın əlində geo-siyasi alətdir...
 
İndi keçək Çinə. Rusiya heç vaxt Çinin iqtisadi və yaxud siyasi vassalına çevrilə bilməz. Əvvəla, buna ABŞ imkan verməz, digər tərəfdən, Rusiyanın Hərbi sənaye kompleksi o dərəcədə güclənib ki, dünyanın ən güclü silahları bu saat oradadır...
 
Amerika istəsə, bir anın işində Ukraynada müharibəni dayandıra bilər. Ancaq bu ABŞ-ın strateji planlarına daxil deyil. Ukrayna-Rusiya müharibəsi Aİ-nın dağılması üçün zəmin yaradır... 
Aİ və NATO-nun dağılması da ABŞ-ın dövlət maraqlarındadır. Ancaq hələki Aİ Trampa sinə gərdi və onu Qrenlandiyaya girməyə qoymadı...
 
ABŞ-ın İranla müharibəsinin geo-siyasi məqsədi Hörmüzü  blokada da saxlamaqla, yanacağın qiymətini iki dəfə qaldırmaq və rəqibləri Aİ və Çinin iqtisadiyyatına  ciddi zərbələr  vurmaqdır...
 
İndi keçək ABŞ-ın “The Hill” nəşrindəki təhlilə... Yadıma müəllifi olduğum “Bir əsr-bir nəsil” epopeyasından bir fraza düşdü. “O kəs axmaq deyil ki, çox az  kitab oxuyur və yaxud qəzetə baxır. Axmaq-sarsaq odur ki, oxuyur - hər nə varsa və söyləyir həqiqətdir, qəzetdə yazılıbsa.” 
 
ABŞ qəzetləri və informasiya  vasitələri, öz siyasətlərini malalamaq üçün bu cür informasiyalar yayırlar.   ABŞ-Rusiya birliyini üstü açılmasın deyə, bu cür məqalələri çap edirlər...
 
-“Ukraynanı işğal edən Rusiya özü sürünən işğala məruz qalır” fikrinə necə yanaşırsız? 
 
-Rusiya heç vaxt  Çin tərəfindən işğal oluna bilməz, çünki  bütün hərbi və iqtisadi parametrlərə görə Rusiyanın HSK-sı Çindən qat-qat yüksəkdir. O ki qaldı Ukraynaya, ABŞ eyni tarixi, mədəniyyəti, dini və genetik kökləri olan iki xalqı bir-birinə qırdırır. Çünki bu ABŞ-ın geo-siyasi marağındadır. Bizi də az qalmışdı belə tale gözləsin, ancaq ABŞ-ın Hörmüz  boğazının blokada siyasəti İrana qarşı qoşun yeritməsinin qarşısını aldı. Biz anlamalıyıq ki, ABŞ hansı ölkəyə ayaq basır, oranı viran qoyur...
 
Lakin dünyanın idarəçilik rıçaqları da ABŞ-ın əlindədir. Ona qarşı bir ğlkə çıxa bilməz. Hörmüz blokadası ABŞ-a hər barel neftdən ən azı 50 dollar gətirir, yəni Aİ, Çin və s. ölkələr özləri də hiss etmədən elə ABŞ-n vassalına çevrilirlər...
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər