Ekskluziv
375
14:17, Bu gün

"Növbəti böhran necə olacaq? ABŞ qlobal təsirin yeni alətini tapdı" - "Mysl Polska" (Polşa)

"ABŞ Hörmüz boğazı böhranından maksimum faydalanaraq enerji bazarlarını və müttəfiqləri üzərində təsirini daha da gücləndirib..."
 
ABŞ tarixdəki ən böyük enerji böhranlarından birini öz maraqları üçün istifadə etməyə nail olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Mysl Polska" nəşri yazıb.
 
ABŞ enerji böhranını öz xeyrinə çevirdi 
 
Məqalədə bildirilir ki, Vaşinqton enerji resurslarını artıq dollar kimi qlobal təsir alətinə çevirir. Nəşrin fikrincə, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra yaranan Hörmüz boğazı böhranı dünya enerji bazarını ciddi sarsıtsa da, Vaşinqton vəziyyətdən strateji üstünlük əldə edib.
 
Məqalədə qeyd olunur ki, Donald Tramp hərbi əməliyyatları dayandırdıqdan sonra rəqiblərə qarşı enerji rıçaqlarından istifadə etməyə başlayıb və xüsusilə Asiya bazarlarında Körfəz neftini Amerika resursları ilə əvəz etməyə çalışır.
 
ABŞ neft və qaz ixracını kəskin artırdı
 
Nəşr yazır ki, müharibə dövründə ABŞ-ın neft ixracı fevral ayı ilə müqayisədə təxminən 40 faiz artıb. Vaşinqton Avropa, Yaponiya və Cənubi Koreyaya enerji tədarükünü sürətlə genişləndirib. ABŞ gündəlik ixracı əlavə 1,4 milyon barel artırıb. Mayeləşdirilmiş təbii qaz ixracı da yüksəlib və bəzi Asiya bazarlarında hətta ikiqat artım qeydə alınıb.
 
Məqalədə vurğulanır ki, Vaşinqton strateji neft ehtiyatlarından da istifadə edərək bazarı böyük həcmdə "qara qızıl" ilə təmin edib. Müəlliflər hesab edir ki, bu addım Qərb ölkələrinə Hörmüz boğazındakı blokadanın yaratdığı çatışmazlığı uzun müddət kompensasiya etməyə imkan verir.
 
Enerji ABŞ üçün yeni qlobal hakimiyyət alətinə çevrilir
 
"Mysl Polska" yazır ki, Donald Tramp eyni zamanda müttəfiqlərini ABŞ enerji sektoruna nəhəng investisiyalar yatırmağa məcbur edib. Məqaləyə görə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya ABŞ enerji layihələrinə yüz milyardlarla dollar ayırmağa razılaşıb.
 
Nəşrin fikrincə, Vaşinqton dollar vasitəsilə qurduğu qlobal maliyyə təsirini indi neft və qaz üzərindən də genişləndirir. ABŞ özünü "son ümid kreditoru" kimi təqdim edərək böhran yaşayan müttəfiqləri enerji ilə təmin edir və bunun hesabına siyasi təsirini artırır.
 
Məqalənin sonunda vurğulanır ki, Trampın "enerji dominantlığı" strategiyası artıq real nəticələr verməyə başlayıb və ABŞ yeni böhranları da geosiyasi üstünlüyə çevirməyə çalışır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər