“Nailə güclü idi, övlad itkisi, həyat yoldaşının yoxluğu ona yaşamağa imkan vermədi..”-FOTO+ÖZƏL
Ekskluziv
298
09:17, Bu gün

“Nailə güclü idi, övlad itkisi, həyat yoldaşının yoxluğu ona yaşamağa imkan vermədi..”-FOTO+ÖZƏL

“Allah həm Nailə xanıma, həm də Hikmət Mirməmmədliyə rəhmət etsin. Bu adlar hər bir anlamda qoşa çəkilib. Həm gözəl insan kimi, həm gözəl bəstəkar kimi, həm də yaxın dost kimi. Onlar ailədən əvvəl gözəl dost idilər. Mən bu gün də onlardan tək danışa bilmirəm, adlarını qoşa çəkirəm. 1998-ci ildən sonra biz bir yerdə çalışmağa başladıq. Ən çox da Hikmət bəyin mahnılarını oxuyurdum. Nailə xanımın iki mahnısını oxumuşdum. Xuraman xanımın sözlərinə yazılmış “Oyan taxtım-tacım” mahnımız məşhurlaşdı”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mələkxanım Əyubova deyib. O daha sonra əlavə edib:


“İllər ötdü, biz bu ailə ilə doğmalaşdıq. Onun balaca qızı Nəzrinimlə birlikdə böyüyürdü demək olar. Çox qonapərvər, mehriban bir ailə idilər. O qədər doğma idilər ki, bir-birinə. Evlərində sənət adamları ilə birlikdə çox olmuşduq. Süfrəni elə açırdılar ki, elə bil bu insanların dərdi-səri yoxdur. İnsanlara belə pozitiv əhval-ruhiyyə ötürüblər. Bir sənət adamı ilə bir az uzaqdan dostluq edərsən, hərdən bir görüşərsən, amma bunlarda sevdikləri insanlarla o qədər bağlılıq var idi ki.. Hər zaman süfrələri açıq olardı.. Sevirdilər ki, səni necə lazımdır qonaqpərvər qarşılasınlar. Ürəkləri də, süfrələri də hər zaman açıq idi.. Sənət yoldaşlarımızla, həyat yoldaşımla gecəyə qədər onlarda otururduq, bir də görürdün ki, gecə saat 3-dür, qalxıb evə gəlmək istəmirdin. O qədər o insanlardan pozitiv enerji alırdıq ki.. Nailə xanım pianoda elə gözəl ifa edirdi ki..” deyə o bildirib.


Mələkxanım Əyubova bəstəkarın ailəsinə üz verən o bədbəxt hadisədən də danışıb:


“Tale elə gətirdi ki, birinci övladları faciəvi şəkildə dünyasını dəyişdi.. Çox ağır və acı bir hadisə oldu. “Oyan taxtım-tacım, oyan” mahnısı elə bil oğlunun taleyinə yazılmışdı.. Bu hadisədən sonra onları bir-birinə bağlı olmaqları, sevgilər qorudu.. Bir-birindən təsəlli tapırdılar. Nailə xanım çox güclü xanım idi. Hikmət bəy dözə bilmədi.. Sonra da Hikmət vəfat etdi.. Nailə xanım bu dərdlərlə yaşayırdı.. Ona yaşamaq demək olarsa.. Hikmətdən sonra mənəvi əziyyət çəkirdi.. Övlad itkisi, sevdiyi həyat yoldaşının yoxluğu ona yaşamağa imkan vermədi.. Pandemiya dönəmində bir çox sənətkarlarımız dünyasını dəyişdi.. Nailə xanım da o sənətkarlardan idi ki, pandemiya dönəmində vəfat etdi.. Həmişə onları yada salanda istər-istəməz çox pis oluram. Bu ailəyə Allah qəni-qəni rəhmət etsin.. Alın yazısıdır da. Biz nə deyə bilərik? Ruhları şad olsun.. Allah balalarını xoşbəxt etsin. Nailə və Hikmət Mirməmmədli xalqın qəlbində daim yaşayacaqlar” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər