MSK səslərin sayılmasını bitirdi...- Paşinyanın partiyası 50 % həddi keçə bilmədi?..
Ekskluziv
4160
08 Jun 2026 | 10:02

MSK səslərin sayılmasını bitirdi...- Paşinyanın partiyası 50 % həddi keçə bilmədi?..

Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkiləri üçün bülletenlərin sayılmasını başa çatdırıb. Bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
 
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
 
Səslər aşağıdakı kimi paylanıb:
 
Lider 727.160 səs və ya 49,81 faiz səs toplayan "Vətəndaş sazişi" partiyasıdır.
 
İkinci yerdə isə tam 23,29% (340.062 səs) toplayan "Güclü Ermənistan" partiyalar alyansıdır.
 
Üçüncü yeri 9,94% (145.097 səs) ilə "Ermənistan" partiyalar alyansı tutur.
 
Çiçəklənən Ermənistan Partiyası 4.00% (58.368 səs) ilə dördüncü yerdədir.
 
Beşinci yerdə qərarlaşan "Birlik Qanadları" partiyası hazırda 2,30% (33.618 səs) səs toplayıb.
 
Müvafiq olaraq, minimum həddi 4 siyasi qüvvə aşır: "Vətəndaş Sazişi", "Güclü Ermənistan" alyansı, "Ermənistan" alyansı və Çiçəklənən Ermənistan Partiyası.
 
Belə çıxır ki, hakim partiya parlamentdə konstitusiya çoxluğu əldə edə bilməyib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər