“Parazitlər ağlına və ağzına gələni danışır, Bəxtiyar Vahabzadə deyirdi ki...”-Xalq artistindən ETİRAZ+ÖZƏL
Ekskluziv
515
07:58, Bu gün

“Parazitlər ağlına və ağzına gələni danışır, Bəxtiyar Vahabzadə deyirdi ki...”-Xalq artistindən ETİRAZ+ÖZƏL

“Televiziyalarımızdakı islahatlara görə çox sevinirəm. Amma bir tərəfdən də məyus oluram ki, efirə çıxmayan parazitlər tiktokda və digər sosial şəbəkələrdə üzə çıxırlar. Həmişəki kimi bayağı mahnılarını, hərəkətlərini və əsl xislətlərini nümayiş etdirirlər. O mahnılar nə idi, ilahi?! Şükür ki, artıq efirlərdən onları eşitmirik. Arzu edirəm ki, televiziyalarımız hər zaman bu cür qalsın. Çünki televiziyalardakı müqəddəsliyi qorumaq bizim borcumuzdur”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şamil Süleymanlı deyib. O daha sonra əlavə edib:


“Müğənnilər qalsın bir kənara... İndi jurnalistlər meydana gəlib. Ağzı söz tutmayan, ağlına gələni danışan jurnalistlər.. Ona bir söz atırlar, buna bir söz atırlar.. Tiktok və sosial şəbəkələrə qadağa qoyulsa çox yaxşı olar. Mən tələbə olanda Bəxtiyar Vahabzadənin oğlu ilə bərk dostluq edirdim. Elə indi də dostuq. Mən Bəxtiyar müəllimi çox sevirdim. Sizin mənə verdiyiniz suallardan mən də ona ünvanlamışdım. İndiyə qədər yadımdadır, Bəxtiyar müəllim bir nöqtəyə baxdı və dedi ki, “darıxma, oğlum, bunların heç biri qalmayacaq”. Mən də sizə deyirəm ki, darıxmayın, bunlar müvəqqətidir” deyə o bildirib.


Xalq artisti son illərdə çəkilən açıq-saçıq məzmunlu filmlərdən də danışıb:


“Bəzi rejissorlar elə bilir ki, açıq-saçıq filmlər vəziyyətdən çıxış yoludur. Xeyr, 18+ çıxış yolu deyil. Bu səhnələr təqribən qadın hamamında gedib film çəkməyə bərabərdir. Mənim beynimə girmir. Kişilər söhbət edəndə belə bu mövzulardan danışa-danışa edirlər. Yaxşı kişilər heç söyüş də söymür” deyə o bildirib.


Xalq artisti bəzi aktyorların “ulduz xəstəliyi”-nə tutulduğunu bildirib:


“Filmlərə baxıb özlərini kimlərəsə oxşadırlar. Bu artıq “ulduz xəstəliyi”-dir. Onlar bu xəstəliyə tutulublar. Elə bilirlər ki, oxumasalar da aktyordurlar. “Hamı çəkilir, qoy biz də çəkilək, həvəsimiz var” deyirlər” deyə xalq artisti bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər