Ekskluziv
685
18:01, Bu gün

"İrana hücum ABŞ-nin dövlət maraqlarına ciddi zərbə vurdu"– Politoloq

“Mossadın verdiyi informasiya əsasında hazırlanan və rəhbərliyin aradan götürülməsi, ardınca isə üsyanın baş verməsi ilə müşayiət olunan İranda hakimiyyət dəyişikliyi ssenarisi baş tutmadı. İrana hücum ABŞ-nin dövlət maraqlarına ciddi zərbə vurdu".

Bu fikirləri Moderator.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

Politoloq qeyd edib ki, artıq ABŞ mətbuatına da sızan informasiayaya görə, ABŞ administrasiyasında buna qarşı çıxan yüksək ranqlı şəxslərin fikirləri nəzərə alınmayıb:

"Mossad rəhbəri, Netanyahu və Heqset bu müharibənin başlanmasında əsas fikir sahibi olub. Mossad rəhbərinin dəyişməsi də hesab edirəm ki, təsadüfi deyil, uğursuzluğun nəticəsidir. Müharibə nəticəsində ortaya çıxan Hörmüz boğazı kartı İranın əlini gücləndirib, ABŞ-İsrail isə müttəfiqlərindən belə heç bir dəstək ala bilməyib.

Trampın İrana və eyni zamanda NATO ölkələrinə Hörmüzün açılması ilə bağlı göstərdiyi təzyiq heç bir nəticə verməyib. Neftin kəskin bahalaşması isə Tramp hökuməti üçün xüsusilə aralıq seçkisi ilə bağlı mənfi nəticələr doğurur”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, istər atəşkəs, istərsə də eskalasiya ABŞ üçün arzuolunmaz mənzərə yaradır: 

“Məhz bu amili ABŞ-də bir sıra ictimai siyasi xadimlər və media tələ adlandırır. Tramp da bu tələdən çıxmaq üçün blokada variantı üzərində dayanıb.

Yəni plan ondan ibarətdir ki, İranın da neft satışı əngəllənsin və beləliklə də Hörmüz kartı Tehranın özünə qarşı çevrilsin. Vaşinqton hesab edir ki, bu plan nəticəsində İranda iqtisadi problemlər meydana gələ və daxili etirazlar yenidən aktuallaşa bilər. Amma bu məsələdə də ABŞ beynəlxalq dəstək ala bilmədi. 

Məsələn Böyük Britaniya buna qarşı çıxdı. Bu, İran üçün problem yaratsa belə, ABŞ üçün də baha yanacaq və inflyasiya deməkdir. Yəni ABŞ hökuməti üçün də əlverişli olmadığına görə, blokada planının uğurlu olacağı problematik görünür”.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər