Güney Azərbaycanlı fəal “rejimə qarşı təbliğat” ittihamı ilə  8 aydır həbsdə saxlanılır...-FOTO
2285
12 Jun 2026 | 07:40

Güney Azərbaycanlı fəal “rejimə qarşı təbliğat” ittihamı ilə  8 aydır həbsdə saxlanılır...-FOTO

Güney Azərbaycan milli hərəkatının fəalı Əli Babayi Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir.
 
Məlumata görə o, keçən bazar ertəsi video bağlantı vasitəsilə müstəntiq qarşısına çıxaraq son müdafiə çıxışını təqdim edib.
 
Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.
 
Mənbələrin sözlərinə görə, yeni iş üzrə də ona qarşı “rejimə qarşı təbliğat” ittihamı irəli sürülüb.
 
Əli Babayi çıxışı zamanı bildirib ki, onun hansı fəaliyyətlərinin bu ittihama əsas kimi götürüldüyü və həbs qərarının hansı dəlillərə söykəndiyi ona aydın deyil.
 
Əli Babayi artıq təxminən səkkiz aydır həbsdə saxlanılır.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər