Qarabağdan köçmüş erməni Paşinyana dəstək verdi:
Ekskluziv
568
09:27, Bu gün

Qarabağdan köçmüş erməni Paşinyana dəstək verdi: "Allah sizə cansağlığı versin!.."+VİDEO

Ermənistanın Kotayk və Geğarkunik mərzlərində hakim "Vətəndaş sazişi" partiyasının partiyadaxili kampaniyası çərçivəsində vətəndaşlarla görüşlər davam edir.
Həmin görüşlərdən birində yaşlı bir vətəndaş Ermənistanın Baş nazirinə yaxınlaşaraq onu tərifləyərək qeyd edib ki, bütün həyatı boyu Paşinyan kimi birini görməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
“Mən Qarabağdanam, həyatımda sizin kimi birini görməmişəm, çox yaxşı rəhbərlik edirsiniz, bu insanları məyus etməyin, Allah sizə can sağlığı versin ki, xidmət etməyə və işləməyə davam edə biləsiniz”, - deyə kişi qeyd edib və sonra baş nazirə problemi barədə məlumat verdi. Nikol Paşinyan sosial işlər və insan hüquqları naziri Arsen Torosyana vətəndaşı dinləməyi və probleminin həlli yolunu göstərməyi tapşırıb.

 

S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər