Tramp əleyhinə sirli şifrə: Vaşinqtonda parka nəhəng
2619
12 Jun 2026 | 08:08

Tramp əleyhinə sirli şifrə: Vaşinqtonda parka nəhəng "8647" həkk edildi...-FOTO

Vaşinqtondakı Milli xiyabanın qazonunda sirli şəkildə nəhəng "8647" rəqəmləri peyda olub. Rəsmilər bunun prezident Donald Tramp üçün təhlükə ola biləcəyindən qorxurlar.
 
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.

ABŞ Daxili İşlər Nazirliyi İkinci Dünya Müharibəsi abidəsinin yaxınlığındakı otluqda nəhəng rəqəmlərin görünməsindən sonra araşdırma başladıb. "Reuters" xəbər verir ki, bu, polis hadisə yerinə gəlməzdən qısa müddət əvvəl baş verib.

Milli xiyabanın yuxarıdan şəkli çəkildikdə üç böyük rəqəm aydın görünüb: "8", "6" və "7". Lakin "4" rəqəmi otluqda o qədər də aydın görünməyib.

Sirli rəqəmlər aşkar edildikdən sonra ABŞ Park Polisi və Milli Qvardiya qoşunları hadisə yerinə gəlib.  Analiz üçün ot nümunələri götürülüb, lakin otların rəng dəyişikliyinin dəqiq səbəbi hələ müəyyən edilməyib.

"The New York Post" qəzetinin məlumatına görə, "8647" kodu ABŞ rəsmiləri tərəfindən prezidentə qarşı zorakılığa təhrik edə biləcək sirli bir çağırış hesab olunur.

Məqalədə izah olunur ki, kodun birinci hissəsi olan "86" restoran jarqonudur və "bir şeydən qurtulmaq" mənasını verir. İkinci hissə, "47" rəqəmləri prezident Donald Trampın sıra nömrəsinə aiddir. Buna görə də, kod sözün əsl mənasında "Trampdan qurtul" mənasını verə bilər.

Ot üzərindəki şifrəli yazını kimin  və necə həkk etdiyi isə hələ də məlum deyil.

Qeyd etmək lazımdır ki, Donald Trampın ikinci prezidentlik müddətində bu cür "təhdidlərin" ortaya çıxması ilk dəfə deyil. 2025-ci ilin may ayında "The Telegraph" qəzeti keçmiş Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin Trampın çimərlikdə balıqqulağılarla yazısının şəklini paylaşmasından sonra ona qarşı "ölüm təhdidi" etməkdə ittiham irəli sürülüb. Onda da balıqqulağılarla  "8647" şifrəsi həkk edilmişdi.

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər