Danışıqlar nəticəsiz qaldı: ABŞ–İran xəttində müharibə ehtimalı artır?
Ekskluziv
555
15:02, Bu gün

Danışıqlar nəticəsiz qaldı: ABŞ–İran xəttində müharibə ehtimalı artır?

Yaxın Şərqdə geosiyasi balansın daim dəyişdiyi bir dövrdə böyük güclər arasında baş tutan hər bir uğursuz dialoq region üçün yeni suallar doğurur. Diplomatik nəticəsizlik təkcə masa arxasında deyil, eyni zamanda sahədə də yeni gərginliklərin formalaşmasına zəmin yaradır. 

Bu cür vəziyyətlərdə tərəflərin növbəti addımları həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik baxımından xüsusi diqqətlə izlənilir.

Maraqlıdır, ABŞ- İran danışqlarının nəticəsiz başa çatması Yaxın Şərqdə  yeni gərginlik dalğasının  başlanacağına bir işarədir? Qarşıdan gələn günlərdə biz nələrə şahidlik edə bilərik?

Politoloq Anar İsayev mövzu ilə bağlı Moderator.az-a açıqlama verib.

Anar İsayev bildirib ki, bəli, bu bir risk siqnalıdır — amma avtomatik olaraq böyük müharibə demək deyil:

"Burada daha çox “gərginliyin idarə olunan şəkildə artması” ssenarisi real görünür. ABŞ–İran danışıqlarının nəticəsiz qalması adətən iki paralel prosesi işə salır: bir tərəfdən diplomatik kanallar zəifləyir, digər tərəfdən tərəflər mövqelərini sahədə (hərbi, iqtisadi, kəşfiyyat) gücləndirməyə başlayır. Bu isə regionda “təzyiq vasitələrinin” aktivləşməsi deməkdir.

Adətən razılaşma olmayanda diplomatik sahədə boşluq yaranır və tərəflər bir-birinə mesajları masa arxasında yox, sahədə verir.Məsələn proksi qüvvələr daha da aktivləşə,İranın regiondakı müttəfiqləri (İraq, Suriya, Yəmən, Livan istiqamətində) daha çox hərəkətə keçə bilərlər.

ABŞ və müttəfiqlərinin cavab reaksiyası da fərqli ola bilər. ABŞ prezidenti Donald Tramp nəticəsiz danışıqlardan sonra artıq bu istiqamətdə mesajlarını verib.Belə ki, bir gün öncə İranı dəniz blokadasına alacağı ilə təhdid etdi.Həmçinin ABŞ regionda hərbi mövcudluğunu daha da artırmaqla İrana zərbələri intensivləşdirməyə çalışacaq".

Politoloq qeyd edib ki, qarşıdakı günlərdə mümkün və ən real  ssenari "aşağı intensivlikli eskalasiya” ola bilər.Hörmüz boğazında gərginlik (tanker insidentləri, yoxlamalar) arta bilər:

"Körfəz ölkələrində ABŞ bazalarına yenidən hücum cəhdləri ola bilər.Enerji bazarlarında da dalğalanmalar olacaq.
Neft qiymətlərində artım, sığorta və daşınma xərclərinin yüksəlməsi və s.
Bütün bunlara baxmayaraq diplomatiyanın “gizli davamı” ssenarisi də mümkün variantlardandır.

Açıq danışıqlar dayananda belə, arxa kanallar (Oman, Qətər,Türkiyə kimi vasitəçilər) işləməyə davam edə bilər.Bu, vəziyyətin tam nəzarətdən çıxmasının qarşısını alan əsas faktordur.
Ən azı qısa müddətdə tammiqyaslı ABŞ–İran müharibəsini gözləmək olmaz.Çünki bu çox baha və risklidir.

Həmçinin İranın da Hörmüz boğazını tam bağlaması gözlənilmir. Nəzərə almaq lazımdır ki, bu addım İranın özünə də çox ciddi zərbədir.
Hazırkı mərhələdə əgər tərəflərdən hər hansısa biri səhv hesablanmış addım atarsa (məsələn, böyük itkilərlə nəticələnən hücum), onda vəziyyət sürətlə daha ciddi eskalasiyaya keçə bilər".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər